1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir



Yüklə 1.97 Mb.
səhifə2/5
tarix21.04.2017
ölçüsü1.97 Mb.
1   2   3   4   5

87. Biri leksik normanın tələbi deyildir:

A) leksik normanın tələbinə görə, ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə, dialekt sözlərinə yol verilmir

B) leksik normanın keyfiyyətini milli leksika müəyyən edir

C) leksik normada digər normalara nisbətən dəyişiklik daha tez olur

D) bu norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, sözü düzgün, yerində işlətməyi tələb edir

E) sözü məcazi mənada işlətmək, onu həqiqi mənadan uzaqlaşdırmaq leksik normannı pozmaq deməkdir



88. Hansı nümunələrdə leksik norma pozulmuşdur?

1) Mötəbər rəvayətə görə, burada min illər boyu formalaşan kədər potensiyası vardır

2) Aşağıdan yuxarıya baxanda dağın dibi ilə axan köpüklü dağ çayını görürsən

3) Keçdikcə nəsillər sənin o söz çəmənindən,

Ellər, obalar dərs alacaqdır hələ səndən. (S.Vurğun)

4) O, böyük rütbə sahibidir. Yüksək idarədə çalışır.

5) Tarix bizi çox çətin sınağa çəkir

A) 1, 2, 4

B) 2, 3

C) 4, 5


D) 1, 3, 5

E) 2, 3, 5



89. Aşağıdakı sözlərin alınma qarşılıqlarından birində səhvə yol verilmişdir:

A) toplum – dövlət

B) soykökü – nəsil

C) bilgi – məlumat

D) durum – vəziyyət

E) dönəm – mərhələ



90. Özləşmə prosesini nəzərə alıb sıranı tamamlayın.

Yüzillik, duracaq, saxlanc …

A) açıqca

B) müşavir

C) təşəbbüs

D) aydınlaşdıqca

E) sözlük



91. Bəzən dildən çıxmış sözlər yenidən istifadəyə gətirilir, yəni söz dirilir. Belə sözlər hansı cərgədədir?

A) çavuş, ulu, dürlü

B) bildiriş, ildönümü, qurultay

C) çimərlik, duracaq, nəfəslik

D) başqan, çağdaş, durum

E) istilikölçən, soyqırım, yarlıq



92. Biri qrammatik normanın əlaməti sayıla bilməz:

A) qrammatik norma, eyni zamanda, sözlərin mənasından düzgün istifadəni tələb edir

B) ədəbi dilin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir

C) sözlər və cümlələr arasındakı əlaqənin nitqdə düzgün qurulmasını tələb edir

D) adlara (isim, sifət, say, əvəzlik və s.) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra xəbərlik (şəxs) şəkilçisinin artırılması qrammatik normanın tələblərindən biridir

E) qrammatik normanın tələbinə görə, cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir



93. Aşağıdakılardan biri üslubiyyatın əsas vahididir:

A) üslub


B) mətn

C) söz


D) cümlə

E) əlifba



94. Azərbaycan ədəbi dilinin üslublarından biri milli dövlətçilik təcrübəsinin formalaşması ilə daha çox bağlı olmuşdur:

A) rəsmi – işgüzar üslub

B) bədii üslub

C) elmi üslub

D) məişət üslubu

E) publisistik üslub



95. Azərbaycan ədəbi dilinin funksional üslublar sisteminə neçə üslub daxildir?

A) 5


B) 8

C) 2


D) 7

E) 6


96. Ədəbi dilin hansı üslubunda xalq təfəkkürünün bədii məhsulu olan sözlər işlənir?

A) bədii


B) publisistik

C) rəsmi – işgüzar

D) elmi

E) məişət



97. Bədii üslubun leksik səviyyədə göstəricilərinə aid olanları müəyyən edin:

1) məcazlar 2) səs və heca təkrarı

3) omonimlik 4) müxtəlif nitq vahidlərinin buraxılması

A) 1, 3


B) 2, 4

C) 3,4


D) hamısı

E) 1, 2


98. Bədii üslubda söz hansı funksiyanı daşıyır?

A) poetik

B) terminoloci

C) lakonik

D) publisistik

E) fonetik



99. Sözün hansı imkanları sözün gücü, sözün sehri adlandırılır?

A) bədii


B) terminoloci

C) modallıq

D) qrammatik

E) fonetik



100. Funksional üslublar içərisində biri digərlərindən beynəlmiləl xarakter daşıması ilə fərqlənir:

A) elmi


B) bədii

C) publisistik

D) rəsmi – işgüzar

E) fərdi


101. Riyaziyyat elminə aid Azərbaycan mənşəli termin hansıdır?

A) bölmə


B) sinus

C) qələvi

D) qoşma

E) anlayış



102. Azərbaycan ədəbi dilinin elmi üslubunda beynəlmiləl terminlər öz üstünlüyünü nədə göstərir?

A) milli terminologiyanı üstələməkdə

B) məcazlarla bərabərləşməkdə

C) ümumxalq danışıq dilində

D) rəsmi sənədlərin tərtibində

E) milli terminologiyanın yaranmasında



103. Elmi üslubda olan bir mətnin hansı elm sahəsinə aid olduğunu nədən bilmək olar?

A) terminlərindən

B) həcmindən

C) tərtibatından

D) cümlə quruluşundan

E) söz sırasından



104. Aşağıdakılardan biri elmi üsluba aid qrafik vasitələrdən deyil:

A) atalar sözləri

B) durğu işarələri

C) diaqramlar

D) rəqəmlər

E) düsturlar



105. Publisistik üsluba aid deyil:

A) mücərrəd obrazlılığa müraciət etmək

B) müxtəlif emosiyaları ifadə etmək

C) hadisələrin təhlilini vermək

D) ümumxalq dilinə təsir etmək

E) adi nitq intonasiyasını əks etdirmək



106. «Ədəbiyyat» qəzetində Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixi ilə bağlı dərc olunan məqalə publisistik üslubun hansı növünə aiddir?

A) bədii – publisistik dil

B) publisistik dil

C) rəsmi – publisistik dil

D) kütləvi dil

E) elmi – publisistik dil



107. Futbol üzrə Avropa çempionatından reportac hansı üsluba aiddir?

A) publisistik

B) elmi

C) fərdi


D) rəsmi – işgüzar

E) bədii



108. Publisistik üslubun müxtəlif növlərə ayrılmasının səbəbi nədir? Onun…

A) ən ictimai, ən kütləvi nitq forması olması

B) qəzet dili olması

C) şifahi formaya malik olması

D) ədəbi dil formaları əsasında qurulması

E) digər üslublara nisbətən gec formalaşması



109. Demokratik ruhlu «Əkinçi» qəzetinin dilini Azərbaycan ədəbi dilinin hansı funksional üslubuna aid etmək olar?

A) publisistik

B) bədii

C) elmi

D) rəsmi – işgüzar

E) fərdi


110. Ədəbi dilin sərbəstliyi, müstəqilliyi ilə seçilən funksional üslubu hansıdır?

A) məişət

B) publisistik

C) bədii


D) elmi

E) fərdi


111. Xalq danışıq dili hansı bəndə uyğundur?

A) məişət dili

B) bədii dil

C) elmi dil

D) rəsmi dil

E) publisistik dil



112. Azərbaycan xalqının ünsiyyət dili tarixən hansı funksional üslub olmuşdur?

A) məişət üslubu

B) fərdi üslub

C) rəsmi – işgüzar

D) elmi üslub

E) bədii üslub



113. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademiki olan şəxsin ailəsindəki ünsiyyəti, adətən, hansı üslub əsasında qurulur?

A) məişət üslubu

B) elmi üslub

C) fərdi üslub

D) publisistik üslub

E) rəsmi – işgüzar üslub



114. Azərbaycan Respublikası Təhsil Nazirliyində işgüzar ünsiyyət hansı üslub əsasında formalaşır?

A) rəsmi – işgüzar üslub

B) bədii üslub

C) məişət üslub

D) elmi üslub

E) publisistik üslub



115. İnsanların ilk yazılı əlaqəsi nə ilə olmuşdur?

A) əşyalarla

B) cestlərlə

C) hərflərlə

D) şəkillərlə

E) hecalarla



116. Azərbaycanda yaşayan azsaylı xalqlar hansı dildə təhsil almaq hüququna malikdirlər?

A) öz dillərində və başqa dillərdə

B) ancaq ingilis dilində

C) ancaq rus dilində

D) ancaq talış dilində

E) ancaq ləzgi dilində



117. Fərdi üslub elementlərinin daha çox bədii üslubda təzahür etməsinin səbəbi nə ilə bağlıdır?

A) bədii üslubun insan ovqatı və emosiyalarının təzahürü olması ilə

B) fərdi üslubun bədii üslubun təsiri ilə yaranmağı ilə

C) hər ikisinin funksional üslublar sistminə daxil olması ilə

D) hər ikisinin ədəbi – bədii dil adlandırılması ilə

E) hər ikisinin əhatə dairəsinin genişliyi ilə



118. Bir sıra üslublarda təzahür edir, ictimai–tarixi şəraitlə bağlı yaranır, lakin funksional üslublar sisteminə daxil deyil, ancaq ədəbi dilin üslublarından biridir:

A) fərdi üslub

B) məişət üslubu

C) elmi üslub

D) rəsmi – işgüzar üslub

E) heç biri



119. Elmi üslubla bağlı doğru fikirləri seçin.

1) Ən ictimai nitq formasıdır

2) Mürəkkəb cümlə və modallıq bildirən sözlərdən istifadə olunur

3) Müxtəlif üslub nümayəndələri məhz bu üslubda birləşir

4) Fikrin daha yığcam və konkret ifadəsi üçün qrafik vasitələrdən istifadə olunur

5) Məntiqlik, ardıcıllıq və konkretliyi ilə seçilir

A) 2, 4, 5

B) 2, 3

C) 1, 4, 5



D) 2, 4

E) 1, 5


120. Xüsusi, yaxud şəxsi baxımdan meydana çıxan ədəbi dil üslubu hansıdır?

A) fərdi üslub

B) bədii üslub

C) publisistik üslub

D) məişət üslubu

E) elmi üslub



121. Hansı nümunə bədii üslubun tələblərinə uyğundur?

A) Min arzudan yaranmış bir insanın arzusu

B) Metonimiyalar da məcazlar əsasında yaranır

C) Ədəbiyyatşünaslıq elminin üç sahəsi var

D) Günorta gilavar əsəcəyi gözlənilmir

E) Məktəbimiz üçün əlavə sinif otaqları da tikdilər



122. Ədəbi dilin hansı üslubu digər funksional üslublarda da özünü göstərə bilir?

A) fərdi üslub

B) publisistik üslub

C) rəsmi – işgüzar üslub

D) bədii üslub

E) elmi üslub



123. Hansı üslub milli zövqü daha çox əks etdirir?

A) bədii üslub

B) məişət üslubu

C) publisistik üslub

D) elmi üslub

E) fərdi üslub



124. Qeyri – müstəqim mənalı sözlər dildə necə adlanır:

A) məcazlar

B) inversiya

C) təkrir

D) rədif

E) epifora



125. … – bədii sözdür. Nöqtələrin yerinə uyğun sözü göstərin.

A) Poetizm

B) Arxaizm

C) Neologizm

D) Vulqarizm

E) Dialektizm



126. İnsanların bir–birini asanlıqla başa düşmələri üçün nə əsas vasitədir?

A) dil


B) nitq

C) danışıq üzvləri

D) radio və televiziya

E) mətbuat



127. Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi Azərbaycan Respublikasında kimlər istifadə edir?

A) Azərbaycanda yaşayan azsaylı xalqlar

B) xarici ölkələrdən gələn iş adamları

C) xarici ölkə səfirliklərinin nümayəndələri

D) xarici mətbuat işçiləri

E) xarici turistlər



128. Azərbaycan Respublikasında rəsmi sənədlər hansı dildə tərtib olunur?

A) Azərbaycan dilində

B) rus dilində

C) azsaylı xalqların dilində

D) ingilis dilində

E) bunun üçün dil məhdudiyyəti yoxdur



129. Azərbaycan Respublikasında yaşayan tat, təzgi, saxur, talış və başqa azsaylı xalqların ümumi ünsiyyət vasitəsi hansı dildir?

A) Azərbaycan dili

B) rus dili

C) ləzgi dili

D) talış dili

E) ingilis dili



130. Hansı üslub fərdi üslubun təzahürünə daha çox imkan yaradır?

A) bədii

B) publisistik

C) elmi

D) məişət

E) rəsmi – işgüzar



131. Formullar, diaqramlar, düsturlar hansı üslub üçün xarakterikdir?

A) elmi üslub

B) bədii üslub

C) fərdi üslub

D) rəsmi – işgüzar üslub

E) bütün üslublar



132. Söz özünün poetik imkanlarını daha çox harada nümayiş etdirir?

A) bədii mətndə

B) mürəkkəb cümlə daxilində

C) dilçiliyə aid kitablarda

D) məişət üslubunda

E) adi danışıq dilində



133. Nə zaman Azərbaycan dilinin dövlət dili kimi işlənməsi formal səciyyə daşımışdır?

A) Sovet dönəmində

B) XIX əsrdə

C) 1919 – 1920 – ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində

D) XVII əsrdə

E) heç vaxt



134. Hərfi yazının ilk mərhələsində bir neçə səs bir işarə ilə verilmişdir. Bu hansı yazı adlanır?

A) sillabik (heca) yazı

B) əşyəvi yazı

C) fikri yazı

D) şəkli yazı

E) bunların heç biri



135. Funksional üslublar sistemi birlikdə nəyi təşkil edir?

A) ədəbi dili

B) xalq danışıq dilini

C) fərdi nitqi

D) bədii üslubu

E) məişət üslubunu



136. Dil vasitələrindən məqsədyönlü istifadə iki formada özünü göstərir. Həmin formaları seçin.

1) ümumi və ictimai baxımdan – funksional üslublar sistemi

2) xalq danışıq dilindən istifadə

3) xüsusi və şəxsi baxımdan – fərdi üslub

4) özünəməxsus xüsusi dil vasitələrindən istifadə

A) 1, 3


B) 2, 4, 5

C) 1, 5


D) 3, 4

E) 2, 3, 4



137. Fərdi üslub haqqında deyilənlərdən biri yanlışdır:

A) fərdi üslubda ədəbi dil normalarını gözləmək zəruri deyil

B) fərdi üslub funksional üslubların çoxunda özünü göstərir

C) fərdi üslub hər fərdin özünəməxsus, xarakterik üslubudur

D) rəsmi – işgüzar üslubda fərdi dil ünsürlərinə demək olar ki, imkan verilmir

E) fərdi üslub şəxsin ovqatı ilə bağlı olduğu kimi, dünyagörüşü və təfəkkürü ilə də, eyni zamanda, dövrlə də bağlıdır



138. Bədii üslubla bağlı doğru fikirləri seçin.

1) şeirin, hekayənin, romanın, dramın və s. dilidir

2) obrazlı nitq forması olub emosionallıq yaradır

3) bədii üslub dövlətçiliklə bağlı olduğu üçün müəyyən dövrdə inkişafdan qalmışdır

4) həmişə aparıcı olmuş, müəyyən mərhələlərdə ədəbi dili təmsil etmişdir

5) bu üslubda fikirlər konkret, yığcam və birmənalı ifadə olunur

A) 1, 2, 4

B) 1, 4, 5

C) 3, 5


D) 1, 3, 4

E) 2, 5


139. Publisistik və bədii üslublar üçün ortaq cəhətləri seçin.

1) Ədəbi dilin normalarına tabe olması

2) Müəyyən emosionallığı və təsirliliyi ilə seçilməsi

3) Müəyyən dövrlərdə ədəbi dili əvəz etməsi

4) Mücərrəd obrazlılığı ilə seçilməsi

5) Daha çox mətbuatda funksionallaşması

A) 1, 2


B) 4, 5

C) 3, 4


D) 3, 5

E) 1, 4


140. Poetik funksiya daşıyan ifadələrin düzgün variantını göstərin:

1) Soyuq hava 2) Acı söz

3) Ləkəli köynək 4) Daş qəlb

5) Polad bilək 6) Şəlalə saçlar

7) İsti paltar 8) Şirin çay

A) 2, 4, 5, 6

B) 1, 3, 7, 8

C) 2, 1, 3, 6

D) 4, 5, 7, 8

E) 3, 4, 6, 8



141. Satirik kinayə işlənən cümlələri seçin.

1) Nə səliqəlidir! 2) Millətin dərdini çəkməkdən əriyib çöpə dönüb!

3) Necə də gözəldir! 4) Yaxşı bizi ağ günə çıxartdı!

A) 2, 4


B) 1, 3

C) 1, 4


D) 2, 3

E) 3, 4


142. Məntiqi ardıcıllığı tamamlayın:

Qanun, qərar, sərəncam …

A) fərman, əmr

B) elan, ərizə

C) izahat, arayış

D) protokol, reklam

E) bildiriş, məktub



143. Məntiqi ardıcıllığı tamamlayın:

Bildiriş, arayış, izahat …

A) protokol, reklam

B) qanun, elan

C) sərəncam, akt

D) fərman, ərizə

E) əmr, qərar



144. Oçerklər, felyetonlar, bəzi məqalələr bu üslubda yazılır. Söhbət nədən gedir?

A) bədii – publisistik üslubdan

B) bədii üslubdan

C) elmi – publisistik üslubdan

D) rəsmi – publisistik üslubdan

E) elmi üslubdan



145. Siyasətə, dinə və s. aid publisistik məqalələrin dilidir, ona elmi – kütləvi dil də deyilir. Söhbət nədən gedir?

A) elmi – publisistik üslubdan

B) elmi üslubdan

C) rəsmi – publisistik üslubdan

D) bədii – publisistik üslubdan

E) məişət üslubdan



146. Cümlələrdən biri məişət üslubundadır:

A) Ay Miriş kişi, gətir onun başın bağlayaq

B) Rəsmi – işgüzar üslubun inkişafı dövlətçilik ənənələri ilə bağlıdır

C) Bu il ölkəmizdə Avropa Şurasının konfransı keçirildi

D) Ömür boyu belə gəlib mənimki;

Əzəlindən biri vardı, biri yox. (N.Kəsəmənli)

E) Yazda çəmənlikdə bitən lalələr göylərə səpilmiş ulduzlar kimi idi

147. Məişət üslubu ilə bağlı doğru fikirləri seçin.

1) Ədəbi dilin şifahi təzahürüdür

2) Arxaik leksika və əski sintaktik konstruksiyaları uzun müddət qoruyub saxlayır.

3) Obrazlı, emosional nitq formasıdır

4) Loru nitqdir və məhəlli səciyyə daşıyır

5) Dialektüstü nitq formasıdır

6) Ədəbi dilin şablonlardan, qəliblərdən azad və canlı danışığının məhəlləçilikdən, bəsitlikdən təmizlənmiş şəklidir

A) 1, 5, 6

B) 2, 4, 5

C) 3, 4, 6

D) 1, 3, 5

E) 2, 4, 5



148. Biri bədii üsluba aid deyil

A) kütləvilik

B) emosionallıq

C) poetiklik

D) obrazlılıq

E) məcazilik



149. Səhv fikri göstərin.

A) fərdi üslubun ən qabarıq ifadəsi publisistik və elmi üslubdadır

B) rəsmi – işgüzar üslubda, demək olar ki, fərdilik olmur

C) fərdi üslub fərdin ümumi dünyagörüşü və təfəkkürü ilə yanaşı, yaşadığı dövrlə də bağlı olur

D) bədii üslubda fərdilik daha güclü şəkildə meydana çıxır

E) publisistik üslubda fərdi üslubun müəyyən izləri olur



150. Hansı sənədlərdə ara – sıra obrazlılıq da ola bilər?

1) Bəyanat 2) Ərizə 3) Manifest

4) Elan 5) Qərar 6) Əmr

A) 1, 3


B) 4, 6

C) 2, 4


D) 5, 6

E) 3, 5


151. Aşağıdakılardan biri əməli yazı nümunəsidir:

A) məktub

B) dərslik

C) teorem

D) şeir

E) ədəbi dil normaları



152. Aşağıdakılardan biri əməli yazı nümunəsi deyil:

A) test tapşırığı

B) rəy

C) tərcümeyi – hal



D) protokol

E) akt


153. XI sinif şagirdinin tərcümeyi – halını kim yazmalıdır?

A) hər bir şagirdin özü

B) sinif rəhbəri

C) valideyn

D) məktəb direktoru

E) şagirdin sinif yoldaşı



154. Ərizəni kim imzalamalıdır?

A) ərizəni yazan şəxs

B) ərizənin ünvanlandığı şəxs

C) ərizə yazanın valideyni

D) ərizə yazanın iş yerinin rəhbəri

E) katibə



155. Elan xarakterli əməli yazı nümunələri içərisindən verilənlərdən biri doğru deyil:

A) rəy


B) anons

C) reklam

D) bildiriş

E) afişa


156. Başlığının, məzmununun, nəticəsinin, onu yazanın imzasının, yazılma tarixinin qeyd olunduğu əməli yazı bir tamaşa haqqında da yazıla bilər. Bu hansı əməli yazıdır?

A) rəy


B) afişa

C) protokol

D) ərizə

E) reklam



157. Bir şəxsi, bir əşyanı məşhurlaşdırmaq, haqqında məlumat yaymaq məqsədi ilə tərtib olunan əməli yazını müəyyən edin.

A) reklam

B) arayış

C) anons


D) afişa

E) rəy


158. Əməli yazılar ədəbi dilin hansı üslubuna aiddir?

A) rəsmi – işgüzar

B) bədii

C) publisistik

D) fərdi

E) elmi


159. Müşavirə, konfrans və iclasda söylənilən çıxışları və çıxarılan qərarları əks etdirmək üçün yazılan sənədi və onu imzalayanları müəyyən edin.

A) protokol; sədr və katib

B) arayış; direktor və katibə

C) izahat; valideyn və şagird

D) rəy; müəllim və şagird

E) protokol; direktor və müavin



160. İclasın məqsədini əhatə etməklə, növbəti hadisənin, işin yerinə yetirilməsi üçün verilən hökm protokolun hansı hissəsində öz əksini tapır?

A) qərar


B) başlıq

C) çıxışlar

D) təklif

E) gündəlik məsələlər



161. Tərtibçilərin imzası, əsasən, əməli yazıların hansı hissəsində qoyulur?

A) sonunda

B) əvvəlində

C) sağ kənarında

D) sol kənarında

E) heç bir yerdə



162. Dəfələrlə işə gecikən işçidən gecikməsinin səbəbi barədə tələb edilən sənəd nə adlanır?

A) izahat

B) ərizə

C) arayış

D) rəy

E) bildiriş



163. Həm şifahi, həm yazılı forması olan, leksik mənasına görə, izahetmə, bəyanetmə anlamını verən yazıdır:

A) izahat

B) arayış

C) məktub

D) annotasiya

E) əmr


164. Məktəb direktoru kompyuter dəstini almağı etibar etdiyi şəxsin yazdığı vəkalətnaməni nə ilə təsdiq edir?

A) məktəbin möhürü ilə

B) şahidlərin imzası ilə

C) etibar etdiyi şəxsin imzası ilə

D) kompyuterlərin sənədi ilə

E) ikitərəfli müqavilə ilə



165. Vəkalətnamə haqqında deyilənlərdən biri doğru deyil:

A) Qüvvədə olma müddəti ancaq rəqəmlə göstərilməlidir

B) Möhürlə təsdiq olunur

C) Verildiyi tarix göstərilir

D) Etibar ediləcək materialın məzmunu göstərilir

E) Alınan əşyanın miqdarı qeyd olunur



166. Hər hansı bir məlumatın təcili şəkildə çox uzaq məsafəyə çatdırılması üçün aşağıdakıların hansından istifadə edilməsi daha əlverişlidir?

A) teleqram

B) məktub

C) qışqırmaq

D) bağlama

E) mətbuat



167. Aşağıdakılardan birinin sahibinə çatdırılması üçün vaxt məhdudluğu şərtidir:

A) teleqram

B) məktub

C) vəkalətnamə

D) afişa

E) elan


168. Məktəb şagird təşkilatı xalq şairləri ilə təşkil etdiyi görüşün yerini, vaxtını məktəb kollektivinə hansı əməli yazı vasitəsi ilə çatdırır?

A) bildiriş

B) reklam

C) məktub

D) teleqram

E) təbliğat



169. Bildiriş hansı yazı formalarına aiddir?

A) elan


B) məktub

C) rəsmi sənəd

D) nota

E) müraciət



170. Xəstəxanada müalicə olunub sağalan insanların sağlamlığı barədə verilən sənəd aşağıdakılardan hansıdır və onu kim möhür və imzası ilə təsdiq edir?

A) arayış, baş həkim

B) izahat, baş həkim

C) arayış, sağalan insanın özü

D) rəy, tibb bacısı

E) bildiriş, baş həkim



171. Müdafiə naziri hərbi hissə komandirinə bir işin görülməsini hökmlə tapşırdığı yazılı sənədin adı:

A) əmr


B) arayış

C) elan


D) izahat

E) protokol



172. Anonsafişanın eyni olan xüsusiyyəti hansıdır? Hər ikisi:

A) elan formasındadır

B) möhürlə təsdiqlənir

C) yazan şəxs imzalayır

D) dövlət əhəmiyyəti daşıyır

E) olmuş hadisə haqqında sonradan məlumat verir



173. Kitabın, curnalın məzmununu, ideya – siyasi istiqamətini, məqsəd və əhəmiyyətini qısa şəkildə yazmaq hansı əməli yazı nümunəsinə aiddir?

A) annotasiya

B) izahat

C) arayış

D) rəy

E) bildiriş


1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə