Kibernetikanı, adətən, nəzəri, texniki və tətbiqi kibernetikaya bölürlər.
Texniki kibernetikaya bəzi hallarda kibemetikanın müstəqil istiqaməti, bəzən də tətbiqi kibernetikanın növlərindən biri kimi baxılır. Texniki kibernetika idarəedici və hesablayıcı qurğularda tətbiq olunan texniki vasitələrin quraşdırılması və istismar məsələləri ilə məşğul olur. Texniki kibernetikanın başlıca problemlərindən biri "insan-maşın" problemidir. Bu problemin mahiyyətində aynlmaz elementini insan-operator təşkil edən avtomatlaşdırılmış idarəetmə sistemlərinin öyrənilməsi durur. Bu sahədə meydana çıxan bir sıra yeni problemlər (insanın adaptiv xassələri, insan-operatorun intellektual fəaliyyəti, onun fəaliyyətinin məntiqi təsviri, evristik proqramlaşdırma və s.) texniki kibernetikada mühüm əhəmiyyət kəsb edir. Nəzəri kibernetikaya riyaziyyatın müxtəlif bölmələrində yaranmış elmi istiqamətlər, o cümlədən riyazi məntiq, ehtimallar nəzəriyyəsi, hesablama riyaziyyatı, informasiya nəzəriyyəsi, kodlaşdırma nəzəriyyəsi, alqoritmlər nəzəriyyəsi və b. daxildir. Kibernetikanın özündə isə avtomatlar nəzəriyyəsi, formal dillər və qrammatikalar nəzəriyyəsi, obrazlarm tanınması nəzəriyyəsi və s. bölmələr yaranmışdır. Nəzəri kibernetikanın yalnız riyaziyyat və məntiqə müncər edilməsini düşünmək doğru olmazdı. Digər təbii və texniki elmlər kimi kibernetika da obyektin öyrənilınəsi üçün eksperimentdən, xüsusilə maşın modelləşdirməsi adlanan riyazi eksperimentdən istifadə edir. Riyazi eksperiment obyektin fıziki modelini qurmadan və tədqiq etmədən onun elektron hesablama maşınında reallaşdırılan riyazi modeli əsasında tədqiqini mümkün edir. EHM-da aparılan modelləşdirmə digər elmlərlə müqayisədə kibernetikaya xüsusi üstünlük verir. Kibernetik yanaşma metodundan bütün elmlərdə – təbii, texniki və humanitar elmlərdə istifadə olımur. Bu baxımdan kibernetika riyaziyyata bənzəyir.
Sistemin rəngarəngliyi artdıqca informasiyalar da müvafıq suratdə çoxalır, lakin informasiyanın sistemlərin rangarəngliyi ilə əlaqəsi təkcə bununla bitmir. Kibernetikanın əsas qanunlarıdan biri "zəruri rəngarənglik" qanunudur. Bu qanuna görə hər bir sistemin eftektli idarə olunması yalnız o halda mümkündür ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən böyük olmuş olsun. Nəzəri kibernetika ixtiyari təbiətli idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması ilə məşğul olur. Onun əsas bölmələrindən biri mürəkkəb sistemlərin idarə olunmasının nəzəriyyəsidir. Nəzəri kibernetikada təsadüfı proseslər nəzəriyyəsi, oyunlar nəzəriyyəsi, statistik həllər nəzəriyyəsi və s. böyük əhəmiyyət psixologiyası ilə kəsişməsinə səbəb olur. Texniki kibernetikanın məşğul olduğu problemlər spektri zəngindir: obrazların tanınması, oxuya bilən avtomatların yaradılması, texniki proseslərin və ya fiziki eksperimentlərin halını xarakterizə edən situasiyalarm təhlili, avtomatlaşdırılmış diaqnostik qurğuların işlənib hazırlanması, obyektlərin identifıkasiyası və s.
Kibernetikanın xalq təsərrüfatı sahəsində ən mühüm vəzifəsi müəssisələrin idarə olunmasının avtomatlaşdırılmış sisteminin və texniki proseslərin idarə olunmasının avtomatlaşdırılmış sistemini yaratmaqdan ibarətdir. Bu sistemlərin yaradılmasının elmi bazasmı təkcə texniki kibernetika deyil, həm də informasiya nəzəriyyəsi, sistematotexnika, iqtisadi kibernetika təşkil edir.
Tətbiqi kibernetika nəzəri və bir sıra hallarda texniki kibernetikanın biologiyaya, təbabətə, iqtisadiyyata, sənayeyə, nəqliyyata, rabitə xidmətinə və s. tətbiq edilməsilə məşğul olur.
Kibernetikanın tarixi taleyi elədir ki, onun məzmununda biliyin demək olar ki, bütün sahələri birləşir. Kibernetika – hər hansı bir elm olmayıb, idarəetmənin ümumi prinsiplərini, idarəetmə üsullarını və onların texnikada istifadə olunmasının vasitələrini öyrənən bütöv bir istiqamətdir. Kibernetikanın bəzi tərkib hissələri təbiət elmlərinə, bəziləri texniki elmlərə, bəziləri isə ictımaı elmlərə aiddir.
Öyrəndiyi obyektlərin genişlik dairəsini əsas tutaraq bir sıra müəlliflər kibernetikanı "müasir fəlsəfə", "elmi-texniki inqilab dövrünün fəlsəfəsı" adlandırırlar. Məzmunu fəlsəfi problemlərlə zəngin olsa da kıbernetika fəlsəfə deyil. Onun özünəməxsus, lakin təlsəfənin predmetindən (təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi qanunları) daha məhdud və dar olan xüsusi predmeti (idarəetmə) vardır. Bu problemlərin həlli kibernetikanın hüdudlarını aşaraq fəlsəfi təhlil sahəsinə daxil olur. Elmi dialektik fəlsəfə kıbernetikanın dünyagörüşü və metodoloji əsası kimi çıxış edir.
Kibernetika və fəlsəfənin əlaqəsi qarşılıqlı səciyyə daşıyır. Bütövlükdə kibernetikanın nəzəri idrak üçün əhəmiyyəti aşağıdakı cəhətlər ilə müəyyən olunur:
Fəlsəfi əhəmiyyəti: kibemetıka əlaqənin, idarəetmənin, informasiyanın, təşkilolunmanın, əks əlaqənin, məqsədəuyğunluğun, ehtimalın roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər verir.
Sosial əhəmiyyəti: kibemetika mütəşəkkil tam kimi qəbul etdiyi cəmiyyət haqqmda yeni təsəvvürlər irəli sürür.
Umumelmi əhəmiyyəti: kibemetikanın bu əhəmiyyəti üç mənaya malikdir:
a) kibernetıka elmin digər sahələri üçün mühüm əhəmiyyət kəsb edən ümumelmi anlayışlar (idarəetmə, mürəkkəb dinamik sistem, informasiya və b. verir;
b) elmə yeni tədqiqat metodları (ehtimali metod, stoxastik metod, EHM-də modelləşdirmə və b.) verir;
v) "siqnal-cavab" funksional yanaşma metodu əsasmda kibernetik sistemlərin tərkibi və strukturu haqqmda sonrakı tədqıqatların gedişində yoxlanıla bilən hipotezləri irəli sürür. Məsələn, texnika sistemlər üçün işlənib hazırlanmış yeni bir qaydaya görə sistemin işindəki xətanı tapmaq üçün üç eyni sistemın işini yoxlamaq lazımdır. Onlardan ikisinin işinə görə üçüncünün səhvləri tapılır.
Metodoloji əhəmiyyəti: kibernetikanın metodoloji əhəmiyyəti bununla müəyyən olunur ki, sadə texniki sistemlərin funksiyalaşmasının öyrənilməsi daha mürəkkəb sistemlərdə (canlı orqanizmlər, insan təfəkkürü və s.) cərəyan edən proseslərin (həyatın yenidən hasil edilməsi, təhsil və s.) dərk edilməsində istitadə olunur. Bu qəbildən olan kibernetik modellərin müasir elm üçün əhəmiyyəti bununla şərtlənir ki, hazırda mürəkkəb sistemlərdə cərəyan edən proseslərin adekvat təsvirini verən riyazi tənliklər olmadığından onlarm daha sadə modelləri ilə kifayətlənmək lazım idi.
Texniki əhəmiyyəti: kibernetikanın texniki əhəmiyyəti bundadır ki, mövcud kibernetik prinsiplər əsasında elektron hesablama maşınlarının, robotların, şəxsi kompyuterlərin yaradılması yalnız elmi idraki deyil, həm də həyatm bütün sahələrinin kibemetikləşdirilməsinə yə informatikləşdirilməsinə səbəb olur.
Son illər telekommunikasiya vasitələri, kompyuter texnologiyaları və avtomatik idarəetmə sistemləri çox sürətlə inkişaf edir. Müasir informasiya texnologiyaları təhsilə, tərbiyəyə, şəxsiyyətin və insanlar arasındakı münasibətlərin foralaşmasına və s. böyük təsir göstərir. Buna görə müasir həyatı telekomunikasiya və kompyuter texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bütün bunların əsasını təşkil edən əks əlaqəyə malik sistemlərin idarə olunmasından bəhs edən kibernetika və onun bölmələrindən olan informasiya sоrğu sistеmlərinin aktual elm sahələrindən olması danılmaz faktdır.
Sistemlilik prinsipi ümumi halda götürüldükdə obyektiv həqiqətin sistem bütövlüyü və onların daxilindəki ünsürlərin qarşılıqlı təsiri mexanizmindən ibarətdir. Bu, reallığın xüsusi qnesoloji prizmasını, ölçüsünü müəyyən edir. Burada bir-biri ilə qarşılıqlı əlaqədə olan ünsürlərin çoxluğu və vəhdətliyi nəzərdə tutulur. Bu ünsürlər çoxluğu bütöv bir möhkəm sistemi əmələ gətirməklə, aralarında inteqral xassəli qanunauyğunluqlar yaradır. Ona görə də iqtisadi və digər sistemləri tətqiq edən zaman ən başlıca məsələ ünsürlərin sistemə çevrilməsinə səbəb olan determinantları aşkara çıxarmaq və müəyyən etmək lazımdır. Burada həmçinin sistemlərdə spesifik əlaqələrin, əsasların və münasibətlərin aşkar edilməsi, onların keyfiyyətcə fərqli cəhətlərinin ayrılması, həmin sistemlərin strukturunun, fəaliyyət göstərməsinin və inkişaf etməsinin qanunauyğunluqlarının öyrənilməsi də mühüm əhəmiyyətə malikdir. Beləliklə, məsələ yalnız hadisələrə sistem halında yanaşmaqla bitmir.
Ən başlıca məsələlərdən biri sistem münasibətlərinin özünün düzgün dərk edilməsidir. Müasir elm və təcrübənin sistemli ideyalara və prinsiplərə böyük ehtiyacı vardır. Sistemli bilik digər dərketmə formaları içərisində mühüm yer tutur. Çünki sistemli münasibətləri sistemli bilik vasitəsi ilə dərk etmək olar. Sistemli bilik dərk etmənin mühüm məntiqi formaları olan ayrıca ümumi, mahiyyət, hadisə və s. ilə əlaqədardır. Sistem halında yanaşmada bütün bunlar obyektin sistem spesifikliyinin müəyyən edilməsi vəzifələrinə tabe etdirilir. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, sistemlilik heç də obyektlərin ayrı-ayrı cəhətlərinin ixtisaslaşmış halda öyrənilməsini inkar etmir. Ayrı-ayrı bilik formalarının vəhdətliyi sistemi biliklərinin və faktların ümumi və xüsusi cəhətlərini dərindən dərk etməyə kömək edir. Bəzi alimlər Hegeldən fərqli olaraq mütləq ideyaları deyil, obyektiv reallığı və onun inkişaf qanunlarını əsas götürürdü. Halbuki Hegel hadisələri öz-özlüyündə izah etməklə yanaşı, onlara müəyyən qanunlara tabe olan bir sistem halında yanaşırdı. Hadisələrin məcmu halda götürülməsi məcmu sistem keyfiyyətini verir. Hər hansı bir obyektin sistem halında öyrənilməsi müxtəlif formalarda həyata keçirilir. Birincisi, hadisələrin, predmetlərin real əlaqələrinin aşkara çıxarılması formasında; burada hadisələrə təsir edən iki və bir çox amillərin mühüm əlaqələrinin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. İkincisi, hadisələrin real ümumiliyinin, ümumi keyfiyyətinin aşkara çıxarılması. Burada hadisələrin və proseslərin eyni tipliliyi, eyniliyi, prinsipi mühüm rol oynayır. Üçüncüsü, hadisələr sistemini hərtərəfli öyrənməyə imkan verir. Məcmu sistem keyfiyyətinin öyrənilməsi işində dəqiq elmi müddəaların böyük metodoloji əhəmiyyəti vardır.
Sistemin rəngarəngliyi artdıqca informasiyalar da müvafıq sürətdə çoxalır, lakin informasiyanın sistemlərin rangarəngliyi ilə əlaqəsi təkcə bununla bitmir. Kibernetikanın əsas qanunlarıdan biri «zəruri rəngarənglik» qanunudur. Bu qanuna görə hər bir sistemin eftektli idarə olunması yalnız o halda mümkündür ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən böyük olmuş olsun.
Kibernetikanı, adətən, nəzəri, texniki və tətbiqi kibernetikaya bölürlər. Nəzəri kibernetika ixtiyari təbiətli idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması ilə məşğul olur. Onun əsas bölmələrindən biri mürəkkəb sistemlərin idarə olunmasının nəzəriyyəsidir. Nəzəri kibernetikada təsadüfı proseslər nəzəriyyəsi, oyunlar nəzəriyyəsi, statistik həllər nəzəriyyəsi və s. böyük əhəmiyyət psixologiyası ilə kəsişməsinə səbəb olur. Texniki kibernetikanın məşğul olduğu problemlər spektri zəngindir: obrazların tanınması, oxuya bilən avtomatların yaradılması, texniki proseslərin və ya fiziki eksperimentlərin halını xarakterizə edən situasiyalarm təhlili, avtomatlaşdırılmış diaqnostik qurğuların işlənib hazırlanması, obyektlərin identifıkasiyası və s. Kibernetikanın xalq təsərrüfatı sahəsində ən mühüm vəzifəsi müəssisələrin idarə olunmasının avtomatlaşdırılmış sisteminin və texniki proseslərin idarə olunmasının avtomatlaşdırılmış sistemini yaratmaqdan ibarətdir.
Kibernetika dilində – sistem deyəndə qarşılıqlı əlaqəli dəyişənlərin, elementlərin, blokların məcmusu başa düşülür. Kibernetikanın əsas tədqiqat obyekti kibernetik sistemdir. Hər belə sistem özündə qarşılıqlı əlaqədə olan sistemin elementlərini əks etdirir hansılar ki, informasiyanı qəbul edib, yaddaşda saxlayıb, emal edib və onunla mübadilə aparmağa qadirdir. “Dəyişənlər” – sistemin elementi olub, öz məzmununa görə real obyektə bərabər olmayıb bu obyektin hər hansı hissəsidir. Məsələn, zavod praktiki olaraq sonsuz saylı xüsusiyyətləri olan obyekt kimi xarakterizə oluna bilər: onun istehsal gücləri, işlədiyi yer, işləyən fəhlələrin sayı, istehsal sahəsi, əsas və dövriyyə istehsal fondlarının tərkibi və dəyəri, divar və damlarda istifadə olunan materiallar, fabrik trubasının hündürlüyü, arxitekturanın xüsusiyyətləri, istehsal etdiyi məhsulların yüksək keyfiyyəti və s. Lakin bir obyekt kimi zavod ayrı-ayrı mütəxəssislər tərəfindən müxtəlif prizmalardan qəbul edilir. Planlaşdırıcı zavoda hər hansı bir iqtisadi sistemin obyekti kimi yanaşacaq və onu planlaşdırma obyekti kimi zavodun zəruri xarakteristikaları, su təsərrüfatı üzrə müfəttiş onun nə qədər su işlədəcəyi və çirkli suyu hara axıdacağı ilə, yaxınlıqda aerodrom tikən mütəxəssisi zavoddan atmosferə tüstü buraxan borunun hündürlüyü maraqlandıracaqdır, çünki gələcəkdə o əngəllər yaratmaqla, aerodromun radiotuşlayıcılarının işinə maneçilik törədə bilər.
Mürəkkəb sistem anlayışı. Bütün Kainata aid olan fiziki qanunauyğunluqları öyrənən nisbilik nəzəriyyəsi və mikroaləmin qanunauyğunluqlarını tədqiq edən kvant mexanikası heç də asan anlaşılan nəzəriyyələr olmasalar da, onlar müasir təbiətşünaslıq baxımından sadə hesab olunan sistemlərlə iş görürlər. Bu nəzəriyyələrin öyrəndiyi sistemlər o mənada sadədirlər ki, onlara az sayda dəyişənlər daxildir və buna görə də, onların qarşılıqlı əlaqəsi riyazi təsvirə və universal qanunların çıxarılmasına imkan yaradır.
Təbiət və cəmiyyətdə sadə sistemlər ilə yanaşı çoxsaylı dəyişənlərdən və onların rəngarəng əlaqələrindən yaranan mürəkkəb sistemlər də mövcuddur. Tədqiqat predmeti nə qədər mürəkkəb olarsa, onun tədqiq edilməsi də, funksiyalaşmasının və ınkışafının qanunauyğunluqlarını aşkara çıxarılması da bir o qədər çətin olur. Bu qəbildən olan sistemlərin öyrənilməsinin çətinlikləri həm də belə bir amillə bağlı olur ki, sistem nə qədər mürəkkəb olursa onun emercment xassələri, b.s. onun hissələrində olmayıb, bütöv halından tamlığından törəyən xassələr də bir o qədər zəngin olur.
Belə mürəkkəb sistemlər, məsələn, iqlim prosesləri haqqmda elm olan meteorologiyada öyrənilir. Meteorologiyanın öyrəndiyi sistemlər ona görə mürəkkəb sayılır ki, ilk baxışdan paradoksal görünsə də havanın halını müəyyən edən proseslər qravitasiya proseslərinə nisbətən daha az məlumdur. Doğrudan da, maraqlıdır biz dəqiq hesablamalar əsasmda Yerin və ya hər hansı bir kosmik obyektin milyon illər bundan sonra fəzanın hansı nöqtəsində olacağını irəlicədən təyin edə bildiyimiz halda, sabah havanın necə olacağını dəqiq təyin edə bilmiirik. Buna səbəb iqlim proseslərinin çoxlu sayda dəyişənlərdən və onların qarşılıqh təsirlərindən yaranan müıəkkəb sistem olmasıdır.
Sistemlərin sadə və mürəkkəb növlərə bölünməsi müasir təbiətşünaslığın fundamental məsələlərindəndir. Bütün mürəkkəb sistemlər içərisində ən çox maraq doğuranı «əks əlaqə»lərdir. «Əks əlaqə» müasir təbiətşünaslığın mühüm anlayışlarındandır.
«Əks əlaqə» anlayışı. Əgər biz kiylə bilyard daşına zərbə vursaq o, bizim istədiyimiz sürətlə onu yönəltdiyimiz istiqamətdə hərəkət edəcəkdir. Kənar maniyə olmadığı təqdirdə atdığımız daşm istiqatnəti də bizim arzumuza uyğun olacaqdır. Əlbəttə, daşın özü bizə nəzərən tamamilə etinasız olub, onun tabe olduğu ətalət qanunu nəzərə alınmazsa, bizə heç bir müqavimət göstərməyəcəkdir. Halbuki, bizim təsirimizə fəal surətdə cavab verən pişiyin davranışı tamamilə başqa cür olacaqdır. Əgər obyektin hərəkət tərzi ona göstərilən təsirdən asılıdırsa, o halda biz deyirik ki, həmin sistem əks əlaqəyə malikdir, başqa sözlə, əks əlaqə sistemə edilən təsir ilə sistemin həmin təsirə cavab reaksiyası arasındakı əlaqədir. Əks təsir müsbət və mənfi ola bilər. Sistemin hərəkət tərzi xarici təsiri qüvvətləndirirsə, belə əks təsir müsbət hesab olunur. Əksinə, əgər sistemin hərəkət tərzi xarici təsirin qarşısını alıb, onu bu və ya başqa dərəcədə zəiflədirsə, belə əks təsir mənfi adlanır. Xarici təsiri heçə endirməyə çalışan əks təsir isə homeostat əks təsir adlanır. Məsələn, insan bədəninin temperaturu homeostat əks təsirin hesabına həmişə sabit qalır. Canlı orqanizmlərdə belə mexanizmlər külli miqdardadır. Hadisələr axınında xassələri sabit qalan sistemlər invariant sistemlər adlanır.
İnsanm hər bir hərəkətində onun məqsədlərinə xidmət edən əks əlaqə mexanizmi iştirak edir. Bu mexanizmlər insan fəaliyyətinə avtomatik qoşulduqlanndan biz onlann təsirini hiss etmirik. Lakin bir sıra hallarda insan onlardan şüurlu surətdə istifadə edir. Misala müraciət edək. Tutaq ki, bir adam başqasına görüş təyin edir və bu halda tərəf-müqabil görüşlə bağlı ona ünvanlanan sözləri təkrar edir: bəli, biz fılan saatda, filan yerdə görüşməliyik. Göründüyü kimi, bu razılaşmanı daha etibarlı edən, onun baş tutmasını artıran amil əks təsirdir. Əks təsirin mexanizmi sistemi daha dayanıqlı, daha etibarlı və effektli etməyə xidmət edir. N.Viperin sözlərilə desək, sözün geniş mənasında əks əlaqə anlayışı «o deməkdir ki, aparatın və ya mexanizmin çıxış enerjisinin bir hissəsi yenidən girişə qayıdır.... Müsbət əks əlaqə giriş siqnallarına əlavə olunsa da onlara düzəliş vermir. Obyektin hərəkət tərzi xətalar ilə idarə olunduğu hallarda isə «əks əlaqə» anlayışı həm də sözün dar mənasında işlədilir. Bu halda əks əlaqə mənfıdir, başqa sözlə, məqsəddən çıxan siqnallar məqsəddən irəli gedə biləcək çıxışları məhdudlaşdırmaq üçün istifadə olunur».
Əks əlaqənin mexanizmi sistemin daxili təşkilinin dərəcəsini yüksəltməyə və baxılan sistemdə özünütəşkildən danışmağa imkan verməklə onu prinsip etibarilə tamamilə başqa bir şeyə çevirir.
Beləliklə, bütün sistemləri əks əlaqələrə malik və belə əlaqələrdən məhrum olan sistemlərə bölmək olar. Sistemlərdə əks əlaqə mexanizminin olması göstərir ki, belə mexanizmlərə malik olan mexanizmlərdə müəyyən bir məqsəd izlənir, başqa sözlə, belə sistemlərin hərəkət tərzi hökmən məqsədəuyğundur.
Məqsədəuyğunluq anlayışı. Sistemin fəal hərəkət tərzini iki qrupa ayırmaq olar. təsadüfı hərəkət tərzi və məqsədəuyğun hərəkət tərzi N.Viper belə güman edirdi ki, əgər obyektin fəaliyyəti hər hansı bir məqsədə doğru yönəlmişsə, başqa sözlə, bu obyektlə dıgər obyektlər arasmda məkan və ya zaman əlaqəsi yaranırsa sistemin hərəkət tərzi məqsədəuyğun hesab olunur. Əgər sistemin hərəkət tərzi başqa cür baş verirsə, bu hərəkət tərzi məqsədə müvafıq olmayan və ya təsadüfi hesab edilir.
Hərəkət tərzi daxili məqsədə doğru istiqamətlənən maşınları göstərmək üçün N.Viper «servomexanizm» anlayı-şından istifadə edirdi. Məsələn, hədəfi axtararaq tapan torpedo belə maşınlara misal ola bilər. Məqsədə istiqamətlənən hər bir hərəkət əks əlaqənin olmasını tələb edir. Bu əks əlaqənin isə varlığını irəlicədən həm söyləmək, həm də söyləməmək olar. İrəlicədən söyləməyə qatılan parametrlərin sayından asılı olaraq o, birinci tərtib, ikinci tərtib və s. ola bilər. Belə parametrlərin sayı çoxaldıqca sistemin mükəmməllik dərəcəsi də artır.
Məqsədəuyğunluq anlayışı tarixən uzun təkamülə məruz qalmışdır. Mifoloji təfəkkürün hakim olduğu uzaq keçmişlərdə ixtiyari fəaliyyət növü, o cümlədən cansızın hərəkət tərzi yalnız antropomorfizm əsasında məqsədə müvafiq sayılır və bu halda təbiət hadisələrinə insan fəaliyyətinə xas olan cəhətlər isnad verilirdi. Fəlsəfə tarixindən yaxşı məlumdur ki, Aristotel səbəbin növlərinə maddi, formal, təsir göstərən səbəblərlə yanaşı məqsədli səbəbi də əlavə edirdi. Məqsədəuyğunluğun dini anlamı belə bir inama əsaslanırdı ki, Allah dünyanı müəyyən məqsədlə yaratmışdır.
Məqsədəuyğunluğun elmi anlamı öyrənilən hadisələrdə məqsədəyönlülüyün obyektiv mexanizminin aşkar edilməsinə əsaslarıır. Elm Yeni dövrdə sadə sistemiəri öyrəndiyi üçün məqsəd anlayışına həmişə skeptikcəsinə yanaşmışdır. Lakin XX əsrdə təbiətşünaslıq əks əlaqələrə malik mürəkkəb sistemləri öyrənməyə keçdikcə vəziyyət kökündən dəyişdi: məlum oldu ki, sadə sistemlərdən fərqqli olaraq mürəkkəb sistemlərdə məqsədəuyğunluğun daxili mexanizmi vardır. Bu qəbildən olan sistemləri ilk dəfə öyrənən elm kibernetika adını aldı.
Kibemetikaya nisbətən sonralar daxil edilmiş «özünüöyrənən maşın» anlayışı canlı sistemlərin özünü yenidən hasil etməsi xassəsinə analoqdur. Belə ki, bunlann hər ikisi öz-özünü yenidən hasil edir. Hansı tərzdə cərəyan etməsindən asılı olmayaraq yenidən hasil edilmə prosesi «müəyyən qüvvələri və ya onların ekvivalentlərini ehtiva edən dinamik prosesdir». Cəmiyyətin sərəncamında olan müxtəlif maşmlar və mexanizmlər insanın fiziki əməyini yüngülləşdirdiyi kimi elektron-hesablayıcı maşınlar (EMM) və şəxsi kompyuterlər də insan beyninin bir sıra funksiyalarını yerinə yetirərək onun əqli fəaliyyətini xeyli yüngülləşdirir. EHM-ı «hə-yox» prinsipi üzrə fəaliyyət göstərir. Bu isə öz mütəhərrikliyinə görə insan beynindən geri qalan, lakin hesablama əməliyyatlarının yerinə yetirilməsi cəldliyinə görə beynin fəaliyyətini xeyli üstələyən hesablama maşınlarının yaradılması üçün kifayət edir. EHM ilə insan beyni arasında analogiya bununla tamamlanır ki, EHM avtomatik idaraetmə qurğuları üçün mərkəzi əsəb sistemi rolunu yerinə yetirir. Müasir EHM kibemetikanın yenicə meydana gəldiyi dövrdə mövcud olmuş maşınları xeyli üstələyir. Hələ 10-15 il bundan əvvəl mütəxəssislər şahmat kompyuterin orta səviyyəli şahmatçıya qalib gələ biləcəyinə inanmırdılar, halbuki, hazırda bu kompyuter nəinki orta səviyyəli şahmatçı ilə, hətta dünya çempionunun özü ilə bərabər səviyyədə döyüş aparır. Variantları seçmək sürətindəki böyük fərqə görə (maşında 1 saniyədə 100 mln., insanda - 2) maşının az qala dünya çempionuna qalib gəlməsi qarşıya təkcə EHM-nin imkanları haqqında deyil, həm də insan zəkası haqqında deyil, həm də insan zəkasının gücü haqqında maraqlı suallar qoyur.
İyirmi il bundan əvvəl belə güman edilirdi ki, illər ötdükcə EHM daha güclü və massiv olacaqdır, lakin böyük alimlərin fikrinə rəğmən həyatımızın gündəlik atributuna çəvrilən şəxsi kompyuterlər yaradıldı. İrəlidə isə həyatın bütün sahələrinin kompyuterləşdirilməsi və insanabənzər robotların yaradılması gözlənilir. Lakin nəzərə almaq lazımdır ki, insan nəinki məntiqi düşünən, həm də bütün əvvəlki təkamülün nəticəsi olan yaradıcı varlıqdır. Maşın isə elə bir sistemdir ki, apardığı əməliyyatlar onun üçün heç bir bioloji və ya sosial məna kəsb etmir. Buna əsaslanaraq demək olar ki, idarəetmə funksiyalarını öz-özlüyündə maşın deyil, onu yaradan və proqramlaşdıran insan həyata keçirir. Kibernetik maşına emosiya, intuisiya, təxəyyül, fantaziya yaddır. Onda məhəbbət, nifrət, təhqir və digər hisslər yoxdur və ola da bilməz. Maşm əslində insan təfəkkürünün yalnız məntiqi aspektini yenidən hasil edir. Halbuki, real insan təfəkkürü məntiqi elementlərlə yanaşı emosional, intuitiv, hissi-obrazlı, iradə və digər elementlərə də malikdir. Bütün bunlar mürəkkəb idraki məsələlərin həllində kibernetik qurğuların imkanlarının məhdudluğuna dəlalət edir.
Dostları ilə paylaş: |