Mülkiyyət hüququ



Yüklə 13,21 Kb.
tarix02.01.2022
ölçüsü13,21 Kb.
#35076
mulkiyyet hüququ


Mülkiyyət hüququ

Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmış, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.

Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı deyldir, vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir. Müvafiq olaraq əşya-hüquqi iddialara başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi

( vindikasiya iddiası ), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqadar olmadıqda da öz hüquqlarının bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət hüququ qeyd ediyimiz iddialarla müdafiə olunur.

Məhdud mənada mülkiyyət hüququnun mülki-hüquqi qorunması dedikdə, mülki hüququn müəyyən etdiyi elə üsul və vasitələr başa düşülür ki, bu üsul və vasitlər yalnış mülkiyyət hüquqları pozulduğu hallarda tətbiq olunur və pozulmuş hüquqların bərpa edilməsini təmin edir.Bu üsul və vasitələr də mülki hüquq normalarında ifadə edilmişdir. Bu normaların təsir (hüquqi mühafizə) sferasını normal və pozulmamış mülkiyyət hüquq münasibərləri yox, qeyi-normal və pozulmuş mülkiyyət hüquqmünasibətləri müdafiə edilir. Söylədiklərimizdən belə qənaətə gələ bilərik ki, məhdud mənada mülkiyyət hüququnun mülki-hüquqi qorunması “mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi anlayışı ilə əhatə edilir”.

Bu anlayış yalnız müliyyət hüquqları pozulduqda tətbiq edilir1. Onun təyinatı pozulmuş hüquqların bərpa edilməsini təmin etməkdən ibarətdir. Buna görə də mülkiyyət hüququnun mülki-hüquqi müdafisi dedikdə, mülkiyyət münasibətlərini pozan şəxsə mülkiyyətçinin mənafeyini bərpa etmək məqsədi ilə qanunda nəzərdə tutulan vasitələrin tətbiqi başa düşülür. Nə vaxt mülkiyyət hüquq münasibətləri pozulursa, o halda da mülki-hüquqi müdafiə üsulları (vasitələri) tətbiq edilir. Göstərilən üsullardan məhdud əşya hüquqları pozulduqdada istifadə olunur. Mülkiyyət və ya məhdud əşya hüquq münasibətləri pozulmadığı hallarda isə bu üsulların təsir göstərməsindən və tədbiq edilməsidən söhbət gedə bilməz.

Beləliklə, mülkiyyət hüququnun (və digər əşya hüquqnun) mülki-hüquqi müdafiə üsulları dedikdə, mülki hüquq normalaında ifadə olunan elə vasitələr başa düşülür ki, bu vasitələrin tətbiqi nəticəsində subyektin (mülkiyyətçinin) pozulmuş mülkiyyət hüququ bərpa edilir.

Beləliklə, mülkiyyət hüququnun (və digər əşya hüquqnun) mülki-hüquqi müdafiə üsulları dedikdə, mülki hüquq normalaında ifadə olunan elə vasitələr başa düşülür ki, bu vasitələrin tətbiqi nəticəsində subyektin (mülkiyyətçinin) pozulmuş mülkiyyət hüququ bərpa edilir.



Mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi iki əsas funksiya yerinə yetirir:

Qoruyucu funksiya mahiyyət normal və pozulmuş vəziyyətdə mülkiyyət münasibətlərini mühafizə etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə mülki dövriyyədə əmlakın nərmal təsərrüfat istismarı, habelə mülkiyyət maneəsiz olaraq sərəncam verməsi və ondan istifadə olunması təmin edilir.

Bəpaedici funksiyanın mahiyyəti isə pozulmuş mülkiyyət münasibətlərini bərpa etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə mülkiyyətə edilən müxtəlif qəsdlərin zərəli əmlak nəticələri aradan qaldırılır, üçüncü şəxslərin hüquqazidd hərəkətləri ilə vurulmuş zərərin əvəzi ödənilir.
Yüklə 13,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin