Dinləmə mədəniyyəti
Danışıqlar prosesinin çox vacib tələblərindən biri dinləmə mədəniyyətidir. Dinləmənin 3növü var :
Reflekssiz (passiv) dinləmə. Bu cür dinləmə o zaman əlverişlidir ki, danışan sözcül adamdır və ona “ürəyini axıracan boşaltmaq” imkanı yaranır.Xüsusilə,danışan fikrini çatdırmağa tələsdikdə ,bir qədər həyəcanlı olduqda, ya da hədsiz aramsız danışdıqda passiv dinləmə zəruridir.belə məqamlarda son dərəcə səbrli olmağa çalışmaq lazımdır. Xüsusilə diplomatik danışıqlar,protokol görüşləri üçün reflekssiz dinləmə çox əlverişlidir.passiv dinləmə “susub dinləmək” təsiri bağışlasa da burada qeyri-verbal vasitələrdən jest və mimikalardan istifadə olunur.
Refleksli (aktiv) dinləmə. Refleksli dinləmə aktiv dinləmədir və bu zaman dinləyici ixtiyari suallar verəcəyi məlumdur.Refleksli dinləmə tərzi dinləyiciyə hər an danışanın fikrinə alternativ təkliflər,mülahizələr ortaya atmağa şərait yaradır.