Novbəti Osmanlı Rusiya müharibsi Yassı sülhü. Rusiyanı zəiflətmək istəyən Fransa və digər Avropa dövlətlərinin təhriki ilə Osmanlı 1787-ci ildə Rusiyaya müharibə elan etdi. Müharibə türklərin Dneprin mənsəbinə yaxın yerdə yerləşən Kinburn qalasını tutmaq cəhdləri ilə başlandı. Lakin qaladakı rus qarnizonu A.Suvorovun başçılığı altında qalanın qarşısında sahilə çıxmış türk desantına sarsıdıcı zərbə endirdi. 1788-ci ilin yaz-yay aylarında rus qoşunları dəniz sahilindəki türk qalası Oçakov (Ocaq) qalasını mühasirəyə aldılar. Qalanın mühasirəsi bir neçə ay davam etdi. Nəhayət, rus qoşunları həm qurudan və həm də dənizdən hücuma keçdilər. Qanlı döyüşdən sonra Oçakov qalası ələ keçirildi.
1789-cu ilin iyulunda Fokşan yaxınlığında və bir qədər sonra - sentyabrda Rimnik çayına yaxın yerdə baş vermiş döyüşdə birləşmiş rus-Avstriya qoşunları türk qoşunlarını ağır məğlubiyyətə uğratdılar. Bundan sonra Avstriya Osmanlı ilə separat sülh bağlayaraq müharibəən çıxdı. Rusiya isə müharibəni davam etdirirdi.
1790-cı ilin dekabrında A. Suvorovun qoşunları Dunay çayının mənsəbində yerləşən İzmail (İsmayıl) alasını mühasirəyə aldılar, lakin bir neçə ay ərzində qalanı ələ keçirmək mümkün olmadı. 1790-cı il dekabrın 11-də rus qoşunları İzmail qalası üzərinə qəti hücuma keçdilər. Türk əsgərləri rəşadətlə döyüşürdülər. Onlar əsir düşmürdülər. Rusların 600 topdan açdıqları aramsız atəşlər qala divarlarını yerlə yeksan etmişdi. Döyüşün on saatadək davam etdirilməsinə baxmayaraq, axşama yaxın düşmən qoşunları qalanı ala bildilər. M.İ.Kutuzov bu döyüşdə ağır yaralandı və gözünün birini itirdi.
Admiral F. Uşakovun komandanlığı altında rus donanması Kerç boğazında, sonra isə Tendr və Kaliakriya adaları yaxınlığında türk donanmasına xeyli ziyan vurmuşdu.
Dostları ilə paylaş: |