DӘrs "Müәllimlәrә yetmiş beş manat pul bolbur"



Yüklə 34 Kb.
tarix26.12.2016
ölçüsü34 Kb.
DӘRS

"Müәllimlәrә yetmiş beş manat pul bolbur".

Şәhәr idarәsi.
"Müәllimlәr öz işlәrini qoyub özgә işlәrlә mәşğul olurlar."

Boşboğazlar
M ü ә l l i m (klasa daxil olarkәn.)
.... (On beş manat dükançı Cәfәrә) ....Oturun!... (On bir manat yarım da çörәkçi Vәliyә)
....Duanı oxuyun görüm! (Bu elәdi iyrmi altı manat yarım).... Çox yaxşı (On sәkkiz manat, ev yiyәsi.... Keçәn sәfәr üç manat borclu qalmışdım ... bu elәdi) ... kim dәrsini deyәr? (Bu elәdi). Oxu görüm! (İyirmi manat, o da qırx manat yarım).... Hәsәn düz otur, biclik elәmә! (Qәssaba gәrәk verәm on iki manat, 5 şahı).... Otur yerә, indi sәn oxu.
Ş a g i r d--Bir gün Hәsәn atasına dedi ki, ata, mәnә dә çeşmәk al, mәn dә sәnin kimi kitab oxuyum.
M ü ә l l i m (Öz-özünә). Budur, bizim Mәcid neçә vaxtdan bәri yalvarır ki, ata mәnә bir çәkmә al, yazıq lap ayaqyalındır.... Amma hanı pul?!
Ş a g i r d -- Atası gedib oğluna bir әlifba kitabçası aldı.
M ü ә l l i m (Görünür ki, kişinin pulu var imiş). Yaxşı, otur sәn oxu!(Suçuya üç manat sәksәn yeddi qәpik verilmәlidir, neftçiyә dörd manat 22 qәpik).
Ş a g i r d. Dedi ki, ata, mәnә bir çeşmәk al....
M ü ә l l i m (Şagirdә). Yox, çәkmә al!
Ş a g i r d. Mirzә xeyir, çeşmәk al.
M ü ә l l i m. Hә, hә, çeşmәk al. Oxu... (bu sәfәr dә mәnә iyirmi beş manat çatmır, onu nә tövr elәyim)....
Şükür, dinc otur, qulağını çәkәrәm! (On beş manat) Açın kitabları! (Bәli iyirmi beş manat çatmayacaqdır.... Heç kәs dә borc vermir).
....Qulaq asın, tәzә dәrs verirәm. (Nә qayırım ev kirayәsi olmasaydı yenә bir tövr әl-әlә, baş-başa çıxmaq olardı).... Düz oturun, yaxşı qulaq asın! Bu saat hesaba mәşğul olacayıq! (Cibimizdә olmayan pulu әqlimizdә hesablamaq yenә tәsәllidir).
Sizә bir hesab mәsәlәsi deyәcәyәm. Bir kişi (ki, şәhәrimizin atasıdır), ildә ... yaxşı qulaq verin! İldә.... Hәsәn, düz otur, qәlәmi qoy yerә, hәlә qulaq as! Hә ... ildә ... dürüst-dürüst qulaq verin, amma qorxmayın! ... ildә iyirmi min manat nәqd pul alır!!..
Ş a g i r d l ә r i n b ә z i l ә r i. Vaxsey!!!.
B ә z i l ә r i.--Vay dәdә, vay!!!.
B ә z i l ә r i. Pah atanın evinәcәn!
M ü ә l l i m. Bәs ildә....
Ş a g i r d l ә r. Mirzә, daha demә, qorxuruq!
M ü ә l l i m. Yox, qorxmayın, heç bir xatası yoxdur. Ancaq onu bilin ki, ildә iyirmi min manat nәqd pul alır!!..
B ü t ü n k l a s. Vaxsey!!!.
B i r ş a g i r d. Mirzә, bәs onu nә tövr sayır?
M ü ә l l i m (acı gülümsәnir). Ey, yüz o qәdәrini saya bilәr! Yaxşı, bir dә bir ayrı kişi var ki, (mәsәlәn, mәn yazıq) ildә doqquzca yüz manat pul alır ... (hәlә onu da nә tövr alır....). Bu az pul alan kişinin hәr ay iyirmi beş manat borcu olur.
Ş a g i r d l ә r. Yazıq!
M ü ә l l i m. Әlbәttә, yazıq!
Ş a g i r d. Mirzә, o çox pul alan kişi öz pulundan bir az ona versә, nә olar?

M ü ә l l i m. Ay balam, nә olacaq, çox yaxşı iş olar, amma elә dәrd burasıdır ki.... Yaxşı mәsәlәyә qulaq asın, ayrı söz danışmayın!
Ş a g i r d. Mirzә, bәs mәsәlәdә nә sual olunur?
M ü ә l l i m. Hә, indi sual olunur ki, hәmin o iyirmi min manat pul alan öz aldığı puldan altıca min manat kәsib versә, neçә yüz nәfәr doqquz yüz manat alan kişini borcdan xilas edә bilәr?
B i r ş a g i r d. Mirzә, әvvәlcә de görәk, bu az pul alan kişi ki, bir ayda iyirmi beş manat borca düşür, ildә nә qәdәr borc elәyir?

M ü ә l l i m. Bәrәkallah! Bәs onu nә tövr bilәk? (hәrçәnd mәn yaxşı bilirәm....)
Ş a g i r d. Bir ayda iyirmi beş manat borc, bir ildә, yәni on iki ayda elәr: on dәfә iyirmi beş -- iki yüz әlli, iki dәfә dә iyirmi beş--әlli. İki yüz әlli o da әlli, elәr üç yüz manat.
M ü ә l l i m. Çox yaxşı, sonra?
Ş a g i r d. İndi görәk, altı minin içindә nә qәdәr üç yüz var. Altı mini üç yüzә bölәndә elәr ... elәr iyirmi!
M ü ә l l i m. Bәs, nә mәlum oldu?
Ş a g i r d. Mәlum oldu ki, әgәr o iyirmi min manat pul alan, öz pulundan....
M ü ә l l i m. İnsafa gәlib....
Ş a g i r d. İnsafa gәlib, öz pulundan....
M ü ә l l i m. Yox, sәn "İnsafa gәlib" demә, onu mәn deyirәm.
Ş a g i r d. Elә durduğu yerdә öz pulundan altı min manat kәsib versә, o halda iyirmi nәfәr doqquz yüz manat alan....
M ü ә l l i m. Vә borca düşәn....
Ş a g i r d. Vә borca düşәn adamları borcdan xilas elәr.
M ü ә l l i m. Vә o adamlar da borcdan xilas olandan sonra öz işlәrini yaxşımı görәrlәr?
Ş a g i r d l ә r. Bәli!
M ü ә l l i m. Әlbәttә, yazıq borc fikrinә düşsün, yoxsa iş görsün?!
B i r ş a g i r d. Mirzә, axı o çox pul alan adam öz pulundan altı min kәssә, onda bunun pulu azalar!... On dördcә min manat qalar.
M ü ә l l i m (onun üzünә bir qәdәr baxıb). Sәnin atan dumada qlasnı deyil ki?
Ş a g i r d. Bәli, bәzi vaxt duma gedir.
M ü ә l l i m. Deyirәm axı ... doğrudur. Pul bir qәdәr azalar, amma iş yaxşı yola gedәr. Mәsәlә hәll olundu.
Amma.... (hәr halda bu ay da iyirmi beş manat borc gәlir valah, bilmirәm nә tövr elәyim). İ d a r ә d ә n. Yazıq müәlim!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə