Kibernetika və Kibernetik Sistem



Yüklə 47,79 Kb.
səhifə1/3
tarix30.09.2023
ölçüsü47,79 Kb.
#151297
  1   2   3
Kibernetik1


Kibernetika Kibernetik Sistem

Kibernetika — yunan sözü olub, hərfi mənası "idarə etmək bacarığı" deməkdir. Kibernetika əks əlaqəyə malik olan sistemlərin idarə olunması haqqında elmdir. Riyaziyyat, texnika və neyrofiziologiyanın qovşağında yaranmış kibernetikanı əks əlaqə mexanizminə malik canlı və cansız sistemlər sinfi maraqlandırır.
Kibernetikanın əsasını 1948-ci ildə "Kibernetika" kitabını çap etdirmiş amerikan riyaziyyatçısı Norbert Vinner (1894-1964) qoymuşdur. Bu elmin orijinallığı bundadır ki, o, sistemin maddi tərkibini və strukturunu deyil, baxılan sistemlər sinfinin işinin nəticəsini öyrənir. Kibernetikada ilk dəfə "qara qutu" anlayışı işlənib hazırlanmışdır. "Qara qutu" elə bir keçirilməsini təmin edən informasiyalara mexanizmdir ki, o indiki və giriş potensialı üzərində, bu potensialın strukturu və onun həyata malik olmadıqda belə müəyyən əməliyyatları həyata keçirə bilirik. Kibernetikada mürəkkəb sistemlərin xarici təsirlərə cavab reaksiyaları, onların həyata keçirdikləri funksiyalar öyrənilir. Kibernetikada sistemlərə substrat (maddi) və struktur yanaşma ilə bərabər sözün geniş mənasında sistem yanaşmanın funksional variantından da istifadə olunur. Əgər XVII əsr və XVIII əsrin əvvəlləri – saat əsri, XIII əsrin sonu və XIX əsr – buxar maşını dövrü olmuşdursa, hazırki dövr əlaqə və idarəetmə dövrüdür.
Bu proseslərin öyrənilməsinə kibemetika öz töhfəsini vermişdir. Əlaqə və idarəetmə modellərini öyrənən kibernetika bu prosesdə elmə çoxdan məlum olan, lakın yalnız müasır təbiətşünaslıqda status qazanan informasiya anlayışından istifadə edir. Sistemin təşkil olunmamasının ölçüsünü əks etdirən entropiya anlayışından fərqli olaraq informasiya anlayışı sistemin təşkil olunmasının ölçüsünü ifadə edir. Kibernetika informasiya ilə sistemin digər xarakteristikaları, o cümlədən entropiya arasındakı asılılığı aşkar edir. Araşdırmalar göstərir ki, informasiya ilə entropiya arasmda tərs mütənasib asılılıq mövcuddur: entropiya artdıqca ınformasıya azalır və əksinə. İnformasiyanın entropiya ilə əlaqəsi informasiyanın enerji ilə əlaqəsinə şəhadət verir.

Enerji (yunan sözü olub, fəalıyyət deməkdir) hərəkət və qarşılıqlı təsirin müxtəlif növlərinin: mexaniki, istilik, elektromaqnit, kimyəvi, qravitasiya, nüvə və s. ümumi ölçüsünü xarakterizə edir. Informasiya isə sistemlərin rəngarəngliyinin ölçüsünü xarakterizə edir. Sistemlərin bu fundamental parametrləri bir-birini nisbi surətdə şərtləndirir. İnformasiyanı ötürən siqnalın dəqiqliyi siqnalın enerjısinin miqdarından asılı olmasa da, enerji və informasiya bir-birilə bağlıdır. N.Viper belə bir misal gətirir: « kibernetikanı riyazi elmlərdən biri hesab edirlər. Lakin özünün bütün sahələrində riyazi aparatdan geniş miqyasda istifadə edən fizika riyaziyyata çevrilmədiyi kimi, kibernetika da riyaziyyatın bölmələrindən birinə çevrilmir. Bir daha xatırladaq ki, kibernetikanın tədqiqat predmetini idarəetmə sistemləri təşkil edir. Kibernetik metodların elmin bütün digər sahələrinə nüfuz etməsi bu gün bizə belə bir fikir söyləməyə haqq verir ki, müasir elmlər nəinki riyaziləşdirilir, onlar həm də kibernetikləşdirilir».



Yüklə 47,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin