NaqiLSİz rabiTƏ ÜZRƏ standartlaşdirma təŞKİlatlari


Ekranlama və əks olunma effektləri



Yüklə 177,8 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü177,8 Kb.
#35158
1   2   3   4
Muh 6 NRT.

Ekranlama və əks olunma effektləri elə obyektlər vasitə­si­lə yaradılır ki, onların ölçüləri siqnalın dalğa uzunluğundan xey­li çox olsun (bu halda radiodalğaları özünü “hissəciklər” ki­mi aparır). Bir sıra effektlər də vardır ki, onlar radiosiqnalların “dalğa” xarakterli olduğunu təsdiq edir. Əgər maneənin ölçüsü, dal­ğa uzunluğuna yaxın və yaxud ondan kiçikdirsə, onda ora­dan radiodalğalar səpələnə bilər (şəkil 2.). Bu cür sə­pələnmə zamanı daxil olan siqnal, bir neçə zəifləmiş çıxan siqnal­lara ayrılır. Təcrübi olaraq bu hadisəni lazerin və kiçik de­şiyin və ya maneənin köməyilə müşahidə etmək olur.

Mobil rabi­tədə radioverilişlərin dalğa uzunluqları, adətən onlarla san­ti­metr təşkil edir (GSM və AMPS standartları). Ona görə də siq­nal­ların səpələnməsinə, bizi əhatə edən bir çox əşyalar səbəb ola bilər.

Daha bir effekt kimi dalğaların difraksiyasını göstərmək olar (şəkil 2.b). Dağın zirvəsində radiodalğalar düz xətdən fərqlənərək meyl edirlər və müxtəlif istiqamətdə yayılılar, yəni maneəni aşmaq xüsusiyyətinə malik olurlar.

Küylər dörd növə bölünür:


  • Istilik küyü;
  • İntermodulyasiya küyləri;
  • Çarpaz maneələr;
  • İmpuls maneələr.

İstilik küyü elektronların istilik hərəkətinin nəticəsidir. Belə küylər bütün elektrik cihazlara və ötürücü mühitlərə təsir göstərir.

Müxtəlif tezlikli siqnallar eyni ötürücü mühitdə veriləndə intermodulyasiya küylər yarana bilər. İntermodulyasiya küyləri verilən siqnalların tezliklərin cəminə, fərqinə və ya hasilinə bərabər olan tezliklərdə yaranan maneələrin nəticəsidir.

Çarpaz maneələr siqnalların verilmə traktların birləşməsi nəticəsində yarana bilər. Belə maneələr antenlərin kənar siqnalların qəbulu zamanı yaranır. Adətən belə maneələr istilik küylərin gücündən böyük olmur.

İmpuls maneələri adətən fasiləli olur və qısa müddətli qeyri-müntəzəm impulslardan ibarətdir. Belə impulsların amplitudu adətən yüksək olur. Belə maneələrin yaranmasının əsas səbəbi ildırım, şimşək və rabitə sistemində yaranan nasazlıqlar.



Atmosferdə udulma

Atmosferdə udulma siqnal gücünün əlavə itkiləri yaranmasına səbəb ola bilər. Əsas amillər burada su buxarları və oksiqen. Yağışlar və dumanlar radiosiqnalların səpələnməsinə gətirib çıxardır. Bu da siqnalın gücünün itkisinə səbəb olur. Yağışlar çox olan bölgələrdə ya verici və qəbuledici arasında məsafəni azaldırlar, yada rabitə üçün aşağı tezliklərdən istifadə edirlər.

Radiosiqnalların yayım tezliyindən asılı olaraq yayılma xüsusiyyətlərini sadalıyaq:

  • Daşıyıcı tezlik nə qədər böyük olsa, o qədər informasiya veriliş sürəti böyük olacaq.
  • Daşıyıcı tezlik böyük olanda siqnal səddləri zəif keçir. Alçaqtezlikli radiosiqnallar evlərə asanlıqla daxil olur. Bunun üçün ev antenin olması kifayətdir. Yüksək tezlikli televiziya siqnalın qəbulu üçün xarici antenin olması lazımdır. İnfraqırmızı və görünən işıq divarları keçmir. Bu halda veriliş bir başa görünüşlə məhdudlanır (Line Of Sight, LOS).
  • Tezlik nə qədər böyük olarsa, o qədər tez siqnalın gücü vericidən qəbulediciyə məsafə artıqca azalır. Sərbəst fəzada siqnallar yayılanda siqnal gücünün sönməsi vericidən qəbulediciyə məsafənin kvadratının siqnalın tezliyinin kvadratına hasilinə mütanasibdir.
  • Alçaq tezlikli siqnallar ( 2 MHs-ə qədər) yer səthinə yaxın yayılır. Ona görə AM-radio siqnallar yüz kilometrlərə verilə bilər.
  • 2-30 MHs tezlikli siqnallar ionosferada əks olunur. Ona görə vericinin gücü kifayət olanda onlar çox böyük məsafələrə verilə bilər (bir neçə min Km).
  • 30 MHs-dən yuxarı olan tezlikli siqnallar yalnız bir başa görünüş xətti ilə yayılır. Tezlik 4 QHs-dən böyük olanda bu siqnallar su tərəfindən udulmağa başlıyır.


Yüklə 177,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin