Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 57,41 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü57,41 Kb.
#41508
  1   2   3   4   5   6
XVIII əsrdə Rusiyanın xarici siyasəti-1


Azərbaycan Dövlət Pedaqoji Universiteti

SƏRBƏST İŞ

Fakültə:Tarix/Coğrafiya

İxtisas: Tarix müəllimliyi

Qrup:1905B

Tələbə: Zərnişan Həsənova

Fənn:.Şərqi Avropa tarixi

Müəllim:Dos.Afaq Piriyeva

Mövzu: XVIII əsrdə Rusiyanın xarici siyasəti


Bakı 2021
XVIII əsrdə Rusiyanın xarici siyasəti

Plan


1.I Pyotrun dövründə xarici və daxili siyasət

2.XVIII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti

3.İnqilabi Fransaya qarşı mübarizə.


1.I Pyotrun dövründə xarici və daxili siyasət

Aleksey Mixayloviç Romanovdan sonra oğlu Fyodor Alekseyeviç haki­miyyətə (1676-1682) gəlmişdi. Onun ölümündən sonra isə 1682-ci ildə on yaşında olan qardaşı I Pyotr çar elan olunmuş­du. Lakin ölkəni faktiki olaraq I Pyotrun böyük bacısı Sofiya idarə edirdi. 1689-cu ildə Sofiya streleslərin kö­məyilə hakimiyyəti ələ almağa cəhd etdi, lakin müvəf­fəqiyyətsizliyə uğradı. Qalib gələn I Pyotr Sofiyanı mo­nastıra göndərdi.

Bu dövrdə Rusiyanın inkişafı üçün iqtisadi-siya­si və hərbi sahədə lazımi islahatların keçirilməsi zəru­rəti yaranmışdı. I Pyotr ilk vaxtlar hərbi məsələlərə çox fikir verirdi. O, ilk növbədə Qara dəniz sahillərini ələ keçirmək, gələcəkdə İstanbulu və boğazları tuta­raq Aralıq dənizinə çıxmağa can atırdı. I Pyotrun 1695 və 1696-cı illərdə cənuba olan hərbi yürüşlərinin birin­cisi uğursuz oldu. Lakin ikinci yürüş nəticəsində türk qalası Azov ələ keçirildi.

Azovun alınması ilə müharibə qurtarmadı. Türk­lərin güclü hərbi donanması yenə də Qara dənizdə hökmranlıq edirdi. I Pyotr gələcəkdə Osmanlı ilə müha­ribəni davam etdirmək üçün müttəfiqlər axtarırdı. Bu məqsədlə 1697-1698-ci illərdə Qərbi Avropaya görkəmli rus diplomatlarından olan F.Q Lefort , F.A Qolovin və P. B. Voznitsinnin başçılığı ilə «Böyük elçilik» göndərildi. Pyotr özü Pyotr Mixaylov adı ilə sə­firliyin tərkibində Avropaya gedərək gəmiqayırma və artilleriya işini, habelə Avropa qaydaları və adətlərini öyrənirdi.

«Böyük elçilik» Hollandiya, İngiltərə və Avstri­yada oldu. I Pyotr Avropa dövlətlərinin Osmanlıya qar­şı böyük ittifaqını təşkil etmək planını həyata keçirə bilmədi.

Şimal müharibəsi. Ancaq Polşa, Saksoniya və Danimarka ilə İsveçə qarşı koalisiya yaratmaq mümkün oldu. Bu koalisiya Şimal ittifaqı adını aldı. 1699-cu ildə Moskvada həmin ittifaq rəsmiləşdirildi. Şimal ittifaqının yaranması Ru­siyanın xarici siyasətində əsaslı dönüş idi: cənub dəniz­lərinə çıxmaq uğrunda mübarizə əvəzinə Baltik dənizi sahilboyunun ələ keçirilməsi ön plana çəkildi.

