Risk qrupuna daxil olan təhsil alanlar Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır.
Məktəblərdə yaşana biləcək risqli vəziyyətlərdə məktəbin idarə heyyəti, müəllim, sinif rəhbəri və psixoloq birgə iş aparmalıdır.
Cinsi zorakılığa məruz qalan uşaqlarla iş. Cinsi zorakılıq zamanı uşağın bəyanatının doğruluğu müzakirə edilməməlidir. Uşağın ifadəsi doğru qəbul edilməlidir. Görüşmə zamanı hadisəni dinləyən şəxs hadisənin detallarını öyrənməyə çalımamalıdır. Heyrət, kədər, qəzəb kimi duyğularını biruzə verməməlidir.
Uşağın ifadəsi protokollaşdırılmalıdır.
Azərbaycan Respublikası cinayət məcəlləsinin müvafiq bəndinə uyğun olaraq hüquq mühafizə orqanlarına birbaşa və ya telefon vasitəsilə məlumat verilməlidir.
Baş vermiş hadisənin hüquq mühafizə orqanlarına bildirərkən valideynin icazəsi əsas götürülməz.
Şikayət sonrası proses barədə uşaq məlumatlandırılmalıdır.
Protokol hüqüq mühafizə orqanlarına bilavasitə çatdırılmalıdır.
Uşağın və hadisəni bilən digər şəxslərin bu məlumatları paylaşmasına mane olunmalıdır.
Məktəb idarəsi tərəfindən bu hadisə gizli tutulmalıdır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş (taleyinə laqeydlik göstərilən uşaqlar) Baxımsız olduğu düşünülən uşaqla görüşmə aparılır.