Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı



Yüklə 60.47 Kb.
PDF просмотр
tarix07.12.2016
ölçüsü60.47 Kb.

                      

 

 

 

Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı 

qanunvericilik bazası: real vəziyyət və təkmilləşməsi istiqamətləri 

 

 

 

 



Tədqiqat “Vətəndaş Cəmiyyəti – Media – Dövlət və Özəl sektorun Əməkdaşlığı ilə 

Azərbaycanda Hərəkət İmkanları Məhdud İnsanların Hüquqlarının Müdafiəsi və Yaşam 

Şərtlərinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır. 

 

 



 

 

 



Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir 

Bakı  

Yanvar 2016 

Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı 

qanunvericilik bazası: real vəziyyət və təkmilləşməsi istiqamətləri 

 

 



Hər bir ölkədə həyata keçirilən  iqtisadi-sosial islahatların əsas meyarı ölkə əhalisinin sosial 

rifah  halının  yaxşılaşdırılması,  həyat  səviyyəsinin  yüksəldilməsi  və  bütün  təbəqələr  üzrə, 

xüsusilə sağlamlalıq imkanları məhdud olan şəxslərə dövlət tərəfindən qayğının göstərilməsi 

olmalıdır. Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasəti əsas etibarı 

ilə Əmək və Əhalinin sosial müdafiə nazirliyi və Səhiyyə nazirliyi tərəfindən aparılır. Sırf əlil, 

sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  üçün  müəyyən  səlahiyyətli  qurumun  olunması 

yaranan problemlərin aradan qaldırılması, əllilərin və sağlamlıq imkanları məhdud uşaqların 

reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək, sağlamlıq imkanları məhdud 

uşaqların  digər  vətəndaşlarla  bərabər  imkanların  yaradılması,  öz  fərdi  maraq  və 

qabiliyyətlərinə uyğun müvafiq sürətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin 

yaradılmasına təminat verir. [1] 

BMT  tərəfindən  qəbul  olunan  hüquq  bəyannaməsinə,  dövlət  konstitutisiyasına  görə  və 

“Əlilliyin  və  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması,  əlillərin  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  və  sosial  müdafiəsi”  haqqında 

Azərbaycan  Respublikası  qanuna  görə  Azərbaycan  Respublikasında  əlillər  və  sağlamlıq 

imkanları məhdud uşaqlar siyasi, iqtisadi və sosial şəxsi hüquq və azadlıqlara malikdirlər və 

hər hansı ayrı seçkiliyə yol vermək qəti qadağan edilmişdir.  

Əlillərin və sağlamlıq imkanları məhdud şəxlər haqqında Azərbaycan Respublikası Prezidenti 

tərəfindən  bir  sıra  fərmanlar  imzalanmış  və  qanun  təsdiqlənmişdir.    Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Əlilliyin  və  sağlamlıq  imkanlarının 

məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-

ci  il  tarixli  Fərmanı  adı  çəkilən  təbəqəinin  həyat  şəraitinin  yaxşılaşdırılmasına  və 

sağlamaşdırılmasına yönəldilmişdir. Təbii ki, sırf bu sahə üzrə ölkədə qanunvericilik bazasında 

müəyyən təkminləşdirmələrə, o cümlədən hal-hazırda əlillər və sağlamlıq imkanları məhdud 

uşaqların  hüquqlarının  qorunmasına  istiqamətində  islahatlara  ehtiyac  var.  Uzaq  keçmişə 

baxsaq  biz  bu  sahədə  dövlətin  müvafiq  islahatlar  etdiyinin  şahidi  olarıq.  Pensiya  islahatları 



tərkibində  əlillərində  özünə  məxsus  yeri  var.  Belə  ki,  əlilliyə  görə  əmək  pensiyalarının  orta 

aylıq məbləği 1 Yanvar 2006-cı il tarixində 32,3 manat olduğu halda, 1 Oktyabr 2013 tarixinə 

məbləğ  147,6  manata  çatdırılıb.  Eyni  zamanda,  “Əmək  Pensiyaları  haqqında”  Azərbaycan 

Respublikası Qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müdddəalar yer alıb ki, digər 

kateqoriyalardan  fərqlənir.  Fərqlər  əsasən  güzəştlərlə  bağlıdır.  Əlillərin  ailə  başçısı  itirməyə 

görə əmək pensiya hüququnda müəyyən güzəştlər nəzərdə tutulub. [2] 

Təbii  ki,  ölkədə  Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  olan  şəxslər  barəsində  müvafiq 

hüquqların olması tədqirə layiq olduğu ilə bərabər, monitorinqlərə və müşahidələrə əsasən bu 

sahədə də müəyyən üstünlük və zəif cəhətlər var. Əlillərə və sağlamlıq imkanları məhdud olan 

insanlara dövlətin dəstəyi aydındır, yalnız bu təbəqənin həyat və rifah şəraiti, onların müalicəsi 

üçün yaranan bəzi problemlər mövcuddur. 2015-ci ildə  “Əlilliyin və sağlamlıq imkanlarının 

məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” qanuna əsaslanan 

bir  sıra  tədbirlər  görülmüşdür.    Qeyd  olunan  yazıda  bir  sıra  qeyd  olunan  üstünlük  və 

problemləri qeyd edəcəyik.  

Qanunvericiliklə  təsbit  olunmuş  Tibbi-sosial  ekspertiza  orqanizmin  funksiyalarının  davamlı 

pozulmaları  nəticəsində  həyat  fəaliyyətinin  məhdudlaşdırılmasının  qiymətləndirilməsi 

əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyacları ilə bağlı istiqamətində bir sıra 

problemlər  mövcuddur.  Azərbaycan  Respublikasının  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 

Nazirliyi  yanında  Dövlət  Tibbi-Sosial  Ekspertiza  və  Reabilitasiya  Xidməti    tibbi-sosial 

ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq  imkanlarının məhdudluğunun 

qiymətləndirilməsi,  əlilliyi  olan  şəxslərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial 

müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra 

hakimiyyəti orqanıdır. [3] Təbii ki, burada fuksional, klinik, peşə, əmək, psixoloji imkanların 

məhdud  olma  meyarları  ilə  təsbit  olunur.  Tibbi-sosial  ekspertiza  isə  tibbi-sosial  ekspert 

komissiyaları tərəfindən həyata keçirilir. Narahat edici məqam müəyyən olunma meyarlarına 

dair  əsasnamələrin  müvafiq  icra  hakimiyyətləri  tərəfindən  təsdiq  olunmasıdır.  İcra 

hakimiyyətləri  tərəfindən  təsdiq  müəyyən  bürokratik  və  korrupsiaya  hallarına  yol  açma 

ehtimalını  azaltmaqla,  bu  sahədə  şəffaflığın  bərpasına  ehtiyac  vardır.  Əlilliyin  və  uşaqların 

sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması,  əlillərin  və  sağlamlıq  imkanları 

məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun 3-1 maddəsində qeyd 

olunmuş  uşaqlarda  fiziki  çatışmazlıqların  və  psixi  diaqnoztikanın  aparılmasının,  mübahisəli 

məsələlərə  baxılmasının  müvafiq  icra  hakimiyyəti  orqanları  həyata  keçirilməsində  də 

dəyişikliyə ehtiyac var. Xüsusilə fiziki çatışmamazlıqlarla bağlı xüsusi təhsilə cəlb olunan və 


valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlərin verilməsi Azərbaycan 

Respublikası Təhsil nazirliyin səlahiyyətinə verilməsi məqsədə uyğundur. Ümumiyyətlə, tibbi-

sosial  ekspertiza  xidmətinin  şəffaflaşdırılması,  bu  sahədə  müasir  fəaliyyət  sisteminin 

formalaşdırılmasına yönəldiyini qeyd etmək olar. Çıxış yolu kimi  elektronlaşma siyasətinin 

aparılmasıdır.  Əlilliyin  təsdiq  olunması  ilə  bağlı  sənədi  elektorn  qaydada  alınması  və  onu 

əlilliyi təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron 

qaydada  göndərər  bilər.  Bütün  bunlar  həmçinin  Azərbaycan  respublikası  Prezidentinin  14 

sentyabr  2015-ci  il  tarixli  fərmanına  əsasən,  tibbi-sosial  ekspertiza  sisteminin  yeni  elektron 

texnologiyalar  əsasında  avtomatlaşdırıması  sisteminə  xidmət  edir.  Əmək  və  Əhalinin  sosial 

müdafiəsi nazirliyi tərəfindən aparılacaq elektronlaşma islahatları ilk növbədə əliliyyə nəzarəti 

gücləndirəcək və  ölkədə əlilliyin intensivliyinin azalmasına xidmət edəcək. Son statistikaya 

əsasən artıq ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin 

sayı 3937 nəfər azalıb. Ümumilikdə respublikada tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi 

reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. 

 

Əlil və sağlamlıq imkanları məhdud uşaqlar üçün digər problemli faktorlardan biri adı 



çəkilən  təbəqənin  hüquq,  azadlıq  və  mənafeələrinin  qorunması  ilə  bağlıdır.  Qeyd  edək  ki, 

Əlilliyin 

qarşısının 

alınması, 

əlillərin 

reabilitasiyası 

və 

sosial  


müdafiəsi  haqqında  Azərbaycan  Respublikasının  qanununun  8-ci  maddəsi  sırf  bu  faktorla 

bağlıdır. Bundan  əlavə   “Azərbaycan icra hakimiyyəti və idarəetmə  orqanları,  müəssisələri, 

idarələri  və  təşkilatları  sosial  infrastruktur  obyektlərinin,  mənzillərin,  ictimai,  istehsal 

binalarının  və  qurğularının  əlillərə  maneəsiz  müyəssər  olması,  ictimai  nəqliyyatdan  və 

nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt 

yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər” qeyd olunan bənd 

bir daha göstərir ki, əlil və fiziki imkanları məhdud şəxslər üçün bütük sektorlar üzrə onlara 

uyğun  şərait  yaradılmalıdır.  Monitorinqlər  nəticəsində  biz  ictimai  nəqliyyatda,  ticarət 

obyektlərində və ya təhsil müəsisələrində nadir hallarda əlil insanlara rast gəlirik. Bütün bunlar 

sonda  əlil  və  sağlamlıq  imkanları  məhdud  şəxslərin  hüquq  və  mənafelərinin  pozulması  ilə 

nəticələnir.  Təklif  edirik  ki,  infrastruktur  layihələrində  əlillər  üçün  xüsusi  şəraitinin 

yaradılması, cəmiyyətdən təcrid olunmaması ilə bağlı layihələr və elmi-praktiki  konfranslar 

keçirilsin. Digər bir məsələnidə qeyd edək ki, paytaxt ərazisində əlil və sağlamlıq imkanları 

məhdud  şəxslər  üçün  infrakstruk  qənaət  bəxş  olsada  regionlarda  bu  demək  olar  ki,  yox 

səviyyəsindədir. Bu baxımdan əsas yer regionlara verilməlidir.  


 

Digər aktual problemlərdən biridə əlil və sağlamlıq imkanları məhdud uşaqların təhsil 

və  təlim  tərbiyəsi  ilə  bağlıdır.  Bu  barədə  ölkədə  kifayət  qədər  problemlər  var.  Əlilliyin 

qarşısının 

alınması, 

əlillərin 

reabilitasiyası 

və 


sosial  

müdafiəsi haqqında qanunun əlillərin tərbiyəsi, təhsili və peşə hazırlığı ilə bağlı qanunvericilik 

təsbit  olunmuşdur.  Birinci  növbədə  məktəbəqədər  uşaqların  təhsili  üçün  məktəbəqədər 

müəsisələrdə xüsusi qrupların açılması qeyd olunduğu halda, bu barədə kifayət qədər boşluqlar 

vardır. Bundan əlavə ikinci faktor orta məktəb təhsil yaşına yiyələnmiş əlil uşaqlar üçün ev 

şəraitində təşkil olunması haqqında qeydlər mövcuddur, o cümlədən müvafiq icra hakimiyyəti 

orqanları  tərəfindən  ev  şəraitində  mümkün  olan  şəraitin  yaradılmasıdır.  Azərbaycan 

Respublikasında  dövlət  uşaq  müəssisələrindən  uşaqların  ailələrə  verilməsi  (De-

institusionalizasiya)  və  alternativ  qayğı  Dövlət  Proqramına  (2006-2015-ci  illər)  əsasən 

Azərbaycan  Respublikasında  bir  sıra  dövlət  təlim-tərbiyə  müəssisələrində  (valideynlərini 

itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlar  üçün  uşaq  evləri  və  internat 

məktəbləri, ümumtəhsil internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi 

internat məktəbləri və xüsusi məktəblər, atılmış uşaqlar üçün körpələr evi və s.) valideynlərini 

itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar 

müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin 

maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların 

sağlamlıq imkanlarının məhdudluğu və s.) dövlət himayəsində yaşayır, təhsil və təlim-tərbiyə 

alırlar. Qeyd olunan dövlət proqramının əsas tələbi inkluziv təhsildir. İnkluziv təhsillə bağlı 

proqramın tələbi olsada biz bunu infrasktrktur layihələrində müşahidə etmirik. Təklif edirik ki, 

bununla bağlı xüsusi və ciddi montirinqlərin aparılması tədbirlər görülsün. Bundan əlavə əlillər 

üçün müəllim heyəti inkluziv təhsil sistemi metodologiyası üzrə praktiki təlimlər keçirilməli, 

maarifləndirilməlidirlər. Belə olan halda, biz əlil və fiziki məhdudlağa malik uşaqların psixoloji 

reabilitasiyasına töhvə vermiş olacaq, onları cəmiyyətin digərləri kimi bərabər hüquqlu şəxsi 

kimi görəcəyik. Qanun vericiliyin əlil uşaqlar üçün əsas üstün və müsbət tərəflərindən biri ev 

şəraitində dərs deyəcək müəllimin sərf etdiyi zamanı iş stajına yazılması və əlavə əmək haqqı 

almasıdır.  

    Hal-hazırda  aktual  olan  əsas  məsələlərdən  biridə  əlillər  və  fiziki  imkanları  məhdud  olan 

şəxslərin  dövlət  büdcəsindən  ayrılan  vəsait  hesabına  sosial  rifah  halının  təmin  edilməsi,  o 

cümlədən  adı  çəkilən  təbəqənin  məşğulluğunun  təmin  edilməsi  ilə  bağlıdır.  Əlilliyin  və 

uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması,  əlillərin  və  sağlamlıq 

imkanları  məhdud  uşaqların  reabilitasiyası  və  sosial  müdafiəsi  haqqında  qanunun  25-ci  


maddəsinə  əsasən  .  Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin 

məşğulluğunun  təmin  edilməsi  təsbit  olunmuşdur.  Bu  gün  əlillərin  və  sağlamlıq  imkanları 

məhdud  şəxslərin  məşğulluq  problemi  hal-hazırda  qalmaqdadır.    Qanunvericiliyin  tələbinə 

əsasən  18  yaşına  çatmamış  şəxslərin  hər  hansı  sahə  üzrə  ixtisaslaşması  üzrə  tədbirlər 

görməlidir. Bu sahədə müvafiq icra orqanları, idarələr və təşkilatlar qeyri hökümət təşkilatları 

ilə  birgə  xüsusi  proqramlar  həyata  keçirilməli  və  həmin  şəxslərin  gələcək  məşğulluğuna 

təminat verilməlidir.  Bu istiqamətdə müsbət addım kimi Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyinin  1  saylı  Sağlamlıq  İmkanları  Məhdud  Gənclərin  Peşə  Reabilitasiya  Mərkəzinin 

yaradılması  həmin  gənclərin  peşə  reabilitasiyası  istiqamətində  tədbirlərin  görülməsini 

göstərmək  olar.  Mərkəz  hesabına  700  nəfərə  yaxın  gəncin  peşə  hazırlığına  cəlb  olunması 

həyata keçirilmişdir.   

Bundan  əlavə  Əlillərin  əməyindən  istifadə  üçün  ixtisaslaşmış  iş  yerlərinin  standartları 

haqqında    23  İYUL  1997-ci  il  tarixli  26-6  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  nümunəvi 

əsasnaməyə əsasən müəssisə, idarə və təşkilatlarda mövcud olan hər 25 iş yerindən biri əlillər 

üçün  ayrılmalıdır  və  dövlət  tərəfindən  müəyyən  edilmiş  standartlara  uyğunlaşdırılmalıdır.  

Ancaq cari vəziyyəti qiymətləndirən zaman biz əksər müəssisə və təşkilatlarda əlil və sağlamlıq 

imkanları məhdud şəxslərə rast gəlmirik. Təklif edirik ki, məşğulluq idarələri əlil və saəğalmlıq 

imkanları məhdud şəxslərlə bağlı xüsusi monitorinqlər aparsın və qurumdan müəsisələrə təklif 

olunan əlillərlə bağlı işə qəbul olub olmama vəziyyətini araşdırsınlar. Çünki əlillərin işlə təmin 

olunması onların cəmiyyətdən ayrı düşmə tipli psixoloji durumuna təsir etməyəcək.   

Əlil və fiziki məhdudluğu olan şəxslərə dövlət tərəfindən sosial vəziyyətin yaxşılaşdırılması 

istiqamətində  2007-ci  ildən  müəyyən  addımlar  atılıb.  Məqsəd  aztəminatlı  və  əlil  şəxslərin 

sosial  müdafiəsinin  gücləndirilməsidir.  Əlilliyə  görə  əmək  pensiyası  əlil  və  ya  sağlamlıq 

imkanları məhdud sığorta olunan ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək 

qabiliyyətli  yaş  dövrünün  hər  tam  ili  üçün  4  ay  sığorta  stajı  olduqdan  təyin  edilir.  "Əmək 

pensiyaları  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  13.3-cü  maddəsində  nəzərdə 

tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun 

olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu 

ilə  müəyyənləşdirilir.  Vəfat  etmiş  ailə  başçısı  yaşa  və  ya  əlilliyə  görə  əmək  pensiyaçısı 

olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin 

məbləği  vəfat  etmiş  ailə  başçısına  təyin  edilmiş  yaşa  və  ya  əlilliyə  görə  əmək  pensiyasının 

sığorta  hissəsinin  əmək  qabiliyyətli  olmayan  ailə  üzvlərinin  sayına  nisbəti  şəklində 

müəyyənləşdirilir.  olaraq  hesablanmış  ailə  başçısını  itirməyə  görə  əmək  pensiyasının  baza 


hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin 

cəminə  bərabərdir.  Sadəcə  olaraq  hal-hazırki    dövdə  əlillərin  aldıqları  pensiya  və  sosial 

müavinatların  miqdarı  onların  həyat  rifahının  gücləndirməsinə  çatmır.    Birinci,  ikinci  və 

üçüncü  qrup  təsnifatlarşıdırlmış  əlillər  üçün  sosial  müavinatların  qaldırılmasına  ehtiyac  var. 

Çünki  təkcə  əlillər  və  fiziki məhdudluğu  olan  insanlar  deyil,  əhalinin  bütün  təbəqələri  üçün 

yaranan qiymət artımı problemləri mövcuddur. Adı çəkilən təbəqənin istifadə etdiyi əsas qida 

və  dərman  preparatları  ilə  bağlı  dövlət  tərəfəindən  müəyyən  tənzimləmələrin  həyata 

keçirilməsinə ehtiyac var. Buna baxmayaraq ölkədə olan Qarabağ, Çernobil və digər qruplar 

üzrə  dövlət  tərəfindən  verilən  pensiyalarla  yanaşı,  xüsusi  Azərbaycan  Respublikası 

prezidentinində təqaüdü müəyyənləşdirilmişdir. [4] 

Əlil  və  sağlamlıq  imkanları  məhdud  şəxslərin  sosial  həyat  şəraitinin  yaxşılaşdırılması 

istiqamətində  ölkəyə  gələcək  əlil  turistlərində  həyat  səviyyəsini  yaxşılaşdırılması  vacibdir. 

Dünyanın  bir  sıra  inkişaf  etmiş  ölkələrində  inkluziv  turizm  mədəniyyəti  artıq 

formalaşdırılmışdır.  Respublikada  əlil  və  fiziki  məhdud  turistlərin  istirahəti  üçün  mümkün 

şərait  yox  dərəcəsindədir.  Xüsusilə  paytaxt  və  regionlarda  yerləşən  mehmanxana  və 

mehmanxana  tipli  müəsisələrdə  əlil  və  fiziki  imkanları  məhdud  şəxslər  üçün  infrastruktur 

yoxdur.  Təklif  edirik  ki,  səlahiyyət  sahibi  qurumlarla  QHTlər  arasında  müvafiq  layihələrin 

hazırlanması və Azərbaycanda inkluziv turizmin inkişafı sürətləndirilməlidir.  



 

 

 

 

 

 

 

 

 

 

 

 Ədəbiyyat Siyahısı 

 

1.



 

Əlillərin sosial müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ 

QANUNU http://e-qanun.az/alpidata/framework/data/7/f_7652.htm 

2.

 

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu - ses.gov.az/upload-

files/news/old/file/emek_pensiyalari_qanun.doc 

3.

 

Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin 

və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında 

AZƏRBAYCAN 

RESPUBLİKASININ 

QANUNU 


http://www.mlspp.gov.az/az/pages/4/24/information/93 



4.

 

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 

şəxslərə  Azərbaycan  Respublikası  Prezidentinin  təqaüdünün  artırılması  və  “1941-

1945-ci  illər  Böyük  Vətən  müharibəsi  iştirakçılarına,  İkinci  Dünya  müharibəsi 

dövründə  Leninqrad  şəhərinin  mühasirəsi  zamanı  şəhərin  müəssisələrində,  idarə  və 

təşkilatlarında  işləmiş  və  “Leninqradın  müdafiəsinə  görə”  medalı,  “Leninqrad 

mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna 

olmaqla)  AR  Prezidentinin  təqaüdünün  təsis  edilməsi  haqqında”  AR  Prezidentinin 

2012-ci  il  2  iyul  tarixli  2320  nömrəli  Sərəncamında  dəyişiklik  edilməsi  barədə  AR  

Prezidentinin Sərəncamı  http://www.president.az/articles/17575 

 

 

 



 

 

 



 

 

 



 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə