İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və cəzadan azad olma
(ƏHK, maddə 15 və 16)
İnsan haqlarına dair Ümumi bəyannamənin 5-ci maddəsində vurğulanır ki, "heç kəs işgəncə və
ya qəddar, qeyri-insaniyaxud ləyaqət alçaldıcı münasibət və cəzaya məruz qalmamalıdır".
VSHBP-nin 7-ci maddəsində də həmçinin bəyan olunur ki, "heç kəs işgəncə və ya qəddar, qeyri-
insaniyaxud ləyaqət alçaldıcı münasibət və cəzaya məruz qalmamalıdır. Xüsusilə heç bir şəxs
özünün könüllü razılığı olmadan tibbi və ya elmi təcrübələrə məruz qalmamalıdır".
ƏHK-nın 15 və 16-cı maddələri bu hüququ ayrıca əlilliyi olan insanlara münasibətdə müəyyən
edir, belə ki, geniş qəbul olunmuşdur ki, psixi pozuntusu olan insanlar stasionar psixiatriya və
sosial müəssisələrdə tez-tez fiziki, seksual və psixi zorakılığa məruz qalırlar. Əksər insanlar gün,
ay və hətta illərini məqsədsiz, qeyri-aktiv mövcudiyyətdə, əzabverici cansıxıcılıq və tam sosial
təcrid olunma şəraitində keçirirlər. Onları tez-tez fiziki təcrid edir (o cümlədən tək kameralarda)
və ya fiziki təzyiq tədbirləri (zəncir, qandal və ya qəfəs-çarpayı) tətbiq edirlər. Bununla bərabər,
onlara əksər hallarda itaətkar və "asan idarə olunan" etmək üçün yüksək dozada
psixofarmakoloji preparatlar təyin edilir. Bir çox hallarda beynəlxalq qanun baxımında, belə
"müalicə" qəddar münasibətə, bəzi hallarda isə hətta işgəncələrə bərabərləşdirilir (Special
Raporteur on torture, 2008).
Bununla əlaqədar, ƏHK-nın 15-ci maddəsi üzv-dövlətlərdən əlilliyi olan insanların işgəncə yaxud
qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və cəzalara məruz qalmaması üçün bütün
mümkün effektiv tədbirləri keçirməyi tələb edir. Bu maddədə həm də bildirilir ki, heç bir şəxs
özünün razılığı olmadan tibbi və elmi təcrübələrə məruz qalmamalıdır. 16-cı maddə
ekspluatasiya, zorakılıq və təhqirin bütün formalarının qarşısının alınması üçün bütün mümkün
tədbirlərin keçirilməsini tələb edir. Maddə həmçinin istənilən forma ekspluatasiya, zorakılıq və
sui-istifadə qurbanı olan əlilliyi olan insanların fiziki, koqnitiv və psixoloji bərpası, reabilitasiyası
və sosial reinteqrasiyası və qorunma ilə təmin etmə xidmətini nəzərdə tutan tədbirləri keçirməyi
öhdəlik qoyur. Belə bərpa və reinteqrasiya müvafiq şəxsin sağlamlığının, rifahının, özünə
hörmət, ləyaqət və müstəqilliyinin möhkəmləndirilməsi şəraitində və yaş-cins xüsusiyyətlərinin
şərtləndirdiyi ehtiyacların nəzərə alınması ilə aparılmalıdır. 16-cı maddədə göstərilən başqa bir
25
tələb də - əlilliyi olan insanlara xidmət məqsədilə yaradılmış bütün müəssisə və proqramlara
müstəqil orqanlar tərəfindən effektiv müşahidənin aparılmasının vacibliyidir (WHO QualityRights
Toolkit, 2012).
•
Diskriminasiyadan azad olma
Diskriminasiyadan fundamental azad olma hüququ psixi sağlamlıq sferasındakı qanunvericiliyin
bütün hissələrində təsbit olunur və BMT Qanunlarında (maddə 55-56), "hər kəsi" istənilən növ
diskriminasiyadan qoruyan insan haqları Ümumi bəyannaməsində qəbul olunur.
Diskriminasiyadan azad olma hüququ həmçinin İSMHBP, VSHBP və ƏHK-da da ayrıca müəyyən
edilir. ƏHK-nın 5.2-ci maddəsi üzv-dövlətləri "əlillik əlamətinə görə istənilən diskriminasiyanı
qadağan etməklə" vəzifələndirir. Belə diskriminasiya 2-ci maddədə, əlillik səbəbindən məqsədi
yaxud nəticəsi bütün insan hüquq və azadlıqlarının qəbul olunması və həyata keçirilməsinin
azaldılması və ya inkar edilməsi olan istənilən fərqləndirmə, istisna etmə və məhdudlaşdırma
kimi təyin edilir. Bu hüquq psixi pozuntusu olan insanlara münasibətdə həyatın məşğulluq,
təhsil, mənzil, sosial təminat, vətəndaş və siyasi hüquqların (məsələn, seçmək və seçilmək
hüququ) reallaşdırılması kimi bütün sferalarında diskriminasiyanın geniş yayılması nəzərə
alındığında həddindən artıq əhəmiyyət daşıyır.
-Diskriminasiyadan azad olmanın 2 aspekti var
Birincisi, hökumət əlillik səbəbindən olan diskriminasiyanın qarşısını almağa borcludur, o
cümlədən əlilliyi olan insanlara münasibətdə aktiv diskriminasiyaya səbəb olan qanun, siyasət və
təcrübəni ləğv etməlidir (məsələn, psixi pozuntusu olan şəxslərin səsvermə hüququnun həyata
keçirilməsinə mane olan qanun).
İkincisi, hökumət əlilliyi olan insanların öz hüquqlarını diskriminasiyasız, digərləri ilə bərabər
həyata keçirməsinə zəmanət vermək məqsədilə məntiqli üsullar təmin etməlidir (müəyyən aktiv
tədbirlər görmək).
Məntiqli üsullar ƏHK-nın əsas anlayışlarından biridir. ƏHK-nın 2-ci maddəsində Разумное
приспособление "konkret lazım olan halda, əlilliyi olan insanlar tərəfindən digərləri ilə bərabər
insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsi və reallaşdırılmasının təmin olunması
məqsədilə, qeyri-mütənasib və əsassız yük olmayan zəruri və uyğun modifikasiya və düzəlişlərin
aparılması" kimi təyin edilir. 2-ci maddədə həmçinin bildirilir ki, Разумное приспособление-dən
imtina etmək diskriminasiya formalarından biridir (UN Enable, tarixsiz).
Psixi və fiziki əlilliyi olan insanlara digərləri ilə bərabər münasibət göstərilsəydi, onların
həyatında diskriminasiyadan qorunma belə böyük əhəmiyyət daşımazdı. Diskriminasiyadan
əməli qorunmaq üçün Разумное приспособление-dən fərqlənən və əlilliyi olan insanlar kimi
müəyyən qrup azlıqların vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar olan pozitiv tədbirlər
aparılmalıdır ki, bu keçmişdə olan ədalətsizlikləri düzəltmək məqsədi daşıyır (razumnoe pris.
əlilliyi olan insanlara əlilliyi olmayan insanlarla bərabər imkanların yaradılması məqsədilə
situasiyanın dəyişdirilməsi deməkdir).
ƏHK-ə əsasən, "əlilliyi olan insanların faktiki bərabərliyinə nail olmaq üçün zəruri konkret
tədbirlər hazırki Konvensiyanın verdiyi məna cəhətdən diskriminasiya sayılmır" (ƏHK, maddə
5.4). Beləliklə, iş yerlərində əlilliyi olan insanların sayının artırılmasına yönəlmiş normalar kimi
psixi pozuntusu olan insanların hüquqlarını qoruyan pozitiv tədbirlər qadağan olunmur.
Qeyd etmək vacibdir ki, İSMHBP / ICESCR tərəfindən yaradılan, "tədrici reallaşdırılma" mövzusu
olan bir çox "pozitiv hüquqlardan" fərqli olaraq əlillik əlamətinə görə diskriminasiyanın
olmaması dərhal qüvvəyə minən öhdəliklərə aiddir.
26
Azərbaycan Respublikası qanunvericiliyində psixi pozuntusu olan şəxslərə münasibətdə əsas
insan hüquqlarının qorunmasının təminatı
Psixi pozuntusu olan şəxslərə (yaxud psixi pozuntu nəticəsində əlilliyi olan) münasibətdə əsas
insan hüquqlarının qorunmasının təminatı Azərbaycanda müvafiq qanunvericilik, o cümlədən
Azərbaycan Respublikası Konstitusiyası, "Əhalinin sağlamlığının qorunması haqda" Qanun,
"Psixiatriya yardımı haqda" Qanun və Azərbaycan hökuməti tərəfindən imzalanan digər hüquqi
aktlar və beynəlxalq müqavilələrlə tənzimlənir.
"Psixiatriya yardımı haqqında" Qanun psixiatriya yardımı sferasında yaranan münasibətləri
tənzimləyir, həmçinin bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini təyin edir.
1996-cı ildə BMT Baş Asambleyası tərəfindən qəbul olunmuş rezolyusiyaların, o cümlədən "Psixi
xəstə şəxslərin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri "nin, daha dərin
anlayışını təmin etmək, həmçinin dövlətlərin öz qanunvericiliyini inkişaf etdirmələri üçün
rəhbərlik kimi, ÜST "Psixi sağlamlığın qorunması üzrə qanunvericilik: on əsas prinsip" dərc etdi
(WHO,1996). On əsas prinsip qısa şəkildə aşağıda göstərilmişdir:
1. Psixi sağlamlıq dəyərlərinin propaqandası və psixi pozuntuların profilaktikası
2. Psixi sağlamlıq sahəsində baza yardımının əlçatanlığı
3. Psixi sağlamlıqla bağlı situasiyanın beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərə uyğun
olaraq qiymətləndirilməsi
4. Psixi sağlamlıq sahəsində ən az məhdud alternativ prinsipinə uyğun xidmətlərin və yardımın
göstərilməsi
5. Fərdin özünün öz müqəddəratını həll etməsi
6. Öz müqəddəratını həll etmədə kömək almaq hüququ
7. Qərarların yenidən baxılması prosedurunun mövcudluğu
8. Müstəqil və mütəmadi nəzarət mexanizminin mövcudluğu
9. Qərar qəbul edən şəxslərin müvafiq ixtisasının mövcudluğu
10. Qanun qarşısında bərabərlik prinsipinə hörmət
Bütün bu prinsiplər "Psixiatriya yardımı haqqında" Qanunda əks etdirilmişdir. Psixi pozuntusu
olan şəxslərin psixi sağlamlığının qorunması qanunilik, humanizm, həmçinin insan və vətəndaş
hüquq və azadlıqlarına əsasən həyata keçirilməlidir.
Qanuvericiliyə uyğun olaraq, psixi pozuntusu olan insanlar həm də digər tibb müəssisələrində
yardım alan pasientlər kimi hüquq və üstünlüklərə malikdirlər. Bu hüquqlar 6-cı maddədə
sadalanır və aşağıdakıları daxil edir:
•
Onların ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və insani münasibət
•
Dövlət tibb müəssisələrində sanitar-gigiyenik tələblərə cavab verən şəraitdə pulsuz
psixiatriya yardımı almaq
27
•
Öz hüquqları, həmçinin psixi pozuntu və tətbiq olunan müalicə metodları haqda informasiya
almaq
•
Müayinə və müalicə üçün zəruri olan periodda psixiatriya stasionarında qalmaq
•
Tibbi göstərişlər əsasında bütün mümkün müalicə növlərini almaq
•
Təxirəsalınmaz psixiatriya yardımı istisna olmaqla, qalan hallarda konsilium və konsultasiya
keçirilməsini tələb etmək
•
Psixiatriya yardımı göstərmək hüququ olan istənilən mütəxəssisi (onun razılığı ilə) seçmək
•
İstənilən tibb müəssisəsini seçmək
•
Digər tibb mütəxəssislərinin konsultasiyasını tələb etmək
•
Qanunvericiliyə uyğun qaydada vəkil, qanun təmsilçiləri və ya digər şəxslərin köməyindən
istifadə etmək
Bundan başqa 15-ci maddə zəmanət verir:
•
Təxirəsalınmaz psixiatriya yardımının göstərilməsi
•
Stasionar və ambulator şərtlərdə konsultasion-diaqnostik, müalicə, profilaktik, reabilitasion
yardım
•
Bütün növ psixiatrik ekspertizanın keçirilməsi: hərbi-həkim (hərbi xidmətə yararlılıq),
psixososial (əlilliyin təyini), məhkəmə-psixiatrik ekspertiza və b.;
•
Sosial xidmətlərin göstərilməsi və əlilliyə görə pensiya təyini
•
Qəyyumluq və himayəçilik məsələlərinin həlli
•
Təbii fəlakət və qəzalar zamanı psixiatriya yardımının göstərilməsi
•
Psixi pozuntusu olan həddi-buluğa çatmamış şəxslər üçün ümumi və professional təhsilin
təşkili
•
Psixi pozuntusu olan şəxslər üçün əmək terapiyasının təşkili, işlə təminat, həmçinin ağır psixi
pozuntuları olan şəxslərin əmək məşğulluğu üçün xüsusi şəraitin yaradılması
•
Sosial əlaqələrini itirmiş və mənzili olmayan psixi pozuntusu olan şəxslər üçün yataqxanaların
(dəstəkli mənzil) yaradılması
•
Psixi pozuntusu olan şəxslərin sosial müdafiəsi üçün zəruri digər tədbirlərin həyata
keçirilməsi
5-ci maddədə psixiatriya müalicəsinin könüllülüyü məsələlərinə baxılır. Psixiatriya yardımı
könüllü və məlumatlı razılıq əsasında göstərilir. Razılıq yazılı formada, könüllü, təhdid və əsassız
məcburiyyət olmadan təqdim olunmalıdır və pasient (və ya onun qanuni nümayəndəsi) və psixi
sağlamlıq sahəsində cavabdeh mütəxəssis tərəfindən imzalanmalıdır. Stasionarda qeyri-könüllü
müalicə halları istisna olmaqla pasientə onun məlumatlı razılığı olmadan heç bir müalicə təyin
oluna bilməz. Psixi pozuntusu olan şəxs və ya onun qanuni nümayəndəsi istənilən anda təklif
olunan müalicədən imtina edə və ya müalicəni dayandıra bilərlər. Müalicədən imtina edən şəxs
və ya onun qanuni nümayəndəsinə mümkün nəticələr haqda izahat verilir (səh.10).
Psixi sağlamlıq sahəsində qanunvericilik həm də psixiatriya müəssisələri, eləcə də psixi sağlamlıq
sahəsindəki mütəxəssislər üçün gizliliyin pozulması hallarında sanksiya və cəzalar tətbiq edərək
informasiyanın gizliliyini qoruyur. "Psixiatriya yardımı haqqında" Qanunun 7-ci maddəsi psixi
pozuntusu olan şəxslərin psixi sağlamlığı və psixiatriya yardımı göstərilməsi haqda
informasiyanın gizliliyi hüququnu müəyyən edir; bu məlumatın pasientin razılığı olmadan üçüncü
28
şəxslərə verilməsi qanunvericilikdə göstərilən hallar istisna olmaqla qadağan olunur. Psixiatriya
yardımı göstərən mütəxəssislər və psixiatriya müəssisələri, həmçinin digər dövlət orqanları
pasientlərə aid məlumatların gizli saxlanılmasına məsuliyyət daşıyırlar.
Psixi sağlamlıq sahəsində xidmətlər alan (və ya keçmişdə almış) şəxslər psixiatriya müəssisələri
və mütəxəssislər tərəfindən alınan klinik məlumatları tam və azad şəkildə əldə etmək üçün
qanuni hüquqa malikdirlər. Bu məlumat yazılı ərizə verildikdən sonra iki gün ərzində verilməlidir.
İnformasiyaya keçid pasientin və digər insanların təhlükəsizliyini sual altına qoyduğu hallarda
məhdudlaşdırıla bilər. Ailə üzvləri yalnız psixi pozuntusu olan şəxsə tam qayğı göstərilməsi üçün
zəruri informasiyanı ala bilərlər, ona zərər yetirə biləcək informasiyanı əldə edə bilməzlər.
Maddə 8 ən az məhdud alternativ prinsipini qəbul edir. Psixiatriya yardımı yalnız xəstəliyin
müalicəsi zəruri olan periodda tələb olunan klinik təcrübənin müvafiq kriterilərinə daha çox
uyğun vasitə və metodların istifadəsi ilə pasientin hüquq və azadlıqlarını məhdudlaşdırmadan
göstərilir.
Qeyri-könüllü hospitalizasiyadan yayınmaq üçün bütün mümkün səylərin göstərilməsinin
lazımlığının qanunvericilik tərəfindən vurğulanmasına baxmayaraq, istisna hallarda psixi
pozuntuları olan şəxslər stasionara qeyri-könüllü müalicəyə yönləndirilə bilər. 11-ci maddədə
qeyri-könüllü psixistriya yardımının göstərilməsi üçün aydın əsaslar göstərilmişdir:
•
Əgər psixi pozuntusu olan şəxs özü və ətrafdakılar üçün ciddi və (və ya) bilavasitə təhlükə
törədirsə (məsələn, intihar cəhdi, aqressiv davranış)
•
Psixi pozuntusu olan şəxsin acizliyi halında, yəni onun əsas həyati tələbləri sərbəst yerinə
yetirə bilmədiyi hallarda (məsələn, katatonik stupor, ağır demensiya)
•
Əgər stasionarda psixiatriya yardımının göstərilməməsi halında pasientin ağır psixi vəziyyəti
daha da pisləşə bilərsə ki, bu da onun sonrakı müalicəsini mümkünsüz edə bilər
25-ci maddə psixi pozuntusu olan şəxsin təcili qaydada qeyri-könüllü hospitalizasiyası ilə bağlı
prosedurları təsvir edir. Təcili qaydada psixiatriya stasionarına yerləşdirilən şəxs 48 saat ərzində
müayinədən keçməlidir. Hospitalizasiyanın əsassız sayılması hallarında şəxs dərhal stasionardan
buraxılır. Hospitalizasiyanın əsaslı hesab edildiyi hallarda 3 mütəxəssisdən ibarət həkim-
məsləhət komissiyasının ilk 48 saat ərzində qərarı psixiatriya müəssisənin yerləşdiyi və ya şəxsin
yaşadığı yer üzrə məhkəməyə təqdim olunur. Sonra məhkəmə qərarda göstərilən səbəblərin
"Psixiatriya yardımı haqqında" Qanunun 11-ci maddəsinin müddəalarına uyğun olub-olmamasını
araşdırır və şəxsin stasionarda qalması haqda qərar qəbul edir. Hosptalizasiyanın könüllü və ya
qeyri-könüllü olmasından asılı olmayaraq bütün psixiatriya xəstəxanalarının bütün pasientləri
istənilən vaxt onların xəstəxanada olması, həmçinin öz hüquq və maraqları ilə əlaqədar bütün
məsələlərlə bağlı xəstəxana administrasiyasına şikayət və ərizə ilə müraciət edə bilərlər. Onlar
həmçinin Səhiyyə Nazirliyinin baş psixiatrına, icra hakimiyyəti orqanlarına, prokuraturaya,
ombudsman aparatına, məhkəmə və qanuni nümayəndəyə (vəkilə) azad müraciət etmə
hüququna malikdirlər. Sadalanan vəzifəli şəxslərlə görüş zamanı privatlığa zəmanət verilir.
Qanunvericiliyin psixi pozuntusu olan şəxslərə çox hüquqlar verməsinə baxmyaraq, onlar öz
hüquqları haqda məlumatsız ola və buna görə də onları həyata keçirməyə bilərlər (WHO
Resource book, 2005). Buna görə də "Psixiatriya yardımı haqqında" Qanun pasientlərin
hospitalizasiyanın əsas və məqsədləri, onların hüquqları və xəstəxana qaydaları haqda müalicə
müəssisəsinə daxil olduqdan dərhal sonra və ya pasientin vəziyyəti imkan verdiyi andan
məlumat almaq hüququnu daxil edir.
29
VII. Psixi sağlamlıq sahəsində xidmətlərin göstərilməsi zamanı, müəssisələrdə və cəmiyyətdə
psixi pozuntusu olan şəxslərə münasibətdə insan hüquqlarının pozulması. Psixiatriya
müəssisələrində insan hüquqlarına riayət edilməsinin monitorinqi.
Psixi pozuntusu olan şəxslərə münasibətdə insan hüquqlarının pozulması.
Psixi pozuntulardan əziyyət çəkən şəxslər, başqalarından daha tez-tez stiqma və
diskriminasiyaya məruz qalırlar. Bu onlara zəruri müalicə və qayğının əldə edilməsinə mənfi təsir
göstərir. Diskriminasiya səhiyyə sahəsindəli proqramların hədəf auditoriyaya uyğun gəlməməsi
və tibb xidmətlərinin əlçatanlığının məhdudlaşdırılmasında biruzə verə bilər. Stiqmatizasiya psixi
pozuntusu olan şəxslər üçün onların həyatının bir çox aspektlərində, o cümlədən məşğulluq
hüququ, layiqli mənzil, təhsil və s. hüquqlarının reallaşdırılmasında diskriminasiya ilə nəticələnir.
Psixi pozuntusu olan şəxslər aşağıdakı həyat sferalarında xüsusi olaraq insan hüquqlarının
pozulmalarına məruz qalırlar:
•
müalicə əldə etmə sahəsində
•
sağlamlığın qorunması üzrə xidmətlərin göstərilməsi prosesində
•
cəmiyyətdə yaşadığı dövrdə
Müalicə əldə etmə sferasında insan hüquq pozuntuları
Psixiatrik yardımı əldə etməyin çətinliyi problemini gözdən keçirərkən psixi pozuntusu olan
insanların hüquqlarının pozuntusuna gətirib çıxaran bir neçə əsas faktorları qeyd etmək lazımdır:
•
səhiyyə sahəsində proqram, qanun və resurslar, məsələn, 2001-ci ildə aşağı və orta gəlir
səviyyəsi olan ölkələrdə psixi sağlamlığın qorunmasına onların büdcəsinin 1 faizindən azı
ayrılmışdır. Bunun nəticəsində, psixi sağlamlıq sahəsində xidmətlər, əsas medikamentlər
(psixotrop preparatlar kimi) daxil olmaqla əhalinin böyük hissəsi üçün iqtisadi və coğrafi
mənada əlçatmaz olur.
•
Bəzi ölkələrdə praktiki olaraq psixi sağlamlıq sahəsində xidmətlər yoxdur, bəzilərində isə bu
xidmətlər yalnız əhalinin müəyyən təbəqələri üçün əlçatandır
•
Bəzi ölkələrdə psixi sağlamlıq sahəsində olan xidmətləri öz cibindən ödəmək lazım gəlir və
insanlar sadəcə olaraq müalicə və qayğı üçün müraciət edə bilmirlər
•
Bir çox ölkələrdə tibbi sığorta psixiatriya yardımı xərclərinə aid edilmir və ya daha qısa
period üçün və daha az miqdarda xərclərin qarşılanmasını əhatə edir
•
Bir sıra ölkələrdə müalicə metodları və xidmətlər tibbi normalara cavab vermir və pasientə
zərər yetirə bilir. Məsələn, müalicə müəssisələrində tibb personalı keyfiyyətsiz təhsil almış
ola bilər ki, bu da diaqnostikada səhvlərə, uyğun gəlməyən dərman preparatlarının təyininə
və dozalanmanın aşılmasına gətirib çıxarır (WHO Report, 2010).
30
Psixi sağlamlığın qorunması üzrə xidmətlərin göstərilməsi
zamanı hüquqların pozulması
Psixi sağlamlığın qorunması üzrə xidmətlərin göstərilməsi zamanı hüquqların pozulması
vəziyyətini araşdırarkən, bütün Avropa və dünyadakı müəssisələr (MDAC; Mental Disability
International, tarixsiz) üzrə çoxsaylı hesabatlar insan hüquqları sahəsində ciddi problemlər
aşkara çıxarmış və cəmiyyətin diqqətini uşaq və böyüklərin qapalı tipli psixiatriya
müəssisələrində dəhşətli saxlanılma şəraiti və onlara qarşı alçaldıcı münasibətə cəlb etmişdir. Bir
sıra müəssisələrdə qeyd olunan əsas neqativ faktorlar; şəxsi seçim və tələbləri nəzərə almayan
sərt rejim, pasientlərin müəssisədən kənar insanlarda əlaqələrinin məhdudluğu və ya olmaması.
Bəzi hesabatlar fiziki və seksual zorakılıq halları, qəfəs-çarpayıların və başqa fiziki təzyiq
tədbirlərinin istifadəsi, reabilitasion və digər terapevtik tədbirlərin olmaması, psixofarmakoloji
preparatlardan sui-istifadə, şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun pozulmasını aşkar
etmişdir.
•
Qapalı tipli psixiatriya müəssisələrində pis həyat şərtləri
-binalar uçuq və çirkli, sanitar və gigiyenik normalar gözlənilmir;
-pasientlərin geyim, təmiz su, qida, istilik, yataq dəstləri və tək qalma imkanları yoxdur
•
Qeyri-insani və ləyaqət alçaldıcı münasibət:
– psixiatriya müəssisələrində yaşayan bir çox insanlar qeyri-insani və ya ləyaqət alçaldıcı
münasibətə məruz qalır, fiziki, seksual və psixi zorakılıq və baxımsızlıq qurbanı olurlar
– izolyasiya metodlarından sui-istifadə, azadlığın məhdudlaşdırılması və fizili təzyiq tədbirlərinin
görülməsi bəzi müəssisələrdə adi hal almışdır. Pasientləri həbsxana kameralarının analoqu olan
kiçik otaqlarda başqa insanlarla əlaqə imkanı verilmədən uzun müddət saxlayırlar. Bəzən
böyükləri və hətta uşaqları qəfəs-çarpayılarda bağlayırlar ki, onlar daimi hərəkətsiz saxlanılırlar.
– bəzi müəssisələrdə böyüklər və uşaqlar sərt münasibət və zorakılıq obyekti olurlar, bəzən,
onların qayğısını çəkməli insanlar tərəfindən əziyyət görürlər. Onlar fiziki, seksual, psixi və
emosional zorakılığa, baxımsızlıq və iqtisadi ekspluatasiyaya məruz qalır, əlilliyi olan qadınlar isə
xüsusilə tez-tez məcburi sterilizasiya olunaraq zorlama qurbanları olurlar. Sağlamlıq imkanları
məhdudu insanlara münasibətdə zorakılıq əksərən güc balansını pozan, onlara qarşı sistem
diskriminasiya kontekstində baş verir (WHO publication, 2007). Başqa növ təsdiq olunmayan və
sərt münasibət, o cümlədən antisanitar və qeyri-insani şəraitdə saxlanılma, həmçinin təhlükəli
və alçaldıcı müalicə metodları da geniş tətbiq olunur. Bu diskriminasiya növləri haqda əksər
hallarda heç hara məlumat verilmir və onlar cəzasız qalır, günahkarlara isə sui-istifadəyə davam
etməyə heç nə mane olmur.
– psixiatriya müəssisələrində yaşayan bir çox insanlar heç bir stimulyasiya almır və gün, ay və
hətta illərlə əzabverici cansıxıcılıqda yaşayırlar.
– bəzi insanlara belə müəssisələrdə yüksək dozalarda psixofarmakoloji preparatlar təyin edilir ki,
onlar itaətkar və asan idarə olunan olsunlar. Bəzi hallarda, BMT işgəncə və digər qəddar, qeyri-
insani və ləyaqət alçaldıcı münasibət və cəzalar üzrə Xüsusi məruzəçisinin tərəfindən qeyd
edildiyi kimi, könüllü məlumatlı razılıq olmadan tətbiq olunan medikamentoz vasitələr işgəncə
və qəddar münasibət kimi qiymətləndirilə bilər (Special Rapporteur on torture Report, 2008).
31
– psixi pozuntusu olan insanları, onların iradəsi xaricində və kifayət qədər əsas olmadan,
psixiatriya müəssisələrinə yönləndirirlər, harda ki, onlarbir neçə ay və hətta illər ərzində qalırlar.
Bir çox hallarda müalicə könüllü məlumatlı razılıq olmadan aparılır ki, bu da onların sağlamlıq
hüququnun aşkar və ciddi pozuntusudur. Bundan başqa, tez-tez onlar qapalı müəssisələrdə
yalnız sağlamlıq imkanlarının məhdudluğu əsası ilə yaşayırlar. Bu sağlamlıq və digər hüquqların
reallaşdırılması üçün ciddi nəticələrə gətirir. Hospitalizasiyadan sonra onlar əksərən təcrid
olunmuş, həbsxana kameralarını xatırladan otaqlarda yaşayır və/və ya fiziki təzyiqlərə məruz
qalırlar (WHO report on Mental health and Development, 2010).
•
Əsaslandırılmamış hospitalizasiya və müalicə
– Psixi pozuntusu olan insanları məlumatlı razılıq alınmadan hospitalizasiya edir və müalicəyə
məruz qoyurlar. Hospitalizasiya və müalicəyə aid suallar müzakirə olunmur. İnsanları qanuna
zidd və kifayət qədər əsas olmadan aylar, bəzən illərlə qapalı saxlayırlar. Dünyanın bütün
ölkələrində psixiatriya müəssisələrində orda olması lazım olmayan insanlar saxlanılır. Avrop a
komissiyası 2005-ci ildə psixi sağlamlıq məsələlərinə aid "Yaşıl kitab"da etiraf etdi ki, qapalı tipli
müəssisələrə yerləşdirilmə və müalicə "pasientlər" üçün "ağır nəticələr" verə bilər və "yalnız az
məhdudiyyət dərəcəli alternativ metodlar müsbət nəticə vermədikdə son tədbir kimi tətbiq
oluna bilər". Psixi pozuntusu olan insanlar üçün məcburi hospitalizasiya və məcburi müalicə son
dərəcə kəskin problemdir, belə ki, onları öz iradələri xaricində istənilən an psixiatrik
xəstəxanalara yerləşdirilə, azadlıqları məhdudlaşdırıla bilər, onları bağlaya, dərmanlar qəbul
etməyə və digər tibbi proseduralara məcbur edə bilərlər. Psixi sağlamlıq problemləri olan
şəxslərin məcburi hospitalizasiya və məcburi müalicəsi şəxsi toxunulmazlıq və azadlıq hüququ da
daxil olmaqla əsas insan hüquqularının həyata keçirilməsinə təsir edə bilər. Əlilliyi olan şəxslər
azadlıqdan məhrum olunmada xüsusi riskə məruz qalırlar belə ki, qapalı tipli müəssisəyə
yerləşdirilmə və məcburi hospitalizasiya xüsusilə bir çox ölkələrdəki kimi bu qəyyumların razılığı
ilə aparılırsa daxili qanunlarla "həbs" kimi hesab olunmur (Human rights watch, World report
2012).
– Problümin kəskinliyi ilə əlaqədar, insan hüquqları sahəsində istər BMT, istərsə də Avropa
tərəfindən qəbul olunan standartlar əsas insan hüquqlarına əsassız müdaxilələrə qarşı sərt
zəmanətlər daxil edir. ƏHK bu zəmanətləri daha da möhkəmləndirərək hökumətləri psixi
pozuntusu olan insanları digər insanlara bərabər tutmaqla vəzifələndirir. Bunun üçün üzv-
dövlətlər bu sahədə psixi sağlamlıqla bağlı problemləri olan insanların cəmiyyətdəki həyatına
mane olmayan normativ-hüquqi bazanı təmin etməlidirlər.
– Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, əksər hallarda hüquqlardan məhrum
olunmağa gətirib çıxarır. Belə fikir hökm sürür ki, psixi pozuntusu olan insanlar öz həyatları ilə
bağlı qərar qəbul edə bilmirlər və bunun məntiqi nəticəsi olaraq onları öz müalicələri haqda
qərar qəbul etməkdən, şəxsi və iqtisadi məsələlərini idarə etməkdən məhrum edirlər. Bütün bu
məsələlərin həlli qəyyumluq edən şəxsə və ya mütəxəssisə həvalə olunur, baxmayaraq ki, psixi
pozuntusu olan insan bəlkə də bu qərarları özü qəbul edə bilərdi.
•
Hüquqi prosedurlara çıxışın yoxluğu
Azadlıq və müstəqillik kimi əsas insan hüquqları pozulan pasientlərin hüquqi prosedurlara və
hüquq müdafiə mexanizmlərinə çıxışları olmur, baxmaraq ki, onlar azadlıq və şəxsi
toxunulmazlıq kimi əsas insan hüquqlardan məhrum ediliblər.
– Bir çox ölkələrdə qeyri-könüllü hospitaliziya və müalicə haqda qərarların müstəqil sitematik
baxılma mexanizmi mövd deyil.
32
– Əksər ölkələrdə qeyri-könüllü hospitalizasiya və müalicə qərarını şikayət etmə mexanizmi
mövcud deyil.
– Bir çox ölkələrdə həmçinin insan hüquqlarının pozulması məsələləri üzrə şikayətlərin verilməsi
mexanizmi də yoxdur.
Dostları ilə paylaş: |