АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
146
YUBİLEYLƏR
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEV – 85
2013-cü il sentyabr ayının 10-da Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi akademik Topçu-
başov adına Milli Cərrahiyyə Mərkəzinin direktoru,
Azərbaycanda cərrahiyyənin görkəmli nümayən-
dəsi, tibb elminin patriarxlarından biri, təvazökar və
geniş qəlbli insan Böyükkişi Ağa oğlu Аğаyevin
anadan olmasının 85 illiyi tamam olmuşdur!
Böyükkişi müəllim xalqımızın böyük ziyalısı
Həsən bəy Zərdabinin nəslindəndir. B.Ağayevin
həyat yoluna ötəri bir nəzər saldıqda onun necə çə-
tin, keşməkeşli və eyni zamanda şərəfli bir yol keç-
diyini görürük.
Böyükkişi Ağa oğlu Ağayev 1944-cü ildə Sa-
birabad rayonunda orta məktəbi əla qiymətlərlə bitir-
dikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil ol-
muşdur. I kursda bütün yoldaşlarından yaşına və bo-
yuna görə balaca, lakin həkimlik taleyi böyük olacaq
Böyükkişi həvəslə tibb elminin dərinliklərini öyrən-
məyə başlayır. III kursdan о gecələri cərrahi klini-
kada keçirir; IV kursdan isə tələbə elmi cəmiyyətdə
fəal iştirak edir, elmi mövzular üzərində çalışır.
İnstitutu bitirdikdən sonra Sabirabad rayonuna
cərrah təyin edilir və dərhal akademik Mirqa-
sımovun rəhbərlik etdiyi klinikaya təkmilləşməyə
göndərilir. Praktiki bacarığını artırdıqdan sonra o, 4
il müddətində Sabirabad MRX-da cərrahi şöbənin
müdiri vəzifəsində çalışır. Qısa bir müddətdə yük-
sək nüfuz qazansa da, elmlə məşğul olmaq arzusu
onu tərk etmir. 1954-cü ildə Böyükkişi müəllim II
Moskva Tibb İnstitutunun cərrahiyyə üzrə aspiran-
turasına sənədlərini verir və 4 yer üçün sənəd ver-
miş 13 nəfərin arasında keçirilən imtahandan həmin
yerlərdən birini tutmağa nail olur.
Cüzi aspirant təqaüdünə qane olaraq özünü və
ailəsini böyük maddi sıxıntılara salsa da, elm
naminə, yüksək ixtisaslı cərrah olmaq üçün belə bir
ağır həyat yoluna sevinə-sevinə qədəm qoyur.
Onun xatirələrindən oxuyuruq: “Mənim yeni-
dən təhsil üçün Moskvaya getməyimə atam-anam o
qədər də sevinmirdilər. Ailə qurmamışdım. Yaxşı
maaş alırdım, hörmət sahibi idim. Böyük qardaşım
Bakıda oxuyurdu; kiçik qardaşım əsgərlikdə idi;
bacım məktəbli idi, ailəyə kömək edən təkcə mən
idim. Amma mən qərarlı idim. Sentyabrın 27-də
Bakı-Moskva qatarı ilə Moskvaya getdim. Oktyab-
rın 1-də institutun yataqxanasında yer aldım. Zir-
zəmidə yerləşən bu soyuq, nəm otaqda çarpayıda
uzanmışdım. Amma o qədər xoşbəxt idim ki, mən,
Ağayev Böyükkişi Ağakişi oğlu Moskva Dövlət
Tibb İnstitutunun aspirantıydım. Mən gizli, əlçat-
maz arzuma nail olmuşdum”.
Böyükkişi Ağayev Andrey Vladimiroviç Qul-
yayevin klinikasında aspiranturanı bitirir. Namizəd-
lik dissertasiyasını müdafiə edərək Həştərxan Tibb
İnstitutuna assistent vəzifəsinə təyinatını alır. Həş-
tərxanda çalışdığı qısa müddətdə Böyükkişi Ağa-
yevin müsbət keyfiyyətləri öz bəhrəsini verir: ona
mühazirə oxumaq həvalə edilir və partiya elitasının
müalicə olunduğu 4-cü idarəyə cərrah-məsləhətçi
seçilir. Cavan bir azərbaycanlının qısa müddətdə
Rusiyada belə müvəffəqiyyət qazanması doğrudan
da çox təqdirəlayiq bir hal idi.
Hər baxımdan yaxşı şəraitli olmasına baxma-
yaraq, elmi tədqiqatlarını vətənində davam etdir-
məyi qərara alır və 1960-cı ildə Bakıya qayıdaraq
Onkologiya İnstitutunda cərrah işləməyə başlayır.
Böyükkişi Ağayev 1966-cı ildə böyrəküstü vəzi
hormonal funksiyasının dinamikasının nəticələri
haqda II Moskva Dövlət Tibb İnstitutunda doktor-
luq dissertasiyasını müdafiə edir. Həmin müdafiədə
çıxış edən cərrahiyyə kafedrasının müdiri, professor
Yorof demişdir: “Doktor Ağayevin Moskvada et-
diyi namizədlik dissertasiya işindən sonra bir dok-
torluq və 3 namizədlik işi yazıldı, indi müdafiə etdi-
yi doktorluq işi isə üç doktorluq və on namizədlik
işi üçün kifayət edər”. O zamankı Səhiyyə naziri
Fəxri Vəkilov B.Ağayevi 1967-ci ildə təzə yaradı-
lan elmi şöbəyə rəhbər təyin edir. Bu vəzifədə Bö-
yükkişi Ağayevin təşkilatçılıq bacarığı üzə çıxır: 2
il 7 ay ərzində SSRİ-nin Mərkəzi Klinikalarına 180
aspirant və 120 kliniki ordinator göndərilir.
1968-ci ildə Böyükkişi Ağayev Tibb İnstitu-
tunun Hospital cərrahiyyə kafedrasına professor seçi-
lir. 1970-ci ildə yeni Səhiyyə Naziri təyin olunduqda
Böyükkişi Ağayev öz xahişi ilə Elmi Şöbənin rəisi
vəzifəsindən azad olunur və 1973-cü ildən bu günə
kimi cərrahiyyə kafedrasının müdiri vəzifəsində çalı-
şır. Qısa müddətdə onun yaratdığı məktəb SSRİ-də
öd yolları və pankreas cərrahiyyəsi üzrə mərkəz yer-
lərdən birini tutur. Bir-birinin ardınca çoxsaylı ixti-
ralar olunur və səmərələşdirici təkliflər həyata keçi-
rilir; doktorluq və namizədlik dissertasiyaları müda-
fiə olunur. Hər il 600-dən çox mürəkkəb əməliyyat-
lar yerinə yetirilir. İlk USM, FQOS Respublikada
məhz Böyükkişi Ağayevin klinikasında aparılır.
Böyükkişi Ağayevin istedadı, bacarığı, yorul-
maz iş qabiliyyəti dahi öndərimiz H.Əliyevin diq-
qətini cəlb edir: 1976-cı ildən Səhiyyə Nazirliyinin
4 №-li İdarəsində cərrah-konsultant seçilir. 1979-cu
ildə Böyükkişi Ağayev Əməkdar elm xadimi adına
layiq görülür və 1980-ci ildə Azərbaycan EA-nın
müxbir üzvü seçilir.