1. Avtomobil haqqında ümumi məlumat


Qazpaylama klapanlarının növləri və vəzifələri?



Yüklə 494,32 Kb.
səhifə11/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   ...   5   6   7   8   9   10   11   12   13
NVK cavablar

21.Qazpaylama klapanlarının növləri və vəzifələri?
Klapanlar sorma və xaricetmə kanallarının deşiklərini açmaq və bağlamaq üçündür. Klapan başlıqdan və mildən ibarətdir. Klapan mili silindrik formadadır. Klapanlar öz yuvalarına bərkitmə detalları və yaylar vasitəsilə bağlanır. Klapan yayları onların yuvaya kip oturmasını və bağlanmasını təmin edir. İtələyicilər qüvvəni paylayıcı valın yumrucuqlarından ştanqlara ötürmək üçündür.


22.Qazpaylama fazası nəyi ifadə edir?
Qazpaylama fazası.--Qazpaylama fazas daxilolma və xaricetmə klapanlarının açılıb-bağlanmasının dirsəkli valın ölü nöqtələrinə görə dönmə bucaqları ilə ifadəsidir.Qazpaylama fazası dirsəkli valın mövqeyindən asılı olaraq klapanların zəruri bağlanma anını və beləliklə də daxil yanma mühırriklərində qaz mübadiləsini. daxilolma-xaricetməni təmin edir.Silindrlərin dolma və boşalmasını idarə etmək üçün daxulolma və xaricetmə fazaları 1800-dən fərqli götürülür. Dolma səviyyəsini artımaq üçün daxilolma klapanı porşen YÖN-ə çatmamış açılır, AÖN-dən keçdikdən sonra bağlanır. Daxilolma klapanının bağlanmasının gecikməsi səbəbindən silindrə daxil olan yanıcı qarışıq 10-15% artır.
23.Qazpaylama mexanizminin işləmə qaydası və vəzifələri?
Qazpaylama mexanizmi paylayıcı dişli çarxlardan, paylayıcı valdan, itələyicilərdən, ştanqdan, balansirdən, klapanlardan, bərkitmə detalları ilə birlikdə yaylardan və yönəldici oymaqlardan ibarətdir.
Klapanlar sorma və xaricetmə kanallarının deşiklərini açmaq və bağlamaq üçündür. Klapan başlıqdan və mildən ibarətdir. Klapan mili silindrik formadadır. Klapanlar öz yuvalarına bərkitmə detalları və yaylar vasitəsilə bağlanır. Klapan yayları onların yuvaya kip oturmasını və bağlanmasını təmin edir. İtələyicilər qüvvəni paylayıcı valın yumrucuqlarından ştanqlara ötürmək üçündür.
Ştanqlar qüvvəni itələyicidən balansirlərə vermək üçündür.
Balansir (koramıslo) qüvvəni ştanqlardan klapana vermək üçündür.
Paylayıcı val klapanların vaxtlı-vaxtında mühərrikin iş qaydasına uyğun olaraq müəyyən ardıcıllıqla açılıb-bağlanmasını təmin edir.



Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin