Mövzu “İnsan resurslarının idarə edilməsi” fənninin məzmunu, fənnin nəzəri və metodoloji əsasları



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/13
tarix10.04.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

 

 
Mövzu 1. “İnsan resurslarının idarə edilməsi” fənninin 
məzmunu, fənnin nəzəri və metodoloji əsasları. 
1. İdarəetmə anlayışı, müasir dövrdə onun əhəmiyyəti 
2. İdarəetmənin obyekti, növləri və metodları 
3. İdarəetmənin inkişaf dövrləri (mərhələləri) 
4. İnsan resurslarının idarə edilməsinin əsas məsələləri 
5. Heyətin idarə edilməsinin əsas konsepsiyaları və funksiyaları 
6. Fənnin məzmunu və digər elmlərlə əlaqəsi 
 
1-ci sual. İdarəetmə anlayışı, müasir dövrdə onun əhəmiyyəti. 
İ
darəetmə  ictimai  iqtisadi  münasibətlərin  konkret  məqsədəuyğun 
təşkil  edilməsidir,  bütöv  tam  bir  sistemin  ayrı-ayrı  hissələri,  ünsürləri 
arasındakı  əlaqəni  təmin  edən  yeni  prosesdir.  İdarəetmə  əvvəlcədən 
nəzərdə  tutulan  və  dərk  edilmiş  məqsədə  nail  olmaq,  nəticələr  əldə 
etmək  üçün  hər  hansı  konkret  obyektə  məqsədəuyğun  təsir  etmə 
vasitəsidir.  İdarəetmə  bütün  obyektiv  qanunlar  sisteminin  tələblərinin 
habelə müasir cəmiyyətə xas olan ictimai, kollektiv və şəxsi mənafelərin 
həyata keçirilməsi mexanizmidir.  
İ
darəetmədə  ən  başlıca  məqsəd  və  vəzifə  cəmiyyətin  obyektiv 
imkanlarından  istifadə  olunmasını  təmin  etməkdir.  İdarəetmə  əslində 
cəmiyyətin  potensialından  istifadə  etmənin  mühüm  amilidir.  İdarəetmə 
həm də zəhmətkeşlərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə 
alınmasının başlıca formasıdır. 

 

Cəmiyyət  özü  də  mürəkkəb  bir  sistemdir.  İqtisadi,  sosial,  mənəvi 
inkişafın 
ə
laqələndirilməsi, 
ayrı-ayrı 
adamların, 
kollektivlərin 
fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyətdə baş verən bir çox sosial 
iqtisadi  münasibətlərin  qaydaya  salınması  müəyyən  problemlərin  həlli 
ilə  əlaqədardır.  Bütün  bunlar  və  digər  məsələlər  idarəetmə  elmindən 
istifadə  olunmasına,  onun  öyrənilməsinə  olan  tələbatı  əhəmiyyətli 
dərəcədə artırır. Ona görə bəzən XX əsr elmi-texniki tərəqqi əsri olsa da, 
bəzən idarəetmə əsri adlandırılır. Lakin müasir texnika mürəkkəb texniki 
sistemlər,  qurğular,  axın  xətləri,  müasir  ETT-də  təşkil  olunmasına  və 
idarə edilməyə möhtacdır. 
İ
darəetmə elmi bütün cəmiyyətlər üçün təxminən eyni olan bir sıra 
ə
lamətlərə  malikdir.  Çünki  idarəetmə  prosesi  hansı  cəmiyyət  olursa 
olsun  müəyyən  sistemlərin,  o  cümlədən  iqtisadi,  sosial,  texniki 
sistemlərin,  habelə  idarəedən  və  idarə  olunan  yarım  sistemlərin, 
idarəedici  parametrlərin,  müəyyən  informasiyaların  toplanmasını, 
işlənməsini,  idarə  edən  və  idarə  olunan  sistemlərdə  əks  əlaqələrin 
mövcudluğunu  və  s.  nəzərdə  tutur.  Bununla  belə,  idarəetmənin  sosial 
məzmunu ayrı-ayrı ictimai- iqtisadi formalarda müxtəlif olmuşdur. 
Müasir  dövrdə  idarəetmə  elminə  olan  tələbat  obyektiv  olaraq 
artmışdır. Bu əsasən aşağıdakılarla əlaqədardır: 
1. Xalq  təsərrüfatının  ümumi  miqyasının  çoxalması,  onun 
strukturunun 
mürəkkəbləşməsi, 
dərinləşməsi, 
sahə 
və 
sahələrarası əlaqələrin mürəkkəbləşməsi; 
2. Təşkilati,  iqtisadi,  sosial  əlaqələrin  inteqrasiya  olunması,  bir-
birinə nüfuz etməsi; 

 

3. Müasir  ETT-nin  nailiyyətlərindən  daha  səmərəli  istifadə 
olunması  və  onun  özünün  yüksək  səviyyədə  idarə  edilməsi 
zərurəti; 
4. Xalq  təsərrüfatının  hərtərəfli  intensivləşdirilməsi  və  istehsalın 
səmərəliliyinin yüksəldilməsi; 
5. Kompleks sosial-iqtisadi problemlərin həlli ilə. 
 
2-ci sual. İdarəetmənin obyekti, növləri və metodları. 
İ
darəetmə  çoxcəhətli  bir  prosesi  əhatə  edir.  O,  cəmiyyətin  bütün 
fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə 
etibarı ilə insanların fəaliyyətinin nizamlanması, qayday salınması, kiçik 
və  böyük  komplekslərin  idarə  olunması,  bu  isə  istehsal,  əmək 
kooperasiyasının  həyata  keçirilməsi,  habelə  canlı  əməklə  istehsal 
vasitələrinin müəyyən qaydada əlaqələndirilməsi ilə bağlıdır. 
İ
darəetmənin konkret obyektləri aşağıdakılardan ibarətdir: 
1) ayrı-ayrı  kollektivlər,  müəssisələr,  təşkilatlar,  kompleks  xalq 
təsərrüfatı sahəsi; 
2) bütövlükdə xalq təsərrüfatı və cəmiyyət; 
3) cəmiyyətdə baş verən iqtisadi və siyasi, sosial, hüquqi və ideoloji 
proseslər. 
İ
darəetmənin üç əsas növü vardır: 
a) cansız 
təbiətin 
idarə 
edilməsi. 
Məsələn, 
maşınların, 
avadanlıqların, texnoloji, ETT-nin idarə edilməsi; 
b) canlı  təbiətin,  orqanizmin  idarə  edilməsi,  məsələn,  fizioloji, 
biokimyəvi və biofiziki idarəetmə; 
c) şüurlu, sosial idarəetmə-cəmiyyətin idarə edilməsi. 

 

Hər bir idarəetmə öz növbəsində müxtəlif sahələrə ayrılır. Məsələn, 
sosial  idarəetmə  özünə  aşağıdakıları  daxil  edir:  cəmiyyətin  idarə 
edilməsi,  dövlət  idarəetmə  sistemi,  ictimai  təşkilatların  idarə  edilməsi, 
heyətin idarə edilməsi və s.  
Bütün sosial idarəetmə sistemini üç iri sahəyə bölmək olar: 
1. siyasi idarəetmə; 
2. iqtisadi idarəetmə; 
3. dövlət idarəçiliyi. 
Cəmiyyətin  həyatını  maddi  nemətlər  istehsalı  təşkil  edir.  Ona  görə 
də  bilavasitə  maddi  nemətlər  istehsalı,  onun  idarə  edilməsi,  habelə 
idarəetmənin bütün  səviyyə və sistemlərdə subyekti olan işçilərin, daha 
konkret desək heyətin idarə edilməsi ən vacib məsələlərdən biridir. 
İ
darəetmə  münasibətlərinin  təhlili  idarəetmənin  bir  sıra  metodoloji 
məsələlərini  işləyib  hazırlamadan  mümkün  deyildir.  Metod  dərk  etmə 
yolu  və  tədqiqat  vasitəsidir,  obyekti  dərk  etmək  üçün  ayrı-ayrı 
insanların,  kollektivlərin  praktiki  və  nəzəri  fəaliyyət  bacarığı,  hərəkət 
tərzidir.  Metodun  əsasını  elmi  nəzəriyyə  təşkil  edir.  Elmi  nəzəriyyə 
olmadan  seçilmiş  hər  hansı  bir  metod  lazımi  səmərə  verə  bilməz. 
Müəyyən  metodlar  sisteminə  əsaslanmadan  idarəetmə  münasibətləri, 
habelə  müəssisə  və  cəmiyyətdə  baş  verən  sosial-iqtisadi  proseslər 
haqqında dəqiq, elmi fikir yürütmək olmaz. 
İ
darəetmə sahəsində istifadə olunan metodları 2 yerə ayırmaq olar: 
1. Ümumi metodlar                          2. Xüsusi metodlar 
Ümumi  metodlar  universal  metodlar  və  ya  kompleks  metodlar 
adlanır.  Ümumi  metodlara  aşağıdakılar  aid  edilir:  kompleks  (sistem) 
halında  yanaşma  metodu,  xalq  təsərrüfatının  sahələrarası  mövqeyindən 

 

yanaşma  metodu,  optimallaşdırma  metodu,  müşahidə  metodu,  təhlil 
metodu,  tarixi  yanaşma  metodu,  deduksiya  metodu,  induksiya  metodu, 
mücərrəd təkəkkür metodu. 
İ
darəetmənin  ümumi,  universal  metodları  ilə  yanaşı  konkret  elmi 
metodları da vardır. Bunlara aiddir: 
- informasiyaların toplanması, işlənib hazırlanması metodu; 
- iqtisadi-riyazi modelləşdirmə metodu; 
- anket sorğusu metodu və s. 
 
3-cü sual. İdarəetmənin inkişaf dövrləri (mərhələləri). 
Müasir 
idarəetmə 
təcrübəsi 
cəmiyyətin 
müxtəlif 
inkişaf 
mərhələlərində  heyətin  idarə  edilməsinin  3  əsas  cəhətini  xüsusilə  qeyd 
etməyə əsas verir: 
1. Sosial-siyasi  cəhət  –  qruplarda  ilkin  idarəetmə  heyəti  ilə  bağlı 
olan  qaydanın  yaradılması,  təkmilləşdirilməsi  və  inkişaf 
etdirilməsi; 
2. Maddi-iqtisadi  cəhət  –  maddi  nemətlər  ehtiyatının  axtarılması, 
onların  istehsalı  və  yaradılan  məhsulların  idarəetmə  qurumları 
tərəfindən bölünməsi; 
3. Özünü  təminetmə  cəhəti  –  rəqiblərdən,  eləcə  də  hər  cür 
gözlənilməz  təbii  və  qeyri-standart  vəziyyətlərdən  çıxış  yolları 
tapmaq məqsədilə adamların idarə edilməsi; 
Ümumiyyətlə,  idarəetmə  nəzəriyyələrinin  inkiaşfı,  idarəetmə 
təcrübəsi aşağı olan tarixi dövrləri (mərhələləri) əhatə edir: 
I  dövr  (mərhələ)  –  qədim  dövr.  Bu  dövr  idarəetmənin  1-ci  inkişaf 
dövrü  olmaqla,  ən  uzunmüddətli  olub,  təxminən  eramızdan  9-7  min  il 

 

başlayaraq  XVIII  əsrə  qədər  olan  dövrü  əhatə  edir.  Yunan  filosofu 
Sokrat  1-ci  olaraq  idarəetmənin  xüsusi  fəaliyyət  növü  olmasını  qeyd 
etmişdir (e.ə. 470-399-cu il). 
İ
darəetmənin  II  dövrü  (mərhələsi)  –  sənayeləşmə  dövrüdür  (1775-
1890).  İdarəetmə  elminin  yaranması  və  inkişafının  tədqiqi  bu  dövrdə 
ə
sasən  A.Smitə  məxsusdur.  O,  nəinki  siyasi  iqtisadın  klassik 
nümayəndəsidir, həm də idarəetmənin mahir bilicisidir. 
İ
darəetmənin  III  dövrü  –  sistemləşdirmə  dövrüdür.  Bu  dövr  1895-
1960-cı  illəri  əhatə  edir.  Bu  dövrdə  müxtəlif  məktəblər,  axınlar 
formalaşır, idarəetmə prosesləri müasirləşir, yüksək səviyyəli idarəetmə 
mütəxəssisləri,  menecerlər  yetişirlər.  Menecment  idarəetmə  elmi  kimi 
özünü təsdiq edir. İdarəetməyə bir elm kimi baxılması əsasən F.Teylora 
məxsusdur  (1856-1915).  O,  “Fabrikin  idarə  olunması”  (1903), 
“Menecmentin  (idarəetmənin)  elmi  prinsipləri”  əsərlərini  yazır  və 
ə
məyin elmi təşkili məsələlərini ön plana çəkir. 
L.Cilbert, A.Fayol, E.Meyor və başqaları idarəetmə elmini daha da 
təkmilləşdirmişlər.  D.Makqreqor  XX  əsrin  ortalarında  “X”  və  “Y” 
nəzəriyyələrini (idarəetmənin) irəli sürür. 
«İdarəetmənin IV dövrü – məlumatlar dövrüdür» (1960-cı ildən bu 
günə qədər) 
 
4-cü sual. İnsan resurslarının idarə edilməsinin əsas məsələləri 
Insan  resurslarının  idarə  edilməsində  başlıca  məqsəd  onların 
potensiflından  və  yaradıcı  imkanlarından  maksimum  istifadə 
edilməsidir.  Geniş  mənada  insan  resurslarının  idarə  edilməsi  aşağıda 
kompleks məsələləri əhatə edir: 

 

1. Firma  və  şirkətlərin  konkret  strategiyasına  uyğun  gələn  işçi 
heyətinə tələbatın müəyyən edilməsi; 
2. əmək  bazarının  qiymətləndirilməsi  və  məşğuliyyət  amillərinin 
təhlili; 
3. əməkdaşların  karyerasının  planlaşdırılması,  onların  inkişaf 
imkanları; 
4. fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması; 
5. əmək məhsuldarlığının idarə edilməsi; 
6. əmək  gəlirlərinin,  firmadaxili  əmək  və  istehlak  ölçüsünün 
tənzimlənməsi; 
7. firmadaxili fəal sosial siyasətin aparılması; 
8. yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması; 
9. qabaqcıl əmək üsullarının tətbiqi; 
10. 
heyətin peşə-ixtisas hazırlığı; 
11. 
münaqişələrin yumşaldılması və idarə edilməsi; 
12. 
sosial-psixoloji mühitin yaradılması. 
Bu  səbəblərdən  sənayecə  inkişaf  etmiş  ölkələrdə,  xüsusilə 
Amerikada  və  Yaponiyada  menecerlərin  hazırlanması  zamanı  onların 
tədris planlarında yuxarıdakı məsələlərə böyük əhəmiyyət verilir. 
Müasir  dövrdə  müəssisələrin,  firmaların  fəaliyyətində  heyətin 
rolunun artması, insan amilinin, onun intellektual, yaradıcı funksiyasına 
olan  zəruri  tələbatdan  irəli  gəlir.  Heyətin  rolunun  artması  amillərlə 
şə
rtlənir: 
1. Əməyin  məzmununda  baş  verən  dəyişikliklər,  yeni  texnika  və 
texnologiyanın tətbiqi, kompyuter texnikasının inkişafı; 

 

2. Müasir  dövrdə  işçilər  üzərində  avtoritar  nəzarət  sisteminin 
götürülməsi, əməkdaşların özünə nəzarət və özünü intizama cəlb 
etmək imkanının meydana çıxması; 
3. İstehsalın  makroiqtisadi  amillərinin,  habelə  dünya  bazarında 
rəqabətin  kəskinləşməsi,  işçi  qüvvəsinin  rəqabət  qabiliyyətinə 
tələbatın artması; 
4. Müəssisələrdə  əməyin  təşkilinin  kollektiv  formasının  inkişafı, 
müasir  istehsalın  çox  funksiyalı  səciyyə  daşıması  və  daha  çox 
məsuliyyət tələb etməsi; 
5. İşçilərin mədəni və təhsil səviyyəsinə tələbatın artması; 
6. Demokratiyanın, o cümlədən istehsal demokratiyasının inkişafı. 
İ
darəetmə  birinci  növbədə  adamların,  işçilərin  fəaliyyətinin 
ə
laqələndirilməsi  və  təşkilidir.  Bu  isə  əmək  ehtiyatlarından  səmərəli 
istifadə  olunması,  insan  amilinin  nəzərə  alınması,  insan  münasibətləri, 
ə
məyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı 
kimi  vacib  problemləri  əhatə  edir.  Heyət  istehsal,  idarəçilik,  onlar  isə 
uyğun olaraq əsas, köməkçi və xidmətedici fəhlələrdən, rəhbər işçilər və 
mütəxəssislərdən ibarətdir. 
Heyətin  idarəedilməsi  istehsal,  texniki-texnoloji  sistemlərin  idarə 
edilməsindən  çətin  və  məsuliyyətli  bir  işdir,  prosesdir.  Heyətin    idarə 
edilməsi  ayrı-ayrı  işçi  kateqoriyaları  ilə  müəyyən  prinsiplər,  üsullar, 
səlahiyyətlər,  funksiyalar  çərçivəsində  aparılan  işlərin  məcmuudur, 
sistemidir. Bu birinci növbədə firma və şirkətlərin kadr siyasəti ilə, yəni 
heyətin 
seçilməsi, 
qiymətləndirilməsi, 
yerləşdirilməsi, 
təlimatlandırılması ilə üzvi şəkildə bağlıdır. 

 

Yaponiyada bir çox ölkələrdən fərqli olaraq firma və şirkətlər daxili 
münaqişələrin  həll  olunmasına  daha  böyük  əhəmiyyət  verilir. 
Yaponiyada insan resurslarına, şirkət daxili stabilliyin təmin edilməsinə, 
resurslarına  qənaət  edilməsinə,  Amerikada  isə  maliyyə  resurslarına, 
kapitalın  dinamik  inkişafına  üstünlük  verilir.  Yaponlar  insana  iqtisadi, 
sosial,  psixoloji,  mənəvi  tələbata  olan  bir  tələbat  kimi  yanaşırlar.  Ona 
görə də orada şirkət heyətini idarə etmək məharəti menecerin ən böyük 
üstünlüyü kimi qiymətləndirilir. Yaponlar “X” və “Y” nəzəriyyələrindən 
irəli  gələn  müddəalara  özünəməxsus  halda  yanaşırlar.  “X”  –
nəzəriyyəsinə 
görə 
fəhlələr 
öz 
təbiətinə 
görə 
tənbəldirlər, 
məsuliyyətsizdirlər  və  buna  görə  də  onlar  üzərində  birbaşa  nəzarət 
hökmən  lazımdır.”Y”-  nəzəriyyəsinə  görə  isə  tabeçilikdə  olan  adamlar 
ə
məksevər və məsuliyyətlidirlər. 
Ə
nənəvi  nəzəriyyəyə  görə  isə  iş  normal  insanın  əleyhinə 
yönəldilmiş  bir  fəaliyyətdir  və  işçilər  ancaq  əmək  haqqı,  pul  almaq 
xatirinə  işləyirlər.  Ona  görə  də  burada  iqtisadi  amilə,  ciddi  nəzarət 
rejiminə üstünlük verilir, lakin daimi nəzarət bəzən xoşagəlməz vəziyyət 
də  yarada  bilər.  Ona  görə  də  hələ  keçən  əsrin  20-ci  illərində  bir  sıra 
Amerika  biznesmenləri  standart  davranış  modelinin  zəifliyini  hiss 
edərək  insan  keyfiyyətinə,  insan  münasibətləri  modelinə  üstünlük 
verməyi  lazım  bildilər.  Burada  insan  hissiyyatı  əsas  etalon  kimi 
götürülür.  
Biznesmenlər  başa  düşdülər  ki,  istehsal  amillərindən  biri  kimi 
insanla  maşını bir  sıraya qoymaq olmaz.  Elə etmək lazımdır ki, işçi öz 
təşkilatı üçün faydalı olduğunu, kollektivin ayrılmaz bir üzvü olduğunu 
hiss  edə  bilsin.  Belə  bir  konsepsiyanın  məntiqi  nəticəsi  olaraq  həmin 

 
10 
fikir, sonralar Yaponiyada “İnsan potensialı” modeli geniş bir miqyasda 
tətbiq edilməyə başlandı. 
Bu  modelin,  nəzəriyyənin  “İnsan  münasibətləri”  nəzəriyyəsi  ilə 
yaxınlığı olsa da, fərqli cəhəti onun sabitlik yaratmaq, səmərəli fəaliyyət, 
işçinin 
yaradıcı 
potensialından 
maksimum 
istifadə 
etmək, 
özünüidarəetmə,  özünənəzarət  kimi  məsələlərlə,  bir  sözlə,  insan 
qabiliyyətinin  fəallaşdırılması  ilə  əlaqələndirilməsi,  kollektiv  davranışa 
üstünlük verilməsidir. 
İş
çi heyətinin idarə edilməsinin mühüm problemləri aşağıdakılardır: 
ə
məyin  çevik  və  səmərəli  təşkili;  təşkilatların  operativ  və  strateji 
funksiyaları;  peşə  irəliləyişləri;  motivləşdirmə  metodlarının  və 
modellərinin  seçilməsi;  menecment  konsepsiyasının  təkmilləşdirilməsi; 
şə
xsi  keyfiyyətin  və  məhsulun  keyfiyyətinin  yüksəldilməsi;  heyətə 
istehsal  sisteminin  bir  vacib  ünsürü  kimi  yanaşılması;  firmadaxili 
səmərəliliyin artırılması və s. 
 
5-ci sual. Heyətin idarə edilməsinin əsas konsepsiyaları və 
funksiyaları. 
Heyətin idarə edilməsi iqtisadi, sosial, hüquqi, təşkilati və psixoloji 
məsələləri  əhatə  edir.  Heyətin  idarə  edilməsinə  aşağıdakı  aspektlər  və 
istiqamətlər baxımından yanaşmaq olar: 
1. insan resurslarından səmərəli istifadə edilməsi; 
2. işçinin potensialını aşkara çıxarma və fəaliyyətini motivləşdirmə, 
stimullaşdırma; 
3. heyətin  fəaliyyətinin  təşkilatların  iqtisadi  nəticələri  ilə 
ə
laqələndirmə; 

