YUBILEYLƏR
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEV - 85
147
1988-ci ildə ET Qastroenterologiya İnstitutu
təskil olunur və Böyükkişi Ağayev bu instituta
direktor təyin olunur.
1989-cu ildə Böyükkişi Ağayev Azərbaycan
EA-nın həqiqi üzvü seçilir.
1990-cı ildə Böyükkişi Ağayev Azərbaycan
Ali Sovetinin deputatı seçilir. 1992-ci ilin oktyabr
ayının 18-də Ali Sovetin Sessiyasında Azərbayca-
nın müstəqillik aktı qəbul edilir və orada Böyükkişi
Ağayev çəkinmədən, qorxmadan Azərbaycanın
müstəqilliyinə imza atan deputatların cərgəsində
yer alır. O, bu barədə həmişə deyir: “Mən fəxr edi-
rəm ki, ölkəmin və millətimin ən önəmli tarixində
məhz mənim də iştirakım və imzam olubdur”.
1999-cu ildə Böyükkişi Ağayev fəaliyyətində
yeni bir mərhələ başlayır – o, M.A.Topçubaşov adı-
na ET Klinik Təbabət İnstitutuna (hazırkı Azərbay-
can Respublikası Səhiyyə Nəzirliyi Milli Cərrahiyyə
Mərkəzi) direktor təyin olunur.
Bu illərdə Böyükkişi Ağayev öz ana xəttinə
sadiq qalmaqla fəaliyyətini davam etdirir: gənc
alimlərin birinci Beynəlxalq Konfransı, professor
Zərgərlinin 70 illiyinə həsr edilmiş konfrans, Avro-
Asiya Beynəlxalq Cərrahlar və qastroenteroloqlar
konfransları keçirilir. Topçubaşovun büstü qoyulur.
İnstitutun elmi və praktiki həyatında böyük dəyi-
şikliklər baş verir; onlarla cavan kadrlar xarici öl-
kələrin qabaqcıl elmi Mərkəzlərinə göndərilir; yeni
elmi şöbələr yaradılır; elmi planlar yeniləşdirilir və
zamanın tələbinə uyğunlaşdırılır. 9 doktorluq və 20
namizədlik dissertasiyaları müdafiə olunur; 8 mo-
noqrafiya, 7 dərslik, 15 ixtira, 36 səmərələşdirici
təklif, 18 metodik tövsiyə, 296 elmi məqalə və tezis
(onlardan 214-ü xaricdə) çap edilir.
Təkcə onu demək kifayətdir ki, Avroasiya
Beynəlxalq Cərrahlar və qastroenteroloqların 7, 9,
11-ci konfranslarını Böyükkişi Ağayev Bakıda
keçirmiş və burada 35 xarici ölkədən olan alimlərin
iştirakına nail olmuşdur.
2005-ci ildən Böyükkişi Ağayev “Cərrahiyyə”
jurnalını təsis etmiş və bu jurnalın yüksək elmi
səviyyədə nəşr olunmasını təmin etmişdir. O, uzun
illərdir ki, Respublika Cərrahlar cəmiyyətinə sədr-
lik edir; eyni zamanda bir çox Beynəlxalq Cərrahlar
cəmiyyətlərinin üzvüdür.
Böyükkişi Ağayev öz yubileyinə də əliboş
gəlmədi, təbabət elminə qiymətli bir hədiyyə bəxş
etdi: bu il onun nəfis çap olunan, çoxsaylı şəkil və
sxemlərdə illustrasiya edilmiş, son ədəbiyyat mən-
bələri göstərilmiş, super-qabıq çəkilmiş 808 səhi-
fəlik “Cərrahi xəstəliklər” dərsliyi işıq üzünü gör-
müşdür. Tam məsuliyyətlə demək olar ki, belə bir
dərslik bu günə qədər olmayıbdır.
Böyükkişi Ağayevin rəhbərliyi altında 4 dok-
torluq və 42 namizədlik dissertasiyası müdafiə
olunmuşdur. 8 dərslik və monoqrafiyanın, 22 ixtira
və səmərələşdirici təklifin, 289 məqalə və tezisin
müəllifidir. Onun tələbələri kafedra müdirləri,
professor, dosent vəzifələrini daşıyırlar və dünyanın
müxtəlif ölkələrində çalışırlar. Bu gün də akademik
Böyükkişi Ağayev öz fəaliyyətini davam etdirmək-
dədir.
Qoy ulu Tanrı ona ürəyində planlaşdırdığı ar-
zularına çatmaqda yardımçı olsun. Onu bu yubileyi
münasibəti ilə bütün həmkarları, vətənimizin tibb
ictimaiyyəti və onu tanıyanlar, minlərlə həyata qay-
tardığı xəstələr adından təbrik edir, Uca Tanrımız-
dan sağlam uzun ömür diləyirik!
Hidayət İsayev
t.e.d., professor, akademik M.Topçubaşov
adına Elmi-Cərrahiyyə Mərkəzinin
direktor müavini