İqtisadi və Sosial İnkişaf Mərkəzi (cesd)



Yüklə 103.99 Kb.
PDF просмотр
tarix07.12.2016
ölçüsü103.99 Kb.

 



                         



 

 

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 

 

Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə çıxış 

imkanları: real vəziyyət, beynəlxalq praktika və 

təkliflər 

 

 

 

Tədqiqat “Vətəndaş Cəmiyyəti – Media – Dövlət və Özəl sektorun Əməkdaşlığı ilə 

Azərbaycanda Hərəkət İmkanları Məhdud İnsanların Hüquqlarının Müdafiəsi və 

Yaşam Şərtlərinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır. 

 

 



 

 

 



Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Tədqiqatın məzmununa görə 

CESD məsuliyyət daşıyır və heç bir halda Avropa Birliyinin mövqeyi hesab 

oluna bilməz. 

 

 

Bakı  

Aprel  2016 

 

 

 

 



Məqalənin quruluşu 



 

 

 

Bu məqalə 4 bölmədən ibarətdir. İlk bölmədə sağlamlıq imkanları məhdud uşaq və 

tələbələr  üçün  vacib  olan  məsələlərə  toxunulacaq.

  İkinci  bölmədə  Azərbaycandakı 

mövcud  durum  və  son  dövrlər  aparılan  işlər  qısaca  təhlil  ediləcək.  Növbəti  iki 

bölmədə isə beynəlxalq təcrübə (Türkiyə, Böyük Britaniya, Estoniya, Qazaxıstan 

və  Rusiya)  haqqında  danışıldıqdan  sonra  mövcud  problemlərin  həllinə  dair 

təkliflər irəli sürüləcək. 

 

Giriş 

 

Hər  bir  uşağın  pulsuz  təhsil  almaq  hüququ  vardır.  Lakin  sağlamlıq  imkanları 

məhdud olanlar  uzun  illərdir  ki,  təhsil  almaqla  bağlı  bir  sıra  çətinliklərlə  üzləşirlər. 

İnfrastrukturun  müyəssər  olmaması,  kurrikulum  və  təhsil  sisteminin  onların  xüsusi 

ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb 

olmuşdur.  Xüsusi  təhsil müəssisələrində  bu  qəbildən  olan  uşaqlara  təhsil  verilsə  də, 

bunun  da  özünəməxsus  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  belə  müəssisələrdə  təhsil 

alanlar  sonradan  ictimaiyyətə  inteqrasiya  olmaqda  bir  xeyli  çətinliklə  üzləşirlər.

1

 

Sözsüz ki, Lakin sağlamlıq imkanları məhdud olan uşaqların təhsildən kənar qalması 



onların iş perspektivlərinin də zəifləməsinə gətirib çıxarır. Nəticədə, həm onlar şəxsi 

inkişaf imkanlarından məhrum olur, həm də bütün cəmiyyət potensial insan kapitalını 

itirir.  

 

Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi 



təhsil  müəssisələrinin  genişlənməsi,  dəstəkləyici  texnologiyaların  təhsil  sisteminə 

gətirilməsi, adekvat kurrikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları 

məhdud olan  uşaqlar  daha  rahat  şəraitdə  təhsil  ala  bilirlər.  Digər  nəzərə  çarpacaq 

yenilik isə inkluziv təhsil anlayışının  geniş şəkildə  yayılmasıdır. Belə ki,  hamı üçün 

təhsil”  strategiyasının  məntiqi  davamı  kimi  qiymətləndirilən  bu  fəlsəfəyə  görə, 

müxtəlif  xüsusiyyətləri  və  ehtiyacları  olan  uşaqlarla  sağlamlıq  problemi  olmayanlar 

birgə tədrisə cəlb edilərək, eyni sinifdə təhsil almalıdırlar. İnanılır ki, belə bir mühitdə 

sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə 

bilər.  

 

Qeyd edilməlidir ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsili zamanı diqqət yalnız 



məktəblərə deyil, ali təhsil müəssisələrinə də yönəlməlidir. Belə ki, orta məktəblərdən 

fərqli olaraq  ali təhsil müəssisələrində müəyyən  təhsil haqqı  var ki,  bu da bir qisim 

tələbələrin təhsilinə maneəçilik törədir. Sağlamlıq imkanları məhdud şəxslərin böyük 

bir qismi bu və ya digər formada aşağı imkanlara malik olduqlarından, onlar üçün ali 

                                                        

1

 European Commission (2013)  



 

təhsillə bağlı dövlət və müəssiələr tərəfindən xüsusi yardımlar ayrılır. 



 

Sağlamlıq imkanları məhdud insanların təhsili məsələsində nəzərdə saxlanılmalı əsas 

amillərdən biri əlilliyin növü ilə bağlıdır. Belə ki, əqli cəhətdən geriliyi olan fərdlə fiziki 

cəhətdən sağlamlıq imkanları məhdud olan fərdin təhsil imkanları birbirindən müəyyən 

dərəcədə  fərqlənir.

2

 Belə  ki,  əqli  cəhətdən  heç  bir  problemi  olmayan,  lakin  fiziki 



qüsurlu (məsələn, əlil arabasından istifadə edən) şagird yaxud tələbə sağlam uşaqlarla 

birlikdə eyni sinifdə təhsil ala bilsə də, əqli cəhətdən problemi olanlar üçün bu mümkün 

deyildir.  Eyni  zamanda,  görmə,  yaxud  eşitmə  qabiliyyəti  məhdud  olan  şəxslərin  də 

sağlam uşaqlarla birlikdə eyni sinifdə təhsil almaq imkanı demək olar ki, yoxdur. Məhz 

buna görə də, bu qəbildən olanlar xüsusi təhsil müəssisələrində təhsil alırlar. 

 

Azərbaycan: mövcud vəziyyətin qiymətləndirilməsi 



 

Müstəqilliyin əldə olunduğu dövrdən sonra Azərbaycanda sağlamlıq imkanları məhdud 

uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün müxtəlif addımlar 

atılmışdır.  2014-2015-ci  il  statistikasına  görə,  ölkədə  sağlamlıq  imkanları  məhdud 

uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərin sayı 5496 olmuşdur. Hal-hazırda 

Azərbaycanda 60 mindən çox  sağlamlıq imkanları məhdud  olan uşaq var ki,  onların 

yalnız  12  minə  yaxını  təhsilə  cəlb  olunur  və  beləliklə  böyük  əksəriyyəti  təhsildən 

kənarda qalır.

3

 

 



Azərbaycan  Respublikasının  Uşaq  hüquqları  haqqında  qanunuun  35-ci  maddəsinə 

əsasən, dövlət sağlamlıq imkanları məhdud uşaqların imkanlarına uyğun təhsil almaları 

üçün  müvafiq  tədbirlər  görmək  öhdəliyi  daşıyır.

4

 Həmin  qanunun  41-ci  maddəyə 



əsasən  isə,  bu  qəbildən  olan  uşaqların  zəruri  təhsil  və  peşə  hazırlığı  almaq  hüququ 

vardır. Sağlamlıq imkanları məhdud olan uşaqların müvafiq təhsillə təmin edilməsinə 

və  mümkün  olan  hallarda  onların  adekvat  qaydada  təhsil  sisteminə  cəlb  edilməsi 

istiqamətində həyata keçirilən 2006-2015-ci illər üzrə De-institutlaşdırma və alternativ 

qayğıya  dair  Dövlət  Proqramı  və  İnkluziv  təhsilə  dair  Dövlət  Proqramı  layihəsi  bu 

sahədə nəzərə çarpacaq uğurların əldə edilməsinə səbəb olmuşdur. 

 

Hal-hazırda Azərbaycanda sağlamlıq imkanları  məhdud uşaqların  təhsil almağı  üçün 



xüsusi təhsil müəssisələri fəaliyyət göstərir. Görmə qabiliyyəti məhdud uşaqlar üçün 

Loqopedik xidmət məktəbəqədər müəssisələri, uşaq bağçaları, internat məktəbləri və 

ümumtəhsil  müəssisələrində  təşkil  edilir.  Bununla  yanaşı,  müxtəlif  dərəcədə  eşitmə 

qüsuru olan uşaqlar üçün də internat məktəblərinin bəzilərində təhsil xidmətləri təşkil 

edilir. Görmə qabiliyyəti məhdud vətəndaşlar üçün kitabxananın yaradılması və xüsusi 

şriftlərlə və brayl  əlifbası  ilə dərsliklərin çap olunması da təqdirə layiq addımlardır. 

                                                        

2

 European Commission (2013)  



3

 Tə hsil Nazirliyinin De-institutlaşma və  Uşaqların müdafiə si İdarə si (2015) 

4

 Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu (2012) 



 

Sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  xüsusi  təhsil  müəssisələrində  işləyən 



müəllimlər və təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə 

müəyyən edilmiş qaydada əlavələr olunması da bu sahədə atılan müsbət addımlardan 

biri kimi xarakterizə edilməlidir.

5

 



 

Dünyada günü-gündən genişlənən inkluziv təhsil hələ ki ölkəmizdə təşəkkül tapmasa 

da, bu təhsil növünün yaranması və inkişafı istiqamətində müəyyən addımların atılması 

təqdirə layiq haldır. Təhsil Nazirliyi 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı 

üzrə Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. De-

institutlaşma  və  Uşaqların  Müdafiəsi  İdarəsindən  mətbuata  verilən  məlumata  görə, 

2012-ci ildə inklüziv təhsil ölkə ərazisində pilot layihələr çərçivəsində 30 ümumtəhsil 

və məktəbəqədər təhsil müəssisəsində tətbiq edilmişdir ki, belə müəssisələrdə 298 uşaq 

inklüziv təhsilə cəlb olunub.

6

 



 

Problemlər 

Sağlamlıq imkanları məhdud şagird və tələbələrin rastlaşdığı bir çox problem var ki, 

onlar  inkluziv  cəmiyyətin  yaranmasına  və  ümumiyyətlə  təhsilli  əhalinin  yetişməsinə 

ciddi  əngəllər  törədir.  Başlıca  problem  ölkəmizdə  inkluziv  təhsil  sisteminin  mövcud 

olmamasıdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 

Fəaliyyət  Planında  yaxın  gələcəkdə  (2015-2023)  məktəbəqədər  və  ümumi  təhsil 

müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması 

və  həyata  keçirilməsi  nəzərdə  tutulsa  da,  bu  proqram  hələ  ki,  pilot  layihəsi 

səviyyəsindədir.  Uğurlu  olacağı  təqdirdə,  sağlamlıq  imkanları  məhdud  uşaqların 

həyatında  ciddi  irəliləyişlərə  səbəb  ola  biləcək  bu  proqramın  uğurlu  icrasını 

şərtləndirən amillərdən biri də müyəssər infrastrukturun yaradılmasıdır.  

 

Belə ki, müyəssər infrastrukturun olmadığı bir şəraitdə təhsillə bağlı proqramlar heç bir 



ciddi effekt verə bilməz. Hal-hazırkı nəqliyyat strukturu və küçələrin, yolların quruluşu 

sağlamlığı məhdud şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət 

qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası da müyəssərlik cəhətdən 

geri qalırlar. Tələbə  yataqxanaları da bu məsələdə geri qalırlar. Buna görə də,  İSİM 

olaraq  infrastrukturun  yenilənməsi  və  dəyişdirilməsini  təklif  edir,  bu  istiqamətdə 

büdcədən yeni vəsaitlərin ayrılmasının lazım olduğunu hesab edirik. 

 

Digər bir ciddi problem isə ali təhsil müəssilərinə qəbul imtahanı və orada təhsil alan 



sağlamlıq imkanları məhdud tələbələrlə bağlıdır. İlk olaraq qeyd edək ki, tələbə qəbulu 

imtahanının təşkili zamanı sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına diqqət 

ayrılmır.  Onlar  sağlamlıq  imkanları  qaydasında  olan  şəxslərlə  eyni  mühitdə  rəqabət 

aparmalı  olurlar  ki,  bu  da  qaçılmaz  olaraq  onların  perspektivlərinə  mənfi  təsir  edir. 

                                                        

5

 Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu (2009) 



6

 

Trend Xəbər Agentliyi (2012)

 


 

Qonşu Türkiyənin və inkişaf etmiş Britaniyanın bu sahədəki işi ölkəmiz üçün nümunə 



sayıla bilər. Hər iki ölkədə sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti 

verilməklə yanaşı, onlar ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər.  

 

Ali  təhsil  müəssisəsinə  qəbul  olan  tələbə  isə  nə  dövlət,  nə  də  universitetdən  heç  bir 



maddi dəstək almır. Belə dəstəyin olmaması qaçılmaz olaraq aşağı təminatlı ailələrdən 

gələn  tələbələrin  yolunu  bağlayır.  Təhsil  haqqından  başqa  təhsillə  bağlı  dəstəkləyici 

texnoloji avadanlıqların da alınmasını vacib hesab etsək, o zaman tələbənin nə qədər 

maddi çətinlik çəkdiyini başa düşə bilərik. 

 

 

Beynəlxalq təcrübə 



 

Böyük Britaniya 

Britaniyada 12 milyon sağlamlıq imkanları məhdud insan yaşayır ki, bunun da 43%-i 

yaşlı əhali qrupuna, 16%-i əmək qabiliyyətini cavan yaşlarında itirmiş əhalinin payına 

düşür.  2015-ci  ildə  Təhsil  Departamentinin  açıqladığı  məlumata  görə,  ölkədəki 

şagirdlərin  təxminən  18%-i  bu  və  ya  digər  formada  sağlamlıq  imkanlarının 

məhdudiyyətindən əziyyət çəkir.

7

 Güclü təhsil sistemi ilə ad çıxarmağına baxmayaraq, 



Britaniyada da sağlamlıq imkanları məhdud şəxslərin nəzərə çarpacaq dərəcədə qismi 

ya  yalnız orta məktəb təhsilinə sahibdirlər,  ya da heç bir təhsilləri  yoxdur. Aparılan 

araşdırmalara  görə,  sağlamlıq  imkanları  məhdud  insanların  təxminən  30%-i  heç  bir 

təhsil dərəcəsinə sahib deyildir.

8

  

 



Sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  təhsillə  təminatında  Təhsil  Nazirliyinin 

yerli şöbələri ilə yanaşı yerli icra hakimiyyətləri və səhiyyə qurumları da məşğul olmaq 

öhdəliyinə  sahibdirlər.

9

 Şagirdin  müvafiq  təhsil  müəssisəsinə  yerləşdirilməsi 



öhdəliyindən  başqa,  yerli  şöbələr  əlilliyin  növündən  asılı  olaraq  müvafiq  həkimlərlə 

birlikdə  işləyərək,  uşağın  təhsildən  uzaq  qalmaması  üçün  mümkün  olan  addımları 

atmalıdırlar. Qanun toplusu dəqiq olaraq hansı əlillik hallarının hansı təhsil formasına 

uyğun gəldiyini qeyd etmir. Burada, qiymətləndirmə yerli şöbələrin ixtiyarına verilir. 

 

Uşağın  xüsusi  təhsil  müəssisəsində  təhsil  almağı  üçün  ilk  olaraq  onun  bu  problem 



barədə etirafı gərəkdir. Bu etiraf olmadıqda isə, şagird normal məktəb şəraitində təhsil 

alır.  Lakin  şagirddə  hər  hansısa  əqli,  yaxud  fiziki  geriliyi  müşahidə  edən  təhsil 

müəssisəsi  nümayəndəsi  bu  barədə  məsələ  qaldıra  və  şagirdin  xüsusi  təhsil 

müəssisəsinə  göndərilməsini  təmin  edə  bilər.  Təhsillə  bağlı  qanunvericiliyin  316-cı 

bölməsinə  görə,  şagird  yalnız  2  halda  normal  məktəbdə  inkluziv  təhsildən  kənar 

şəraitdə xüsusi təhsil müəssisəsində oxuya bilər - valideyn bunu istəsə və sağlamlıq 

                                                        

7

 Department for Education (2015) 



8

 Papworth Trust (2014) 

9

 United Kingdom Education Act (1996) 



 

imkanları  məhdud  şagirdə  veriləcək  təhsil  sağlam  şagirdlərin  təhsilinə  maneəçilik 



törətsə. Qanunvericilikdə bu da qeyd edilir, heç bir məktəb şagirdi əlillik amilinə görə 

qəbul  etməyə  bilməz.  Müəssisə  əlindən  gəldiyi  qədər  inklusiv  şərait  yaratmaq 

məcburiyyətindədir. 

 

Hər bir şagirdə 2006-ci ildə təsdiqlənən Həssas Qrupların Müdafiəsi haqqında qanunla 



müəyyən  edilmiş  birdəfəlik  17  günlük  tətil  haqqı  verir.

10

 Bu  haqq  yalnız  təhsil 



müəssisəsinin  yataqxanasında,  yaxud  qayğı  evində  qalanlara  şamil  edilir.  İlboyu 

ümumi tətil günlərinin sayı 75-i ötməməlidir. 

 

Dövlət  tərəfindən  sağlamlığı  imkanları  məhdud  tələbələrə  verilən  başlıca  müavinət 



tələbənin həm təhsillə bağlı (təhsil haqqı), həm dəstəkləyici texnologiyaların alınması, 

həm də ona qayğı göstərən şəxsin (ailə üzvü, yaxud sosial işçi) xərclərini ödəmək üçün 

nəzərdə  tutulur.

11

 Dəqiq  məbləğ  olmasa  da,  tələbənin  əldə  edə  biləcəyi  ən  yüksək 



məbləğ il ərzində 40-45,000 manatdır.  

 

Bütün universitetlər və məktəblər, 2010-cu ildə qüvvəyə minən Bərabərlik Aktı qanunu 



çərçivəsində  sağlamlıq  imkanları  məhdud  tələbələr  üçün  həm  təhsil  müəssisəsinin 

binası,  həm  də  yataqxanasında  bütün  mümkün  şəraitin  yaradılması  öhdəliyinə 

sahibdirlər. Lakin müəssiələr tələbə və şagirdlərə hər hansısa dəstəkləyici texnologiya 

vermək məcburiyyətində deyildir.  

 

Britaniya  Təhsil  Nazirliyi,  tələbə  qəbul  komissiyaları  və  dövlət  universitetlərinin  də 



sağlamlıq  imkanları  məhdud  tələbələrə  və  abituriyentlərə  göstərdiyi  diqqət  nəzərə 

çarpır. Ali təhsilə qəbul imtahanlarına girən sağlamlıq imkanları məhdud abituriyentlər 

üçün xüsusi test  kitabçaları  (görmə qabiliyyəti məhud şəxslər  üçün Brayl  əlifbası  ilə 

hazırlanan) hazırlanır, onlara əlavə vaxt (adətən 30-60 dəqiqə) verilir. Bundan əlavə, 

imtahana  xüsusi  hazırlıq  materialları  da  tələbələrə  verilir.

12

 Bəzi  orta  və  ali  təhsil 



müəssislərində hətta xüsusi dəstəkləyici texnoloji avadanlıqlar vardır.  

 

Son olaraq isə bu da qeyd edilməlidir ki, istər Britaniya, istərsə də bir çox ölkələrdə 



sağlamlığı  məhdud  şəxslərin  təhsil  sahəsində  üzləşdiyi  digər  problemlərdən  biri  də 

onlara  göstərilən  münasibətdir.

13

 Bu  problemin  həlli  o  qədər  də  asan  olmasa  da, 



Britaniya məktəbləri bu istiqamətdə müəyyən addım atmışlar. Təhsil Nazirliyi və digər 

qeyri-hökümət  təşkilatlarının  birlikdə  hazırladıqları  proqramlar  bu  sahədə  həm 

maarifləndirmə işlərinin aparılmasında, həm də cəza mexanizmlərinin yaradılmasında 

istifadə edilir.

14 Maarifləndirmə işlərindən bir neçəsi bunlardır- şagirdlərin iştirakı ilə 

keçirilən  yığıncaqlar,  məktəb  rəhbərliyinin  mütəmadi  olaraq  apardığı  təbliğat 

                                                        

10

 Department for Children, Schools and Families (2016)  



11

 Gov.uk (2016) 

12

 

British Council (2016) 



 

13

 Department for Children, Schools and Families (2015) 



14

 Department for Children, Schools and Families (2015) 



 

kampaniyaları  və  məktəb  kollektivi  tərəfindən  hazırlanan  müxtəlif  video  çarxlar. 



Ümumiyyətlə isə, Britaniya məktəblərinin hədəflərindən biri bu cür hallarla qarşılaşan 

şagirdlərin belə halları şikayət edə biləcəyi mühit yaratmaqdır. Belə ki, müdriyyət və 

məktəb  kollektivi  belə  hallarla  bağlı  şikayətlərin  rəhbərliyə  çatdırıldığı  təqdirdə 

sağlamlığı  məhdud  şagirdə  dəstək  göstərməyə  hazır  olmaqla  yanaşı,  ona  qarşı  belə 

hərəkəti törədən şagirdə qarşı da lazımi tədbirlər planına sahib olmalıdır. 

 

Türkiyə 

Türkiyə  əhalisinin  (təxminən  70  milyon)  12,5%-i,  yaxud  8,500,000-i  sağlamlıq 

imkanları  məhdud  şəxs  sayılır.

15

 Bunlardan  1,100,000-i  4-18  yaş  arası  uşaq  və 



yeniyetmələrdir.

16

 2014-2015-ci  il  hesabatına  əsasən,  ölkədə  sağlamlıq  imkanları 



məhdud 259,282 uşaq və şagird (160,866-ı oğlan) təhsil almışdır. Bunlardan 160,000-

dən  çoxu  sağlamlıq  problemi  olmayan  həmyaşıdları  ilə  birlikdə  orta  məktəb  təhsili 

almışlar ki, bu da inkluziv təhsilin müəyyən dərəcədə geniş yayıldığına dəlalət edir.  

 

Türkiyədə sağlamlıq imkanları məhdud şagirdlərə dövlət qayğısı 1997-ci ildən etibarən 



nəzərə çarpacaq dərəcədə artmışdır. 2005-ci ildə qəbul edilən Əlillik Haqqında qanuna 

əsasən,  heç  bir  şagird  sağlamlıq  imkanları  məhdudluğuna  görə  təhsildən  kənar  qala 

bilməz.

17

 2006-cı ildə ölkədə Xüsusi Təhsil Xidmətlərinə dair qanun qəbul edilmişdir. 



Qanunda sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı görülməli işlər, onların haqqları 

kimi müxtəlif məsələlər yer almışdır. Türkiyə Təhsil Nazirliyi və onun yerli şöbələri bu 

qanuna  əsasən,  doğulduğu  andan  əlillik  dərəcəsi  olduğu  müəyyən  edildiyi  təqdirdə, 

uşağı qarşıdakı 6 il ərzində izləyir, uşağı ona uyğun təhsil proqramı il təmin olunması 

üçün çalışır. Burada da əsas məqsəd şagirdi inkluziv təhsil ilə təmin etməkdir ki, bunun 

üçün  də  mümkün  olduğu  qədər  bu  qəbildən  olan  şagirdlərin  sağlamlıq  problemi 

olmayan həmyaşıdlarıyla təhsil alması üçün işlər görülür.  

 

Türkiyədəki  xüsusi  təhsil  müəsssisələrində  təhsil  alan  şagirdlərin  faydalandığı  digər 



xidmət  isə  pulsuz  nəqliyyatdır.  Onlar  təhsil  müəsssisələri  tərəfindən  təşkil  edilən 

avtobus  xidmətindən  istifadə  edərək    təhsil  müəsssisələrə  və  evlərinə  gedib-gələ 

bilirlər.

18

 Türkiyə  Təhsil Nazirliyi  xüsusi təhsil müəsssisələri açan və işlədən hüquqi 



şəxslərin  sağlamlıq  imkanları  məhdud  şagirdlərə  çəkdiyi  xərcin  böyük  bir  qismini 

ödəyir. 


 

Türkiyə  Təhsil  Nazirliyi,  tələbə  qəbul  komissiyası  və  dövlət  universitetlərinin  də 

sağlamlıq  imkanları  məhdud  tələbələrə  və  abituriyentlərə  göstərdiyi  diqqət  nəzərə 

çarpır. Ali təhsilə qəbul imtahanlarına girən sağlamlıq imkanları məhdud abituriyentlər 

üçün  xüsusi  test  kitabçaları  hazırlanır,  onlara  əlavə  vaxt  (adətən  30  dəqiqə)  verilir. 

Bundan başqa, sağlamlıq imkanları məhdud abituriyentlər ''xüsusi növ'' kateqoriyasına 

                                                        

15

 Türkiye Cümhuriyyeti Başbakanlık Özürlüler İdaresi Başkanlığı (2015) 



16

 Türkiye Eğitim Bakanlığı (2015) 

17

 Türkiye Eğitim Bakanlığı (2014-2015) 



18

 Türkiye Aile ve Sosyal Siyaset Bakanlığı (2015) 



 

daxil edilir ki, bu da onlara qiymətləndirmə zamanı əlavə balların verilməsinə imkan 



yaradır. Ali təhsil müəssislərində təhsil alan tələbələrə müxtəlif universitetlər müxtəlif 

maddi güzəştlər edirlər. Bəzi dövlət universitetləri tələbələri tamamilə təhsil haqqından 

azad edir, bəziləri isə tələbələrin təhsillə bağlı digər xərclərini qarşılayır. 

 

Estoniya 

Ölkə əhalisinin 10,7%-i (137,710) sağlamlıq imkanları məhdud şəxslərdən ibarət olan 

Estoniyada bu qrupun 9214 nəfəri 0-15 yaş arası uşaq və yeniyetmələrdən ibarətdir. 

Avropa Birliyinə 2004-cü ildə qoşulan Estoniyada sağlamlıq imkanları məhdud uşaq 

və  tələbələrin  təhsillə  təminatı  istiqamətində  nəzərə  çarpacaq  işlər  görülmüşdür. 

Sağlamlıq imkanları məhdud şəxslərə qarşı diskriminasiya Bərabər Davranış Aktı ilə 

qadağan  olunmuşdur.  Ölkənin  sağlamlıq  imkanları  məhdud  şəxslərlə  bağlı  dövlət 

siyasəti  2006-cı  ildə  qəbul  edilən  Birləşmiş  Milətlər  Təşkilatının  (BMT)  “Əlillərin 

hüquqları haqqında” qəbul etdiyi Konvensiyayaya böyük ölçüdə uyğunlaşdırılmışdır. 

 

Ölkə Konstitusiyası və qanunvericiliyi sağlamlıq imkanları məhdud uşaqlara normal 



məktəblərdə təhsil almaq haqqı versə də, reallıq olduqca fərqlidir. Çünki məktəblər hələ 

də bu qəbildən olan şagirdlər üçün müyəssər hala gətirilməyib. 

 

Sağlamlıq  imkanları  məhdud  şagirdlər  üçün  fərdiləşdirilmiş  adekvat  kurrikulumlar 



hazırlanır. Bu kurrikulumlar yalnız xüsusi təhsil ocaqlarında deyil, normal məktəblərdə 

də  tətbiq  edilir  (xüsusi  treyninq  keçmiş  müəllimlər  tərəfindən).  Lakin  ölkədə  kadr 

çatışmazlığı  və  teryninqlərin  xüsusi  qaydada  təşkil  edilməməsi  bir  çox  şagirdlərin 

normal məktəbdən kənar qalmasına səbəb olur. 

 

İnkluziv  təhsil  qanunla  tanınmış  və  qəbul  edilmişdir,



19

 və  bu  istiqamətdə  ciddi  işlər 

görülmüşdür. Təsadüfi deyildir ki, 

Estoniya Təhsil və Tədqiqat Nazirliyindən verilən 

məlumata  görə,  şagirdlərin  79%-i  normal  məktəblərdə  təhsil  alırlar.

20

 Hətta  son 



araşdırmalar  göstərir  ki,  xüsusi  təhsil  müəssisələri  və  məktəblərinin  sayı 

azalmaqdadır.

21

 Hər  məktəb  direktoru  sağlamlıq  imkanları  məhdud  şagirdlərin  işi  və 



fəaliyyəti ilə əlaqədar xüsusi koordinator təyin edir. Bundan əlavə, hər məktəb

 xüsusi 


ehtiyacları olan şagirdlər üçün müəyyən proqram hazırlamalı, onu ictimaiyyətə 

açıqlamalıdır.  Lazımi  kadrların  yetişdirilməsi  üçün  ölkədə  milli  strategiya  planı 

hazırlanıb tətbiq olunmaqdadır 

 

Ali təhsil müəssisələrində sağlamlıq imkanları məhdud tələbələrdən müxtəlif güzəştlər 



verilir.  İnternatlarda  böyümüş  və  sonradan  universitetə  daxil  olmuş  tələbə  xüsusi 

təqaüd üçün universitetə müraciət edə bilər. Bu halda, onun alacağı məbləğ 60-510 avro 

arası  dəyişir).  Bundan  əlavə,  digər  ehtiyacı  olan  tələbələr  kimi  sağlamlıq  imkanları 

                                                        

19

 Estoniya İbtidai və Orta Məktəb Aktı (2010) 



20

 Estonian Ministry of Education and Research (2012) 

21

 Estonian Ministry of Education and Research (2012) 



 

məhdud  şəxslər  də  həm  orta  məktəb,  həm  də  ali  məktəbdə  oxuyan  zaman  maliyyə 



yardımı alırlar. Ən yüksək məbləği doktorantura pilləsinin tələbələri alırlar.  

 

Lakin ölkədə təhsil sahəsində, əsasən də sağlamlıq imkanları məhdud şagirdlərlə işləyə 



biləcək müəllim və pedaqoqların kəskin çatışmazlığı müşahidə edilir. Bundan savayı, 

Avropa Birliyinə qoşulmasına baxmayaraq Estoniyadakı təhsil müəssisələrinin böyük 

əksəriyyəti hələ də müyəssər hala gətirilməmişdir. 

 

Nəticə və təkliflər 

Bütün bu görülən işlərə rəğmən, sağlamlıq imkanları məhdud uşaqların böyük bir qismi 

hələ  də  təhsildən  kənar  qalır.  Təhsil  alanlar  isə  bir  çox  maneələrlə  üzləşir  ki,  bu  da 

onların inkişafına ciddi təsir göstərir.  

 

İnkluziv təhsil 

Hal-hazırda  Azərbaycan  təhsil  sistemində  inkluziv  təhsil  sistemi  mövcud  deyildir. 

Buna  görə  də  sağlamlıq  imkanları  məhdud  şəxslər  xüsusi  təhsil  ocaqlarında  təhsil 

alırlar. Lakin sevindirici haldır ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 

Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər 

və  ümumi  təhsil  müəssisələrinin  inklüziv  təhsil  üzrə  məqsədli  əlavə  təhsil 

proqramlarının  hazırlanması  və  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Effektiv 

təhsilin  və  dolğun  inkluziyanın  təmin  edilməsinin  başlıca  yollarından  bir  neçəsi 

infrastrukturun  müyəssərliyi,  sağlamlıq  imkanları  məhdud  şəxslər  üçün  adekvat 

vasitələrin  təminatı  və  sağlamlıq  imkanları  məhdud  şəxslərə  uyğun  tədris 

materiallarının hazırlanmasıdır. Estoniyada olduğu kimi, Azərbaycanda da məktəblərin 

xüsusi  ehtiyacları  olan  şagirdlər  üçün  proqram  hazırlaması  və  bu  məsələyə  məsul 

koordinator təşkil etməsini  təklif edirik.  Bundan  başqa,  sağlamlıq  imkanları  məhdud 

şəxslər  üçün  fərdiləşdirilmiş  adekvat  kurrikulumların  hazırlanaraq  həm  xüsusi  təhsil 

ocaqlarında,  həm  də  normal  məktəblərdə  tətbiq  edilməsi  inkluziv  təhsilin  inkişafına 

dəstək ola bilər. 

 

Ali təhsil müəssisələrində təhsil haqqı 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  nəzərə  çarpacaq  dərəcədə  böyük  bir  qismi 

yoxsulluqdan bu və ya digər halda əziyyət çəkir. Ölkəmizdə bu qəbildən olan insanların 

rifahının  yaxşılaşdırılması  istiqamətində  atılan  bütün  addımlara  baxmayaraq,  bu 

problem  öz  aktuallığını  saxlamaqdadır.  Buna  baxmayaraq,  sağlamlıq  imkanları 

məhdud tələbələrə ali təhsil müəssisələrində heç bir maliyyə güzəşti edilmir, və onlar 

da  sağlam  tələbələr  kimi  eyni  təhsil  haqqını  ödəmək  məcburiyyətindədirlər.  Təhsil 

haqqından  savayı,  belə  tələbələr  üçün  universitetlərin  yataqxanalarında  da 

müyəssərliyin olduqca aşağı səviyyədə olması onları təhsildən uzaqlaşdıran amil kimi 

hesab edilə bilər. Məhz belə bir vəziyyətdə sağlamlıq imkanları məhdud tələbələrin ali 

təhsillə  bağlı  təhsil  haqqından  azad  edilməsi  (tamamilə,  yaxud  qismən)  bu  qəbildən 

olan tələbələrin təhsil alması istiqamətində ciddi irəliləyişə səbəb ola bilər. Türkiyə və 

Böyük  Britaniya  təcrübəsində  göstərildiyi  kimi,  tələbələr  təhsil  haqqından  azad 



 

10 


edilməklə  bərabər,  dövlətdən  təhsillə  bağlı  digər  lüzumlu  xərcləri  (məsələn, 

dəstəkləyici texnologiyaların alınması) qarşılamaq üçün kifayət qədər yüksək məbləğli 

maddi  dəstək  ala  bilirlər.  Hal-hazırda  dövlət  tərəfindən  yeganə  əlavə  ödənc  yalnız 

stasionar  müalicə-profilaktika  və  ya  reabilitasiya  mərkəzlərində  və  xüsusi 

məktəbdənkənar tədris müəssisələrində təhsil alanlara şamil edilir.  

 

Maarifləndirmə tədbirləri 

Qeyd  edildiyi  kimi,  sağlamlığı  məhdud  şəxslərin  təhsil  sahəsində  üzləşdiyi  digər 

problemlərdən biri də onlara göstərilən münasibətdir. Bu cür halların azaldılmasında 

müəyyən  növ  cəzalarla  yanaşı  maarifləndirmə  işləri  də  rol  oynaya  bilər.  Həm  təhsil 

müəssisələrinin  daxilində,  həm  də  media  tərəfindən  bütün  ictimaiyyətdə  sağlamlıq 

imkanları  məhdud  şəxslərə  qarşı  belə  davranışların  yolverilməzliyi,  mənfi  tərəfləri 

barədə mütəmadi təbliğatın aparılmasını lüzumlu hesab edirik. 

 

Müyəssər infrastruktur və imtahan şəraiti 

Təbii  ki,  yuxarıda  sadalanan  işlərin  həyata  keçirilməsi  yalnız  və  yalnız  inklusiz 

infrastrukturun  təmin  edilməsindən  sonra  öz  effektiv  nəticəsini  verə  bilər.  Belə  ki, 

mövcud nəqliyyat infrastrukturunun, eləcə də təhsil müəssisələrinə məxsus binaların 

müyəssərliyi  hal-hazırda  heç  də  ürəkaçan  vəziyyətdə  deyildir.  İndiki  vəziyyətdə 

istənilən növ əlillikdən əziyyət çəkən şagird yaxud tələbənin tam müstəqil şəkildə təhsil 

müəssisəsinə  qədər  yol  qət  etmək  imkanları  olduqca  məhduddur,  bəzi  hallarda  isə 

mümkün deyildir.  

 

Müyəssərliklə  bağlı  digər  mühüm  məqam  isə  şagird,  abituriyent  və  tələbələr  üçün 



imtahan şəraiti ilə bağlıdır. Təəssüf ki, Azərbaycanda nə tələbə qəbulu kommissiyası, 

nə  də  digər  müvafiq  qurumlar  imtahan  təşkili  zamanı  sağlamlıq  imkanları  məhdud 

şəxslərin  ehtiyaclarına  diqqət  ayırmırlar.  Qonşu  Türkiyənin  və  inkişaf  etmiş 

Britaniyanın  bu  sahədəki  işi  ölkəmiz  üçün  nümunə  sayıla  bilər.  Hər  iki  ölkədə 

sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti verilməklə yanaşı, onlar 

ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər.  

 

 

 



 

Ədəbiyyat siyahısı 

 

Papworth Trust (2014). Disability  in the United Kingdom: Facts and Figures 



 

Department for Education (2015) Special educational needs in England: January 

2015. London 

 

European  Commission  (2013)  Support  for  children  with  special  education  needs. 



Europe 

 


 

11 


Department for Children, Schools and Families (2016) Short Breaks Statutory guidance 

on how to safeguard and promote the welfare of disabled children using short breaks. 

London 

 

Türkiye Eğitim Bakanlığı (2014-2015) Milli Təhsil Statistikası. Ankara 



 

Trend Xəbər Agentliyi (2012). Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı yeni Dövlət 

Proqramı hazırlanıb. İnternet vebsaytı -  

http://az.trend.az/azerbaijan/society/1997772.html 

 

Trend Xəbər Agentliyi (2012). Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı yeni 



Dövlət Proqramı hazırlanıb İnternet vebsaytı - 

http://az.trend.az/azerbaijan/society/1997772.html 

Estonian Ministry of Education and Research (2012) Inclusive education in Estonia. 

Tallinn 


 

British Council (2016) Disabilities and special educational needs 

 

Department  for  Children,  Schools  and  Families  (2015)  Bullying  involving  children 



with special educational needs and disabilities: Safe to learn - embeddying anti-bullying 

work in schools. London 

 

Gov.uk (2016) Sağlamlığı imkanları məhdud tələbələrə verilən müavinət. London 



 

Türkiye  Aile  ve  Sosyal  Siyaset  Bakanlığı  (2015)  Engelli  ve  Yaşlı  Hizmetleri  Genel 



müdürlüğü. Ankara 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə