Möhtəşəm atəşfəşanlıq başlayır.
Bakı səmasını nura boyayan al-əlvan
fişənglər ilk Avropa Oyunlarının başa
çatmasından xəbər verir. Beləliklə,
“Bakı-2015” Azərbaycana başucalığı
gətirən tarixə çevrilir.
AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
30 iyun 2015-ci il
http://www.amu.edu.az
5
ATU-nun rektoru, akademik Əhliman
Əmiraslanov
qonaqları
salamlayaraq,
Azərbaycanla Macarıstanın qardaş ölkə ol-
duğunu və təhsil müəssisələrimiz arasında
yaxın əlaqənin yaradılmasının vacibliyini
vurğuladı. Bu sahədə hətta gecikdiklərini də
qeyd edən rektor bildirdi ki, qarşılıqlı layihələr
həyata keçirilməlidir. Əhliman Əmiraslanov
ATU-nun fəaliyyəti barədə də qonaqlara
məlumat verdi. Onun sözlərinə görə, bu ali
təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Uni-
versitetinin tərkibində fakültə kimi yaradılıb.
1930-cu ildən isə müstəqil ali məktəb kimi
fəaliyyət göstərməyə başlayb: “Universiteti-
miz bu il müstəqil universitet kimi 85 yaşını,
fakültə kimi isə 96-cı yaşını qeyd edəcək”.
ATU-nun professor-müəllim heyəti haqqında
da məlumat verən millət vəkili Ə.Əmiraslanov
bildirdi ki, 6 fakültəsi olan bu ali təhsil oca-
ğında 160-dan çox professor, 320 dosent,
800-ə yaxın elmlər namizədi və ümumilikdə
1300 nəfər akademik personal çalışır: “Ha-
zırda universitetdə 7000-dən çox tələbə və
rezident, həmçinin 1000-dən çox xarici ölkə
vətəndaşları olan tələbələr təhsil alırlar”.
Macarıstan Tibb Universitetinin rektoru Dr.
Szél Ágoston öz növbəsində qonaqpərvərlik
üçün təşəkkür edərək, ATU-nun klinikaları-
nın çox yüksək səviyyədə olduğunu, müasir
standartlara cavab verdiyini söylədi. İxtisasca
anatomik olan əcnəbi rektor həmçinin ATU-
nun Anatomiya muzeyini çox bəyəndiyini də
xüsusi qeyd etdi. O, həmçinin iki ali təhsil
ocağı arasında sıx əlaqələrin yaradılmasında
maraqlı olduğunu və gələcəkdə bununla bağ-
lı müqavilə imzalanacağını qeyd etdi.
Görüşdə Macarıstanın Bakıdakı səfirinin II
katibi Zoltan Timar, Macarıstan Tibb Univer-
sitetinin beynəlxaq əlaqələr şöbəsinin müdiri
Marcel Pop, Azərbaycan Təhsil Nazirliyinin
aparatının rəhbər müavini Yaqub Piriyev,
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Muxtar Məmmədov, ATU-
nun tədris işləri üzrə prorektoru Sabir Əliyev,
ATU-nun beynəlxalq əlaqələr üzrə prorek-
toru Rəhimə Qabulova, beynəlxalq əlaqələr
şöbəsinin müdiri Nadir Zeynalov və tədris
hissə müdiri Nəsimi Qasımov da iştirak
edirdilər.
Görüşdə prof. Dr. Serhat
Ünal Türkiyə İç Hastalık-
ları Uzmanlık Derneğinin
təşkil etdiyi seminarı bu dəfə
Bakıda, ATU-da keçirmək
niyyətindən bəhs etdi: “No-
yabrın 20-22-də Azərbaycan
Tibb Universitetində Türkiyə-
Azərbaycan
terapevtlərinin
seminarını
keçirəcəyik.
Əs lin də, bu dərnəyi yara-
dan gündən ilk ölkə kimi
Azərbaycanda seminar keçir-
məyi düşünürdük. Lakin bura
gəlməyimiz bu günə təsadüf etdi.
Buna görə olduqca məmnunuq.
Bizim dərnəyin məqsədi iç xəs-
təlikləri ilə əlaqədar şəxsləri bir araya
toplamaq, geniş müzakirələr apar-
maq, qardaş ölkələrin iç xəstəlikləri
uzmanlarını bir-biri ilə tanış edib,
əlaqələrin sıx yaradılması üçün da-
nışıqlar aparmaq, seçilən mövzuya
əsasən mühazirələrin oxunmasıdır”.
Rektor Əhliman Əmiraslanov bu
tibb dərnəklərin ATU-da keçiril-
məsinə çox müsbət baxdığını, bu
ali təhsil ocağının qardaş Türkiyə
universitetləri ilə sıx əlaqədə olduğu-
nu, tez-tez belə tədbirlər, seminarlar
keçirdiklərini dedi.
Görüşdə ATU-nun beynəlxalq əla-
qələr üzrə prorektoru Rəhimə Qabu-
lova, beynəlxalq əlaqələr şöbəsinin
müdiri Nadir Zeynalov da iştirak
ediblər.
u
Bu günlərdə
Azərbaycan
Tibb
Universitetinin (ATU)
xarici tələbələrlə iş
üzrə dekanı, dosent
İsmayıl
Əfəndiyev
Hindistan Respubli-
kasında seminarda
iştirak edib.
Dosent
İsmayıl
Əfəndiyev səfər za-
manı
Azərbaycan
Tibb
Universite-
ti haqqında geniş
məlumat verərək, təbliğat xarakterli
çıxışlar edib. Seminarlar Nyu Delhi,
Mumbay, Vadovara, Banqalor, Hay-
darabad və s. şəhərlərdə keçirilib.
Hindistanlı gənclər, həmçinin
onların valideynləri tərəfindən ATU-
da təhsil almaq üçün böyük maraq
göstərilib, bununla bağlı çox sayda
suallar verilib.
u East London Universitetinin
nümayəndələri Azərbaycan Tibb
Universitetinin (ATU) qonağı olublar.
ATU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru Rəhimə Qabulova
qonaqları salamlayaraq, onlara ilk
öncə universitet haqqında məlumat
verdi. O bildirdi ki, son illərdə ATU-
nun dörd yeni klinikası inşa olunub
və istifadəyə verilib.
Daha sonra ATU-nun rezi-
dentura şöbəsinin müdiri Rizvan
Məmmədov qonaqlara bu ali təhsil
ocağının rezidentura fəaliyyəti
barədə məlumat verdi. O, reziden-
tura şöbəsinin artıq 4 ildir ki, möv-
cud olduğunu bildirdi.
Görüşün davamında East Lon-
don Universitetinin Fizioterapiya
proqramının rəhbəri Liz Nichalls
layihə barədə danışaraq, proqra-
mın üstünlüklərindən söz açdı.
Görüşdə hər iki universitet ara-
sında fizioterapiya ixtisası üzrə
rezidentura proqramı müzakirə
olundu. Gələcəkdə fizioterapiya
şöbəsi üzrə rezidentura proqra-
mının yenilənməsinə, qarşılıqlı
istiqamətdə işlərin görülməsinə
dair söhbətlər aparıldı.
Görüşdə
ATU-nun
xarici
tələbələrlə is üzrə dekanı İsmayıl
Əfəndiyev, ATU-nun xarici əlaqələr
üzrə şöbə müdiri Nadir Zeynalov da
iştirak edirdilər.
u
14 iyun - Ümumdünya
Qan Donoru Günü ilə
əlaqədar Azərbaycan Tibb
Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikasında qanvermə
aksiyası keçirilib. Qızıl Aypara
Cəmiyyətinin təşkilatçılığı ilə baş
tutan aksiyanın məqsədi donor
qanına ehtiyacı olan insanlara yardım
etməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Tibb Universiteti komitəsinin sədri Şahrud
Əhmədovun sözlərinə görə, aksiyada iştirak edən
könüllü donorlar müxtəlif qan xəstəliklərdən
əziyyət çəkən insanlara öz qanlarını veriblər:
“Bu kimi tədbirləri silsilə şəklində keçiririk. Bu,
bizim artıq ikinci aksiyamızdı və davamı olacaq”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının
Qan Bankının müdiri Sevda Quliyeva bildirdi
ki, aksiyada iştirak üçün müraciət edən kö-
nüllü donorlar ilk növbədə müayinə olunurlar:
“Onların hər birinin analizləri toplanılır. Əgər
səhhətlərində hər hansı bir problem yoxdursa,
onlardan qan götürülür”.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
“İcmaya əsaslanan sağlamlıq” proqramının
rəhbəri Mətanət Qaraxanova belə bir tədbirin
keçirilməsinə razılıq verdiyi üçün ATU
rəhbərliyinə təşəkkür etdi. Onun sözlərinə görə,
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkəmizdə
dövlətə yardımçı rolu oynayan qeyri-hökumət
təşkilatıdır: “Biz bir çox təhsil ocaqların-
da, təşkilatlarda, ümumiyyətlə, Azərbaycanı
əhatə edən rayon bölmələrimizdə və regional
mərkəzlərimizdə belə aksiyalar keçiririk. “İcma-
ya əsaslanan sağlamlıq” proqramına qan donorla-
rının cəlb olunması da bu aksiyaya daxildir”.
M.Qaraxanovanın sözlərinə görə, hər il 14
iyun - Ümudünya Qan Donoru Günündə təşkil
etdikləri qanvermə aksiyaları müxtəlif mövzuları
əhatə edir. Bu gün keçirilən aksiyanın mövzu-
su “Mənim həyatımı xilas etdiyinə görə sənə
minnətdaram”dır.
ATU-nun əməkdaşı Hindistanda seminarda
East London Universitetinin
nümayəndələri ATU-da qonaq oldu
Macarıstan Tibb Universitetinin
rektoru ATU-da qonaq oldu
Türkiyə İç Hastalıkları Uzmanlık
Derneği başkanı ATU-da
Bu günlərdə Macarıstan Respublika-
sının Milli Assambleyasının sədri Lasz-
lo Köverin başçılıq etdiyi nümayəndə
heyəti Bakıda səfərdə olub. Səfər
zamanı nümayəndə heyətinin üzvləri
Azərbaycan Tibb Universitetində qo-
naq olublar. Azərbaycan Tibb Uni-
versitetinin (ATU) rektoru, akademik
Əhliman Əmiraslanovla Macarıstan
Tibb Universitetinin rektoru Dr. Szél
Ágoston arasında görüş keçirilib.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman
Əmiraslanovla Türkiyə İç Hastalıkları Uzmanlık Derneği başkanı prof.
Dr. Serhat Ünal arasında görüş keçirilib
Tədris Cərrahiyyə Klinikasında könüllü
donorlar qan veriblər
ATU-nun mətbuat xidməti
Fotolar Cənnətalı Çingizindir
http://www.amu.edu.az
30 iyun 2015-ci il
6
u
Azərbaycan Tibb
Universitetinin
(ATU) Tədris
Cərahiyyə Klinikası
ilə İstanbul Bilim
Universitetinin və
“Florence Nightingale”
xəstəxanalar qrupunun
elmi əməkdaşlığı
səhiyyəmizin inkişafina
növbəti xidmətlərini
göstərməkdədir.
Belə ki, bu günlərdə
Azərbaycan Tibb Universiteti,
İstanbul Bilim Universite-
ti və “Florence Nightinga-
le” xəstəxanalar qrupunun
təşkilatçılığı ilə İstanbulda II
Akademik İş birliyi konfransı
keçirilib.
Konfransın başlanğıcında
İstanbul Bilim Universitetinin
rektoru Prof. Dr. Çavlan Çiftçi
və ATU-nun Tədris Cərrahiyyə
Klinikasının baş həkimi, t.ü.f.d.
Asiman Həsənov açılış nitqi
edərək, Türkiyə-Azərbaycan
münasibətlərindən, bunun
səhiyyə sahəsində rolundan,
Türkiyənin tibb sahəsində əldə
etdiyi yeni nailiyyətlərinin
Azərbaycan tibbinə olan
dəstəkləyici təsiri və əldə olu-
nan uğurlardan söhbət açdılar.
Konfransın davamında
birgə əməkdaşlıqları münasibəti
ilə ATU-nun Tədris Cərrahiyyə
Klinikasının baş həkimi
Asiman Həsənov xalqımızın
milli və mənəvi dəyərlərini
təsvir edən xatirə hədiyyəsini
Prof. Dr. Çavlan Çiftçiyə
təqdim etdi. Həmçinin Prof.
Dr. Çavlan Çiftçi də universi-
tet xəstəxanası olaraq ATU ilə
birgə əməkdaşlıqlarına görə
böyük məmnunluq hissi duydu-
ğunu vurğulayaraq, ona plaket
hədiyyə etdi.
Tədbirdə həmçinin ATU-
nun Tədris Cərrahiyyə Klini-
kasının nümayəndə heyətinin
üzvlərindən – AMEA-nın müx-
bir üzvi, prof. Dr.Nuru Bay-
ramov, Uzman kardio-cərrah
Mirəli Məcidov, Dr. Cavid Paşa-
yev, Şüa-diaqnostika şöbəsinin
müdiri Dr. Rasim Bayramov,
Ass.Dr. Ruslan Məmmədov,
Dos. Dr. Sədrəddin Atakişizadə,
t.ü.f.d. Dr.Qalib İmanov, Ass.
Dr.İmran Səfiyev, Dr. Eldəniz
Əliyev, eləcə də Türkiyənin
tanınmış cərrahları, beynəlxalq
mütəxəssislər iştirak edirdilər.
Konfransda müasir
cərrahiyyənin müxtəlif
istiqamətlərindən,
Neyrocərrahiyyədə
mikrocərrahiyyə, Sereb-
ral-vaskulyar patologiyalar,
Genetik xəstəliklərə aktual
yanaşma üsullari, hüceyrə və
toxuma transplantasiyası, kök
hüceyrələrinin köçürülməsi,
orqan transplantasiyası, ürək
transplantasiyası, bu sahələrdə
qazanılan uğurlardan, praktika-
da üzləşdikləri hallar haqqında
və bir sıra digər mövzular üzrə
çıxışlar olub. Sonra konfrans
iştirakçıları həmin mövzular
ətrafında müzakirələr aparıb.
Həmçinin birinci günün sonun-
da konfrans iştirakçıları “Flo-
rance Nightingale” xəstəxanalar
qrupunu da ziyarət ediblər.
Sonda baş həkim Asiman
Həsənov çıxış edərək, Türkiyə-
Azərbaycan münasibətlərindən
söz açıb. O bildirib ki, əl-ələ
verib birgə gördükləri uğurlu iş
birliyi bütün türk dünyasında,
həmçinin tibb sahəsində də öz
müsbət nəticəsini göstərir və
göstərəcək: “Bu birlik getdikcə
daha da genişləndiriləcək,
o cümlədən müştərək elmi
layihələrin hazırlanması və
həyata keçirilməsi, Beynəlxalq
elmi-praktik konfransların,
simpoziumlar və seminarların
təşkili, tələbə, rezident və ma-
gistr mübadiləsi, müəllimlərin
təcrübə mübadiləsinin həyata
keçirilməsi kimi işlər daha da
aktivləşdiriləcək”.
Günel ASLANOVA
U
lu öndər Heydər Əliyevin
4 iyun 2001-ci il tarixli
sərəncamı ilə hər il 17 iyun
ölkəmizdə tibb işcillərinin peşə
bayramı kimi qeyd olunur.
Bu gün Azərbaycan səhiyyəsi özünün
yeni inkişaf mərhələsini yaşayır. Prezi-
dent İlham Əliyevin diqqət və qayğısı
ilə nəinki paytaxt Bakıda, bölgələrdə də
müasir tibb mərkəzləri açılır, köhnə tibb
ocaqları yenidən bərpa olunaraq müasir
avadanlıqlarla təmin edilir.
Səhiyyə sisteminin inkişafı, bu
sahənin maddi-texniki bazasının, kadr
potensialının gücləndirilməsi və infrast-
rukturun yeniləşdirilməsi daim diqqət
mərkəzində saxlanılır. Ümummilli lider
Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji siyasət kursunu layiqincə da-
vam etdirən Prezident İlham Əliyevin
həyata keçirdiyi sosial siyasət nəticəsində
dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait
ildən-ilə artırılıb ki, bu da tibb müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə
tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldı-
rılmasına yeni imkanlar açıb.
Müstəqil respublikamız ötən illərdə səhiyyə
sahəsində bir çox uğurlara imza atıb. Həyata
keçirilən dövlət proqramları müvəffəqiyyətlə
davam etdirilir. İrsi qan xəstəlikləri ilə bağ-
lı Heydər Əliyev Fondunun həyata keçirdiyi
layihələrin əhəmiyyəti xüsusi vurğulanma-
lıdır. UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın bilavasitə təşəbbüsü ilə reallaşdırı-
lan bu proqramlar çərçivəsində talassemiyalı və
hemofiliyalı xəstələrin problemləri həllini tapıb.
Ötən dövr ərzində səhiyyə müəssisələrinin
inşası, əsaslı təmiri və yenidən qurulması
istiqamətində çox böyük işlər görülüb. Bakıda
və ölkənin digər regionlarında 500-dən çox
tibb müəssisəsinin tikintisi və əsaslı təmiri
aparılıb. Son illər ərzində Azərbaycan Tibb
Universitetinin maddi-texniki bazasının yaxşı-
laşdırılması istiqamətində bir sıra əhəmiyyətli
tədbirlər həyata keçirilib. Ölkədə tibbi kadrla-
rın hazırlanması səviyyəsinin yüksəldilməsi
məqsədilə universitetin tədris klinikaları
yaradılıb. Respublikamızın bir çox bölgələrində
beynəlxalq standartlara cavab verən yeni
müalicə-diaqnostika mərkəzləri inşa edilib. Bu
diaqnostika mərkəzlərində ən unikal cərrahiyyə
əməliyyatların aparılması üçün hər cür şərait
yaradılıb.
Azərbaycan səhiyyəsinin Avropa məkanına
inteqrasiya olunmasına ciddi səylər göstərilib.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin
maddi-texniki bazasının təkmilləşdirilməsi,
yeni müasir növ sanitar avtomobillərlə təminatı
istiqamətində də əhəmiyyətli işlər görülüb.
Almaniyadan gətirilən “Mercedes” markalı
təcili tibbi yardım avtomobilləri buna bariz
nümunədir.
Səhiyyə işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi də dövlət başçısının diqqət
mərkəzindədir. Son illər ərzində səhiyyə
işçilərinin maaşı dəfələrlə artırılıb. Prezident
İlham Əliyevin rəhbərliyi altında aparılan ge-
nişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə
sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız
dövlətin yaratdığı tibbi xidmətdən yüksək
səviyyədə yararlanır. Bir sözlə, səhiyyə
sistemində aparılan islahatlar vətəndaşların sağ-
lamlığının etibarlı təminatına xidmət edir.
QABİL
Tibb işçilərinin peşə bayramı
qeyd olundu
A
rtıq ölkəmizdə ən çətin
cərrahiyyə əməliyyatları,
o cümlədən böyrək və qaraciyər
transplantasiyası,
açıq
ürək
əməliyyatları böyük vüsət alıb. Bu
ildən etibarən Respublika Yanıq
Mərkəzində plastik rekonst ruktiv
cərrahiyyə əməliyyatlarının icra
edilməsi isə daha bir yenilikdir.
Özü də cərrahiyyədə tək kəmiyyət
artmayıb, həm də keyfiyyət
yüksəlib. Əməliyyatların sayı art-
sa da, əməliyyatdan sonra ölüm
halları dəfələrlə azalıb.
AZƏRTAC xəbər verir ki, bu
sözləri tibb işçilərinin peşə bayra-
mı münasibətilə keçirilən tədbirdə
səhiyyə naziri Oqtay Şirəliyev de-
yib.
Nazir bildirib ki, indi səhiy-
yəmizin hər ili, hər ayı irəliləyişlə,
yeni-yeni nailiy yətlərlə yadda
qalır. Ötən bir il ölkə səhiyyəsi
üçün uğurlu olub. Dünyadakı
maliyyə böhranına baxmaya-
raq, Azərbaycan dövləti səhiyyə
sahəsində öz vətəndaşları qarşı-
sında götürdüyü bütün öhdəlikləri
yerinə yetirir.
“Ölkəmizin səhiyyə ocaqların-
da Azərbaycan vətəndaşlarına
yüksək səviyyədə tibbi xidmət
göstərmək üçün hər bir şərait
yaradılıb. Bu, həm səhiyyə
müəssisələrinin tikintisi və əsaslı
təmiri, həm müasir cihazlarla
təchizatı, həm də avadanlıqla,
dərman vasitələri ilə təminatına
aiddir”, - deyə O.Şirəliyev qeyd
edib.
Səhiyyə ocaqlarında əhaliyə yüksək
səviyyədə tibbi xidmət göstərmək
üçün hər bir şərait yaradılıb
Tədris Cərrahiyyə Klinikasının nümayəndələri elmi konfransda
30 iyun 2015-ci il
http://www.amu.edu.az
7
İ
yunun 12-də ölkəmizdə start
götürən I Avropa Oyunları
qeyri-adiliyi ilə təkcə tədbirə qatılan
tamaşaçıları deyil, bütün Avropanı,
dünyanı heyrətləndirdi. Azərbaycan
xalqına unudulmaz anlar bəxş edən
bu idman bayramı qəlbimizi qürur
hissi ilə doldurdu. Yarışa qatılan
çempionlarımızın qələbələrini böyük
coşqu ilə qarşılayan həmyerlilərimiz
sonsuz sevinc hissi yaşadılar.
I Avropa Oyunları başlamazdan əvvəl
Olimpiya məşəli ölkəmizin bütün di-
yarlarını dolaşdı. Bakıda “Atəşgah”
məbədindən od alan məşəl 47 günlük
səfər müddətində əldən-ələ daşınaraq
60 rayonu, 5500 km məsafəni qət edərək
sonuncu dayanacağa - paytaxta döndü.
Prezident İlham Əliyev məşəli qəbul
etdikdən sonra Avropa Oyunlarının “el-
çisi” sənət adamlarının, idmançıların və
digər şəxslərin əllərində - 100 məşəlçi
tərəfindən şəhər boyunca 16 kilometr
məsafəni gəzərək sakinlərdə yüksək
bayram ovqatı yaratdı. Məşəlçilər ara-
sında Azərbaycan Tibb Universitetinin
müəllimi Cəbrayıl Cəbrayılov da vardı.
Xatırladaq ki, C.Cəbrayılov 1950-ci ildə
Masallı rayonunun Ərkivan kəndində
anadan olub. 1967-ci ildə Ərkivan
kənd orta məktəbini bitirib və həmin il
N.Nərimanov adına Azərbaycan Tibb
İnstitutunun (indiki ATU) müalicə-
profilaktika fakültəsinə daxil olub.
1974-cü ildə institutu müvəffəqiyyətlə
bitirən C.Cəbrayılov tədrislə kifayətlən-
məyərək, həm də idman sahəsində bö-
yük nailiyyətlər əldə edib. O, hələ orta
məktəb illərində idmanın ağır atletika
növü ilə məşğul olmağa başlamışdır.
Tibb İnstitutunda oxuduğu illər id-
manın bu növü ilə məşğul olmaq üçün
onun qarşısında yeni imkanlar açdı.
Ali məktəblərin tələbələri arasında
keçirilən Bakı birinciliklərində, pespubli-
ka səviyyəli çempionatlarda öz gücünü
sınadı və nailiyyətlər qazandı.
C.Cəbrayılov hələ tələbə olarkən, Tibb
İnstitutunun idman tarixində ilk dəfə ola-
raq ağır atletika idman növü üzrə “İdman
ustası” normasını yerinə yetirmişdir. O,
dəfələrlə respublika çempionu və re-
kordçusu olmaqla bərabər, ümumittifaq
və beynəlxalq idman yarışlarında da iş-
tirak etmişdir.
Keçmiş SSRİ çempionatlarında və
SSRİ kuboku yarışlarında çıxış edən
C.Cəbrayılov on ən güclü idmançılar sı-
rasına daxil olmuşdur. O, SSRİ xalqları-
nın VII spartakiadasında müvəffəqiyyətlə
çıxış edərək komandasına “Qızıl” zaçot
xalı qazandırmış, dəfələrlə ümumittifaq
“Burevestnik” idman cəmiyyətinin çem-
pionu və rekordçusu olmuşdur.
C.Cəbrayılov 1976-cı ildə Əlcəzairdə
keçirilən Beynəlxalq turnirin qalibi olmuş,
həmin il Riqa şəhərində gənclər arasın-
da keçirilən ağır atletika üzrə SSRİ çem-
pionatında I mükafata layiq görülmüşdür.
Azərbaycanın idman tarixində ilk dəfə
olaraq o, 1979-cu ildə Frunze şəhərində
keçirilən SSRİ kuboku və ayrı-ayrı
hərəkətlər üzrə (birdən və təkanla qal-
dırma) SSRİ çempionatında ağır atletika
üzrə “Beynəlxalq dərəcəli idman ustası”
normasını ödəmişdir.
1981-ci ildə Maqnitoqorsk şəhərində
keçirilən tələbələrin II Ümumittifaq
Universiadasında birinci yeri tutan
C.Cəbrayılov təkcə idmançı kimi yox,
həmçinin idmançılarımızın hazırlanma-
sında məşqçi kimi də böyük əmək sərf
etmişdir. O, 1976-cı ildən bu günə qədər
məşqçilik fəaliyyətini davam etdirir.
1997-2000-ci illər ərzində Azərbaycan
Milli Yığma Komandasında məşqçi
işləmişdir. Bu müddətdə Cəbrayıl
müəllim bir sıra mötəbər beynəlxalq ya-
rışlarda, turnirlərdə uğurla çıxış edən
çoxsaylı idmançılar ( Akif Alıyev, Namiq
Cəmilov, Elmar Alıyev, Asif Məlikov, Ni-
zami Cəbrayılov və s.) yetişdirmişdir.
1999-cu ildə Beynəlxalq Ağır Atletika
Federasiyası tərəfindən ona “Beynəlxalq
dərəcəli hakim”, 2000-ci ildə idman
sahəsindəki xidmətlərinə görə Respub-
likanın “Fəxri bədən tərbiyəsi və idman
işçisi”, 2010-cu ildə isə Gənclər və İd-
man Nazirliyi tərəfindən Respublikanın
“Əməkdar məşqçisi” fəxri adı verilmişdir.
C.Cəbrayılov 1992-ci ildən Azərbaycan
Ağır Atletika Federasiyasının rəyasət
heyətinin üzvüdür.
14-15 dekabr 2012-ci il tarixində Bakı
şəhərində keçirilən I WF – Grand – Prix –
ağır atletika üzrə Birinci Bakı Beynəlxalq
kuboku yarışlarında Beynəlxalq Ağır
Atletika
Federasiyasının
rəhbərliyi
C.Cəbrayılovun Beynəlxalq dərəcəli ha-
kim lisenziyasını Yeni Olimpiya dövrü –
2013-2016-cı illər üçün yeniləşdirmişdir.
I Avropa Oyunlarının ölkəmizdə keçiril-
mə sini həm bir vətəndaş, həm də idman-
çı kimi böyük sevinc hissi ilə qarşıladığını
deyən Cəbrayıl müəllim təəssüratlarını
bizimlə bölüşdü:
- Mən hələ idmanın ağır atletika növü
ilə məşğul olan vaxtı belə oyunlarda
iştirak etməyi və onun təşkilinə kömək
göstərməyi arzulamışam. Təəssüf ki,
bu, mənə nəsib olmayıb.
Nəhayət, bir neçə illərdən sonra bu
arzum gerçəkləşdi. Gənclər və İdman
Nazirliyindən mənə bildirdilər ki, Bakı
Avropa Oyunları Əməliyyat Komitəsi sizi
Məşəl estafetində iştirak etməyə dəvət
edir.
Məşəl estafeti bu cür mötəbər oyunla-
rın əsas məqamlarından biridir və məşəli
daşımaq üçün seçilmək böyük şərəfdir.
Oyunlar başlamazdan əvvəl paytaxtda
məşəli daşıyanlardan biri də mən oldum.
Sevincimin həddi-hüdudu yox idi, çox
qürurlandım.
Mən bu şərəfə layiq görüldüyümə görə
birinci növbədə ölkəmizin və Milli Olimpi-
ya Komitəsinin Prezidenti Cənab İlham
Əliyevə, Avropa Oyunları Təşkilat
Komitəsinin sədri, Heydər Əliyev Fon-
dunun prezidenti Mehriban xanım
Əliyevaya öz dərin minnətdarlığımı
bildirirəm.
İlk Avropa Oyunlarının Bakıda keçiril-
məsi, onun açılış mərasimi, yarışın
ayrı-ayrı idman növləri üzrə yüksək
səviyyədə təşkili ölkəmizin dünyada
daha yaxından tanınmasına səbəb oldu.
Müstəqilliyimizin ilk illərində ümum-
milli liderimiz Heydər Əliyevin böyük
uzaqgörənliklə dediklərini xatırladım:
“Dünya ölkələri arasında öz imzası var-
dır Azərbaycanın”!
İftixar hissi ilə deyə bilərik ki, Azər-
baycan dünyanın idman salnaməsinə də
öz imzasını atdı.
Dostları ilə paylaş: |