Azərbaycan Hava Yolları qsc milli Aviasiya Akademiyası Qrup: 1329an fakültə



Yüklə 299,68 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix05.06.2022
ölçüsü299,68 Kb.
#60701
1   2
Zakir Yolçuyev TRASEKA – Tarixi İpək Yolunun Bərpası

 
 


Azərbaycanın TRASEKA layihəsində iştirakı. 
 
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il 
tarixlərində Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, 
Qırğızıstan, Moldova, Rumınya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 
beynəlxalq təşkilat, və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək 
Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa 
İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin 
inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və 
Bakı Bəyannaməsi qəbul edilmişdir. Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, 
Ermənistan, Bolqarıstan, Rumınya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxstan, 
Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən 
imzalanmışdır. İran 2009-cu ildə TRASEKA proqramına qoşulmuş, Əfqanıstanın 
qoşulması ilə bağlı isə danışıqlar davam etdirilir. 


Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası 
Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış 
və 2001-ci ilin fevralın 21-də rəsmi açılışı baş tutmuşdur. 
Keçən dövr ərzində respublikamızda TRASEKA Proqramı çərçivəsində Əsas 
Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədi ilə nəqliyyat 
infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, dəhliz 
üzrə yeni avtomobil yollarının tikintisi, mövcud yolların təmiri və yüksək texniki 
dərəcəyə uyğunlaşdırılması məqsədilə iri layihələr həyata keçirilmişdir. Dəhlizin 
Azərbaycan ərazisində əsas magistral hesab edilən Bakı-Ələt-Qazax-Gürcüstan 
dövlət sərhədi avtomobil yolunun uzunluğu 508 km-dir. Bunun 68.4 km Bakı-Ələt 
hissəsi 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmuş 6 zolaqlı, Ələt-Gəncə hissəsi 
də həmçinin 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmuş 4 zolaqlı və Gəncə-
Qazax-Gürcüstan dövlət sərhədi olan hissəsi isə 2-ci texniki dərəcəyə uyğun təmir 
edilmiş və 2 zolaqlıdır. 


TRASEKA nəqliyyat dəhlizi üzərində yerləşən Bakı-Böyük-Kəsik(Gürcüstan 
sərhədi) dəmir yolu xəttinin uzunluğu 503 km-dir. TRASEKA proqramı 
çərçivəsində dəmir yolu sahəsində həyata keçirilən ən böyük layihə Bakı-Tiflis-
Qars dəmir yolu xəttinin tikintisidir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ümumi 
uzunluğu 840 km-dir. Bunun 503 km hissəsi Azərbaycan ərazisində, 259 km 
hissəsi Gürcüstan, 78 km hissəsi isə Türkiyə ərazisində yerləşir. Dəmir yolunun 
Azərbaycan ərazisində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış, 
Gürcüstan ərazisində Marabda-Axalkələk stansiyaları arasındakı 153.1 km 
hissəsində təmir və reablitasiya işləri həyata keçirilmiş, 29.3 km Axalkələk-
Türkiyə sərhədi hissəsində isə yeni dəmir yolu xətti tikilmişdir. Hətta, Bakı-Tiflis-
Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində Türkiyə sərhədinə qədər ilk sınaq 
qatarının hərəkəti təmin edilmişdir. Tükiyə ərazisində isə 76 km yeni dəmir yolu 
xəttinin inşası davam etdirilir və 2016-cı ilin sonuna qədər tikinti işlərinin başa 
çatdırılması nəzərdə tutulmuşdur. 
“TRASEKA” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsinin xəritəsi. 


TRASEKA beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axının artırılması məqsədi ilə 
Avropadan Çinə və əksinə yüklərin daha qısa zaman kəsiyində və 
təhlükəsiz daşınması istiqamətində Azərbaycan ərazisində multimodal 
yükdaşımaların sərbəst həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır. Belə 
ki, dəniz nəqliyyatının inkişafı üçün böyük layihələr həyata keçirilmiş, yeni liman 
qurğularının tikintisinə başlanılmış və daha çox yükdaşımalarını həyata keçirmək, 
dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün su nəqliyyatı vasitələri 
donanmasının tərkibinin genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində 
işlərə başlanılmış və hal-hazırda da davam etdirilir. Bunun bariz nümunəsi kimi 
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2443 nömrəli 
Sərəncamının icrası olaraq Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının 
tikintisini göstərmək olar. Liman kompleksinin təməlqoyma mərasimi 2010-cu il 3 
noyabr taixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə 
keçirilmişdir. Liman kompleksinin tikintisi 400 ha ərazidə və üç mərhələdə həyat 


keçirilməsi nəzərdə tutulmuşdur. Birinci mərhələnin 2017-ci ildə tam başa 
çatdırılması gözlənilir. Lakin, birinci mərhələyə daxil olan liman qurğularından biri 
olan bərə terminalı 2014-cü il 22 sentyabr tarixindən etibarən istifadəyə 
verilmişdir. Artıq buradan yüklərin gəmi-bərələr vasitəsilə Qazaxstanın Aktau və 
Türkmənistanın Türkmənbaşı limanlarına daşınması həyata keçirilir. Dəhliz 
üzərindən daşımaların həcminin günü-gündən artması, həm Qazaxıstanın Aktau 
Limanında, həm də Türkmənistanın Türkmənbaşı Limanında yenidənqurma 
işlərinin həyata keçirilməsini zəruri edir. Bu istiqamətdə istər Azərbaycanda istərsə 
də Qazaxstan və Türkmənistanda işlər davam etdirilir və müasir infrastrukturun 
yarıdılması məqsədilə genişmiqyaslı tədbirlər görülür. Eyni zamanda, Qazaxstanda 
əlavə olaraq yeni Kurik Dəniz Limanının tikintisi davam etdirilir. 
TRASEKA nəqliyyat dəhlizi üzərində yerləşən Gürcüstanın Poti Limanının 
genişləndirilməsi və dərin dibli Anaklia Dəniz Limanının tikintisi multiomodal 
nəqliyyat şəbəkəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək və 
Avropadan Asiyaya və əksinə daşımların həyata keçirilməsi üçün alternativ 
nəqliyyat marşurutlarına nisbətən daha rəqabət qabiliyyətli bir dəhlizə çevrilməsinə 
zəmin yaradacaqdır. 

Document Outline

  • Mövzu: TRASEKA – Tarixi İpək Yolunun Bərpası
  • TRASEKA – Tarixi İpək Yolunun Bərpası

Yüklə 299,68 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin