228. 62 yaşlı qadın xəstədə endoskopiyada mədənin orta 1/3 hissəsində xora aşkar edilmışdir. Bioptatın
patoloji müayinəsində üzüyəbənzər hüceyrəli xərçəng təsdiq edilmişdir. KT müayinəsi mədə cisminin
divarında divar qalınlaşması aşkar etmişdir. Qaraciyər və ağciyərlərdə patoloji dəyişiklik aşkar
edilməmişdir. Xəstəyə hansı müalicə üsulu tətbiq edilməlidir:
A) qastrektomiya, genişləndirilmiş limfodisseksiya
B) kimyəvi dərman müalicəsi
C) müştərək kimyəvi dərman müalicəsi və radioterapiya
D) mədənin distal subtotal rezeksiyası, genişləndirilmiş limfodisseksiya
E) radioterapiya
229. Mədədə ən çox rast gəlinən bədxassəli şiş hansıdır:
A) xərçəng
B) limfoma
C) karsinoid şişlər
D) sarkomalar
E) melanoma
230. Borman təsnifatı mədə xərçəngini hansı parametr baxımından variantlara ayırır:
A) makroskopik görüntüsünə görə
B) mikroskopik xüsusiyyətlərinə görə
C) şişin mədə divarının dərinliyi boyu infiltrasiyasına görə
D) xərçəngin əmələ gəlməsində ekzogen, yaxud endogen amillərin daha əhəmiyyətli rol oynadığını əks
etdirən histoarxitektonikaya görə
E) Mədənin hansı şöbəsinin zədələnməsinə görə
231. Mədə xərçəngi zamanı qastroskopiya klinisisti hansı informasiyalarla təmin edə bilir:
A) şişin lokalizasiyası, ölçüsü barədə
B) şişin mədə divarının hansı qişasına infiltrasiya etməsi ilə bağlı
C) şişin qonşu üzvlərə münasibəti ilə bağlı
D) reginar limfa düyünlərinin metastatik zədələnib-zədələnməməsi ilə bağlı
E) peritoneal karsinomatozun olub olmaması
232. Mədə xərçənginin rezektabelliyinin preoperativ dövrdə qiymətləndirməsində aşağıdakı
müayinələrdən ən dəqiqi hansıdır:
A) kompüter-tomoqrafiya, yaxud maqnit-rezonans tomoqrafiya
B) ultrasəs müayinəsi
C) rentgenoloji müayinə
D) bioptatın patohistoloji müayinəsi
E) qastroskopiya
233. Mədə xərçəngindən sağalmanı aşağıdakı müalicə üsullarından hansı təmin edə bilir:
A) radikal cərrahi müalicə
B) radioterapiya
C) kimyəvi dərman müalicəsi
D) target terapiya
E) radioxemoterapiya
234. Mədənin T
2
N
0
M
0
xərçəngi aşağıdakılardan hansının simvoludur:
A) mədə divarının əzələ qişasına sirayət etmiş, regionar limfa düyünlərinə və uzaq orqanlara metastaz
verməmi xərçəngin
B) mədə divarının selikaltı qatına sirayət etmiş, regionar limfa düyünlərinə və uzaq orqanlara metastaz
verməmiş xərçəngin
C) mədə divarının seroz qişasına sirayət etmiş, regionar limfa düyünlərinə və uzaq orqanlara metastaz
verməmiş xərçəngin
D) erkən mədə xərçənginin
E) qonşu üzvlərə sirayət etmiş, regionar limfa düyünlərinə və uzaq orqanlara metastaz verməmiş mədə
xərçənginin
235. Aşağıdakılardan hansıları süd vəzisi xərçənginin əmələgəlmə amillərinə aid deyil:
A) osteoporoz
B) laktasiyanın pozulması
C) genetik dəyişikliklər
D) hipotireoz
E) piylənmə
236. Hansı orqanlarda baş verən dəyişiklər süd vəzisi xərşəngi riskini artırır:
A) bütün cavablar düzgündür
B) yumurtalıq
C) böyrəküstü vəzilər
D) qalxanvarı vəzi
E) hipofiz və hipotalamus
237. Süd vəzisi xərçənginin əmələ gəlməsində hansı genetik amillər rol oynayır:
A) BRCA1, BRCA2 genlərinin mutasiyaları
B) yalnız TB-S3 genin mutasiyası
C) yalnız Kouden xəstəliyi
D) APC geninin mutasiyası
E) heç biri
238. Süd vəzisi xərçəngini yaradan ekzogen amillər:
A) hipodinamiya, şüalanma, stress
B) fiziki aktivlik
C) anilin boyaları
D) təbii qida
E) A, C, E vitaminləri
239. Süd vəzisi xərçənginin ən geniş yayılmış histoloji forması hansıdır:
A) infiltrativ axardaxili xərçəng
B) qeyri-infiltrativ axardaxili xərçəng
C) infiltrativ paycıq xərçəng
D) qeyri- infiltrativ paycıq xərçəng
E) papillyar xərçəng
240. Aşağıdakilardan hansıları süd vəzisi xərçənginin morfoloji strukturunda çoxluq təşkil edir:
A) qeyri-invaziv və invaziv axacaq xərçəng
B) qeyri-invaziv və invaziv paycıq xərçəng
C) medullyar xərçəng
D) tubulyar xərçəng
E) infiltrativ paycıq xərçəng
241. Pecet xərçəngi aşağıdaki strukturların hansından əmələ gəlir:
A) gilədaxili süd vəzisi axacağının epitelisindən
B) giləətrafı süd vəzisi paycığından
C) kaudal süd vəzisi paycığından
D) areola nahiyəsinin dərisindən
E) mərkəzi axarların proksimal
1
/
3
-dən
242. Süd vəzisi xərçənginin kliniki formaları arasında hansılar mövcüddur:
A) düyünlü, diffuz və atipik
B) düyünlü, diffuz və metastatik
C) düyünlü, yayılmış, iltihabi
D) diffuz, atipik və Pecet
E) diffuz, atipik və gizli
243. Süd vəzisi xərçənginin əsas limfogen metastazvermə yolu:
A) qoltuqaltı yol
B) parasternal yol
C) körpücükaltı yol
D) çarpaz yol
E) epiqastral yol
244. Süd vəzisi xərçənginin əsas metastazvermə yolları aşağıdakılardır:
A) limfogen və hematogen
B) limfogen və implatasion
C) hematogen və perinevral
D) yerli invaziya
E) implantasion
245. Süd vəzisi xərçənginin əsas hematogen metastazvermə orqanları hansılardır:
A) sümük, ağciyər, qaraciyər
B) sümük, böyrəklər, qaraciyər
C) ağciyər, baş beyin, uşaqlıq
D) sümük, ağciyər, mədəaltı vəzi
E) ağciyər, qaraciyər, yumşaq toxuma
246. Rotter limfa düyünləri harda yerləşir:
A) iki döş əzələsi arasındakı toxumada
B) M.Serratus anterior III və IV dişləri nahiyəsində
C) süd vəzisi xərçəngində metastazla zədələnmiş bütün limfa düyünlərdə
D) parasternal limfa düyünlərində
E) kontrlateral qoltuqaltı limfa düyünlərində
247. Süd vəzisi T
1
N
0
M
0
xərçəngi hansı mərhələyə aiddir:
A) I mərhələ
B) II mərhələ
C) 0 mərhələ
D) III mərhələ
E) IV mərhələ
248. Süd vəzisi T
2
N
0
M
0
xərçəngi hansı mərhələyə aiddir:
A) II
a
mərhələ
B) II
b
mərhələ
C) I
b
mərhələ
D) III
a
mərhələ
E) III
b
mərhələ
249. Süd vəzisi T
1-2
N
0-1
M
0
xərçəngi hansı mərhələyə aiddir:
A) II mərhələ
B) I mərhələ
C) III
a
mərhələ
D) III
b
mərhələ
E) IV
a
mərhələ
250. Süd vəzisi T
hər hansı
N
3
M
0
xərçəngi hansı mərhələyə aiddir:
A) III
c
mərhələ
B) III
b
mərhələ
C) III
a
mərhələ
D) IV
b
mərhələ
E) IV
a
mərhələ
251. Süd vəzisi T
hər hansı
N
hər hansı
M
1
xərçəngi hansı mərhələyə aiddir:
A) IV mərhələ
B) III mərhələ
C) I mərhələ
D) II mərhələ
E) III
c
mərhələ
252. Süd vəzisi xərçənginin diffuz formalarına aiddir:
A) hamısı
B) ödemli-infiltrativ
C) mastitəbənzər
D) qızılyelə bənzər
E) pansir
253. Süd vəzisinin Pecet xərçənginin formalarına aiddir:
A) hamısı
B) ekzemayabənzər
C) psoriazabənzər
D) xoralı
E) şiş
254. Süd vəzisi xərçənginin ən çox rast gəlinən kliniki forması:
A) düyünlü
B) diffuz
C) nadir
D) atipik
E) Pecet
255. Süd vəzisi xərçənginin hansı formasında əsas simptom ödemin olmasıdır:
A) diffuz
B) düyünlü
C) atipik
D) Pecet
E) xoralı
256. Aşağıdakılardan hansı süd vəzisi xərçənginin diffuz formasına aid simptomlardır:
A) ödem, hiperemiya, sürətli inkişaf
B) kiçik ölçülü şişin əllənməsi
C) yalnız qoltuqlaltı limfa düyünlərinin böyüməsi
D) Pribram simptomu
E) Keniq simptomu
257. Keniq simptomu nədir:
A) ovucla döş qəfəsi arasında şişin əllənməsi
B) areolanın qalınlaşması
C) limon qabığı simptomu
D) gilənin dartılması
E) umbilikasiya simptomu
258. Pribram simptomu nədir:
A) şişin gilə ilə birlikdə hərəkət etməsi
B) limon qabığı simptomu
C) umbilikasiya simptomu
D) ovucla döş qəfəsi arasında sıxılan şişin əllənməsi
E) dəridə xoranın əmələ gəlməsi
259. Süd vəzisi xərçəngində Payra simptomu nədir:
A) şiş üzərində dəridə köndələn büküşün əmələ gəlməsi
B) dəridə xoranın əmələ gəlməsi
C) meydança simptomu
D) limon qabığı simptomu
E) areolanın qalınlaşması
260. Süd vəzisi xərçənginin hansı klinik formasında süd vəzisi həcminin kiçilməsi müşahidə olunur:
A) pansir
B) ödemli infiltrativ
C) mastitəbənzər
D) Pecet
E) heç biri
261. Süd vəzisi xərçənginin proqnozu qeyri-qənaətbəxşdir:
A) diffuz formasında
B) düyünlü formasında
C) Pecet xərçəngində
D) qeyri-invaziv xərçəngə
E) hamısında
262. Süd vəzisini xərçənginin mastitəbənzər formasına hansı simptomlar aiddir:
A) süd vəzisi həcminin böyüməsi, gərginləşməsi, hiperemya və hipertermiya
B) xoranın olması
C) əllənən şiş
D) süd vəzisinin büzüşməsi
E) gilənin dağılması
263. Aşağıdakı əməliyyatlardan hansı süd vəzi xərçənginin müalicəsində istifadə olunmur:
A) körpücüküstü limfadenektomiya
B) sadə mastektomiya
C) genişləndirilmiş radikal mastektomiya
D) süd vəzisinin radikal rezeksiyası
E) kvadrantektomiya
264. Müasir dövrdə ən çox istifadə edilən mastektomiya modifikasiyası hansıdır:
A) Maden üsülü ilə mastektomiya
B) Xolsted-Mayer üsulu ilə mastektomiya
C) Peyti-Dayson üsulu ilə mastektomiya
D) Urban üsulu ilə mastektomiya
E) sadə mastektomiya
265. Madden üsulu ilə mastektomiyada hansı strukturlar saxlanılır:
A) hər iki döş əzələsi, uzun döş siniri, kürəkaltı sinir-damar dəsti
B) yalnız böyük döş əzələsi, uzun döş siniri, kürəkaltı limfa düyünləri
C) hər iki döş əzələsi və körpücükaltı limfa düyünləri
D) qoltuqaltı limfa düyünləri, körpücükaltı və böyük döş əzələsi fassiyası
E) parasfernal limfa düyünləri, Rotter limfa düyünləri
266. Madden üsulu ilə mastektomiyanın həcminə daxildir:
A) süd vəzi dəri ilə, körpücükaltı, qoltuqaltı və kürəkaltı toxuma, döş əzələarası toxuma, əzələüstü fassiya
B) süd vəzi dəri ilə və Rotter limfa düyünləri
C) süd vəzi dəri ilə, körpücükaltı limfa düyünləri
D) süd vəzi dəri ilə, körpücüküstü və körpücükaltı limfa düyünləri, əzələüstü fassiya
E) süd vəzi dəri ilə, qoltuqaltı limfa düyünləri
267. Aşağıdakı əməliyyatlardan hansılar süd vəzi xərçənginin orqansaxlayıcı əməliyyatlarına aid deyil:
A) Urban-Xoldin və Peyti-Dayson əməliyyatı
B) sektoral rezeksiya
C) radikal rezeksiya
D) lampektomiya
E) kvadrantektomiya
268. Süd vəzisi xərçəngində əməliyyatönü şüa terapiyasının məqsədləri:
A) residivlərin profilaktikası, şişin ölçülərinin və bioloji aqressivliyinin azaldılması
B) şişin qan təchizatının artırılması, damarların sklerozlaşması
C) uzaq metastazların müalicəsi
D) Pecet xərçənginin müalicəsi
E) mastopatiyanın müalicəsi
269. Süd vəzisi xərçəngində əməliyyatönü şüa terapiyası hansı mərhələdə radikal müalicə proqramında
tətbiq edilmir:
A) T
1
N
0
M
0
; T
is
N
0
M
0
B) T
3
N
1
M
0
; T
3
N
2
M
0
C) T
4
N
0
M
0
; T
3
N
0
M
0
D) T
4
N
3
M
0
; T
3
N
2
M
0
E) T
4
N
2-3
M
0
; T
3-4
N
3
M
0
270. Süd vəzisi xərçəngində əməliyyatönü irifraksiyalı şüa terapiyasının rejimləri:
A) həftədə 5 günlük şüalanma, BOD=5Qr olmaqla ÜOD=25Qr
B) həftədə 5 günlük şüalanma ÜOD=60Qr
C) hiper oksigenasiya ilə birlikdə aparılan şüa terapiyası
D) hipertermiya ilə aparılan şüa terapiyası
E) əməliyyatönü 2 günlük irifraksıyalı + əməliyyatdan sonra radikal proqram üzrə şüa terapiyası
271. Süd vəzisinin xərçənginin müalicəsində anti-hormonal terapiyanın aparılması üçün əsas şərt:
A) şişin müsbət hormonal statusu
B) yaşı 60-dan yuxarı olması
C) yaşı 35-dən cavan olması
D) şişin III dərəcə bədləşməyə malik olması
E) uzaq metastazların olması
272. Süd vəzi xərçənginin müasir antihormonal müalicə yolları hansılardır:
A) kastrasiya, antiestrogenlər, aromatazanın inhibitorları
B) kastrasiya, estrogenlər, aromatazanın inhibitorları
C) kastrasiya, androgenlər, interleykinlər
D) kastrasiya, aromataza inhibitorlar, androgenlər
E) kastrasiya, kimyəvi dərman müalicəsi, estrogenlər
273. Tamoksifenin standart qəbul dozası:
A) 20 mq/sut. 5 ildən az olmayaraq
B) 10 mq/sut 5 ildən az olmayaraq
C) 150 mq/sut 3 aya qədər
D) 2mq/sut 5 il ərzində
E) 1 mq/sut 3 il ərzində
274. Süd vəzi xərçəngi zamanı şişin qənaətbəxş proqnozuna imkan yaradan hormonal resepsiyanın
sxemi:
A) ER(+) Pr(+) Her2(-)
B) ER(+) Pr(-) Her2(+)
C) ER(-) Pr(+) Her2(-)
D) ER(-) Pr(-) Her2(+)
E) ER(-) Pr(-) Her2(-)
275. Sümüklərin birincili bədxassəli şişiləri daha çox rast gəlinir:
A) uzunborulu sümüklərdə
B) yastı sümüklərdə
C) qarışıq strukturlu sümüklərdə
D) xırda sümüklərdə
E) bütün sümüklərdə eyni tezliklə
276. Sümük şişlərində ən tez rast gəlinən və bədxassəli gedişə malik olan şiş:
A) osteogen sarkoma
B) Yuinq sarkoması
C) xondrosarkoma
D) retikulosarkoma
E) parostal sarkoma
277. Skeletin hansı sümükləri daha çox metastatik zədələnmələrə məruz qalır:
A) yastı sümüklər
B) uzunborulu sümüklər
C) xırda sümüklər
D) qarışıq strukturlu sümüklər
E) bütün sümüklər eyni tezliklə
278. Osteogen sarkoma zamanı hansı sümük daha zədələnir:
A) büd sümüyü
B) qamış sümüyü
C) incik sümüyü
D) qalça sümüyü
E) kürək sümüyü
279. Sümüklərin xoşxassəli şişlərində və şişəbənzər zədələnmələrində hansı müalicə üsulundan istifadə
edilir:
A) cərrahi müalicə
B) şüa müalicəsi
C) kimyəvi dərman müalicəsi
D) kombinəolunmuş müalicə
E) kompleks müalicə
280. Osteogen sarkomadan sonra daha çox rast gəlinən sümük sarkoması hansıdır:
A) xondrosarkoma və Yuinq sarkoması
B) parastal sarkoma
C) bədxassəli fibroz histiositoma
D) retikulosarkoma
E) nəhəng hüceyrəli şiş
281. Hansı orqanların bədxassəli şişləri kişilərdə ən çox skelet sümüklərinə metastaz verir:
A) ağciyər xərçəngi, prostat vəzi xərçəngi
B) qalxanvari vəzin xərçəngi
C) qaraciyər xərçəngi
D) yoğun bağırsaq xərçəngi
E) sidik kisəsinin xərçəngi
282. Osteogen sarkoma hansı növ şişlərə aiddir:
A) sümük əmələ gətirən
B) qığırdaq əmələ gətirən
C) sümük iliyi mənşəli
D) damar mənşəli
E) fibroz
283. Sümük sarkomaları hansı yolla daha çox metastaz verir:
A) hematogen
B) limfogen
C) limfo-hematogen
D) imlantasion
E) qarışıq
284. Sümük sarkomalarının diqanostikasında hansı müayinə üsulu həll edicidir:
A) morfoloji müayinə
B) rentgenoloji müayinə
C) KT müayinə
D) angioqrafik müayinə
E) radioizotop müayinə
285. Sümük sarkomalarının hansı növü daha qənaətbəxş gedişə malikdir:
A) yüksək differensiasiyalı xondrosarkoma
B) Yuinq sarkoması
C) mezenximal xondrosarkoma
D) osteogen sarkoma
E) bədxassəli fibroz histiositoma
286. Osteogen sarkomanın müasir müalicə üsulu:
A) kompleks müalicə (əməliyyatönü kimyəvi dərman müalicəsi + əməliyyat + adyuvant kimyəvi dərman
müalicəsi)
B) şüa müalicəsi
C) kimyəvi dərman müalicəsi
D) cərrahi müalicə + şüa müalicəsi
E) cərrahi müalicə
287. Bu şişlərdən hansı şüa terapiyasına daha həssasdır:
A) sümüyün bədxassəli limfoması + Yuinq sarkoması
B) parostal sarkoma
C) xondrosarkoma
D) bədxassəli fibroz histiositoma
E) osteogen sarkoma
288. Hansı şişlər qığırdaq əmələ gətirən şişlərə aiddir:
A) xondroma və xondrosarkoma
B) osteoma və osteogen sarkoma
C) angioma və angiosarkoma
D) fibroma və fibroz histiositoma
E) osteoid-osteoma və parostal sarkoma
289. Sümük sarkomalarının TNM (2002-ci il) təsnifatı üzrə T
3
simvolu nəyi ifadə edir:
A) sümük birincili ocaqda çoxsaylı şişlərin olması
B) şişin ən böyük ölçüsü 8sm-ə qədərdir
C) şişin ən böyük ölçüsü 8sm-dən çoxdur
D) birincili şiş müəyyən olunmur
E) birincili şişin qiymətləndirilməsi üçün məlumatlar kifayət deyil
290. Sümük sarkomalarının TNM (2002-ci il) təsnifatı üzrə M
1b
simvolu nəyi ifadə edir:
A) qeyri-ağciyər lokalizasiyalı uzaq metastazların olması
B) ağciyərlərdə uzaq metastazların olması
C) uzaq metastazlar yoxdur
D) uzaq metastazları müəyyən etmək üçün məlumat kifayət deyil
E) ağciyərlərdə çoxsaylı uzaq metastazların olması
291. Onkoortopediyada şikəstedici əməliyyatlar arasında ən travmatik və böyük həcmli əməliyyat:
A) qalça-qarın arası ayırma
B) yuxarı ətrafın amputasiyası
C) yuxarı ətrafın ekzartikulyasiyası
D) aşağı ətrafın amputasiyası
E) aşağı ətrafın ekzartikulyasiyası
292. “Kodman üçbucağı” hansı bədxassəli şişin rentgenoloji əlamətidir:
A) osteogen sarkoma
B) osteoxondroma
C) sümüyün bədxassəli fibroz histiositoması
D) xondrosarkoma
E) primitiv neyroektodermal şiş
293. Diz oynağı sümüklərinin sarkoması zamanı hansı orqansaxlayıcı əməliyyata üstünlük verilir:
A) diz oynağının endoprotezləşdirilməsi
B) diz oynağının seqmentar rezeksiyası alloplastika ilə
C) diz oynağının seqmentar rezeksiyası autoplastika ilə
D) sümüyün kənari rezeksiyası
E) sümüklərin seqmentar rezeksiyası və illizarov aparatının qoyulması
294. Endoprotezləşdirilmənin ağırlaşmaları:
A) bütün cavablar düzgündür
B) endoprotezin sınması
C) endoprotezin qeyri-stabilliyi
D) endoprotezləşdirilmədən sonra irinli iltihabi proses
E) endoprotezləşdirilmədən sonra residivlərin əmələ gəlməsi
295. İnkişaf etməkdə olan ölkələrdə uşaqlıq boynu xərçəngi ilə xəstələnmənin yaş göstəriciləri:
A) 50 yaşa qədər
B) 55-60 yaş
C) 65-70 yaş
D) 75-80 yaş
E) 80 yaşdan yuxarı
296. Aşağıdakılardan hansıları uşaqlıq boynu xərçənginin əsas etiopatogenetik amilidir:
A) insan papilloması virusu
B) hepatit B virusu
C) hepatit C virusu
D) Epşteyn-Barr virusu
E) T-hüceyrəli limfoma virusu
297. Aşağıda göstərilən hansı HPV tipləri uşaqlıq boynu xərçəngi zamanı ən çox aşkar olunur:
A) 16,18
B) 40,43
C) 6,58
D) 11,61
E) 6,44
298. Uşaqlıq boynu xərçənginin ən geniş yayılmış histoloji forması hansıdır:
A) yastıhüceyrəli xərçəng
B) adenokarsinoma
C) leyomiosarkoma
D) differensiasiya olunmamış xərçəng
E) karsinoid
299. Uşaqlıq boynu xərçənginin makroskopik görünüşünə və böyümə formasına görə geniş yayılmış
forması hansıdır:
A) endofit
B) ekzofit
C) qarışıq
D) xoralı-infiltrativ xərçəng
E) skirroz xərçəng
300. Uşaqlıq boynu xərçənginin əsas metastazvermə yolu:
A) limfogen
B) hematogen
C) limfohematogen
D) kontakt
E) implantasion
301. Uşaqlıq boynu xərçənginin I mərhələsində hansı limfa düyünlərində metastazlar aşkar olunur:
A) xarici, daxili qalça və qapayıcı limfa düyünlərində
B) qasıq limfa düyünlərində
C) körpücükaltı limfa düyünlərində
D) parasternal limfa düyünlər
E) ümumi qalça limfa düyünləri
302. Uşaqlıq boynu xərçənginin əsas yayılma yolları aşağıdakılardır:
A) bütün cavablar düzgündür
B) limfogen
C) hematogen
D) limfohematogen
E) birbaşa ətraf toxumalara sirayət etməklə
Dostları ilə paylaş: |