Soyad: Abdullayeva



Yüklə 20,42 Kb.
tarix17.04.2017
ölçüsü20,42 Kb.
#14295
Azərbaycan Dövlət İqtisad Universiteti

Ad: Məryəm

Soyad: Abdullayeva

Fənn: Fəlsəfə

Fakültə: BİM

İxtisas: BM

Kurs və qrup: 1-ci kurs, 890

Müəllim: Əliyeva Gülbahar

Sərbəst işin mövzusu: İntibah dövrünün “Humanizmi” və “antroposentrizm”i

Mütəxəssislər İntibah dövrü fəlsəfəsinin təkamülündə üç əsas dövrü fərqləndirirlər: humanizm və ya antroposentrizm dövrü, neoplatonizm dövrü və naturfəlsəfə dövrü.

Humanizm dövrü intibah dövrünün fəlsəfi fikrinin inkişafında birinci mərhələdir və XIV əsrdən XV əsrin ortalarına qədər olan dövrü əhatə edir.

Humanizm insanın bir şəxsiyyət kimi özünü dəyərləndirməsinə, onun azadlıq və xoşbəxtlik hüququna əsaslanan dünya görüşüdür. Humanistləri insan özü, onun təbiəti, müstəqilliyi və yaradıcılığı maraqlandırır. Humanizm fəlsəfəsi Orta əsrlər geosentrizmini insanın dünya ilə münasibətlərində ona göstərilən marağa qarşı qoyur.

Humanizmin ilk nümayəndələrindən biri italyan mütəfəkkiri Dante Aligyeri (1265-1321-ci illər) olmuşdur. Dante özünün “İlahi komediya”, “Qonaqlıq” və “Monarxiya” əsərlərində insanın ikili təbiəti – onun ölümü və ölməzliyi, bununla da insanın ikili vəzifəsi barədə fikirlər söyləyir. Dantenin fikrincə, insanın mövcudluğunun məqsədi cənnətə qovuşmaqdır, lakin bu, heç də Yer üzündə nemətlərdən imtina olunmasını tələb etmir. Nemətlərin iki növünə qovuşmağın iki yolu var: mənəvi öyüdlər yolu və fəlsəfi öyüdlər yolu, həyatı mənəvi və intellektual xeyirxah əməllərə uyğun qurmaq. Bu yollardan birincisi, müqəddəs ruhun, ikincisi isə insanın zəkası sayəsində açılmışdır. Mənəvi dəyərlər insanın zəkasından üstündür. Danteyə görə, insanın təbiəti mükəmməldir və əlverişli şəraitdə insanın təbiəti Tanrının təbiətindən üstün ola bilər.

Humanizmin inkişafı italyan şairi, “birinci humanist” olmuş Françesko Petrarkanın (1304-1374-cü illər) yaradıcılığı ilə ayrılmaz şəkildə bağlıdır. Petrarka “İnsanın özünün və başqalarının nadanlığı haqqında” pamfletdə təkcə averroist azadfikirliliyə qarşı deyil, bütövlükdə Orta əsrlərin fəlsəfi bilik sisteminə qarşı çıxış edir, çünki o, praktiki fəlsəfəni sxolastik fəlsəfədən üstün tutur. “Rahiblərin asudə vaxtı haqqında” traktatda Petrarka insa - nın varlığı problemlərinə, etika məsələlərinə müraciət edir. Onu, ilk növbədə, nəcib insan ruhunun “daxili istəkləri” maraqlandırır. Petrarka “Mənim sirrim” əsərində iki personajın – humanist Fransiskanın və xristian ənənələrinin tərəfdarının dialoqunu təsvir edir. Bu dialoqda o, insanın Yer üzündə həyatının “ən yaxşı sevinclərinə”, özünün xeyirxah həyat idealına bəraət qazandırır: “Ehtiyaca dözməmək və izafiliyə malik olmamaq, başqalarına əmr etməmək və tabelikdə olmamaq”. Petrarkaya görə, Yer üzün - dəki qayğılar insanın ən birinci borcudur və onlar heç bir hal da ölümdən sonrakı xoşbəxtlik naminə qurban verilməməlidir.

Niderlandlı mütəfəkkir Erazm Rotterdamlı (1469-1536-cı illər) böyük humanist idi. Onun “İsa fəlsəfəsi” dirçəldilmiş antik irsə yaxın olub xristian etikasının humanizm mövqe - yindən yenidən işlənməsinin nəticəsidir. Erazm Rotter - damlının İsası qüssəli və kədərli deyil, həyatsevərdir, o, insanlara “mümkün ola biləcək ən xoş və həqiqi məmnunluqla dolu həyat” göstərir.

Humanizm siyasi fəlsəfəsinin parlaq nümayəndələrindən biri də Nikkolo Makiavelli (1469-1527-ci illər) idi. O, siyasi nəzəriyyəni dindən və əxlaqdan azad etmiş, siyasətçinin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün tətbiq etdiyi vasitələrə bəraət qazandırmaq prinsipini ifadə etmiş, siyasi fəaliyyətin məqsəd və vasitələrinin nisbətinin kifayət qədər sərbəst təfsir edilməsini mümkün hesab etmişdir. Mişel Monten (1533-1592-ci illər) Allah və dünya haqqında, təbiət və insan haqqında yazırdı, lakin onun daimi marağının yalnız bir mövzusu var – insan. Özü də söhbət mücərrəd insandan deyil, konkret şəxsiyyətdən gedir. Montenin yaradıcılığında humanist fərdiyyətçilik özünün tam təcəssümünü tapmışdır. Onun fikrincə, fəlsəfə insana, onun gündəlik həyatına yönəlmiş olmalıdır. Humanistlərin antik filosoflara çox böyük maraq göstərməsi səciyyəvi haldır. Onlar həmin filosofların əsərlərini çox həvəslə şərh edirdilər, lakin bu, Orta əsrlər dövrünə xas olan təfsirdən tamamilə fərqli şərh idi. Humanistləri maraqlandıran əsas məsələ əsərdən səmərəli istifadənin ilkin şərti olan mətnin əsli - nin obyektiv elmi müəyyənləşdirilməsi idı. Humanizm fəlsəfəsinin antroposentrizmliyi əsas diqqətin yalnız ontoloji problemlərdən etik problemlərə yönəldilməsi deyil, həm də dünyanın mənzərəsinin yenidən qurulması demək idi. Bədən ilə ruhun, maddi ilə mənəvinin ayrılmaz təbii vəhdəti olan insanın Yer üzündə həyatı humanistlərin diqqətini cəlb edirdi.

XIV əsrdən etibarən Avropa ölkələrində burjua münasibətləri qərarlaşmağa başlayır. Bununla əlaqədar mərkəzləşmiş dövlətlər yaranmağa başlayır, ticarət genişlənir, monufaktura istehsalatına başlanılır. Elm, fəlsəfə dinin, kilisənin təsirindən çıxıb müstəqilliliyə can atır. Bu dövrə intibah dövrü deyilirdi. İntibah dövrü fəlsəfi fikrin inkişafında birinci mərhələdir və XIV əsrdən XV əsrin ortalarına qədər olan dövrü əhatə edir. İntibah termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır.

Mütəxəssislər İntibah dövrü fəlsəfəsinin təkamülündə üç əsas dövrü fərqləndirirlər: humanizm və ya antroposentrizm dövrü, neoplatonizm dövrü və naturfəlsəfə dövrü.

İntibah mədəniyyətinin başlıca səviyyəsini Humanizm ideyaları təşkil edirdi. İntibah mədəniyyəti insana yüksək Humanist münasibəti, kainatın mərkəzinə insanı qoyması – antroposentrizm mövqeyi fəlsəfədə, ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda xüsusilə Mikelançelo, Leonardo da Vinci, Rafael, Dante və b. əsərlərində öz ifadəsini tapmışdır. İnsan ən ali canlı səviyyəsinə yüksəldilir. Əgər Antik dünya görüşünün qayəsini kosmosentrizm, insana kainatın və təbiətin bir hissəsi kimi baxmaq ideyası təşkil edirdisə, Orta Əsrlərdə dünyagörüş teosentrik səciyyə daşıyırdısa, İntibah dövrü dünyagörüşü üçün antroposentrizm xasdır.

Humanizm insanın bir şəxsiyyət kimi özünü dəyərləndirməsinə, onun azadlıq və xoşbəxtlik hüququna əsaslanan dünyagörüşüdür. Humanistləri insan özü, onun təbiəti, müstəqilliy və yaradıcılığı maraqlandırır. Humanizm fəlsəfəsi Orta əsrlər geosentrizmini insanın dünya ilə münasibətlərində ona göstərilən marağa qarşı qoyur.

Humanizm sözü fransızcadan tərcümədə "humanisme" insanlıq, insanları sevmək, bəşəriyyətçilik deməkdir.

Humanizm insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada ateizm və aqnostisimlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir.



Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil. Həqiqətə edilən bu arzu gözübağlı mütləq həqiqət olaraq qəbul etmək deyil, elmi şübhəçilik və elmi üsullarla öz cavabını tapmalıdır. Avtoritarlığı və eyni zamanda həddən artıq şübhəçiliyi də rədd edərkən, taleyin hadisələr uzərindəki təsirini qəbul etmir. Doğrunun və yanlışın olmasına şəxsi və ortaq elmin mənimsənilməsilə çatılabiləcəyini müdafiə edir. Bununla yanaşı humanizm insanın bütün digər canlı növlərindən daha fərqli olduğu düşüncəsini inkar edir. Humanist filosof Piter Singer "Bir çox istisna olmasına baxmayaraq humanistlərin çoxu özlərini böyük bir doqmadan azad edə bilmir. Humanistlər digər canlı növlərinə qarşı düşüncəsiz istismara qarşı çıxmalıdır" deyərək humanizmin təbiiliyi və həyatsevərliyini göstərir.

Humanizm insanın bacarıqlarına müsbət yanaşır, bununla yanaşı insan təbiətinin bütünlüklə yaxşı və bütün insanların humanizmin müdafiə etdiyi mənəvi dəyərlərə çatabiləcəyini müdafiə etmir. Bunun üçün əzm və başqalarının köməyi də lazımdır. Humanizmin əsas hədəfi insanın inkişafı və bütün insanlar üçün həyatı yaxşılaşdırmaqdır. Humanizm gözəl işlər görməyə, indi və burada yaxşı yaşamağa və gələcəyə daha yaxşı bir dünya qoyub getməyə çalışır, sonrakı həyatda mükafatlandırılmaq üçün həyat boyu əzab çəkmək lazım deyil.
Yüklə 20,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin