Şiddətə məruz qalan və şiddət göstərən şagirdlərlə iş Məktəbdə şagirdlərin fiziki( müayinə etmədən, göyərmələr, şişliklər və s. ) psixoloji dəyişikliklər (İçə qapanma, əsəbilik, aqressivlik, iştahsızlıq və s. ) müşahidə edilməli, izlənməlidir.
Fiziki və psixoloji dəyişikliklər müşahidə edilən şagird haqqında müəllim, sinif rəhbəri və idarə heyyəti ilə birlikdə tədbir görülməlidir.
Şiddətə məruz qalan şagirdin kim və kimlər tərəfindən şiddətə məruz buraxıldığı müəyyən edilməidir.
Şiddətə məruz qalan şagirdlə konsultasiya aparılır.
Şiddətə məruz qalan şagirdin valideynlərindən məlumat alınır və onlara məlumat verilir.
Uşağa şiddət valideynləri tərəfindən olursa , bu zaman hüquq mühafizə orqanlarına məktəbin idarə heyyəti ilə birlikdə məlumat verilir.
Şagirdə tətbiq eiləcək psixokorreksiya işi planlaşdırılaraq həyata keçirilir.
Korreksiya müddəti barədə ailəyə, müəllimə və məktəbin idarə heyyətinə məlumat verilir. Eyni zamanda bu prosesə onlar da cəlb edilir.
Lazım bilindiyi təqdirdə şagirdi psixoloji mərkəzlərə yönləndirmək lazımdır.
Məktəbdən kənarda yaşanan şiddətlə bağlı şagirdlə konsultasiya aparılıdıqdan sonra protokol tutularaq hüquq mühafizə orqanarına xəbər verilir.
Şiddət göstərən şagirdlər Şiddət göstərən şagirdlə konsultasiya aparılır.
Şiddət göstərən şagird haqqında ətraflı məlumat almaq üçün müəllim, sinif rəhbəri və məktəbin idarə heyyəti ilə görüşülür, işə cəlb edilir.
Şiddət göstərən şagirdin ailəsi də işə cəlb edilməlidir.
Korreksiya işi planlanaraq tətbiq edilir.
Şiddət göstərən şagirdin korreksiyası zamanı yaşıdlarından kömək istənir.
Məktəb içərisində şiddətə mane olacaq xidmətlər planlanır və həyata keçirilir.
Lazım gəldikdə şagird psixoloji mərkəzlərə yönləndirilr.