Sərbəst fəzada siqnalların yayılması. Siqnlalların çoxşüalı yayılması. (dosent E.B.Gözəlov)
Adi naqilli dövrələrdə olduğu kimi, naqilsiz kommunikasiya şəbəkələrində də siqnalların ötürücüləri (vericilər) və qəbulediciləri olur. Lakin şəbəkələrin bu iki növü arasında siqnalların yayılması nöqteyi-nəzərədən kəskin fərq vardır. Naqilli şəbəkələrdə siqnal yalnız naqillərlə yayıla bilir. Naqilsiz şəbəkələrdə isə heç bir kabel və yaxud naqil yoxdur ki, siqnalın yayılması istiqamətini müəyyən etsin. Əgər naqil qırılmamışdırsa, onda onun istənilən nöqtəsində əksər hallarda eyni xarakteristikalar olur. Ona görə də belə naqillə yayılan siqnalın özünü necə aparmasını (məsələn, qəbul olunan gücün kabelin uzunluğundan asılılığı) əvvəlcədən dəqiqləşdirmək mümkün olur. Naqilsiz veriliş zamanı isə yalnız vakuum şəraitində əvvəlcədən dəqiq proqnoz vermək mümkündür (yəni verici ilə qəbuledici arasında heç bir maddə yoxdur). Bu halda vəziyyət şəkil 1 – də göstərilən kimi olur.