Şimal ittifaqı ilə İsveç arasında 1700-cü ildə baş­lanan müharibə 21 il (1700-1721) davam etdi. Bu mü­haribəyə Şimal müharibəsi deyilirdi. Müharibəyə əv­vəlcə Danimarka və Polşa başladı. Onların hücumları ilk vaxtlar uğurla gedirdi. Danimarka qoşunu düşmə­nin üzərinə hücuma keçərək onun bir neçə qalasını ələ keçirmişdi. Polşa kralı II Avqust isə Riqanı mühasirə­yə almışdı. Rusiya müharibəyə bir qədər gec qoşuldu. Çünki, I Pyotr cənub sərhədlərinin təhlükəsizliyini tə­min etmək məqsədilə 1700-cü il iyunun 3-də İstanbul sülhünü bağladı. Müqaviləyə əsasən Azov qalası Rusi­yaya keçirdi. Bu hadisədən dərhal sonra I Pyotr 1700-cü ilin avqustunda İsveçə müharibə elan etdi. Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu. 1700-cü ilin no­yabrın 19-da rus ordusu Narva qalası yanında İsveç kralı XII Karl tərəfindən darmadağın edildi. Bir az əvvəl Paytaxt Kopenhagenə qoşun çıxarıldıdan sonra (Tranvelda sülh müqaviləsi) məğlub edilmiş Danimarka da İsveçlə sülh bağlamağa məcbur edilmiş və müharibədən çıxmışdı.

XII Karl Narva yaxınlığında rus ordusunu məğlub etdikdən sonra Polşa kralı II Avqustun üzərinə hücuma keçdi və Riqa yaxınlığında onu da məğlubiyyətə uğrat­dı. O, belə güman edirdi ki, rus ordusu artıq müharibə­ni davam etdirmək iqtidarında deyil.

I Pyotr bu fürsətdən çox məharətlə istifadə etdi. O, təcili olaraq və böyük səylə ordunu bərpa etməyə və yenidən qurmağa başladı. Qoşunların komplektləşdirilməsi rekrut (əsgər) toplanması qaydası ilə həyata keçirilirdi. Silah, xüsusən top istehsalı genişləndiril­mişdi. Bu məqsədlə Uralda dəmir, çuqun, mərmi və top istehsal edən güclü metallurgiya zavodları tikilib isti­fadəyə verilmişdi. Ümumi sayı 200 min nəfərə çatdırıl­mış hərbi hissələrin hər cür təchizatı da yaxşılaşmışdı.

İlk hərbi islahat sürətlə həyata keçirildiyindən, artıq 1701-ci ildə Şeremetyevin komandası altında hücuma keçən rus ordusu İsveç qoşunlarını iki dəfə məğlub etdi. Erestefer (Derpt) və Osmanlı qələbələri İsveç ordusunun məğlubedilməziliyinə son qoydu. Noteburq qalasının adını dəyişib Şilesburq adlandırıldı. 1702-1703-cü illərdə Neva çayı boyunca olan torpaqların işğalı başa çatdırıldı. 1703-cü ilin mayında Neva çayının mənsəbində Petropavlovsk qala­sının əsası qoyuldu. Həmin qalanın yaxınlığında yeni şəhərin-Peterburqun inşasına başlanıldı. Beləliklə, «Avropaya pəncərə» açılmış oldu və şəhər hərbi-dəniz donanmasının dayanacağına çevrildi. 1704-cü ildə Nar­va və Derpt qalaları da rusların əlinə keçdi.

Rus ordusu qələbələr çaldığı bir vaxtda-1704 cü ildə XII Karl da II Avqustu məğlub edərək Varşavanı ələ keçirmiş və öz adamı Poznan voyevodası Stanislav Leşinskini taxta oturtmuşdu. Pyotr gözləyirdi ki, XII Karl Moskva üzərinə yeriyə­cəkdir. Lakin İsveç kralı ölkənin içərilərinə girməyə cürət etmədən, cənuba, Ukrayna tərəfə hərəkət etdi. Belorusiyadan və Ukraynadan keçən İsveç ordusu xalq tərəfindən ciddi müqavimətə rast gəlmədi. Ukrayna getmanı İ.Mazepa da İsveç tərəfinə keçmişdi.

I Pyotr 1708-ci il sentyabrın 28-də Lesnaya kəndi yaxınlığında İsveç kralı XII Karla ərzaq və silah-sursat gətirən Levanqauptun İsveç korpusunu məhv etdi. İçərisində döyüş ləvazimatı və ərzaq olan araba karvanı rusların əlinə keçdi. Lesnaya kəndi yaxınlığında qələbə İsveç qoşunlarının Poltava yaxınlığında darmadağın edilməsini təmin etdi. I Pyotr sonralar bu döyüşü «Pol­tava döyüşünün anası» adlandırmışdı. 1709-cu il iyu­nun 27-də Poltava yaxınlığında döyüşdə I Pyotr nəha­yət, İsveç ordusu üzərində qələbə çaldı. XII Karl və İ.Mazepa qaçaraq Osmanlıya məxsus torpaqlarda gizlənə bildilər.

İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı

Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir:



  • Hollandiya

  • İngiltərə

  • Fransa


Yüklə 57,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin