Azərbaycan Hava Yolları QSC
Milli Aviasiya Akademiyası
Qrup: 1329aN
Fakültə: İqtisadiyyat və Hüquq
Fənn: Avtomobil müəssisələrinin
istehsal menecmenti
İxtisas: Menecment
Mövzu: TRASEKA – Tarixi İpək Yolunun Bərpası
Müəllim: Əsədov Aqil
Tələbə: Yolçuyev Zakir
BAKI-2022
TRASEKA – Tarixi İpək Yolunun Bərpası
Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, cənubi Qafqaz
ölkələrinin ərazisindən keçmişdir. TRASEKA (TRACECA – TRANSPORT
CORRİDOR EUROPE CAUCASUS ASİA) Müstəqil Dövlətlər Birliyinə (MDB)
göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O,
Avropa
İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə
keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan,
Qazaxstan,
Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) iştirakı ilə qəbul edilmişdir.
Konfransın yekunlarına əsasən, TRASEKA regionlararsı proqramın fəaliyyətinin
əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir.
Bu layihə Avropa İttifaqının TRASEKA üzv-dövlətlərinə dair qlobal strategiyasına
uyğun olaraq, aşağıdakı məqsədlərə;
– Avropada, Qara dənizi regionunda,
Qafqazda, Xəzər hövzəsi və Mərkəzi Asiya
ölkələrində iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə,
– Avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sahələrinin dünya bazarına çıxışını
təmin edilməsinə,
– Dəhliz boyu yollarda nəqliyyat vasitələrinin
hərəkətinin və yüklərin
saxlanmasının təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə,
– Üzv dövlətlərin nəqliyyat siyasətlərinin və bu sahədə normativ-hüquqi bazanın
uyğunlaşdırılmasına,
– Nəqliyyat sahəsində faliyyət göstərən subyektlərə
bərabər rəqabət mühitinin
yaradılmasına xidmət edir.
Avropa-Qafqaz-Asiya “TRASEKA” beynəlxalq nəqliyyat dəhlizi Şərqlə Qərb
arasında digər iki marşruta, Transokean daşımaları və Transsibir magistralına
alternativ olan bir layihədir. “TRASEKA” dəhlizi vasitəsilə yalnız Mərkəzi
Asiyadan deyil, Çindən də yüklərin daşınacağını,
sonradan buraya Cənub-Şərqi
Asiyanın digər ölkələrinin də (xüsusilə konteynerlərin) qoşulacağı gözlənilir. Bu
dəhlizin strateji bəndi olan Transxəzər beynəlxalq nəqliyyat marşrutu ildə 15
milyon tondan artıq yük daşımaları potensialina malikdir. O, Çin, Qazaxstan,
Türkmənistan, İran, Fars körfəzi ölkələri,
Cənubi Qafqaz, Türkiyə və Avropa
ölkələrinin yük göndərənləri ilə qəbul edənlərini əlaqələndirmək iqtidarındadır.
Dəhlizin digər alternativ dəhlizlərə nisbətən cəlbediciliyinin artırılmasında,
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalarının birgə layihəsi
olan və hal-hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu
xəttinin
istifadəyə verilməsi də mühüm rol oynayacaqdır. Mərkəzi Asiya ölkələrinin də bu
marşruta marağı böyükdür. Belə ki, Bakı-Tiflis-Qars dəmir yolu və 2013-cü ildə
istifadəyə verilmiş Bosfor boğazının altından keçən “Marmaray” sürətli dəmir yolu
tuneli vasitəsilə Avroya birbaşa çıxış imkanı yaradacaqdır.
Bu da Mərkəzi Asiya
ölkələrinin məhsullarının Avropaya və əks istiqamətdə böyük həcmdə sənaye
məhsullarının, istehlak mallarının daşınması baxımından son dərəcə cəlbedici
olacaqdır.