13. Windows əməliyyat sisteminin istifadəçi interfeysinin elementləri



Yüklə 407,15 Kb.
tarix02.05.2023
ölçüsü407,15 Kb.
#106378

13. WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin elementləri
Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə
“interfeys” terminindən geniş istifadə edilir. Ingilis dilindən tərcümədə “İnterface”
sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda
növləri vardır:
- istifadəçinin interfeysi;
- intelektual interfeys;
- insan-maşın interfeysi;
- proqram interfeysi və s.
İnterfeys-vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanınbir-biri ilə qarşılıqlı əlaqəsini təmin edir. Interfeys ekranın tərtibatını və sistemləistifadəçi arasında qarşılıqlı əlaqənin xarakterini təyin edir. WINDOWS qrafikiinterfeysdən istifadə etməklə kompüterə əmr verir, proqramları yükləyir, müxtəlif işarə,düymə və simvollardan istifadə etməklə, faylların siyahısına baxır. Elementlərinseçilməsi maus və ya klaviatura ilə baş verir. Ən vacib interfeys istifadəçinin fərdikompüterlə qarşılıqlı əlaqəsini təmin edir və ona istifadəçi interfeysi deyilir. İstifadəçiinterfeysin 2 növü var: simvol və qrafik.Simvol interfeysi-videosistem mətn rejimində işləyən zaman istifadə olunur.Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir.Qrafiki interfeys-videosistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Buhalda informasiya monitorun ekranına nöqtə-nöqtə şəklində çıxarılır.İstifadəçinin qrafik interfeysinə keçid fərdi kompüterin texniki xarakteristikalarınınyaxşılaşdırılması sayəsində mümkün olmuşdur. Bu cür interfeys videosistemin cəldişləməsi üçün bir sıra tələblər irəli sürməsinə baxmayaraq, əsas məqsəd əldə edilir-istifadəçi üçün rahat iş mühiti yaradılmış olur. Qrafik interfeys simvol interfeysinənəzərən daha yaxşı başa düşülür və aydın hiss olunur. Istifadəçinin qrafik interfeysinə ənyaxşı misal kimi WINDOWS interfeysini göstərmək olar.İnterfeys – Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onunköməyilə istifadəçilər əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyatsistemində işləyən zaman ekranda nə görürüksə, hamısı interfeysə aiddir. İnterfeys–Windows əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini» insana aydın olanqrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir. Windows-un interfeysisadə və asan istifadə olunandır. Demək olar ki, onun bütün sirlərini praktik olaraq hər birkəs interfeysin köməyilə başa düşə bilər.Ekranın əsas sahəsini İşçi masa təşkil edir. Burada bütün işçi alətləri, məsələn, sənədləri,qovluqları, lazım olan proqramların nişanlarını və s. yerləşdirmək olar. İşçi masa –Windows əməliyyat sisteminin obyektləri və Windows-un idarəetmə elementləri əksolunan qrafiki mühitdir. Windows 7 əməliyyat sistemi yeni quraşdırıldıqda, başlanğıcvəziyyətdə işçi masada yalnız yüxarı sağ küncdə təkcə Корзина (Recycle Bin (Səbət))nişanı yerləşir. Lakin qısa müddətdən sonra İşçi masa çoxlu nişanlar dəstəsi ilə dolur,məsələn, quraşdırılmış proqramların əksəriyyəti, həmin an İşçi masada öz xüsusinişanlarını qeyd edirlər. İşçi masanın aşağı hissəsində Məsələlər paneli (buna bəzən“taskbar”- da deyirlər) adlı zolaq “lenta” yerləşir. Burada lazım olan proqramların, həmdə ən vacib və zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıqmovcud olurlar, qalanlarını isə sonradan əlavə etmək olur. Məsələlər panelinin solküncündə - Start (Пуск (Başlat)) adlı düymə yerləşir. Bu düymənin köməyiləkompüterdə quraşdırılmış bütün proqramların siyahısını, həmçinin, əsas tənzimləməalətlərini əldə etmək olar.Məsələlər panelində sağda küncdə Xəbardarlıq etmə, bəzən isə sistem paneli və ya“trey” adlanan daha bir panel də yerləşmişdir. Burada da həmçinin işə salınmışproqramlara istinadlar əks olunur, lakin fərqi ondan ibarətdir ki, bunların hamısıkompüterdə daimi “fon” rejimində işləyirlər.Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi - Windows əməliyyatsisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də Start (Пуск (Başlat))düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində adı yazılmır,formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını saxlamışdır.Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan ibarətdir. Sol sütunda tez-tezistifadə edilən proqramların nişanları, həmçinin Windows-un bir sıra xidmətiproqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmaq üçün Ножницы (ShippingTool (Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows Media Player ifaedicisi)nişanları yerləşir. Bu sütundakı nişanların altında Все программы (All Programs (Bütünproqramlar)) yazısı yerləşir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada kompüterdəquraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçininaxtarış sətri də yerləşir. Bunun vasitəsilə kompüterdə açar sözlər əsasında istənilən sənədiasanlıqla tapmaq olur.
Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin
idarəedici modulları yerləşir. Sağ sütunun bölmələri aşağıdakılardır:
v All Proqrams (Все программы/Bütün Proqramlar) - proqram qruplarını
saxlayan qovluqlara daxil olmaqla müxtəlif proqramların adlarını daxil edən
menyunu açır.
v Documents (Документы /Sənədlər) – Windows-da sənədlərin saxlanması üçün
nəzərdə tutulan sənədlər kitabxanasıdır (Documents library/Библиотека). Bu
əmr istifadəçinin sənədləri saxlanan qovluğu tez açmağa imkan verir.
v Pictures (Изображения/Şəkillər)-müxtəlif qrafiki faylları saxlamaq üçün
şəkillər kitabxanasıdır (Pictures libraries /Библиотека “Изображения”).
v Music (Музыка/Musiqi) musiqi faylları saxlanılan kitabxanadır.
v Games (Игры-Oyunlar) sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır.
v Computer (Компьютер/Kompüter) mühüm sistem qovluqlarından biridir. Bu
qovluğun pəncərəsində kompüterdə olan bütün disklər və digər qurğuların
işarələri əks olunur.
v Network (Сеть-Şəbəkə) lokal şəbəkəyə qoşulmuş kompyuterlərin əks
olunmasını təşkil edir.
v Control Panel (Панель управления/İdarəetmə paneli) mühüm qovluqlarından
biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə tutulan bütün
elementlər bu qovluqda yerləşir.
v Devices and printers (Устройства и принтеры/Qurğular və pirinterlər) sistem
qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər, skanerlər,
kameralar və s. bu qovluğun pəncərəsində əks olunur.
v Default Programs (Программы по умолчанию/Susmaya görə proqramlar)
əmri icra olunan kimi müxtəlif tipli faylların emalı üçün susmaya görə nəzərdə
tutulan proqramların seçim pəncərəsi açılır.
v Help and Support (Справка и поддержка/Kömək və dəstək) əmri icra
olunarkən eyni adlı dialoq pəncərəsi açılır. Bu pəncərə cürbəcür sorgu
məlumatlarının tapılmasına imkan verir.
v Run (Выполнить/İcra et) - Start menyusunda olmayan hər hansı bir proqramı
işlətmək və ya sənədləri (faylları) açmaq üçün bu əmrdən istifadə olunur.
v Shut down (Завершение работы/Söndür) əmrini seçdikdə Windows əməliyyat
sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür.
Taskbar (Məsələlər paneli). Eyni anda bir neçə proqram işləyərsə, masaüstü bir az
qarışıq ola bilər. Ancaq proqramların işləməsi halında, işləyən hər proqrama aid bir
düymə Taskbar (Məsələlər paneli) üzərində görünəcəkdir. Taskbar normal halda
ekranın ən aşağı hissəsində uzununa yerləşmiş çubuq şəklində bir sahədir. Açıq olan
başqa bir proqrama keçmək üçün həmin proqramın Taskbar üzərindəki düyməsinə
sıxmaq kifayətdir. Taskbar-ın xüsusiyyətlərini dəyişmək üçün tapşırıq çubuğu üzərində
maus qurğusunun sağ düyməsini sıxmaq lazımdır. Açılacaq menyudan Properties
(Xüsusiyyətlər) əmrini seçmək lazımdır. Bu zaman Taskbar and Start Menu Properties
(Tapşırıq panelinin və Start menyusunun xüsusiyyətləri) dialoq pəncərəsi açılacaqdır.
Dialoq pəncərəsində Taskbar səhifəni açmaqla aşağıdakı parametrlər görünəcək:
1. Lock the taskbar (Закрепить панель задач -Tapşırıq panelini kilidlə)parametri seçdikdə panel ekranda durduğu mövqeyə bərkidilir və bundansonra onun yerini dəyişmək və ya ölçüsünü böyütmək mümkün olmur.
2. Auto-hide the taskbar (Автоматически скрывать панель задач - Tapşırıqpanelini avtomatik gizlət) parametri seçildikdə tapşırıq paneli görünməz olurvə ekranda ən böyük ölçüdə açılan pəncərələr bütün ekranı tutur.
3. Use small icons (Использовать маленькие значки - Kiçik piktoqramlardanistifadə et) parametri seçildikdə tapşırıq paneli üzərindəki düymələrin ölçüsükiçilir.
4.Taskbar location on screen (Положение панели задач на экране -Ekranda tapşırıq panelinin yeri) sətrində açılan siyahıdan panelin ekrandayerləşməsi vəziyyətini təyin etmək üçün təklif olunan Botton (Aşağı), Top(Yuxarı), Left (Sol), Right (Sağ) variantlarından birini seçmək olar.
5. Taskbar buttons (Кнопки панели задач - Tapşırıq paneli düymələri)sətrində acilan siyahıdan düymələrin panel üzərində əksolunma qaydasınıseçmək olar.6. Notification area (Область Уведомлений - Bildiriş) sahəsində hansıpiktoqramların və bildirişlərin göstərilməsini fərdiləşdirmək üçünCustomize (Fərdiləşdir) düyməsi kiliklənir bu zaman ekrana çıxan növbətipəncərədə hər bir proqram işarəsi üçün müvafik sətirdə açılan üç mümkünShow ocon and notifications (Piktoqram və bildirişləri göstərin), Hide iconand notifications (Piktoqram və bildirişləri gizlədin) və Only Shownotifications (Yalnız bildirişləri göstərin) birini seçmək lazımdır.Kontekst menyu. Kontekst menyu Windows əməliyyat sisteminin istənilən obyektiüzərində həmçinin iş masasının və ya pəncərənin istənilən yerində mausun sağdüyməsi kliklənərək ekrana çıxan menyuya deyilir. Menyunun adından (konteks)göründüyü kimi onun məzmunu hansı obyekt üzərində mausun sağ düyməsininkliklənməsindən asılıdır. Kontekst menyuda obyektlə bağlı icrası mümkün olan əmrlərsiyahısı əks olunur.Kontekts menyu ona haradan müraciət olunmasından və sistemə quraşdırılmışproqramlardan asılı olaraq müxtəlif sayda tamamilə fərqli əmrlərdən ibarət ola bilər.Bununla yanaşı elə əmrlər var ki , əksər kontekts menyulara daxildir. Bunlar Windowssistemində bir sıra əsas əməliyyatları icra etmək üçün nəzərdə tutulan geniş yayılmış
standart əmrlərdir. Beləki kontekts menyunun :
- Open (Oткрыть/Aç) əmri proqramların icrası, fayllar və qovluqların açılması
üçündür;
- Cut (Bырезать/Kəs) əmri obyektin yerini dəyişmək və ya mətnin bir hissəsini
sənədin bir yerindən başqa yerinə daşımaq üçün istifadə edilir. Yəni bu əmr vasitəsilə
seçilmiş obyekt (fayl, qovluq, piktoqram və.s) müvəqqəti olaraq mübadilə buferinə
yerləşdirilir;
- Copy (Kопирoвать/Köçür) əmri obyektin bir yerdən başqa yerə köçürülməsi
üçündür və əvvəlki əmrə oxşar şəkildə icra olunur;
- Paste (Bставить/Əlavə et) əmri Cut (Bырезать/Kəs) və ya Copy
(Kопирoвать/Köçür) əmrləri ilə mübadilə buferinə yerləşdirilmiş obyekti cari
qovluğa əlavə edir;
- Delete (Yдалить/Sil) əmri seçilmiş obyekti ləğv etmək üçündür. Silinmiş
obyektlər Recycle Bin (Kорзина/Səbət) sistem qovluğuna düşür;
- Create Shortcut (Cоздать ярлык/Qısayol yarat) əmri seçilmiş obyektin qısayol
piktoqramını yaradır;
- Rename (Переименовать/Adı dəyişdir ) əmri seçilmiş obyektin adını dəyişdirir;
- Properties (Свойства /Xüsusiyyətlər) əmri isə seçilmiş obyekt haqqında bir sıraməlumatları eyni adlı dialoq pəncərəsinbdə əks etdirir və bəzi parametrlərinindəyişmək imkanını da yaradır. Fayl obyektinin xüsusiyyətlərinə onun tipi,(yaranma,dəyişiklik, açılma) tarixləri, ölçüsü yerləşdiyi məkan və s. daxildir.Xəbərdarlıq etmə paneli (tray) - Işçi masada ekranın sağ aşağı küncündə daha birxəbərdarlıq etmə və ya «trey» adlanan panel yerləşir. Burada kompüter işə salınan zaman kompüterin yaddaşına avtomatik yüklənən və fon rejimində gözə görünmədən işləyənproqramların nişanları yerləşir. Məsələlər panelinin adi «lövhəsindən» onlar təkcə özölçülərilə deyil, həm də funksionallıqları ilə də fərqlənirlər, məsələn, istənilən nişanı sağdüymə ilə sıxdıqda bu proqramın çoxsaylı sazlanma menyularına giriş əldə etmək olur.Həmin nişanların üzərinə sol düymə ilə silkdikdə uyğun proqram pəncərəsi ekrana çıxır
Yüklə 407,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin