Dünya əhalisinin təxminən 10%-i, başqa sözlə desək 650 million insan, hal-hazırda əlildir. Onlar dünyadakı ən çoxsaylı azlıqdır



Yüklə 0.98 Mb.

səhifə1/10
tarix22.04.2017
ölçüsü0.98 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 

Qısa  xülasə 



Dünya əhalisinin təxminən 10%-i, başqa sözlə desək 650 million insan, hal-hazırda əlildir. Onlar 

dünyadakı  ən çoxsaylı azlıqdır. Ümumdünya Səhiyyə  Təşkilatının məlumatlarına  əsasən dünya 

əhalisinin sayının artması, təbabətin inkişafı  və  əhalinin qlobal qocalması ilə  bərabər  əlil 

insanların da sayı çoxalır.  Əlilliyi olan insanlarla bağlı qanunvericiliyin müqayisəli tədqiqi onu 

göstərir ki, dünyanın yalnız 45 ölkəsində  əlillik  əlamətinə görə diskriminasiyanı qadağan edən, 

əlilliklə  əlaqədar məsələləri tənzimləyən qanun və normativ hüquqi aktlar qəbul olunmuşdur. 

Bununla  əlaqədar, ölkələrin inkişafı, yoxsulluğun azaldılması,  əhalinin kifayət qədər böyük 

hissəsini təşkil edən məhdudiyyətli insanların cəmiyyətin həyatında iştirakının genişləndirilməsi 

və onların hüquqlarının realizasiyası kontekstində qlobal beynəlxalq müzakirələrin keçirilməsi 

çox vacibdi. Əlil insanların (o cümlədən psixi pozuntuları olan) hüquqlarının qorunması insan 

hüquqları müdafiəsinin ən müasir problemlərinə aiddir. Əlil insanlar tez-tez onların hüquqlarının 

pozulduğu situasiyalarla üzləşirlər.  Halbuki əlilliyi olan insanların bir çoxu onların hər hansı 

hüququ olduğunu belə bilmirlər,  belə ki, onlar öz hüquqları,  əlillik problemləri ilə insan 

hüquqları arasındakı qarşılıqlı  əlaqə, eyni zamanda psixi sağlamlıq haqda lazımi informasiya 

almırlar. Bəzən insanlar öz dramatik vəziyyətlərində nəyisə dəyişə biləcəklərindən xəbərsiz olur, 

hətta onlarla düzgün rəftar olunmadığını da dərk etmirlər. Buna görə  də,  əlilliyi, o cümlədən 

psixi pozuntusu olan insanlara qarşı hüquqa zidd münasibət və davranış  əleyhinə mübarizə  və 

insan hüquqları haqda informasiya ilə təminat çox vacibdir. Beləliklə, əlilliyi olan insanlar insan 

hüquqları, onların  əlillik kontekstində necə realizasiya olunması, insan hüquqları barədə yeni 

beynəlxalq sənəd və  əlillər haqda BMT Konvensiyasının onların iqtisadi deprivasiya, təcrid və 

marginalizasiyasına gətirən çoxsaylı problemlərin həllində effektiv alət kimi necə istifadə 

olunması haqda informasiyaya ehtiyac duyurlar. 

Psixi sağlamlıq və insan hüquqları haqda olan bu modul psixi pozuntusu olan insanlara 

münasibətdə yeni standartlara, onların  əsas hüquqları  və eyni zamanda daha çox rast gəlinən 

hüquq pozuntularına yönəlmişdir. Bu cür hüquq pozuntuları xüsusi nəzarət orqanları (beynəlxalq 

və ya milli) tərəfindən araşdırılmalı olduğundan, modul insan hüquqlarına riayət olunmasının 

monitorinqi konsepsiyası  və onun psixiatriya müəssisələrində profilaktik metod kimi tətbiqinin 

əsaslandırılmasını da əhatə edir. Psixi sağlamlıq problemləri ilə yaşayan insanlar, onların 

qohumları, həmçinin psixi sağlamlığın qorunması sferasında çalışan və bu sferada insan 

hüquqlarının rolu barədə məlumat almaq istəyən insanlar üçün də modul faydalı sayıla bilər. 

Bu bölmədə olan informasiya müxtəlif mənbələrdən: məqalələr, nəşrlər, tədris materialları, o 

cümlədən psixi pozuntusu olan insanların hüquqlarının qorunmasının qiymətləndirilməsi və 

monitorinqi üzrə spesifik işlənib hazırlanmış metodik vəsaitlərdən toplanmışdır. 

 

 


 

Giriş 



Dünya əhalisinin təxminən 10%-i – 650 milyon insan -  müxtəlif əlillik növlərindən əziyyət çəkir. 

Onların yarısından çoxu inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. Müxtəlif həyat  şəraitlərinə 

baxmayaraq, onların hamısının bir ortaq xüsusiyyəti var: hər biri müxtəlif diskriminasiyalara və 

sosial təcridə məruz qalırlar.  

Diskriminasiyanın insan hüquqları sahəsində aydın formalaşdırılmış problem olmasına 

baxmayaraq, yalnız son dövrlər əlilliyi olan insanlar da bu hüququn istifadəçilərinə aid edilməyə 

başılanılmışdır. Uzun müddət  ərzində  əlilliyi olan insanlara sosial seqreqasiya və  təcridə görə 

„görünməyən vətəndaş“ münasibəti göstərilmişdir. Onlar diskriminasiyaya məruz qalmış  və 

cəmiyyətin digər üzvləri ilə  bərabər imkanlara sahib olmaqda məhrum olunmuşlar. Onlarla 

əsassız olaraq digər vətəndaşlardan fərqli rəftar olunmuşdur ki, bu da daim onların hüquqlarının 

pozulmasına gətirib çıxarmışdır. Belə insanlara hüququ olan subyektdən daha çox müdafiə, 

müalicə  və yardım obyekti kimi baxılmışdır. Bu cür yanaşmanın nəticəsi olaraq əlilliyi olan 

insanlar cəmiyyətin aktiv hissəsindən təcrid olunmuşdur. 

Son iki onillik ərzində  əlilliyi olan insanların hüquqlarının müdafiəsində  kəskin dəyişikliklər baş 

vermişdir. Bu proses beynəlxalq  əlil insanların hüquqları haqda BMT Konvensiyasının qəbul 

olunmasına gətirib çıxarmışdır.  Əlil insanlar barədə paradiqmalar dəyişdikcə, onlara hüquq 

daşıyıcıları  və hüquq subyektləri kimi baxılmağa başlandı. Bu yanaşmanın son məqsədi  əlil 

insanların imkanlarının genişləndirilməsi, potensiallarının artırılması, həmçinin onların fərqli 

xüsusiyyətlərinə uyğunlaşma və qarşılıqlı hörmət  şəraitində siyasi, iqtisadi, sosial və  mədəni 

həyatda aktiv iştirakını  təmin etməkdir. Normativ aspektdə bu yanaşma insan hüquqları üzrə 

beynəlxalq standartlara söykənir və  əlilliyi olan insanların öz hüquqlarını tam şəkildə  həyata 

keçirməsini təşkil etməyə yönəlmişdir.  İnsan hüquqları müdafiəsinin gücləndirilməsi həm də 

əlilliyin qarşısının alınması üsullarından biridir. 

Fiziki qabiliyyətlərin məhdudlaşması ilə müqayisədə psixi pozuntularla bağlı  əlillik daha böyük 

diskriminasiya, stiqmatizasiya və insan hüquqlarının geniş spektrdə pozulmasını törədir. Psixi 

pozuntusu olan insanlar gündəlik zəmində stiqmatizasiya və diskriminasiyaya məruz qalır və tez-

tez fiziki və seksual təcavüzün qurbanı olurlar. Əksər hallarda psixi pozuntusu olan insanlar öz 

siyasi və  vətəndaşlıq hüquqlarının həyata keçirilməsində  məhdudiyyətlərlə üzləşirlər, onların 

ictimai sferada iştirakı məhdudlaşdırılır. Bundan başqa onlar zəruri tibbi-sanitar, o cümlədən tə-

xirəsalınmaz yardım almaqdan məhrumdurlar. Psixi pozuntuları olan bir çox insan təhsil ocaqları 

və iş yerlərinə müraciətdə  əsassız manelərlə rastlaşırlar (Psixi sağlamlıq və inkişaf, ÜST, 2010). 

Psixi pozuntusu olan şəxslərə münasibətdə stiqmatizasiya ona dəlalət edir ki, əvvəllər olduğu 

kimi psixi sağlamlıq problemlərinə siyasi səviyyədə layiqli diqqət ayrılmır və bunun nəticəsi 

olaraq,  əhali psixi sağlamlığın qorunması sferasında adekvat xidmətlərdən məhrum qalır. Psixi 

pozuntuları olan insanlara psixiatrik yardımın  əsas hissəsi böyük müəssisələrdə  cəmləşib 

(psixiatrik xəstəxanalar və sosial xidmət müəssisələri). Bu müəssisələrdə yaşayan psixi 

pozuntusu olan insanlar tez-tez ləyaqətin alçaldılması, təhlükəli davranış  və müalicə, qeyri-

adekvat tələblərin obyektinə çevrilir, onların saxlanma şəraiti isə antisanitar və qeyri-insani olur. 

Həm insan hüquqlarının müdafiəsi həm də psixi sağlamlığın qorunması əhalinin ümumi rifahının 

möhkəmləndirilməsinə yönəlmişdir. Psixi sağlamlıq sferası ilə insan hüquqları arasında üç növ 

qarşılıqlı  təsir mövcuddur: psixi sağlamlıq sferasındakı siyasət insan hüquqlarının qorunmasına 

təsir edir, insan hüquqlarının pozulması psixi sağlamlığa mənfi təsir edir, psixi sağlamlığın 

möhkəmləndirilməsi və insan hüquqlarının qorunması qarşılıqlı bir-birini tamamlayan və bir-

birinin təsirini gücləndirən proseslərdir.     



 

Əsas anlayışlar 



İnsan hüquqları  “individin öz təbiətinə - insan kimi mövcudluğuna görə, sahib olduğu  əsas 

hüquqlar” kimi şərh olunur. 

 

Psixi sağlamlıq.  “Hər bir insanın öz potensialını reallaşdırmağa, adi həyati stresslərlə başa 

çıxmağa, məhsuldar və produktiv çalışmağa, eyni zamanda cəmiyyətin həyatına töhfə verə 

bilməsini daxil edən rifah halıdır” (ÜST bülleteni, 2001). 

 

Əlillik, və ya həyat fəaliyyəti imkanlarının məhdudlaşdırılması – daim inkişafda olan anlayışdır. 

Əlillik sağlamlığı pozulmuş insanlarla cəmiyyətin həyatında onların digər insanlarla bərabər, tam 

və effektiv iştirakına mane olan davranış  və mühit faktorları arasındakı qarşılıqlı  təsirin 

nəticəsidir. “Əlilliyi olan” və ya fəaliyyət məhdudluğu olan şəxs anlayışı, davranış  və mühit 

baryerləri ilə qarşılıqlı  təsiri səbəbindən uzunmüddətli fiziki, psixi, intellektual və sensor 

pozuntulara malik şəxslərin cəmiyyətin həyatında digər insanlarla bərabər tam və effektiv iştirak 

edə bilməməsinə şamil olunur (BMT əlillərin hüquqları haqda konvensiya, 2006). 

 

Psixi pozuntusu olan şəxs. Bu sənəddə həm intellektual, həm də psixi pozuntusu olan şəxslərə 

şamil olunur (Açıq Cəmiyyət, Psixi Sağlamlıq Naminə Təşəbbüs, tarixsiz). Ağıl zəifliyi (tez-tez əqli 

inkişafdan geri qalma və intellektual inkişafın pozulması da adlandırılır) – intellektual fəaliyyətin 

məhdudlaşmasına və adaptiv davranışın (konseptual, sosial və praktiki uyğunlaşma vərdişləri) 

pozulmasına gətirib çıxaran, dərketmə bacarığının orta göstərici ilə müqayisədə  əhəmiyyətli 

dərəcədə enmiş sabit, davamlı  vəziyyətdir.  İntellektual inkişafın pozulması bir qayda olaraq 

anadangəlmə və ya 18 yaşdan əvvələ xasdır. Psixi sağlamlığın pozulması (və ya “psixi pozuntu”, 

“psixi xəstəlik”) adətən fərdin təfəkkürünə, hisslərinə, davranışına və fiziki vəziyyətinə təsir edir. 

İntellektual inkişafı  və psixi pozuntuları olan şəxslər bir çox cəmiyyətlərdə layiq olmadıqları 

davranış və insan hüquqlarının pozulması ilə bağlı oxşar problemlərlə üzləşirlər. 

 

Əlillərin hüquqları haqda Konvensiya (ƏHK).  BMT-nin Baş Assambleyası  tərəfindən qəbul 

olunmuş insan hüquqları haqda beynəlxalq saziş. Konvensiyaya əlillik formalarının  ətraflı 

klassifikasiyasını  da daxil etməklə  qəbul edir ki, bütün əlillik formalarına sahib bütün insanlar 

bütün insan hüquq və azadlıqlarını  həyata keçirə bilməlidir. Burada həmçinin bütün hüquq 

kateqoriyalarının  əlilliyi olan insanlara necə  tətbiq olunması  və onların öz hüquqlarını effektiv 

həyata keçirə bilməsi üçün xüsusi adaptasiya sahələrinin, həmçinin əlillərin hüquqlarının tez-tez 

pozulduğu, insan hüquqlarının qorunmasına böyük ehtiyacın olduğu sferaların 

müəyyənləşdirilməsi məsələsi də dəqiqləşdirilir.   



 

Diskriminasiya.  İxtiyari səbəbdən insana başqalarından daha pis yanaşılması  nəticəsində ona 

zərər yetirən əlverişsiz münasibət və ya davranış. Elmi nöqteyi nəzərdən, diskriminasiya “insana 

onun hər hansı bir qrup və ya kateqoriyaya mənsubluğuna (və ya təxmin olunan mənsubluğuna) 

görə  zərər verici və ya fərqli münasibət”dir. Buraya həmçinin qrupun, insanın real davranışına 

təsir edən, hər hansı qrupa mənsubluğuna görə insanların imkanlarının reallaşdırılmasını  və 

üstünlük əldə etməsini məhdudlaşdıran, və buna görə onları qrupdan məntiqli yaxud irrasional 

qərarlarla xaric edən birincili reaksiya və fəaliyyəti də aid edilir (W. W. Norton & Company Inc, 

2009). Avropa antidiskriminasiya qanunvericiliyi diskriminasiyanın dörd qadağan olunmuş 

formasını ayırd edir: düz, köndələn, izləmə/zülm və göstəriş/əmr.  ƏHK-nın 2-ci məqaləsində 

diskriminasiyanın əlavə bir forması da göstərilir – məntiqi uyğunlaşmanın inkarı; hansı ki, “əlilliyi 

olan insanların digər insanlarla bərabər bütün hüquq və  əsas azadlıqlarının reallaşdırılması  və 


 

həyata keçirilməsini təmin etmək məqsədilə, qeyri-mütənasib və əsassız yük olmadığı təqdirdə,  



konkret hallarda lazımi modifikasiya və düzəlişlərin tətbiqi” kimi təyin edilmişdir. 

 

İnsan hüquqları müdafiəsinin monitorinqi. İnsan hüquq pozuntularını  aşkara çıxarmaq və 

hüquq pozuntularında günahkar olanları  məsuliyyətə  cəlb etmək üçün metodologiya. İnsan 

hüquqlarına əməl olunmasının monitorinqi insan hüquqlarının qorunması və maraqların təşviqi 

məqsədilə dövlətlər, müəssisələr, özəl qruplar və  təşkilatlar tərəfindən bu hüquqlarının 

qorunması barədə obyektiv və tam informasiya alınmasına yönəlmişdir (The advocated for 

human rights, без даты). 

 

İnsan hüquqları pozuntuları  o zaman baş verir ki, dövlət (və ya qeyri-hökumət) subyektlərinin 

fəaliyyəti əsas insan hüquqlarını (o cümlədən vətəndaş, siyasi, kultural, sosial və iqtisadi) pozur, 

etinasızlıq göstərir və ya inkar edir. Bundan başqa, insan hüquqlarının pozulması o hallarda 

yaranır ki, dövlət və ya qeyri-dövlət subyektləri insan hüquqları sahəsində beynəlxalq və 

humanitar qanunları pozur. 

 

İşgəncə. Hər hansı şəxsə bilərəkdən ixtiyari səbəb və istənilən növ diskriminasiya əsası ilə dövlət 

vəzifəli yaxud digər rəsmi  şəxs tərəfindən və ya onların təhriki, onların xəbəri ola-ola yaxud 

susqun razılığı ilə ondan və ya üçüncü şəxsdən informasiya almaq və ya nəyisə qəbul elətdirmək, 

onu özünün və ya üçüncü şəxsin etdiyi yaxud etməkdə  şübhəli bilindiyi hərəkətə görə 

cəzalandırmaq, həmçinin qorxutmaq və ya nəyəsə məcbur etmək məqsədilə keçirilən, ona güclü 

fiziki yaxud mənəvi ağrı  və  əzab verən istənilən fəaliyyət (İşgəncə  və  Qəddarlıq  əleyhinə 

Konvensiya, Qeyri-insani yaxud Alçaldıcı Rəftar və ya Cəza, 1994). 

 


 

III. İnsan hüquqları və psixi sağlamlıq sferası arasında 



qarşılıqlı əlaqə. 

 

“İnsan hüquqları” konsepsiyası siyasi və sosial sferada İkinci dünya müharibəsindən sonra aktiv 



işlənib hazırlanmağa başlandı ki, bu da 1948-ci ildə Ümumdünya insan hüquqları 

deklarasiyasının bəyan olunmasına gətirib çıxardı. Bu andan etibarən insan hüquq müdafiə 

mexanizmləri hə də regional səviyyədə inkişaf edərək genişləndi. Bütün insan hüquqları və əsas 

azadlıqlarının universallığı, bölünməzliyi, qarşılıqlı asılılıq və əlaqəsi bütün dünyada qəbul edilir. 

İnsan hüquqlarına ayrı-ayrı  şəxslər və qrupları  əsas azadlıqların reallaşmasına mane olan və 

insan ləyaqətini alçaldan hərəkətlərdən qoruyan bu sahədəki qanunlar zəmanət verir (İnsan 

Hüquqları üzrə Ali Komissarlıq (OHCHR), 1999). 

İnsan hüquqları beynəlxalq hüquq (məs., vətəndaşlıq və siyasi hüquqlar haqda beynəlxalq pakt)  

və ya milli qanunvericilikdə (məs., Konstitusiya yaxud konkret qanunlar) müəyyənləşdirilmiş 

rəsmi hüquqlardır. Dövlət insan hüquqlarının müdafiəsi, onlara hörmət,  əməl edilməsi və tam 

həyata keçirilməsinə cavabdeh əsas “orqandır”. “Dövlət” özündə  mərkəzi hakimiyyət, yerli 

orqanları, digər hökumət və kvazi-hökumət müəssisələrini, həmçinin məhkəmə  və tribunalı 

birləşdirir. Özəl xəstəxanalar, cəzaçəkmə müəssisələri, xüsusi təhlükəsizlik  şirkətləri və s. kimi 

qeyri-dövlət subyektlərinin məsuliyyət daşıdıqları insanların hüquqlarına hörmət və  əməl 

etməsini dövlət təminat etməlidir. Bu şəkildə, “dövlət” hər kəsə münasibətdə ədalət, bərabərlik, 

şəxsiyyətə  və insan hüquqlarına hörmət prinsiplərini saxlamalıdır. Bu öhdəlik insanların 

həyatında gündəlik bir çox situasiya və qərarlarla birbaşa əlaqəsi var. 

İnsan hüquqları bütün insanlara aid olunur və onlar psixi sağlamlıq problemləri olan insanların 

əsas müdafiə vasitəsidir. 

 

İnsan hüquqları haqda nələri bilmək lazımdır 

Onlar bütün insanlara şamil edilir 

Onlar ədalət, bərabərlik, şəxsiyyətə hörmət prinsiplərinə əsaslanır 

Onlar hökumət, xəstəxanalar, sosial xidmət də daxil olmaqla dövlət orqan və müəssisələrinin 

insanlarla münasibətini nizamlayır 

Onlar hökumətin insanlara münasibətində müəyyən fəaliyyətini məhdudlaşdırır; məs., alçaldıcı 

münasibəti qadağan edir 

Onlar hökuməti insanların müdafiəsi və insan hüquqlarının qorunması da daxil olmaqla müəyyən 

tədbirlərə məcbur edir 

İnsan hüquqları üzrə mövcud beynəlxalq müqavilələr və milli sənədlər insan hüquqlarının 

qorunmasına yönəlib və onlar istisnasız bütün insanlara şamil edilir  

 

İnformasiya „Your Human Rights. A guide for people living with mental health problems“ („Sizin 



insan hüquqlarınız. Psixi sağlamlıq problemləri ilə yaşayan insanlar üçün bələdçi“) nəşrindən 

götürülüb. 

 


 

Əlillik hüquq müdafiəsi fəaliyyətində yeni sferalara aiddir. Tarixən, qədim zamanlardan əlilliyə 



qarşı çatmamazlıq kimi münasibət formalaşmışdır. Bu mənfi münasibət  əlilliyi olan insanların 

müalicəsində seqreqasiyaya əsaslanan müəyyən yanaşmalarda, müəyyən sağlamlıq 

vəziyyətindən asılı olan müalicə növlərində  və pasientin ictimai həyatdan tam olaraq təcrid 

olunmasını nəzərdə tutan xüsusi prosedurların tətbiqinə əsaslanan müəyyən modellərin işlənib 

hazırlanmasında özünü göstərirdi. Psixi sağlamlıq problemlərinə  ənənəvi münasibət sağlamlıq 

imkanları  məhdud insanları xeyirxah əməl və tibbi müdaxilə obyekti kimi görən, azadlığın 

məhdudlaşdırılmasına, bu tədbir və müdaxilələrin məcburi aparılmasına gətirib çıxaran 

köhnəlmiş tibbi yanaşmaya əsaslanırdı. Demək olar ki, belə yanaşmada psixi sağlamlıq sferasının 

insan hüquqları ilə heç bir təmas nöqtəsi yoxdur. Yalnız son zamanlar səhiyyə paradiqmasındakı 

сдвиг sağlamlıq imkanları məhdudu insanlara münasibətdə dəyişikliyə gətirib çıxarmışdır. İnsan 

hüquqlarının qorunması sferasında inkişafla bərabər əlilliyi olan insanlara münasibət dəyişərək 

yerini  əlillərin cəmiyyətin subyekti kimi hüquq və imkanlarının genişlənməsinə vermişdir 

(sağlamlıq hüququ da daxil olmaqla, lakin təkcə onunla məhdudlaşmayan). Əlilliyin yeni, sosial 

modeli,  əlilliyi olan fərdin, onun imkanlarını  məhdudlaşdıran və ona qeyri-obyektiv münasibət 

nümayiş etdirən sosial mühitlə qarşılıqlı  əlaqəsinin nəticəsi kimi qəbul edir (WHO Resource 

book, 2005). Belə yanaşmaya  əsasən  əlillik mühit, sosial və  şəxsi faktorların qarşılıqlı  təsirinin 

məhsuludur. Cəmiyyət nə qədər müxtəlif qruplara mənsub insanlara bir araya toplasa və onların 

imkanlarını  nə  qədər genişləndirsə, onun əlillər üçün sədləri və maneləri və onlara qarşı 

münasibətdə qeyri-obyektivliyi aradan qaldırmaq xüsusiyyəti bir o qədər yüksək olar.  

Psixi sağlamlıq pozuntuları olan insanlar tez-tez belə münasibətin obyekti olur və insan 

hüquqları müdafiəsi sahəsinə daxil olan situasiyalara düşürlər. Bir qayda olaraq, insan 

hüquqlarını pozan hərəkətlər psixi sağlamlığın mövcud problemlərinə xeyir gətirmək  əvəzinə 

onları daha da ağırlaşdırır. Beləliklə, həm insan hüquqlarının qorunması, həm də psixi 

sağlamlığın qorunması ayrı-ayrı  fərdlərin və eyni zamanda bütün əhalinin rifahının 

möhkəmləndirilməsinə yönəlmişdir. 

İnsan hüquqları ilə səhiyyə sistemi arasındakı əlaqələrə, hal-hazırda, son 60 il ərzində fəaliyyət 

göstərən iki əhəmiyyətli beynəlxalq ictimai hərəkəkatın kollektiv səylərinin nəticəsi olaraq, get-

gedə daha böyük əhəmiyyət verilir: insan haqları  uğrunda hərəkat və  əlilliyi olan insanların 

haqları uğrunda hərəkat. Halbuki, hətta əlilliyi olan insan haqları uğrunda hərəkat çərçivəsində 

belə psixi və intellektual imkanları  məhdud olan insanlara qarşı tarixi olaraq formalaşmış 

marginallaşma hökm sürür, əsas diqqər fiziki əlillik problemlərinə verilirdi.  

Psixi sağlamlıqla insan haqları arasında üç növ qarşılıqlı  əlaqə mövcuddur: 1) psixi sağlamlıq 

sferasındakı siyasər insan haqlarının qorunmasına təsir edir, 2) insan haqlarının pozulması psixi 

sağlamlığa mənfi təsir edir, 3) psixi sağlamlığın möhkəmləndirilməsi və insan haqlarının 

qorunması bir-birinin qarşılıqlı tamamlayan və gücləndirən proseslərdir. 

 

1) Səhiyyə sahəsində siyasət və proqramlar insan hüquqlarını, təyin edilməsindən və praktikada 



necə reallaşdırılmasından asılı olaraq həm müdafiə edə, həm də poza bilər. Psixi sağlamlıq 

sferasında qanunvericilik və siyasət onun təsiri altına düşən  şəxslərə münasibətdə insan 

haqlarının pozulması  və  məhdudlaşdırılmasına qarşı hökumət gücünün istifadəsinə  əsas verə 

bilər. Psixi sağlamlığın qorunması sahəsindəki belə  sənədlərin məqsədi psixi pozuntusu olan 

şəxslərin, onların yaxınlarının və bütünlükdə cəmiyyətin rifahının möhkəmləndirilməsi olmasına 

baxmayaraq, yuxarıda göstərildiyi kimi, özbaşına, diskriminasion və prosessual zəmanətsiz tətbiq 

edildiyi hallarda onların fəaliyyəti insan haqlarının pozulmasına gətirib çıxara bilər (Gostin L., 

2000).   

 

2)  İnsan haqlarının qorunmasına riayət olunmaması  və ya etinasızlıq sağlamlıq üçün təhlükəli 



 

nəticələrə səbəb ola bilər. Zorlama, işgəncə, genosid, qeyri-insani və insanın şərəf və ləyaqətini 



alçaldıcı rəftar kimi insan haqlarının ən kobud pozuntuları zərərçəkənlərin psixi sağlamlığı üçün 

birbaşa, aşkar və ağır nəticələrə gətirir. Təəssüf ki, insan haqlarının kobud  pozuntularının psixi 

sağlamlıq problemlərinə necə  təsir etməsinə kifayət qədər diqqət ayrılmır. Halbuki,  əhalinin 

psixi sağlamlığına mənfi təsiri təkcə insan haqlarının kobud pozuntuları göstərmir. Son onillikdə 

yoxsulluqla yüksək psixi pozuntu riski arasında  əlaqə  aşkar edilmişdir.  İşsizlik, məhdud təhsil 

imkanları, qida çatışmazlığı, mənzilin olmaması, tibb xidmətinin  əlçatmazlığı, o cümlədən tibbi 

sığortanın olmaması insanın cəmiyyətin aktiv və faydalı üzvü olma, öz potensialını reallaşdırma, 

və son nəticədə psixi və fiziki sağlam olma imkanlarını  məhdudlaşdırır. Psixi pozuntusu olan 

insanların stiqmatizasiya və diskriminasiyası onların osixi sağlamlığına mənfi təsir göstərə bilər. 

Səsvermə, dövlət işlərində iştirak, öz fikrini bildirmək, informasiya axtarmaq, almaq və yaymaq, 

əlaqə, toplaşma və hərəkat azadlığı kimi vətəndaş azadlıqlarının məhdudlaşdırılması da əhalinin 

psixi sağlamlığına mənfi təsir göstərə bilər. Bu hüquq və azadlıqlar olmadan insan cəmiyyətin 

həyatında, onun həyatına təsir edəcək suallar üzrə qərarlar qəbul etməkdə, öz sosial və iqtisadi 

vəziyyətini yaxşılaşdırmada aktiv iştirak edə bilməz. Bütün bunlar psixi sağlamlığa da mənfi təsir 

göstərir. 

 

3) İnsan haqlarının qorunması və həyata keçirilməsi üçün görülən tədbirlər əhalinin  aşağı sala və 



pis sağlamlıq vəziyyətinin təsirini məhdudlaşdıra bilər. Psixi pozuntusu olan insanların dolğun 

həyat yaşamaları  və  cəmiyyətin həyatında iştirak etmələri üçün, insan haqlarının və psixi 

sağlamlığın minimal qorunması lazımdır. Psixi sağlamlıq səhiyyə hüququ, diskriminasiyaya 

qadağa, şəxsi həyatın toxunulmazlığı, məşğulluq hüququ, təhsil, cəmiyyətin həyatına inteqrasiya 

və  iştirak kimi əsas insan haqlarının qorunması  və  həyata keçirilməsində asılıdır.  Əgər bu əsas 

hüquq və azadlıqlara təminat verilməsə, əhalinin yüksək səviyyədə psixi sağlamlıq təmin etmək 

praktiki olaraq qeyri-mümkündür (Gostin L., 2000). 

 

 



10 

 

IV. İnsan haqları üzrə BMT Konvensiyaları, standartlar və 



sənədlər. Əlilliyi olan insanların hüquqları üzrə BMT 

Konvensiyaları. 





  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə