1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir


Yazılı formasının təsdiqi üçün möhür və imzanın tələb olunduğu sənədi müəyyən edin



Yüklə 1,97 Mb.
səhifə3/5
tarix21.04.2017
ölçüsü1,97 Mb.
#15168
1   2   3   4   5

174. Yazılı formasının təsdiqi üçün möhür və imzanın tələb olunduğu sənədi müəyyən edin.

A) əmr


B) izahat

C) tərcümeyi – hal

D) ərizə

E) reklam



175. Kitab haqqında, əsasən, annotasiyanı kim yazır?

A) müəllif

B) oxucu

C) redaktor

D) məsləhətçi

E) tərcüməçi



176. Məktəb direktorunun, sinif rəhbərinin iştirak etdiyi Xa sinfinin iclası ilə bağlı tərtib olunan protokolu kimlər imzalamalıdır?

A) iclasın sədri və katibi

B) məktəb direktoru və sinif rəhbəri

C) direktor müavini və sinif nümayəndəsi

D) iclasın sədri və sinif nümayəndəsi

E) məktəbin direktoru və iclasın sədri



177. Hansı rəsmi sənəd qüsurlu hesab olunur?

A) tərtibində müxtəlif cür anlaşılan sözlərdən istifadə edilən

B) həcmcə iri olan

C) maddələr, bölmələr, bəndlər əsasında qurulan

D) birmənalılığa əsaslanan

E) tarixi əhəmiyyət daşıyan



178. Hansı sənədlər hüquqi məzmuna malikdir?

A) rəsmi sənədlər

B) yazılı sənədlər

C) imzalanan sənədlər

D) işgüzar sənədlər

E) bütün sənədlər



179. Əməli yazılar, əsasən, hansı üslubun xüsusiyyətləri əsasında tərtib olunur?

A) rəsmi – işgüzar

B) bədii

C) elmi


D) publisistik

E) bütün üslubların



180. Əməli yazıya aid olan nümunələri müəyyən edin.

1) Akt 2) Ərizə 3) Hekayə

4) Məktub 5) Nitq etiketi 6) Oçerk

A) 1, 2, 4

B) ancaq ilk üçü

C) 3, 5, 6

D) 2, 3, 4, 5

E) 1, 2, 5, 6



181. Aşağıdakılardan biri hüquqi məzmuna malik sənəddir:

A) qanun


B) arayış

C) ərizə


D) reklam

E) izahat



182. Hansı sənədi bir şəxs özü hazırlamağı bacarmalıdır?

A) ərizəni

B) əmri

C) fərmanı



D) sərəncamı

E) qanunu



183. Əməli yazılar ……… əhatə edir. Cümləsində nöqtələrin yerinə yazılmalıdır:

A) rəsmi sənədləri və işgüzar sənədləri

B) tarixi əsərləri

C) bədii əsərləri

D) funksional üslubları

E) imla, inşa və ifadə mətnlərini



184. Azərbaycan Respublikasında azsaylı xalqlar öz yazılı müraciətlərini dövlət təşkilatlarına hansı dildə çatdırmalıdır?

A) Azərbaycan dilində

B) öz dillərində

C) ingilis dilində

D) rus dilində

E) istənilən dildə



185. Komissiya üzvlərinin iştirakı ilə tərtib olunur, sonda nəticə verilir, möhür yox, tərtib edənlərin imzası tələb olunur. Söhbət hansı əməli yazıdan gedir?

A) aktdan

B) protokoldan

C) sərəncamdan

D) tərcümeyi – haldan

E) əmrdən



186. İdman yarışlarının keçirildiyi yerlərdə bir müəssisənin istehsal etdiyi məhsullar şəkillərlə, yığcam yazılı mətnlər vasitəsi ilə tamaşaçıların diqqətinə çatdırılsa, bu, aşağıdakılardan hansına aiddir?

A) reklama

B) anonsa

C) afişaya

D) bildirişə

E) məktuba



187. İki nəfərin imzası ilə təsdiq olunan əməli yazı hansıdır?

A) protokol

B) tərcümeyi – hal

C) reklam

D) afişa

E) əmr


188. «Noyabr ayının 29–da idman klubunun zalında olimpia çempionları ilə görüş keçiriləcək. Görüşdə iştirak etmək könüllüdür.

26 noyabr İdman klubunun rəhbərliyi

Bu mətn hansı işgüzar sənədə aiddir?

A) bildirişə

B) reklama

C) arayışa

D) məktuba

E) izahata



189. Hansı sənədi təşkilat rəhbəri imzalayır və möhür vurur?

A) arayışı

B) tərcümeyi – halı

C) anonsu

D) annotasiyanı

E) aktı


190. Hansı əməli yazı formasının həm yazılı, həm də şifahi forması olur?

A) izahatın

B) ərizənin

C) afişanın

D) aktın

E) annotasiyanın



191. Məntiqi ardıcıllığı tamamlayın.

İzahat, rəy, reklam …

A) protokol

B) əmr

C) qanun


D) konstitusiya

E) fərman



192. Aşağıdakı sözlərdən hansılar düzgün yazılmayıb?

1) Həddi–hesab 2) Cəfəngiyat

3)Bərbəzək 4) Bərli –bəzəkli

5) Abi – hava 6) Hospital

7) Məllim 8) Nigah

9) Antenna 10) Dəst – xətt

A) 1, 5, 7, 9,10

B) 1, 5, 8, 9

C) 2, 3, 5, 9, 10

D) 2, 3, 5, 8, 9

E) 4, 6, 7, 10



193. Məntiqi ardıcıllığı tamamlayın.

addım, aptek, aspirantura …

A) atletika

B) aşbaz

C) ansambl

D) askarbin

E) assistent



194. Sözlərdən birinin yazılışında səhv var:

A) gümbəz

B) kompaniya

C) konqres

D) lisey

E) buynuzvarı



195. Cütlüklərin birində səhvə yol verilmişdir:

A) əsginaz , əsl – nəsəb

B) nikah , nigah

C) servis , servis

D) kompaniya ,kampaniya

E) əski , əsgi



196. Tələffüz formasında verilmiş sözlərdən bəzilərinin I hecası «o» ilə yazılır. Həmin sözlər hansı cavabda tam göstərilib?

1) kanfet 2) kardioloq 3) kampaniya 4) kamendant

5) kanqres 6) kalbasa 7) karbon 8) kapilyar

A) 1, 4, 5, 6

B) 1, 2, 3, 5

C) 2, 3, 4, 5

D) 1, 5, 8

E) 4, 5, 6, 8



197. Ulduzların yerinə hansı hərflər yazılmalıdır?

üm*dsiz, dek*rasiya, ç*lçıraq, gü*bəz

A) i, o, i, n

B) ü, o, ı, n

C) ü, a, ı, n

D) i, a, ı, m

E) ü, o, i, n



198. Ulduzların yerinə hansı hərflər yazılmalıdır?

müş*ül, müh*t, nis*il, növra*

A) k, i, g, q

B) g, i, p, q

C) k, i, k, k

D) g, ü, g, k

E) g, ü, k, k



199. Səhv yazılmış sözlər cərgəsini göstərin.

A) yuxsuz, stent, səhfsiz

B) ideal, sarımsaq, satin

C) zooloq, semestr, sağsağan

D) ötkün, səpki, heyif

E) həndbol, ridikül, zirzibil



200. Orfoepiya qaydaları hansı prinsip əsasında formalaşır?

1) fonetik 2) morfoloci 3) sintaktik

4) tarixi – ənənəvi 5) leksik

A) 1, 2, 4

B) 1, 2, 3

C) 2, 4, 5

D) 4, 5

E) 1, 3


201. Verilmiş sözlərdən hansılarda ı, i, u, ö saitləri qısa tələffüz olunur?

1) fındıq 2) əsəbiləşmək 3) xüsusi

4) sima 5) munis 6) inqilab

A) 1, 2, 6

B) 3, 4, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 5, 6



202. Verilmiş bu sözlərdən hansılarda ö saiti uzun tələffüz olunmur?

1) növbə 2) cövhər 3) zövq

4) şövq 5) dövr 6) lövhə

A) 3, 4, 5

B) 1, 2, 3

C) 1, 4, 5

D) 2, 3, 6

E) 2, 4, 6



203. Tərkibində ai, əi hərf birləşmələri olan ərəb–fars mənşəli sözlərin tələffüzü necə olur?

A) saitlərin arasına y samiti əlavə olunur

B) eya şəklində tələffüz olunur

C) saitlərin əvvəlinci uzun tələffüz olunur

D) açıq saitlər qapalı saitlərə keçir

E) əvvəlinci sait düşür, ikinci uzun tələffüz olunur



204. Verilmiş sözlərdən hansılarda o saiti a ilə tələffüz olunur?

1) monolit 2) kombayn 3) opera

4) kosmos 5) komediya 6) order 7) topoqrafiya

A) 1, 2, 5, 7

B) 2, 4, 6

C) 1, 3, 4, 6

D) 1, 4, 6

E) 3, 4, 7



205. Hansı sözlərdə q samiti yazıldığı kimi tələffüz olunur?

A) məqalə, məqam, maqnit

B) təqsir, nöqtə, iqtisadi

C) məqsəd, iqtibas, Oqtay

D) rəqs, məşq, nöqsan

E) əxlaq, qabarıq, irqçilik



206. Hansı söz birləşmələrinin asılı tərəfində q samiti yazıldığı kimi tələffüz olunur?

1) Hüquq işçisi 2) Məntiq elmi 3) Sadiq əsgər 4) Müstəntiq vəzifəsi 5) Üfüq zolağı 6) Şərq adətləri 7) Hüquq fakültəsi

A) 1, 2, 3, 6

B) 1, 4, 6

C) 1, 2, 5

D) 2, 3, 5, 7

E) 4, 6, 7



207. Hansı cərgədə sonu k samiti ilə bitən sözlərə saitlə başlanan şəkilçi qoşduqda k samiti y samitinə keçmir?

A) şərik, iştirak, əmlak

B) örnək, keyik, çiçək

C) kömək, kəpənək, kəpək

D) ipək, ürək, köynək

E) örpək, yük, çökək



208. Qoşa m ilə yazılan bu sözlərdən hansıların tələffüzü yazılışından fərqlidir?

1) müxəmməs 2) müəmma 3) qrammatika

4) qrammafon 5) xammal 6) kommunizm

A) 3, 4, 6

B) 1, 2, 3

C) 4, 5, 6

D) 2, 3, 4

E) 1, 2, 4



209. Uyğunluğu seçməklə sıranı tamamlayın.

dövriyyə, xasiyyət, maliyyə …

A) vəziyyət

B) tərbiyə

C) niyyət

D) Xəyyam

E) səyyar



210. Tire (–) işarəsindən istifadə ilə bağlı doğru fikri müəyyən edin.

A) həmcins üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl qoyulur

B) eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözün tərkib hissələri arasında istifadə olunur

C) “qeyri” sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlərin tərkib hissələri arasında istifadə olunur

D) sintaktik təhlil zamanı mübtədanın şərti işarəsidir

E) yazıda bitkinlik intonasiyası bildirir



211. Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra hansı durğu işarəsindən istifadə olunur?

A) qoşa nöqtə

B) nöqtəli vergül

C) tire


D) vergül

E) dırnaq



212. «Bakıdan Təbrizə avtobus marşrutu açıldı» cümləsinə aşağıdakılardan hansı əlavə olunsa, cümlənin sonunda hökmən sual işarəsi qoyulmalıdır?

A) məgər


B) bəlkə

C) indi


D) deyəsən

E) doğrudan



213. Hansı cümlənin sonunda sual işarəsi qoymaq olmaz?

A) Vətəni göz bəbəyi kimi qoruyun

B) Doğrudan, bu il qış mülayim keçəcək

C) Yer kürəsi bütün insanların ümumi evidir

D) Hər kəs öhdəsinə düşən işi vicdanla yerinə yetirməlidir

E) Abituriyentlər qəbul imtahanlarına ciddi hazırlaşırlar



214. Sadalama intonasiyası yazıda hansı durğu işarəsini tələb edir?

A) vergül

B) çox nöqtə

C) qoşa nöqtə

D) nöqtə

E) mötərizə



215. Qoşa işlədilən durğu işarəsi hansıdır?

A) dırnaq

B) sual işarəsi

C) çox nöqtə

D) vergül

E) tire


216. Nöqtə, əsasən, durğu işarəsi kimi hansı cümlənin əlamətidir?

A) nəqli cümlənin

B) sual cümləsinin

C) nida cümləsinin

D) əmr cümləsinin

E) hamısının



217. Hansı cümlədə vergül işarəsi danışanın ifadə etdiyi fikrə münasibətlə bağlıdır?

A) Əlbəttə, Füzulinin qəzəllərini oxumaq maraqlıdır

B) O da doğrudur ki, ölkədə ərzaq istehsalı artır

C) Vətən, sənin hər qarış torpağını qorumağa hazırıq

D) Sən, bu komandanın ən gənc üzvü daha böyük uğurlar qazanacaqsan

E) Əsəri oxudunmu, məzmununa dair rəy hazırla



218. Aşağıdakı durğu işarələrindən bəziləri cümlənin əvvəlində işlənə bilməz:

1) vergül 2) çox nöqtə 3) tire 4) dırnaq 5) qoşa nöqtə

A) 1, 5


B) 1, 3, 4, 5

C) 2, 3, 4

D) 3, 4

E) 1, 2, 5



219. Çox nöqtə, adətən, neçə nöqtədən ibarət olur?

A) üç


B) dörd

C) iki


D) beş

E) say məhdudiyyəti yoxdur



220. Dövlət bayrağımızdakı mavi, qırmızı, və yaşıl rənglərin təsviri yazının hansı növünə aiddir?

A) ideoqrafik (fikri)

B) piktoqrafik (şəkil)

C) əşyəvi

D) fonoqrafik

E) sillabik



221. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin daxili və xarici siyasəti, ölkə daxilində gedən ictimai – siyasi hadisələrə həsr olunmuş çıxışları nə adlanır?

A) siyasi natiqlik

B) ictimai natiqlik

C) siyasi mühazirə

D) ictimai mühazirə

E) ictimai – siyasi söhbət



222. Nitqə aid əlamətlərdən biri səhvdir:

A) ünsiyyət vasitəsidir

B) fərdidir

C) dəyişkəndir

D) törəmədir

E) şifahi və yazılı şəkildə mövcud olur



223. Professorun auditoriyada oxuduğu mühazirə natiqliyin hansı növünə aiddir?

A) akademik

B) siyasi

C) bədii


D) işgüzar

E) inzibati – idarə



224. Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı natiqliyin hansı növünə aiddir?

A) inzibati – idarə

B) siyasi

C) işgüzar

D) akademik

E) bədii


225. Aşağıdakılardan biri ədəbi dilin normalarına tabe olmayıb, fəaliyyət sahəsinin genişliyi ilə seçilir.

A) xalq danışıq dili

B) şivə və dialekt

C) cənub dialekti

D) ədəbi dil

E) bədii əsərlərdə yazıçının dili



226. Nitq mədəniyyətinin daha sıx əlaqədə olduğu elm sahəsi hansıdır?

A) dilçilik

B) ədəbiyyat

C) etika


D) məntiq

E) psixologiya



227. Azərbaycanlıların ən çox sayda yaşadığı ölkələr hansı sıradadır?

A) İran, Türkiyə, Rusiya

B) ABŞ, İngiltərə, İraq

C) Gürcüstan, Türkiyə, Əfqanıstan

D) Albaniya, Türkiyə, Qazaxıstan

E) Türkiyə, Almaniya, Türkmənistan



228. Düzgün yazı qaydaları hansı terminlə ifadə olunur?

A) orfoqrafiya

B) əlifba

C) qrafika

D) orfoepiya

E) fonetika



229. «Mən öz dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm» ifadəsinin müəllifi kimdir?

A) Heydər Əliyev

B) Abbbasqulu ağa Bakıxanov

C) Səməd Vurğun

D) Mirzə Fətəli Axundzadə

E) Mirzə Ələkbər Sabir



230. Hansı cərgədəki sözlərin hamısının yazılışında səhvə yol verilib?

A) qəhraman, ləzətli, xeyriyə, topraq

B) əkinçi, dərviş, xəzinə, xəstə

C) yorğun, meşəlik, çiçək

D) bataqlıq, sevimli, mənəvi, mədəni

E) uşaqlar, dəmirçi, qonşuluq, qoşun



231. Vurğusu birinci hecaya düşən sözlərin sırası hansıdır?

A) kafedra, opera, sintez, forma

B) dünya, axşam, düyü, dəniz

C) dəmir, məktəb, qardaş, yeni

D) toplama, uduş, vərdiş, dərin

E) ayaz, həkim, könül, qızıl



232. «Hər bir insan öz dilinin altında gizlənmişdir» aforizmi kimə məxsusdur?

A) Həzrəti İmam Əliyə

B) İbn Sinaya

C) M.F.Axundova

D) S.Ə.Şirvaniyə

E) M.Ş.Vazehə



233. Hansı söz qoşa «y» ilə yazılır?

A) şirniyat

B) cəfəngiyat

C) saniyə

D) şikayət

E) tövsiyə



234. Yanlış yazılmış sıra sayı hansı variantdadır?

A) XX–ci əsr

B) 3–cü cərgə

C) 2–ci dərs

D) beş mərtəbə

E) 9–cu bina



235. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.

A) şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir

B) şifahi nitqin tempi çox sürətlidir

C) şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur

D) şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur

E) şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir



236. Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən təcrübi sahəsi hansıdır?

A) nitq mədəniyyəti

B) fonetika

C) üslubiyyat

D) morfologiya

E) leksikologiya



237. Dilçilik sahələrindən birinin predmeti yoxdur.

A) nitq mədəniyyəti

B) fonetika

C) sintaksis

D) morfologiya

E) leksikologiya



238. Biri natiqlik sənətinin əsas tələblərinə aid deyildir.

A) mimika və cestlərdən istifadə etməmək

B) nitqə əvvəlcədən hazırlaşmaq

C) uzunçuluğa yol verməmək

D) auditoriyanın səviyyəsini nəzərə almaq

E) düzgün, dəqiq, ifadəli danışmaq



239. Yazılışı ilə tələffüzü fərqlənən sözlərin cərgəsini göstər.

A) müəllim, növbə

B) ana, abidə

C) sakit, zəmi

D) təkər, sinif

E) qaz, körpü



240. Sözlərdən birinin yazılışı səhvdir.

A) təqayüd

B) səlahiyyət

C) qaşıq


D) sənət

E) sərhədçi



241. Sinonimlər olan cərgəni göstər.

A) uca – hündür, dünya – aləm, balaca – kiçik

B) amma – ancaq, meşəlik – çəmənlik, almaq – götürmək

C) qoca – yaşlı, ağıllı – ağılsız, gecə – gündüz

D) dadlı – ləzzətli, balaca – körpə, aşağı – yuxarı

E) səhər – axşam, çay – dəniz, baş – qaş



242. Antonimlər olan cərgə hansıdır?

A) gecə – gündüz, axşam – səhər, yaxşı – pis

B) uca – alçaq, ağ – qara, dünya – aləm

C) şirin – acı, mənfi – müsbət, uca – hündür

D) gülmək – ağlamaq, getmək – gəlmək, gözəl – göyçək

E) almaq – vermək, ləpə – dəniz, yüksək – ali



243. Aşağıdakı sözlərdən biri omonim deyil.

A) bostan

B) sifət

C) bal


D) bağ

E) bel


244. «Soyuq» sözü hansı birləşmədə məcazi mənada işlənmişdir?

A) soyuq münasibət

B) soyuq su

C) soyuq hava

D) soyuq otaq

E) soyuq axşam



245. Sözlərdən hansı çoxmənalı deyil?

A) həkim


B) qol

C) baş


D) ağız

E) göz


246. Türk mənşəli «çağdaş» sözü hansı alınma sözün qarşılığıdır?

A) müasir

B) mötəbər

C) mübariz

D) humanist

E) müvəqqəti



247. «Yuva» sözü hansı birləşmədə məcazi mənada işlənmişdir?

A) quldur yuvası

B) ilan yuvası

C) tülkü yuvası

D) quş yuvası

E) siçan yuvası



248. «Nəfs» sözünün sinonimi hansı cərgədə düzgün verilmişdir?

A) tamah


B) acgöz

C) gözəllik

D) zərif

E) xəsis


249. «Mətn» sözünün izahı hansı cavabda düzgün verilmişdir?

A) yazılı nitqin bir parçası

B) igid

C) dözümlü



D) sözü bütöv

E) sözündən dönməyən



250. Kimə əsl natiq demək olar (ətraflı cavabı göstərin)?

A) düzgün, dəqiq və ifadəli danışana

B) yığcam danışana

C) aydın və təmiz nitq sahibinə

D) nitqin intonasiyasına əməl edənə

E) çıxışa əvvəlcədən hazırlaşana



251. Nöqtələrin yerinə uyğun gələn sözlər hansı cərgədədir?

Çoban ……… çayaşağı apardı.

A) ilxını, sürünü

B) quzuları, naxırı

C) naxırı, ilxını

D) inəkləri, atları

E) sürünü, atları



252. Antonim sözlərin cərgəsini göstərin.

A) tez – gec, axşam – səhər, ac – tox

B) xeyir – şər, oğul – uşaq, sülh – müharibə

C) sevinc – kədər, qəm – qüssə, çox – xeyli

D) el – oba, yurd – yuva, dərə – təpə

E) əziz – hörmətli, nikbin – bədbin, tünd – açıq



253. Ayrılma zamanı işlədilən sözlərin cərgəsini göstərin.

A) görüşərik, gecəniz xeyrə qalsın

B) axşamınız xeyir, bu vaxtınız xeyir

C) salam, sağ ol

D) xüdahafiz, xoş gördük

E) xoşca qalın, sabahınız xeyir



254. Verilmiş sözlərdən hansı nöqtələrin yerinə daha uyğundur?

………… ilxını gözdən qoymurdu.

A) çoban

B) cütcü


C) mehtər

D) naxırça

E) sürücü

255. «Ağır» və «iti» sözləri hansı cərgədə həqiqi mənada işlənmişdir?

A) ağır daş, iti ülgüc

B) ağır söz, iti söz

C) ağır gün, iti baxış

D) ağır cəza, iti yaddaş

E) ağır xasiyyət, iti baxış



256. Kargüzarlıq terminləri hansı cərgədədir?

A) ərizə, arayış, protokol

B) vergi, maliyyə, kredit

C) ictimai, siyasi, hüquqi

D) məktəb, pedaqoq, müəllim

E) müharibə, inqilab, qiyam



257. Hansı cərgədəki sözlər sinonimdir?

A) dünya, aləm, cahan

B) böyük, balaca, qara

C) əmi, dayı, xala

D) daş, baş, qələm

E) uca, yuxarı, aşağı



258. «Təvazökar» sözünün antonimi hansıdır?

A) lovğa


B) səmimi

C) mülayim

D) yumşaq

E) nadinc



259. Biz gündəlik nitqimizdə, əsasən hansı sözlərdən istifadə edirik?

A) ümumişlək sözlərdən

B) yeni sözlərdən

C) terminlərdən

D) köhnəlmiş sözlərdən

E) alınma sözlərdən



260. Monoloji nitqin bu növü yaranmış vəziyyət haqqında yüksək vəzifə sahibinin qarşısında hesabat vermək məqsədi daşıyır.

A) məruzə

B) çıxış

C) mühazirə

D) söhbət

E) dialoq



261. Bu saylardan biri omonim kimi işlənə bilər.

A) min


B) otuz

C) on


D) üç

E) bir


262. Monoloci nitqə aid olmayan cəhət hansı bənddədir?

A) Monoloci nitqdə sual – cavab forması əsas rol oynayır

B) Monoloci nitq bir şəxsin öz – özünə danışığıdır

C) Monoloci nitqdə məqsəd hər hansı bir məzmunun başqasına çatdırılmasıdır

D) Məruzə, mühazirə monoloci nitqin formalarıdır

E) Latınca mono (mono) bir, loqos (lagos) nitq deməkdir



263. Təkmənalı söz nədir?

A) yalnız bir leksik mənası olan sözlərdir

B) yaxın mənalı sözlərdir

C) ümumişlək xüsusiyyətini itirən sözlərdir

D) əksmənalı sözlərdir

E) dailekt sözləridir



264. Hansı cərgədəki sözlərin hər ikisi çoxmənalıdır?

A) ağız, göz

B) ağız, maşın

C) ayaq, oğul

D) baş, otaq

E) ələk, qol



265. «Dağın ətəyi» və «paltarın ətəyi» birləşməsindəki «ətək» sözü nədir?

A) çoxmənalı söz

B) omonim

C) sinonim

D) termin

E) arxaizm



266. Hansı sırada bütün sözlər omonimdir?

A) top, kök, gül

B) inci, əqrəb, sarmaşıq

C) sarı, qəlb, daş

D) ayaq, saymaq, il

E) var, baş, qalın



267. «Müxtəsər» sözünün sinonimi hansıdır?

A) yığcam

B) ətraflı

C) mənalı

D) geniş

E) əhatəli



268. Antonim sözlərin cərgəsini göstər.

A) dərə – təpə, səhər – axşam, az – çox

B) qəm – qüssə, nikbin – bədbin, el – oba

C) oğul – uşaq, yurd – yuva, bağ – bağça

D) pis – yaxşı, dükan – bazar, bacı – qardaş

E) az – maz, yorğan – döşək, ev – eşik



269. Azərbaycan dilinə aid sözlərdən ibarət olan antonimləri göstər.

A) oturmaq –durmaq

B) mərd – namərd

C) sağlam – naxoş

D) xoşbəxt – bədbəxt

E) müxtəsər – geniş



270. Aşağıdakı şəkilçilərdən biri yalnız insan anlayışı bildirən isimlər düzəldir.

A) – daş

B) – lıq4

C) – cıq4

D) – laq

E) – ca2



271. Mücərrəd mənalı isimlər hansı sıradadır?

A) dostluq, saflıq

B) gözlük, başlıq

C) daşlıq, meşəlik

D) odunluq, düzənlik

E) çəmənlik, çiçəklik



272. «Mədəniyyət» sözünün mənası hansı bəndlə düzgün verilmişdir?

A) Ərəbcə şəhər mənası verən «mədinə» kəlməsindəndir

B) Ərəb sözü olub, «tərbiyəli» mənasındadır

C) Ərəb sözü olub, «şəhərdə yaşayan» mənasındadır

D) Ərəb sözü olub «davranışlı» mənasındadır

E) Ərəb sözü olub, «mədəniyyətli» mənasındadır



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin