Kibernetik sistemin əsas növləri aşağıdakılardır: Proqramlı – belə sistemlər üçün yalnız verilmiş proqrama uyğun olaraq yalnız bir davranış xarakterikdir.
Adoptiv - ətraf mühitə maksimal adaptasiya etmək üçün özünütəşkil qabiliyyətinə malikdir.
Kibernetik sistemdə eyni zamanda 3 – proses baş verir:
Əsas – giriş və çıxışı yaradan proses.
Əks rabitə - çıxışın faktiki və arzu olunan vəziyyətə uygunlugu.
Məhdudiyyət – sitemin çıxışına olan tələbin, girişə - (bu çıxışın istehlakçısı olan) olan tələb kimi uygunlugu.
Kibernetik sistemin 5 – elementi mövcuddur: giriş, çıxış, proses, əks rabitə və məhdudiyyət.
Hər birinin də açıqlaması aşağıdakı kimidir:
giriş – digər kibernetik sistemlərin fəaliyyətinin məhsulu;
çıxış – xarici mühitin dəyişilməsinə gətirən sistemdə baş verən hər bir dəyişiklik;proses - girişi çıxışa çevirən;
əks rabitə - sistemin heç olmasa bir çıxışı onun girişidir;
məhdudiyyət – digər sistemə giriş kimi çıxışa olan tələbdir.