http://www.amu.edu.az
16 iyun 2016-cı il
2
Azərbaycanın baş toksikoloqu, ATU-
nun xarici tələbələrlə iş üzrə dekanı
İsmayıl Əfəndiyev bu günlərdə Sankt-
Peterburq şəhərində keçirilən Ümum-
rusiya elmi-praktik konfransında
iştirak edib.
“Müasir toksikoloji narkologiya” adlı kon-
frans narkotikdən zəhərlənmələrə həsr olunub.
İsmayıl Əfəndiyevin sözlərinə görə, narkotikdən
zəhərlənmə bütün dünya üçün aktual bir
problemdir. Belə ki, Ümumdünya Səhiyyə
Təşkilatının hesablamalarına görə, təkcə opiat
tərkibli narkotiklərdən hər il 70 min insan
dünyasını dəyişir. 15 milyon insan isə hazırda
narkotik asılılığından müalicə alır: “Konfransda
Azərbaycanda bu sahədə mövcud vəziyyətlə
bağlı məruzəylə çıxış etdik
və digər ölkələrlə müqayisə
apardıq. Məsələn, hazırda Rusi-
yada əsas problem “metadon”
və “butirad” kimi narkotiklərlə
zəhərlənmədir. Hələ ki,
Azərbaycan üçün belə bir prob-
lem yoxdur. Avropa ölkələri
üçün isə sintetik narkotiklərdən
zəhərlənmə böyük bir problem-
dir. Onlardakı kokain, eksetezite
narkotikləridir. Bütün tok-
sikoloji mərkəzlər üçün yeni bir
problem üzə çıxıb ki, bunlara
da yeni “dizayner narkotikləri”
deyilir. “Dizayner narkotik”
həmin sintetik narkotikin başqa
bir adla insanlara satılması deməkdir. Məsələn,
hamam duzu və ya qəlyan tütünü kimi və s”.
İ. Əfəndiyev bildirdi ki, tərkibində narkotik
maddələr olan 400-ə yaxın kimyəvi məhsul
aşkarlanıb: “Ən təhlükəli olanı sintetik kan-
nabis - yəni nəşəyə bənzər bir maddələrdir və
yeni qrupdur ki, bunlara da “kationlar” deyilir.
Biz buna hazır olmalıyıq. Hazırda bu, Avropa
və Qərb ölkələri üçün böyük problemdir,
həddindən artıq çox yayılıb. İnternetdə həmin
maddələr satılır, poçt vasitəsilə qeyri-leqal
şəkildə ölkəyə çatdırılır”.
Dekanın sözlərinə görə, Azərbaycanda əsasən
ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast
gəlinir: “Bunlar ilk növbədə xaşxaşdan alınan
tiryək və sintetik kimyəvi yolla ondan alınan
heroin kimi narkotiklərdən zəhərlənmələrdir.
Bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da
tez yaranır. Hətta heroindən 1-2 dəfə istifadə
etdikdən sonra insanda həm fiziki, həm də
psixoloji asılılıq yaranır ki, bundan da insan
özü qurtula bilməz. Getdikcə doza çoxalır və
bədənin narkotikə tələbatı artır. Axırda o həddə
çatır ki, həmin şəxsdə kəskin zəhərlənmə olur,
komaya düşür və bu peredozla xəstəxanaya
yerləşdirilməli olur.”
Müsahibimizin fikrincə, ən böyük
problemlərdən biri insanların xarici ölkələrdən
narkotik maddələri öz mədə traktında
Azərbaycana keçirməyə çalışmasıdır: “Bu
yaxınlarda belə bir hadisəylə rastlaşdıq. Bir xəstə
İran sərhədini keçərkən, Biləsuvar rayonunda
qəflətən huşunu itirib, komaya düşmüşdü. “San”
Aviasiya yolu ilə Toksikologiya Mərkəzinə
gətirilib və onun mədə-bağırsaq traktından
35 ədəd xüsusi sellofana bükülmüş heroin
konteynerlər çıxarılıb. Bu xəstə müalicədən
sonra ayıldı və Hüquq Mühafizə Orqanlarına
təhvil verildi”.
İsmayıl Əfəndiyev təəssüflə qeyd etdi ki,
xəstələr arasında məktəblilərə də rast gəlinir:
“Bu məsələlərdə ilk növbədə valideynlər
diqqətli olmalıdırlar. Əgər uşaq özünü qeyri-
adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri
daralıbsa, sual verdikdə çox ləng cavab verirsə,
nəfəsində nəsə dəyişiklik varsa, o halda təcili
şəkildə həkimə müraciət etmək lazımdır. Çünki
nə qədər tez bunun üstünə düşülərsə, o qədər
tez sağalma ehtimalı artır”.
Həkim bildirib ki, narkotik istifadəçilərinin
müalicəsi bütün dünyada çox böyük bir prob-
lemdir: “Biz toksikoloqlar əsasən zəhərlənməni
qandan təmizləyir və fiziki asılılığı müalicə edə
bilirik. Lakin xəstəni psixoloji asılılıqdan azad
etmək psixoloqların işidir. Eyni zamanda, xron-
iki narkomanlar üçün hazırda dövlət tərəfindən
metadon proqramı həyata keçirilir. Onlar rəsmi
qeydiyyata düşür və hər gün pulsuz meta-
don maddəsi qəbul edirlər. Bu müalicə növü
sayılmır, sadəcə vurulan ziyanın azalması - yəni
“harm redaction”-: təmin edir”.
İ.Əfəndiyev əlavə edib ki, bu proqram üzrə
ölkəmizdə yüzlərlə insan qeydiyyatdadır.
Bu qayıdış Azərbaycan xalqı-
nın tələbi, o zamankı iqtidarın və
digər ictimai-siyasi qüvvələrin
təkid və xahişləri əsasında baş
verib. Bu hadisələrə 23 illik bir
zaman kəsiyindən baxdıqda gö-
rürük ki, 15 iyun 1993-cü il tarixi
Azərbaycan dövlətini parçalanma-
dan qurtarması, habelə onun dina-
mik inkişafının, sürətli yüksəlişinin
əsasının qoyulduğu dövr idi. Bu
tarixin araşdırılması ölkəmizin
gə-ləcəyi üçün həyati əhəmiyyət
kəsb edir. Azərbaycanın Milli Qur-
tuluşu ilə bağlı dövlətçiliyimizin
gələcək mövcudluğunun təməl
daşı qoyuldu. Ulu öndər Heydər
Əliyevin xilaskarlıq missiya-
sı
nəticəsində
Azərbaycan
dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsindən, Xalq
Cümhuriyyətinin acı taleyini bir
daha yaşamaq aqibətindən qur-
tuldu. Milli Qurtuluş yeni, yüksək
intibaha açılan qapı kimi tariximizi
şərəfləndirdi. Ulu öndərin müdrik-
liyi, qətiyyəti və dövlətçilik baca-
rığı sayəsində Azərbaycan tezliklə
təlatümlərdən,
sarsıntılardan
uğurla çıxaraq, gələcəyə inamla
baxan bir dövlətə çevrildi.
Böyük zəka sahibi Heydər Əliyev
özünün unikal fəaliyyəti, əzəməti
və qüdrəti ilə 1993-cü ilin iyunun-
da bir daha sübut etdi ki, yaşadığı
dövründən və düşdüyü mühitdən
asılı olmayaraq tarixin əsl yaradı-
cısı məhz nəhəng şəxsiyyətlərdir.
Onun tarixi qayıdışı obyektiv
zəruriyyət, sosial sifariş, xalqın
istək və arzularının ifadəsi idi. Ar-
tıq 1993-cü ildən 23 il ötür. Aradan
keçən bu illər yalnız sözügedən
qayıdışa bəslənən ümidlərin özü-
nü doğrultması ilə yadda qalma-
dı, həm də Azərbaycanın gələcək
inkişafının etibarlı bünövrəsinin
təməlini qoydu. Ulu öndər tarixi
qayıdışı ilə xilaskarlıq missiyasını
ləyaqətlə yerinə yetirdi. Eyni za-
manda Azərbaycanın indiki sürətli
inkişafının strategiyası, bütün
sahələrdə həyata keçirilən köklü
islahatlar da öz başlanğıcını Milli
Qurtuluşdan götürdü.
1993-cü ildən sonra cərəyan
edən
ictimai-siyasi,
iqtisadi
prosseslər, bütün sahələrdə in-
kişafa doğru dönüş yaradılma-
sı həqiqətən də ölkəmizə milli
mənafelərimizi əldə rəhbər tutan,
xarizmatik və qətiyyətli liderin, əsl
siyasətçinin rəhbərlik etməsindən
xəbər verirdi. O siyasiyətçidən ki,
üzləşdiyi çətinliklərə, maneələrə,
dövlət çevrilişi cəhdlərinə bax-
mayaraq, Azərbaycanı vətəndaş
müharibəsindən qurtardı. Heydər
Əliyevin prezident seçilməsi isə
Azərbaycanda tamamilə yeni bir
ictimai- siyasi münasibətlər sis-
teminin bərqərar edilməsinə,
nəhayət, ümumxalq maraqlarının
gerçəkləşməsinə səbəb oldu, xal-
qın özünə inamını, sabaha nik-
bin baxışlarını bərpa etdi, döv-
lətçiliyimizin əsasını təmin edən
ictimai-siyasi sabitliyin əsasını
qoydu. Azərbaycan yalnız Heydər
Əliyevin siyasi hakimiyyətə qa-
yıdışından sonra geosiyasi im-
kanlarını gerçəkləşdirə bildi.
Ümummilli lider Heydər Əliyevin
siyasəti nəticəsində Azərbaycan
beynəlxalq aləmdən təcrid olun-
maq təhlükəsin-dən xilas oldu,
dünya dövlətləri arasında özünə
layiqli yer qazandı, ölkənin icti-
mai-siyasi, sosial-iqtisadi, elmi-
mədəni həyatında dönüş yarandı,
sivil və hüquqi dövlət quruculu-
ğunun əsası qoyuldu.
Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi,
onun
əbədi, dönməz xarakter alması,
ölkəmizin dinamik iqtisadi inkişaf
yolu ilə inamlı irəliləməsi, onun
beynəlxalq nüfuzunun sürətlə art-
ması Heydər Əliyevin uzaqgörən
və zəngin siyasi fəaliyyəti
sayəsində mümkün oldu. O, xal-
qa əvəzsiz xidmətləri ilə çağdaş
tariximizdə əbədilik qazandı.
Ölkəmizin inkişafı üçün onun ha-
zırladığı strateji istiqamətlər hələ
uzun illər müstəqil dövlətimizin
daha da möhkəmləndirilməsi
və
gücləndirilməsi,
iqtisadi
qüdrətinin artırılması, xalqımızın
layiq olduğu xoşbəxt həyata qo-
vuşması işinə xidmət edəcəkdir.
Zəmanəmizin ən görkəmli siyasi
xadimi öz uzaqgörənliyi, qətiyyəti
və əzmkarlığı ilə Azərbaycanın
yeni tarixində dövlətçiliyimizin
möhkəmləndirilməsinə, müstəqil-
liyi mizin əbədi olmasına verdiyi
töh vələrə görə xalqımızın ümum-
milli liderinə çevrildi.
Bu böyük şəxsiyyətin dərin
zəkasının sayəsində ölkəmiz de-
mokratik, hüquqi inkişaf möv-
qelərinə çıxdı, qüdrətli şəx siy yətin
işıqlı ideyaları müs təqilliyimizin
daha da möh kəmləndirilməsi üçün
əzəmətli bir təməl oldu. Heydər
Əliyev diplomatiyası Azərbaycanı
tarixən çox qısa müddət ərzində
bütün dünyaya tanıtdı, onun
beynəlxalq nüfuz dairəsininin
daha da genişlənməsini təmin etdi.
Ulu öndərin milli maraqla-
ra əsaslanmaqla həyata keçir-
diyi çoxşaxəli siyasət strategi-
yası bu gün onun layiqli varisi
- Azərbaycan Respublikasının pre-
zidenti İlham Əliyev tərəfindən
inamla davam etdirilir. O, ilk
növbədə ulu öndərin başladığı neft
strategiyasını uğurla davam etdi-
rir. İlham Əliyevin əzmkarlıqla da-
vam etdirdiyi çoxşaxəli islahatlar
kursu respublika iqtisadiyyatında
böyük uğurlar əldə edib, ölkəmizin
günü- gündən çiçəklənməsinə
səbəb olub. Dövlətimizin başçısı
iqtisadi inkişaf strategiyasının ar-
dıcıl şəkildə və yüksək dinamizimlə
həyata keçirilməsinə möhkəm,
dönməz zəmin formalaşdırıb.
Bu gün Azərbaycan xalqı İlham
Əliyevi ölkədə baş verən intibahın,
siyasi sabitliyin, əmin-amanlığın
və sülhün qarantı hesab edir, ona
güvənir. Çünki xalq öz həyatında
baş vermis böyük dəyişikliklərin,
respublikamızı parlaq sabahına
doğru yaxınlaşdıran siyasi kur-
sun əhəmiyyətini yaxşı dərk edir
və bu siyasəti birmənalı şəkildə
dəstəkləyir.
Ümummilli lider Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə tarixi qa-
yıdışından 23 il keçsə də, həmin
taleyüklü məqam qədirbilən xalqı-
mız tərəfindən daim xatırlanır, ulu
öndərin vətən və xalq qarşısın-
dakı misilsiz xidmətləri ehtiram-
la yad olunur. Hər il Azərbaycan
dövlətçiliyinin və millətinin tarixi
xilas günü ölkəmizin hər yerində
ümummilli bayramı kimi qeyd edi-
lir...
Dostları ilə paylaş: