1. Avtomobil haqqında ümumi məlumat


Porşen və sürgü qolunun vəzifəsi və elementləri?



Yüklə 494,32 Kb.
səhifə9/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   ...   5   6   7   8   9   10   11   12   13
NVK cavablar

15.Porşen və sürgü qolunun vəzifəsi və elementləri?

Porşen sürgüqolu vasitəsi ilə dirsəkli valın sürgüqolu boyunu ilə birləşir. Dirsəkli valın sonuna böyük kütləli nazimçarx bərkidilir.


Daxilolma klapanı açıq olduqda daxilolma kollektoru vasitəsi ilə silindrə yanıcı qarışıq (birbaşa püskürməli mühərriklərdə silindrə hava daxil olur, benzin isə birbaşa silindrin daxilinə püskürülür) daxil olur, xaricetmə klapanından isə işlənmiş qazlar kənar olunur. Paylayıcı val fırlandıqda yumruqcuq (ekssentrik) klapanları və açır. Yumruqcuq klapanın ucluğu üstündən düşdükdə güclü yayların təsiri nəticəsində klapanlar kip bağlanır. Paylayıcı val mühərrikin dirsəkli valından hərəkətə gətirilir.
Porşen silindirlər daxilində irəli – geri hərəkət edir, porşenin irəli – geri hərəkəti çarxqolu-sürgüqolu mexanizminin köməyi ilə dirsəkli valın fırlanma hərəkətinə çevrilir. Bu çevrilməni nəzərdən keçirək. Porşen dirsəkli vala sürgüqolu vasitəsi ilə birləşir, genişlənən qazların enerjisi sürgüqolu vasitəsi ilə dirsəkli vala ötürülür. Sürgüqolu mühərrikin daxilində mürəkkəb hərəkət edir, onun yuxarı başlığı irəli – geri, aşağı başlığı isə fırlanma hərəkəti edir.


16.Porşen üzükləri vəzifəsi və tipləri?
Başlanğıc kimi dörd taktlı sikl üzrə işləyən bir silindrli sadə benzin mühərrikinə baxaq və onun iş prinsipini aydınlaşdıraq. Bir silindrli benzin mühərrikinin əsas hissəsi silindr və onun başlığıdır.Silindr başlığı üstdən silindri örtür və sancaqlarla ona birləşdirilir. Silindrin içərisində porşen 4 yerləşir. Porşendə, xüsusi oyuqlarda porşen üzükləri yerləşdirilir. Mühərrikdə kompressiya və yağ sıyırıcı üzüklər olur. Kompressiya üzükləri silindrin daxili səthinin güzgüsü boyu sürüşərək mühərrikin işi zamanı yaranan qazların aşağı -karterə keçməsinin qarşısını alır, yağ sıyırıcı üzüklər isə silindr divarlarından yağları siyirərək işçi taktda onların silindrdə yanmasının qarşısını alır.


17. Silindirlər blokunun başlığı hansı hissələri özündə birləşdirir ?
Silindrlər blokunun başlığı əhəmiyyətinə və ölçüsünə görə ikinci yerdə durur. Başlıqda yanma kamerası, klapanlar və alışdırma şamları yerləşir, burada yastıqlar üzərində yumruqcuqlu paylayıcı val fırlanır. Silindrlər blokunda olduğu kimi onun başlığında da su və yağ kanalları və boşluqları var. Başlıq silindrlər blokuna bərkidilir və onunla bütöv tam təşkil edir. Velosipedçinin ayağının hərəkətini öyrənərkən çarxqolu-sürgüqolunun əsas detallarının quruluşunu və əsas detallarını biz artıq sizinlə aydınlaşdırmışdıq.

Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin