SəRBƏst iŞ №1 İXTİsas: Rabitə qovşaqları və kommunikasiya sistemləri qrup: rq310A



Yüklə 14,2 Kb.
tarix16.12.2023
ölçüsü14,2 Kb.
#180914
sistem şəbəkə Sərbəst iş 1


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVESİTETİ nəzdində
BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

TELEKOMMUNİKASİYA SİSTEM VƏ ŞƏBƏKƏLƏRİNİN QURULMASININ ƏSASLARI” fənnindən



SƏRBƏST İŞ №1

İXTİSAS: Rabitə qovşaqları və kommunikasiya sistemləri
QRUP: RQ310A
TƏLƏBƏ:
MÖVZU: Telekommunikasiya sistemləri


MÜƏLLİM:


BAKI 2023

Telekommunikasiya rabitəsi iqtisadiyyatın əsas sahələrindən biri olub əhalinin iqtisadi və ölkənin müdafiəsini, telefon, teleqraf, poçt, televiziya, verilənlərin ötürülməsi; EHM və radioyayım xidmətləri ilə təmin etmək və həmçinin dövrü mətbuatın ölkə ərazisində yayımlanmasına şərait yaratmaq üçündür.


Hazırkı dövrdə cəmiyyətdə 80 - ə yaxın müxtəlif növ informasiyalar vardır və onlardan istifadə olunur. Verilən məlumatların xarakterinə və verilmə üsullarına görə aşağıdakı rabitə növləri mövcuddur.
Poçt, elektron poçtu, teleqraf- faks, foto-teleqraf ( qəzet səhifələrinin ötürülməsi) telefon səsyayımı, televiziya yayımı, teleidarəetmə, telekonfrans. Rabitənin növündən asılı olaraq rabitə müəssisələri və texniki avadanlıqlardan uyğun olaraq poçt rabitəsi, teleqraf, ŞAT rabitəsi, şəhər, kənd telefon rabitəsi, radiorabitə, televiziya rabitəsi, beynəlxalq rabitə, kosmik rabitə sahələrinə ayrılır.
Poçt rabitəsi: müəssisələrinin köməyilə əhaliyə dövrü məlumatın məktub, bağlamalar, teleqramlar, pul baratları və digər növ xidmətlər təşkil edir.
Teleqraf rabitəsi: teleqraf rabitəsi vasitəsilə müəyyən məlumatların sənəd şəklində ( yazılı) bir məntəqədən digər məntəqəyə göndərmək üçün istifadə olunur.
ŞAT rabitəsi: şəhərlər arası telefon rabitəsi vasitəsilə bir-birindən yüzlərlə kilometr uzaq məsafədə yerləşən yaşayış məntəqələri arasında əlaqə yaradır. Telefon rabitəsi ilə yerli rabitə, ŞTŞ, KTŞ yerli rabitədə kənd (ATS) ilə rayon mərkəzi abunəçiləri arasında, həmçinin şəhər daxilində yerləşəm ayr- ayrı ATS – lər arasında telefon rabitəsi vasitəsilə əlaqə yaradılır.
Televiziya və səs yayım rabitəsi: bu rabitə növündən əhali televiziya təsvirlərini və radio dalğaları vasitəsilə siqnalları qəbul edə bilir.
Kosmik rabitə: bir-birindən çox uzaq məsafədə yaşayan adi rabitə xətti ilə əlaqəsi mümkün olmayan məntəqələr arasında rabitə siqnallarının göndərilməsini təşkil edir.
Telekommunikasiya rabitəsinin əsasını müxtəlif növ məlumatların müəyyən məsafəyə verilməsi təşkil edir. Məlumat xəbərlər toplusu başa düşülür. Bu musiqi, səs, maşın yazısı məntəqələri, çertyojlar, şəkillər, televiziya təsviri ola bilər. Yelekommunikasiya avadanlıqları qeyd etdiyimiz məlumatları istənilən məsafəyə, istənilən ünvana yüksək keyfiyyətlə ötürürlər.
Bu məlumatın ötürülməsi necə təşkil olunur?
Hər bir rabitə məlumat kanalı vasitəsilə ötürülərkən məlumat elektrik siqnalına çevriliərək istənilən məsafəyə göndərilir. Müxtəlif mənbələrin yaratdığı siqnallar fasiləsiz (analoq) diskret rəqəmli siqnallara ayrılır. Siqnal müəyyən zaman intervalında istənilən qiymətə malik ola bilərsə belə siqnal analoq siqnal hesab edilir.
Periodik təkrar olunan impuls seriyalarından ibarət olan siqnallara diskret siqnallar deyilir.


u
ANALOQ

t 0 0 0
t

Hal – hazırda məlumatların ötürülməsi zamanı diskret rəqəmli siqnallardan istifadə edilir. Rəqəmli siqnalların ötürülməsi zamanı 2-li hesablama sistemlərindən istifadə olunur. Bu zaman impulsun olması “1” rəqəmi ilə impulsun olmaması “0” la işarə edilir. İstehsal sürət – 50 hs – lə ölçülür.
Yüklə 14,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin