1. Səhiyyə sahəsində müayinələrin keçirilməsinə dair tövsiyələr



Yüklə 39.5 Kb.
tarix29.12.2019
ölçüsü39.5 Kb.
1. Səhiyyə sahəsində müayinələrin keçirilməsinə dair

tövsiyələr
Dövlət statistika orqanları tərəfindən səhiyyə sahəsində əsasə etibarilə aşağıdakı məsələlər üzrə birdəfəlik seçmə müayinələr aparılır:

  • əhalininsağlamlığınınvəziyyəti;

  • doğumevlərindətibbixidmətlərin keyfiyyəti;

  • körpələrinanasüdüilə qidalanması;

  • əhaliyətibbiyardımgöstərilməsihaqqındaəhalininrəyi;

  • anavəuşağınsağlamlığınınvəziyyətivə s.

Müayinələrinkeçirilməsindəəsasməqsəd

səhiyyədə olan problemlərin aşkar edilməsi və bu sahədə islahatların aparılmasına kömək göstərilməsi üçün müvafiq orqanları məlumatlarla təmin etməkdən ibarətdir.

Müayinə keçirilməzdən əvvəl onun keçirilmə müddəti, icraçıların təyin olunması və sair tədbirlər daxil edilmiş iş planı hazırlanır.

Müayinə ya tibb müəssisələrində, ya da ev təsərrüfatlarında aparılır. Əvvəlcə, müayinə aparılan səhiyyə müəssisələrinin və ev təsərrüfatlarının seçilməsi həyata keçirilir. Seçmə mövcud müəssisələr reyestri, ev təsərrüfatlarında isə 1999-cu il əhalinin siyahıyaalınmasının məlumatlarının bazası əsasında aparılır.

Müayinələrin keçirilməsi üçün anket tərtib olunur. Bu anket ölkənin Səhiyyə Nazirliyi və digər aidiyyatı nazirlik və idarələrlə, ehtiyac olduqda isə YUNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə razılaşdırılır. Bundan sonra, irad və təkliflər nəzərə alınaraq, anketin son variantı, müayinələrin keçirilməsi üçün qaydalar, anketin doldurulmasına dair metodoloji göstərişlər, təqvim planı Dövlət Statistika Komitəsinin qərarı ilə ( və ya kollegiyanın qərarı ilə) təsdiq edilir.

Müayinə materiallarının təsdiqindən sonra yerli statistika orqanlarının ünvanına bu işin məqsədi, keçirilmə müddəti və qaydaları haqqında təlimat məktubu və müayinə olunan ailə və ya tibb müəssisələrinin siyahıları göndərilir. Çap olunmuş anketlər, metodolojı göstərişlər və müayinə üzrə digər sənədlər yerli statistika orqanlarına müayinənin keçirilmə vaxtından bir ay əvvəl göndərilir.

Dövlət Statistika Komitəsinin müvafiq şöbəsi tərəfindən müayinənin yekunlarına əsasən çıxış cədvəlləri, proqramçılar tərəfindən isə sorğu anketlərinin elektron forması hazırlanır.

Müayinələrin keçirilməsi üçün sorğu aparanların seçilməsi və təsdiq olunması zəruridir. Sorğu aparanlarla təlimati seminarlar və sınaq yoxlama keçirilməlidir.

Sorğu anketini doldurmazdan əvvəl sorğu aparan işçi müayinənin məqsəd və vəzifələrini sorğu olunana izah edir, müayinədə iştirak etmək üçün onun razılığını alır və ona lazımi kömək göstərir (başa düşülməyən sualları izah edir və ayrı-ayrı cavabları dəqiqləşdirməyə kömək edir). Sorğu aparan anketi doldurarkən və sorğu olunanların cavablarında dəyişiklik etməməlidir.

Anketi doldurarkən sorğu olunan şəxs hər bir sualı və təklif olunan cavab variantlarını diqqətlə oxuduqdan sonra onun rəyinə uyğun gələn cavabın nömrəsini qələmlə dairəyə alır.


Anket doldurulduqdan sonra, onun düzgün doldurulması və suallara verilən cavabların dolğunluğu yoxlanılmalıdır.


Anketləri yoxladıqdan sonra, sorğu aparan işçi bütün anketlərin ünvan hissəsində sorğu aparılan yer haqqında məlumat, yəni şəhərin, rayonun, kəndin adını göstərməlidir.

Müayinə aparılan dövrdə Dövlət Statistika Komitəsinin, müvafiq şöbələrinin və yerli statistika orqanlarının əməkdaşları sorğu aparanların işlərinin seçmə qaydada yoxlanmasını həyata keçirirlər.

Müayinə qurtardıqdan sonra yerli statistika orqanları sorğu aparanlardan anketləri toplayır, keyfiyyətini və sayını yoxlayır.

Yoxlama qurtardıqdan sonra anketlər yerli statistika orqanları tərəfindən Dövlət Statistika Komitəsinə təhvil verilir. Anketlərin yoxlanması zamanı məntiqi və hesabı nəzarət nəticəsində qeyri-dürüst məlumatlar aşkar edildiyi halda, anketlərin üçdə bir hissəsinin ciddi yoxlanması aparılır. Kafi nəticə əldə edilmədikdə, yerli statistika orqanlarının işi qəbul edilmir və yenidən işlənməsi üçün geri qaytarılır.

Yerli statistika orqanlarından müayinə materialları tam həcmdə alındıqdan sonra anketlərdəki bütün məlumatlar kompüterə daxil edilir və müayinənin ilkin yekunları alınır. Bundan sonra müayinənin nəticələrinin məntiqi və hesabi nəzarəti keçirilir, şöbə tərəfindən müayinənin nəticələri təhlil edilərək ölkənin rəhbər orqanlarına təqdim etmək üçün təhlili məruzə hazırlanır.

Müayinənin nəticələri əsasında statistik bülleten nəşr edilir. Bundan başqa, müayinənin nəticələri Dövlət Statistika Komitəsi tərəfindən buraxılan müvafiq statistik məcmuələrdə dərc edilir.

Anketlərin etibarlı şəkildə saxlanması təmin edilməlidir. Onların saxlanma müddəti beş ildir və anketdəki məlumatların məxfiliyi təmin olunmalıdır.

Birdəfəlik seçmə müayinələrin nəticələri təhlil edilərkən əhalinin xəstələnməsi halları haqqında statistika hesabatlarının məlumatlarından istifadə edilməlidir:



  • 1-səhiyyə N-li forma - «Müalicə - profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları haqqında»;

  • 1 N-li forma «Yoluxucu və parazitar xəstəliklər haqqında»;

  • 12 N-li forma «Müalicə müəssisəsinin xidmət göstərdiyi ərazidə yaşayan əhalinin xəstəlikləri haqqında»;

  • 18 N-li forma «Rayonun (şəhərin) sanitar vəziyyəti haqqında»;

  • 32 N-li forma «Hamiləlik, doğuş və zahılıq dövründə qadınlara göstərilən tibbi yardım və abort haqqında»;

Səhiyyəyə dair göstəricilər təhlil edilərkən mütləq göstəricilərlə yanaşı əhalinin səhiyyə müəssisələri və tibb kadrları ilə təmin olunması üzrə nisbi göstəricilərdən də istifadə edilməlidir. Nisbi göstəricilər həmin tarixə daimi əhalinin sayına və ya əhalinin orta illik sayına görə hesablanır.

Bəzi nisbi göstəricilər aşağıdakı kimi hesablanır:



Xəstəxana müəssisələri ilə təminat göstəricisi:

Xəstəxana çarpayılarının sayı



(cəmi və ixtisaslaşmaya görə) x 10000 və ya 1000

ilin axırına əhalinin sayı



Ambulatoriya-poliklinika müəssisələri ilə təminat göstəricisi:

Ambulatoriya-poliklinika müəssisələrinin gücü

(növbə ərzində müraciətlərin sayı)x 10000 və ya 1000



ilin axırına əhalinin sayı

Tibb kadrları ilə təminat göstəricisi:
Həkimlərin və ya orta tibb işçilərinin sayı

(cəmi və ayrı-ayrı ixtisaslar üzrə)x10000 və ya 1000



ilin axırına əhalinin sayı
Əhalinin tibb kadrları, poliklinikalar, xəstəxana çarpayıları (cəmi və ixtisaslaşma üzrə) ilə təminatı səviyyəsinin qiymətləndirilməsi üçün müvafiq normativlərdən istifadə edilir.
Xəstəxanada yerləşdirilmə səviyyəsi (%):
Il ərzində xəstəxanalarda yerləşdirilənlərin sayıx 100

Əhalinin orta illik sayı



Iş günlərinin (il ərzində xəstəxana çarpayısından istifadənin, onun tutulmasının) orta sayı:

Il ərzində xəstələrin keçirdiyi çarpayı– günlərin sayı


Çarpayıların orta illik sayı



Xəstənin çarpayıda keçirdiyi orta müddət ( günlər):
Il ərzində xəstələrin keçirdiyi çarpayı – günlərin sayı

Getmiş (evə yazılmış və ya ölmüş) xəstələrin sayı

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə