AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
MÜHƏNDİSLİK fakültəsi
ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası
Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev
FƏNN: AVTOMATİKANIN ƏSASLARI
Mühazirə 20
MÖVZU: AVTOMATİK İDARƏETMƏ SİSTEMLƏRİNİN DAYANIQLIĞININ
TƏYİNİ. CƏBRİ VƏ TEZLİK DAYANIQLIQ KRİTERİYALARI
P L A N
Dayanıqlıq anlayışı.
Dayanıqlığın riyazi qiymətləndirilməsi.
Dayanıqlıq kriteriyaları: Vışneqradski, Raus, Hurvis, Mİxaylov, Naykvist.
Nəqliyyat gecikməli avtomatik tənzimləmə sisteminin dayanıqlığının təyini.
ƏDƏBİYYAT
A.Ə.Əfəndizadə Avtomatik idarəetmə nəzəriyyəsi. Bakı 1981.
Г.И.Головинский. Основы автоматики М.1987.
В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М.2001.
GƏNCƏ 2011
AVTOMATİK İDARƏETMƏ SİSTEMLƏRİNİN CƏBRİ VƏ TEZLİK DAYANIQLIQ KRİTERİYALARI
Dinamik sistemə təsir edən ani qüvvələr kəsildikdən sonra əgər sistem əvvəlki dinamik vəziyyətinə qayıdarsa, ona dayanıq sistem deyilir.
Hər hansı bir səbəbdən müvazinətdən çıxarılmış tənzimləmə sistemi müəyyən zaman içərisində özü öz müvazinət vəziyyətini bərpa edərsə, belə sistemə dayanıq sistem deyilir.
Dayanıqlıq dinamik sistemlərin əsas müsbət xassəsidir. Dinamik sistemlərin dayanıqlığı ziyazi üsullarla təyin olunur.
Sistemin dayanıqlığını təyin etmək üçün:
1. Onun diferensial tənliyi qurulur;
2. Diferensial tənlik həll edilir;
3. Əgər diferensial tənliyin xarakteristik tənliyinin kökləri mənfi işarəli həqiqi köklər alınarsa, onda həmin sistem dayanıqlı olur.
Dinamik sistemlərin tənliklərini həll etmədən onların dayanıqlı olub-olmamasını təyin edən şərtlərə dayanıqlıq kriteriyaları deyilir.
Kriteriyalar cəbri və tezlik kriteriyalarına bölünür. Cəbri kriteriyalara Raus, Hurvis, Vişneqradski, tezlik kriteriyalarına isə Mixaylov və Naykvist kriteriyaları aiddir.
Dostları ilə paylaş: |