 
11 
4. heyətin  idarə  edilməsi  təşkilatın  iqtisadiyyatının  tərkib  hissəsi 
kimi; 
5. insanın istehsal fəaliyyətinin təşkili baxımından; 
6. insana,  onun  fəaliyyətinə  iqtisadi,  peşə-ixtisas,  demoqrafiya, 
sinfi,  sosial  status,  bioloji,  mədəni,  mənəvi  dəyərlər  sistemi 
baxımından yanaşma. 
Ona  görə  də  heyətin  idarə  edilməsinin  inteqrativ  səciyyə  daşıyan 
aşağıdakı konsepsiyaları vardır: 
1. sosioloji  konsepsiyaları  (sosial  davranış,  əmək  davranışı,  sosial 
qrup nəzəriyyələri, münaqişələr). 
2. iqtisadi  konsepsiyalar  (işçi  qüvvəsinin  maddi  stimulları,  əmək 
bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.) 
3. psixoloji  konsepsiyalar  (işçinin  dəyərlər  meyli,  mentaliteti, 
ünsiyyəti  və  davranışının  psixoanalizi,  əmək  fəaliyyətinin 
psixalogiyası və s.) 
4. əmək  və  sosial  hüquq  konsepsiyası  (heyətin  idarə  edilməsinin 
müəyyən  qanunlar,  qaydalar  çərçivəsində  aparılması,  əmək 
hüququ,  tarif  razılaşmaları,  muzdlu  işçi  və  iş  verən  arasındakı 
hüquqi münasibətlər və s.) 
İş
çi  heyətini  idarə  edərkən  bu  konsepsiyalar  və  müəyyən  edən 
prinsiplər hökmən nəzərə alınmalıdır. 
İş
çi heyətinin idarə edilməsi sisteminin qurulması həm universal və 
həm  də  konkret,  spesifik  səciyyə  daşıyır.  Heyətin  idarə  edilməsi 
sisteminin  qurulması  prinsipləri  müxtəlif  qaydada  təsnifata  ayrılır.  Bu 
prinsipləri iki böyük qrupa ayırmaq olar: 

 
12 
a) heyətin  idarə  edilməsi  sisteminin  formalaşmasına  olan  tələbləri 
səciyyələndirən prinsiplər; 
b) heyətin  inkişafının  əsas  istiqamətlərinin  idarə  edilməsi  sistemini 
müəyyən edən prinsiplər. 
I qrup prinsipə bunlar daxildir: 
1) heyətin  idarə  edilməsi  funksiyasının  istehsalın  məqsədi  ilə 
şə
rtləşməsi prinsipi; 
2) heyətin  idarə  edilməsində  mütərəqqilik  prinsipi,  yəni  dünya 
ölkələrinin  təcrübəsini,  etalonlarını  və  səmərəli,  optimal 
modellərini özündə əks etdirməsi; 
3) bu  sahədə  təşkilatların  gələcək  inkişafını  nəzərə  alan 
perspektivlik prinsipi; 
4) kadr  siyasətində  ayrı-ayrı  struktur  bölmələrin  (üfüqi  və  şaquli) 
səlahiyyətlərində avtonomluq prinsipi; 
5) kadrların seçilməsində aşkarlıq, şəffaflıq prinsipləri. 
II qrup prinsiplərə aşağıdakılar aid edilir: 
1) hər  hansı  bir  əsas,  vaxtı  çatmış  vəzifələrin,  problemlərin  həlli 
üçün  işçilərin  səyinin  təmərküzləşməsi,  istiqamətləndirilməsi 
prinsipləri; 
2) heyətin  idarə  edilməsi  sistemində  funksional  əmək  bölgüsünü 
nəzərə alan ixtisaslaşma prinsipi; 
3) heyətin  idarə  edilməsi  sisteminin  təşkilatın  dəyişilən  məqsəd  və 
iş şəraitinə adaptivlik (çeviklik) prinsipi və s. 
Heyətin idarə edilməsinin funksiyaları aşağıdakılardır: 
1) işçilərin seçilməsi, qiymətləndirilməsi və işə qəbul edilməsi; 
2) işçilərin əməyə uyğunlaşdırılması, təlimlənməsi; 

 
13 
3) heyətin yaradıcı əməyinin motivləşdirilməsi; 
4) kariyeranın planlaşdırılması; 
5) heyətin fəaliyyətinə inteqrativ qaydada ümumi rəhbərlik; 
6) heyətin fəaliyyəti  ilə bağlı xərclərin (əməyin ödənilməsi, təhsili, 
sosial xərclər) idarə edilməsi; 
7) iş yerlərinin, əmək fəaliyyətinin təşkili; 
8) heyətin marketinqi (yüksək ixtisaslı işçilərə, menecerlərə tələbatı 
müəyyən etmə); 
9) fəaliyyətin nəticələrini qiymətləndirmə; 
10)   heyət  fəaliyyəti  üzərində  nəzarət,  əmək  intizamını  təmin 
etmə, münaqişələri tənzimləmə; 
11)   heyətin sosial təminatı və hüquqi tənzimlənməsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
14 
6-cı sual. Fənnin məzmunu və digər elmlərlə əlaqəsi. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“İ
ns
an
 r
es
ur
sl
ar
ın
ın
 i
da

 e
di
lm
əs
i
” 
ku
rs
un
un
 d
ig
ər
 e
lm

rl
ə 
əl
aq
əs

əməklə 
bağlı elmlər 
Ə
məyin 
gigiyenası və 
sanitariyası 
Erqonomika 
Psixalogiya 
Sosiologiya 
Sahələrin 
iqtisadiyyatı 
Statistika 
Ə
mək hüququ 
Menecment 
İ
qtisadi nəzəriyyə 
ə
məyin 
təşkilatının əsasları 
Ə
məyin 
fiziologiyası 
və 
psixalogiyası 
Gəlir və əmək 
haqqı siyasəti 
Ə
məyin 
normalaşdırılması 
Heyətin idarə 
edilməsi 
Ə
məyin 
iqtisadiyyatı 
Ə
məyin sosiologiyası 

 
15 
İ
darəetmə  prosesində  baş  verən  şəxsiyyətlərarası  münasibətlər  eyni 
və  müxtəlif  vəzifəli  adamlar  arasındakı  münasibətlər  haqqında  olur. 
Məsələn, fəhlə ilə fəhlə, briqadir ilə briqadir, usta ilə usta, nazir ilə nazir, 
fəhlə-briqadir-usta-sahə  rəisi-sex  rəisi-müəssisə  rəhbəri-nazir  və  ya 
ə
ksinə. Odur ki, “İnsan resurslarının idarə edilməsi” fənninin məzmunu 
çox  cəhətli  əlaqələri  əhatə  edir.  Fənnin  məzmununa  aşağıdakılar 
daxildir: 

insan resurslarının idarə edilməsinin nəzəri və metodoloji əsasları, 
formal münasibətlər və s. 
- əmək ehtiyatları və əmək potensialı; 
- əhalinin sağlamlığı və təhlükəsizliyi; 
- intellektual kapital və onun idarə edilməsi, təhsil və insan inkişafı 
problemləri; 
-  istehsalın  səmərəliliyinin  yüksəldilməsində  insan  resurslarının 
rolu; 
-  heyətin  əməyinin  təşkilinin  təkmilləşdirilməsi,  əməyin    təşkili, 
ə
mək  ehtiyatlarından  istifadənin  səmərəliliyinin  sosial-texniki-texnoloji 
amili və şərti kimi; 
- heyətin işgüzar koriyerasının (mənsəbinin) idarə edilməsi; 
- təşkilatın sosial inkişafının idarə edilməsi; 
- əmək davranışı,  əməyin  motivləşdirilməsi və insan resurslarından 
istifadə; 

 
16 
- insan resurslarının strateji planlaşdırılması və idarə edilməsi; 
- heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi; 
- heyətin toplanması, seçilməsi və insan resurslarının inkişafı; 
-  heyətin  əməyinin  ödənilməsinin  təşkili,  idarə  edilməsi,  əmək 
haqqının forma və sistemləri; 
- heyətin əmək fəaliyyətinin stimullaşdırılması; 
-  elmi-texniki  tərəqqi  və  insan  resurslarının  peşə-ixtisas  təhsili 
problemləri; 
- insan resurslarının treninqi (təlimi) və inkişafı; 
- münaqişə situasiyaları və stresin idarə edilməsi; 
- işçilər arasında qarşılıqlı münasibətlər sistemi; 
- insan resurslarının hüquqi və etik cəhətləri; 
- heyətin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və s. 
 
 
 
 
 
 
 

 
17 
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə