http://www.amu.edu.az
16 iyun 2016-cı il
2
Azərbaycanın baş toksikoloqu, ATU-
nun xarici tələbələrlə iş üzrə dekanı
İsmayıl Əfəndiyev bu günlərdə Sankt-
Peterburq şəhərində keçirilən Ümum-
rusiya elmi-praktik konfransında
iştirak edib.
“Müasir toksikoloji narkologiya” adlı kon-
frans narkotikdən zəhərlənmələrə həsr olunub.
İsmayıl Əfəndiyevin sözlərinə görə, narkotikdən
zəhərlənmə bütün dünya üçün aktual bir
problemdir. Belə ki, Ümumdünya Səhiyyə
Təşkilatının hesablamalarına görə, təkcə opiat
tərkibli narkotiklərdən hər il 70 min insan
dünyasını dəyişir. 15 milyon insan isə hazırda
narkotik asılılığından müalicə alır: “Konfransda
Azərbaycanda bu sahədə mövcud vəziyyətlə
bağlı məruzəylə çıxış etdik
və digər ölkələrlə müqayisə
apardıq. Məsələn, hazırda Rusi-
yada əsas problem “metadon”
və “butirad” kimi narkotiklərlə
zəhərlənmədir. Hələ ki,
Azərbaycan üçün belə bir prob-
lem yoxdur. Avropa ölkələri
üçün isə sintetik narkotiklərdən
zəhərlənmə böyük bir problem-
dir. Onlardakı kokain, eksetezite
narkotikləridir. Bütün tok-
sikoloji mərkəzlər üçün yeni bir
problem üzə çıxıb ki, bunlara
da yeni “dizayner narkotikləri”
deyilir. “Dizayner narkotik”
həmin sintetik narkotikin başqa
bir adla insanlara satılması deməkdir. Məsələn,
hamam duzu və ya qəlyan tütünü kimi və s”.
İ. Əfəndiyev bildirdi ki, tərkibində narkotik
maddələr olan 400-ə yaxın kimyəvi məhsul
aşkarlanıb: “Ən təhlükəli olanı sintetik kan-
nabis - yəni nəşəyə bənzər bir maddələrdir və
yeni qrupdur ki, bunlara da “kationlar” deyilir.
Biz buna hazır olmalıyıq. Hazırda bu, Avropa
və Qərb ölkələri üçün böyük problemdir,
həddindən artıq çox yayılıb. İnternetdə həmin
maddələr satılır, poçt vasitəsilə qeyri-leqal
şəkildə ölkəyə çatdırılır”.
Dekanın sözlərinə görə, Azərbaycanda əsasən
ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast
gəlinir: “Bunlar ilk növbədə xaşxaşdan alınan
tiryək və sintetik kimyəvi yolla ondan alınan
heroin kimi narkotiklərdən zəhərlənmələrdir.
Bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da
tez yaranır. Hətta heroindən 1-2 dəfə istifadə
etdikdən sonra insanda həm fiziki, həm də
psixoloji asılılıq yaranır ki, bundan da insan
özü qurtula bilməz. Getdikcə doza çoxalır və
bədənin narkotikə tələbatı artır. Axırda o həddə
çatır ki, həmin şəxsdə kəskin zəhərlənmə olur,
komaya düşür və bu peredozla xəstəxanaya
yerləşdirilməli olur.”
Müsahibimizin fikrincə, ən böyük
problemlərdən biri insanların xarici ölkələrdən
narkotik maddələri öz mədə traktında
Azərbaycana keçirməyə çalışmasıdır: “Bu
yaxınlarda belə bir hadisəylə rastlaşdıq. Bir xəstə
İran sərhədini keçərkən, Biləsuvar rayonunda
qəflətən huşunu itirib, komaya düşmüşdü. “San”
Aviasiya yolu ilə Toksikologiya Mərkəzinə
gətirilib və onun mədə-bağırsaq traktından
35 ədəd xüsusi sellofana bükülmüş heroin
konteynerlər çıxarılıb. Bu xəstə müalicədən
sonra ayıldı və Hüquq Mühafizə Orqanlarına
təhvil verildi”.
İsmayıl Əfəndiyev təəssüflə qeyd etdi ki,
xəstələr arasında məktəblilərə də rast gəlinir:
“Bu məsələlərdə ilk növbədə valideynlər
diqqətli olmalıdırlar. Əgər uşaq özünü qeyri-
adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri
daralıbsa, sual verdikdə çox ləng cavab verirsə,
nəfəsində nəsə dəyişiklik varsa, o halda təcili
şəkildə həkimə müraciət etmək lazımdır. Çünki
nə qədər tez bunun üstünə düşülərsə, o qədər
tez sağalma ehtimalı artır”.
Həkim bildirib ki, narkotik istifadəçilərinin
müalicəsi bütün dünyada çox böyük bir prob-
lemdir: “Biz toksikoloqlar əsasən zəhərlənməni
qandan təmizləyir və fiziki asılılığı müalicə edə
bilirik. Lakin xəstəni psixoloji asılılıqdan azad
etmək psixoloqların işidir. Eyni zamanda, xron-
iki narkomanlar üçün hazırda dövlət tərəfindən
metadon proqramı həyata keçirilir. Onlar rəsmi
qeydiyyata düşür və hər gün pulsuz meta-
don maddəsi qəbul edirlər. Bu müalicə növü
sayılmır, sadəcə vurulan ziyanın azalması - yəni
“harm redaction”-: təmin edir”.
İ.Əfəndiyev əlavə edib ki, bu proqram üzrə
ölkəmizdə yüzlərlə insan qeydiyyatdadır.
Bu qayıdış Azərbaycan xalqı-
nın tələbi, o zamankı iqtidarın və
digər ictimai-siyasi qüvvələrin
təkid və xahişləri əsasında baş
verib. Bu hadisələrə 23 illik bir
zaman kəsiyindən baxdıqda gö-
rürük ki, 15 iyun 1993-cü il tarixi
Azərbaycan dövlətini parçalanma-
dan qurtarması, habelə onun dina-
mik inkişafının, sürətli yüksəlişinin
əsasının qoyulduğu dövr idi. Bu
tarixin araşdırılması ölkəmizin
gə-ləcəyi üçün həyati əhəmiyyət
kəsb edir. Azərbaycanın Milli Qur-
tuluşu ilə bağlı dövlətçiliyimizin
gələcək mövcudluğunun təməl
daşı qoyuldu. Ulu öndər Heydər
Əliyevin xilaskarlıq missiya-
sı
nəticəsində
Azərbaycan
dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsindən, Xalq
Cümhuriyyətinin acı taleyini bir
daha yaşamaq aqibətindən qur-
tuldu. Milli Qurtuluş yeni, yüksək
intibaha açılan qapı kimi tariximizi
şərəfləndirdi. Ulu öndərin müdrik-
liyi, qətiyyəti və dövlətçilik baca-
rığı sayəsində Azərbaycan tezliklə
təlatümlərdən,
sarsıntılardan
uğurla çıxaraq, gələcəyə inamla
baxan bir dövlətə çevrildi.
Böyük zəka sahibi Heydər Əliyev
özünün unikal fəaliyyəti, əzəməti
və qüdrəti ilə 1993-cü ilin iyunun-
da bir daha sübut etdi ki, yaşadığı
dövründən və düşdüyü mühitdən
asılı olmayaraq tarixin əsl yaradı-
cısı məhz nəhəng şəxsiyyətlərdir.
Onun tarixi qayıdışı obyektiv
zəruriyyət, sosial sifariş, xalqın
istək və arzularının ifadəsi idi. Ar-
tıq 1993-cü ildən 23 il ötür. Aradan
keçən bu illər yalnız sözügedən
qayıdışa bəslənən ümidlərin özü-
nü doğrultması ilə yadda qalma-
dı, həm də Azərbaycanın gələcək
inkişafının etibarlı bünövrəsinin
təməlini qoydu. Ulu öndər tarixi
qayıdışı ilə xilaskarlıq missiyasını
ləyaqətlə yerinə yetirdi. Eyni za-
manda Azərbaycanın indiki sürətli
inkişafının strategiyası, bütün
sahələrdə həyata keçirilən köklü
islahatlar da öz başlanğıcını Milli
Qurtuluşdan götürdü.
1993-cü ildən sonra cərəyan
edən
ictimai-siyasi,
iqtisadi
prosseslər, bütün sahələrdə in-
kişafa doğru dönüş yaradılma-
sı həqiqətən də ölkəmizə milli
mənafelərimizi əldə rəhbər tutan,
xarizmatik və qətiyyətli liderin, əsl
siyasətçinin rəhbərlik etməsindən
xəbər verirdi. O siyasiyətçidən ki,
üzləşdiyi çətinliklərə, maneələrə,
dövlət çevrilişi cəhdlərinə bax-
mayaraq, Azərbaycanı vətəndaş
müharibəsindən qurtardı. Heydər
Əliyevin prezident seçilməsi isə
Azərbaycanda tamamilə yeni bir
ictimai- siyasi münasibətlər sis-
teminin bərqərar edilməsinə,
nəhayət, ümumxalq maraqlarının
gerçəkləşməsinə səbəb oldu, xal-
qın özünə inamını, sabaha nik-
bin baxışlarını bərpa etdi, döv-
lətçiliyimizin əsasını təmin edən
ictimai-siyasi sabitliyin əsasını
qoydu. Azərbaycan yalnız Heydər
Əliyevin siyasi hakimiyyətə qa-
yıdışından sonra geosiyasi im-
kanlarını gerçəkləşdirə bildi.
Ümummilli lider Heydər Əliyevin
siyasəti nəticəsində Azərbaycan
beynəlxalq aləmdən təcrid olun-
maq təhlükəsin-dən xilas oldu,
dünya dövlətləri arasında özünə
layiqli yer qazandı, ölkənin icti-
mai-siyasi, sosial-iqtisadi, elmi-
mədəni həyatında dönüş yarandı,
sivil və hüquqi dövlət quruculu-
ğunun əsası qoyuldu.
Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi,
onun
əbədi, dönməz xarakter alması,
ölkəmizin dinamik iqtisadi inkişaf
yolu ilə inamlı irəliləməsi, onun
beynəlxalq nüfuzunun sürətlə art-
ması Heydər Əliyevin uzaqgörən
və zəngin siyasi fəaliyyəti
sayəsində mümkün oldu. O, xal-
qa əvəzsiz xidmətləri ilə çağdaş
tariximizdə əbədilik qazandı.
Ölkəmizin inkişafı üçün onun ha-
zırladığı strateji istiqamətlər hələ
uzun illər müstəqil dövlətimizin
daha da möhkəmləndirilməsi
və
gücləndirilməsi,
iqtisadi
qüdrətinin artırılması, xalqımızın
layiq olduğu xoşbəxt həyata qo-
vuşması işinə xidmət edəcəkdir.
Zəmanəmizin ən görkəmli siyasi
xadimi öz uzaqgörənliyi, qətiyyəti
və əzmkarlığı ilə Azərbaycanın
yeni tarixində dövlətçiliyimizin
möhkəmləndirilməsinə, müstəqil-
liyi mizin əbədi olmasına verdiyi
töh vələrə görə xalqımızın ümum-
milli liderinə çevrildi.
Bu böyük şəxsiyyətin dərin
zəkasının sayəsində ölkəmiz de-
mokratik, hüquqi inkişaf möv-
qelərinə çıxdı, qüdrətli şəx siy yətin
işıqlı ideyaları müs təqilliyimizin
daha da möh kəmləndirilməsi üçün
əzəmətli bir təməl oldu. Heydər
Əliyev diplomatiyası Azərbaycanı
tarixən çox qısa müddət ərzində
bütün dünyaya tanıtdı, onun
beynəlxalq nüfuz dairəsininin
daha da genişlənməsini təmin etdi.
Ulu öndərin milli maraqla-
ra əsaslanmaqla həyata keçir-
diyi çoxşaxəli siyasət strategi-
yası bu gün onun layiqli varisi
- Azərbaycan Respublikasının pre-
zidenti İlham Əliyev tərəfindən
inamla davam etdirilir. O, ilk
növbədə ulu öndərin başladığı neft
strategiyasını uğurla davam etdi-
rir. İlham Əliyevin əzmkarlıqla da-
vam etdirdiyi çoxşaxəli islahatlar
kursu respublika iqtisadiyyatında
böyük uğurlar əldə edib, ölkəmizin
günü- gündən çiçəklənməsinə
səbəb olub. Dövlətimizin başçısı
iqtisadi inkişaf strategiyasının ar-
dıcıl şəkildə və yüksək dinamizimlə
həyata keçirilməsinə möhkəm,
dönməz zəmin formalaşdırıb.
Bu gün Azərbaycan xalqı İlham
Əliyevi ölkədə baş verən intibahın,
siyasi sabitliyin, əmin-amanlığın
və sülhün qarantı hesab edir, ona
güvənir. Çünki xalq öz həyatında
baş vermis böyük dəyişikliklərin,
respublikamızı parlaq sabahına
doğru yaxınlaşdıran siyasi kur-
sun əhəmiyyətini yaxşı dərk edir
və bu siyasəti birmənalı şəkildə
dəstəkləyir.
Ümummilli lider Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə tarixi qa-
yıdışından 23 il keçsə də, həmin
taleyüklü məqam qədirbilən xalqı-
mız tərəfindən daim xatırlanır, ulu
öndərin vətən və xalq qarşısın-
dakı misilsiz xidmətləri ehtiram-
la yad olunur. Hər il Azərbaycan
dövlətçiliyinin və millətinin tarixi
xilas günü ölkəmizin hər yerində
ümummilli bayramı kimi qeyd edi-
lir...
Mənsur ƏLƏKBƏRLİ
ATU-nun mətbuat xidməti
m
1993-cü il müstəqil
dövlətçilik tariximizdə, Azərbaycan
ictimai-siyasi fikir tarixində
dönüş ili kimi zamanın yaddaş
kitabına yazıldı.1997-ci il iyunun
27-də Milli Məclis bu tarixə milli
bayram statusu verilməsi haqda
qərar qəbul edib. Bu ümummil-
li bayram Azərbaycan xalqının
çoxəsrlik dövlətçilik tarixinə öz
möhürünü vurmuş ümummilli
liderimiz Heydər Əliyevin ikinci
dəfə hakimiyyətə qayıdışı ilə bağ-
lıdır. Heydər Əliyev Azərbaycanda
hakimiyyətə ikinci dəfə 23 il əvvəl-
1993-cü ilin iyununda gəlib.
Xalqımızın tarixi
xilas günü
Baş toksikoloq: “Azərbaycanda əsasən
narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir”
16 iyun 2016-cı il
http://www.amu.edu.az
3
Türkiyənin Başkent Universitetinin rektoru,
professor Ali Haberal Azərbaycan Tibb
Universitetinin rektoru, professor Gəray
Gəraybəyli ilə görüşüb. Görüş zamanı qonağa
universitetin tarixi, fəaliyyəti, əldə etdiyi
uğurlar və qarşıya qoyulan hədəflər barədə
məlumat verilib.
ATU
-nun Azərbaycanda yeganə
tibb təhsil müəssisəsi ol-
duğunu
bildirən
rek-
tor G.Gəraybəyli universitet üçün prioritet
istiqamətlərdən birinin xarici tələbələrin sa-
yının artırılması ilə əlaqədar olduğunu de-
yib. Onun sözlərinə görə, hazırda universite-
tin 7000-dən çox tələbəsi var və onlar tam
beynəlxalq standartlara uyğun təhsil alır,
yüksək şəraitli klinikalarda təcrübə keçirlər.
Professor G.Gəraybəyli ATU-nun beynəlxalq
mübadilə proqramlarında aktiv iştirak etdiyini
vurğulayıb. Qeyd olunub ki, ATU rezidentləri
belə layihələr çərçivəsində dünyanın bir çox
ali məktəbləri və klinikalarında, o cümlədən
Başkent Universitetində rotasiya keçirlər. Bu,
Tibb Universiteti ilə Başkent Universiteti ara-
sındakı qarşılıqlı əməkdaşlıq sazişi nəticəsində
mümkün olub. Gələcəkdə bu əlaqələri daha da
genişləndirmək, Başkent Universitetinə daha
çox rezident və mütəxəssis göndərməklə bağlı
planlar mövcuddur.
Başkent Universitetinin rektoru, profes-
sor Ali Haberal da iki ali məktəb arasında
əlaqələrin genişlənməsi, 2006-cı ildə bağlan-
mış əməkdaşlıq protokolunun yenilənməsindən
məmnun olduğunu bildirib. Qeyd olunub ki,
Tibb Universiteti və Başkent Universiteti ara-
sındakı qarşılıqlı əməkdaşlıq müqaviləsi akade-
mik heyətdə çalışan əməkdaşların və tələbələrin
mübadiləsi, müştərək konfranslar, seminarlar
və müxtəlif tədbirlərin təşkili və digər sahələrdə
qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks
etdirir.
Görüş zamanı dünyada və Azərbaycanda or-
qan transplantasiyasının önəmindən söz açılıb.
Vurğulanıb ki, Azərbaycanda böyrək köçürmə
və qaraciyər köçürmə əməliyyatları ilə yanaşı,
sümük iliyi transplantasiyası da uğurla aparı-
lır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək
köçürülməsi əməliyyatı da uğurla həyata keçi-
rilib. Ancaq bu sahədə ixtisaslaşan cərrahların
yetişdirilməsi, bilik və bacarıqlarının artırma-
sına ehtiyac var. Bu baxımdan, ATU əsasən bu
sahədə rezidentlərin mübadilə proqramında iş-
tirakına daha çox önəm verir.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru, dosent Rəhimə Qabulova, Tədris
Cərrahiyyə Klinikasının direktoru, professor
Nuru Bayramov iştirak ediblər.
Başkent
Universitetinin
rektoru ATU-da
qonaq oldu
u
İyunun 14-də
Azərbaycan Tibb
Universitetində Milli
Qurtuluş Gününə həsr
olunmuş tədbir keçirildi.
Azərbaycan Tibb Universiteti və
Nəsimi Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə baş tutan
tədbiri giriş sözü ilə açan ATU-
nun rektoru, professor Gəray
Gəraybəyli toplantı iştirakçılarını
bayram münasibəti ilə təbrik etdi.
Bundan sonra Azərbaycan Dövlət
Himni səsləndirildi.
15 iyunun böyük ictimai-siyasi və
tarixi əhəmiyyətə malik bir gün oldu-
ğunu bildirən rektor ümummilli lideri-
miz Heydər Əliyevin xalqımızın təkidli
tələbi ilə yenidən siyasi hakimiyyətə
qayıtmasını Azərbaycanın çoxəsrlik
tarixində taleyüklü, möhtəşəm siyasi
hadisə kimi dəyərləndirdi: “Müstəqil
Azərbaycanımızın çox parlaq, se-
vindirici səhifələri ilə yanaşı, müasir
həyatımızda çətin, təhlükəli məqamlar
da yaşamışıq. 1993-cü ilin iyun ayını
Azərbaycanın müstəqilliyi, dövlətçiliyi
tarixində ən ağır aylardan biri hesab
etmək olar. Çünki o zaman iqtidarın
iflic vəziyyətdə olması, hərbi qruplaş-
malar, xarici ölkələrdən maliyyələşən
radikal
qurumların
fəallaşması
nəticəsində ölkəmiz artıq parçalamaq
təhlükəsi ilə üzləşmişdı, çətinliklə
qazandığımız müstəqilliyimiz böyük
risk altında idi. Hər gün bir-birindən
həyəcanlı xəbərlər gəlirdi. Şimal-
da, cənubda separatçılıq meyllərinin
güclənməsi, super güclərin təsiri və
bütün bölgələrdə cinayətkar qrup-
ların meydana çıxması vətəndaş
müharibəsinə gətirib çıxarır, qardaş
qırğınına yol açırdı. İqtidarda olan
qüvvələrin ölkədəki vəziyyətə nəzarəti
itirdiyi bir zamanda bütün ziyalıların,
bütövlükdə xalqımızın baxışları milli
liderimiz Heydər Əliyevə yönəlmişdi”.
Ulu Öndərin xalqın təkidi ilə Bakıya
dönüşü, böyük siyasətə qayıdışı gü-
nünü - 15 iyunu Azərbaycanımızın,
xalqımızın xilas günü adlandıran
rektor qeyd etdi ki, bu zalda əyləşən
gənclərimiz bizdən fərqli olaraq o ta-
rixi özləri yaşamayıblar, kitablardan
oxuyublar. Bizim nəsil isə o günləri
gözü ilə görüb: “Bakının üstündə uçan
hərbi vertolyotları, günorta vaxtların-
da eşidilən atəş səslərini yaxşı xatır-
layırıq. Bəlkə də az adam inanardı ki,
bir neçə ildən sonra Ulu Öndərimizin
rəhbərliyi altında o qədər də böyük
olmayan ölkəmiz belə böyük uğur-
lara imza atacaq. Mən deyərdim ki,
həqiqətən də, Azərbaycan Heydər
Əliyevin simasında böyük bir xilaska-
rını tapdı”.
Heydər Əliyevin dünyada bar-
maqla sayılan siyasətçilərdən oldu-
ğunu xatırladan rektor bildirdi ki,
məhz onun ikinci dəfə hakimiyyətə
gəlişi Azərbaycanın bütün sahələr
üzrə inkişafına gətirib çıxarmışdır:
“Sizin hamınızın yadındadır ki, Ulu
Öndər inkişaf etmiş ölkələrin başçı-
ları ilə müqavilələr bağlayırdı. Bütün
səfərlərində Dağlıq Qarabağ prob-
lemini qaldırır, dünyaya həqiqəti
çatdırırdı. Çünki dövlətlərin çoxu
Azərbaycanda olan real vəziyyətdən
bixəbər idilər. Bu danışıqlar, bu in-
kişaf, nəhayət, əsrin müqaviləsinin
imzalanması ilə nəticələndi. Heydər
Əliyev tərəfindən aparılan uzaqgörən
siyasət nəticəsində Azərbaycan öz
parlaq inkişaf yoluna qədəm qoydu”.
Rektor qeyd etdi ki, Heydər Əliyev
irsi bu gün də öyrənilir. Bu, bir
xoşbəxtlikdir ki, ümummilli lideri-
mizin yolunu möhtərəm preziden-
timiz İlham Əliyev cənabları uğurla
davam etdirir: “Azərbaycan dünya-
nın ən nüfuzlu xəbər agentliklərinin
diqqət mərkəzindədir. Elə bir iqtisadi,
siyasi, idman və sosial tədbir yox-
dur ki, Azərbaycan orada qabaqcıl
səviyyədə təmsil olunmasın. Ölkəmiz
“Formula 1” yarışlarının keçirildiyi
məkana çevrilməklə yenidən dünya-
nın gündəmindədir. Bütün bunlar 15
iyundan başlayan inkişafın uğurlu da-
vamıdır. 15 iyun Azərbaycan tarixində
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq
missiyasının başlandığı gündür”.
Daha sonra Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov
çıxış edərək bildirdi ki, həyata keçirilən
uğurlu daxili və xarici siyasət, xal-
qın milli-mənəvi dəyərlərindən çıxış
etməklə görülən işlər Heydər Əliyevi
xalqımızın milli liderinə çevirməklə
bərabər, Azərbaycanı da dünyanın
qabaqcıl dövlətləri sırasına yüksəltdi.
A.Əsgərov
həmçinin
müa-
sir dövrümüzdə Ulu Öndər Heydər
Əliyevin siyasi kursunun Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini söylədi: “Bu
gün Azərbaycan dünya ölkələri ilə hu-
manitar sahədə əməkdaşlığını yüksək
şəkildə davam etdirir. Dünyada tole-
rantlıq və multikulturalizm dəyərləri
ilə tanınan Azərbaycan bu gün həm
də idman ölkəsidir”.
Azərbaycan Respublikası Auditor-
lar Palatasının sədri Vahid Novruzov
tədbir təşkilatçılarına təşəkkürünü
çatdıraraq hər kəsin bayramını təbrik
etdi: “Çox sevindirici haldır ki, mən bu
gün belə bir möhtəşəm tədbirdə çı-
xış edirəm. Ulu Öndər Azərbaycanda
iki dəfə hakimiyyətə gəlib. Heydər
Əliyev ikinci dəfə hakimiyyətə gələndə
ölkəmizdə çox ağır iqtisadi şərait
hökm sürürdü. Onun hakimiyyətə qa-
yıdışından sonra ölkəmiz hər sahədə
sürətlə inkişaf etməyə başladı.”
Daha sonra ATU-nun I daxili
xəstəliklər və reanimatologiya kafed-
rasının müdiri, professor İsfəndiyar
İsmayılov çıxış edərək, 15 iyun Milli
Qurtuluş Gününü həm dövlətimizin,
həm də xalqımızın xilas tarixi
kimi səciyyələndirdi. Həmin günü
ölkəmizin yeni inkişaf mərhələsinin
başlanğıcı və istinad nöqtəsi adlan-
dıraraq bildirdi ki, daxili çəkişmələr,
vəzifə uğrunda mübarizə, dövlətə və
hökumətə inamsızlıq, son nəticədə
itaətsizlik
vətəndaş
müharibəsi
təhlükəsi yaratmışdı: “Vətənimizi xi-
las etmək üçün reanimatoloqların dili
ilə desək, “təməl həyat dəstəyi” tələb
olunurdu. Yəni Azərbaycanın varlığı-
nı xilas etmək lazım idi. Belə dəstək
Heydər Əliyevdən gəldi”.
Əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulan inkişaf strategiya-
sının hazırda möhtərəm prezidenti-
miz İlham Əliyev cənabları tərəfindən
uğurla həyata keçirildiyini söyləyən
professor Azərbaycanda inkişafın
yüksələn xətt üzrə, əmin-amanlıq və
sabitlik şəraitində getdiyini vurğuladı.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin
yorulmaz fəaliyyəti, yeritdiyi müd-
rik daxili və xarici siyasət nəticəsində
müstəqilliyimizin dönməz xarakter
aldığı, dövlət quruculuğu, milli or-
dunun formalaşdırıldığı, beynəlxalq
aləmdə Azərbaycanın demokra-
tik imicinin artması sahəsində bö-
yük işlər görüldüyü vurğulandı.
Həmçinin Ulu Öndərin ideyalarının
və siyasi xəttinin bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla da-
vam etdirilməsindən və müstəqil
Azərbaycan dövlətinin sürətli inkişa-
fından söhbət açıldı.
Tədbir iştirakçılarına Ulu Öndərin
həyat və fəaliyyətini əks etdirən
video-çarx da nümayiş olundu.