Laboratoriya iŞİ №1 C++ MÜHİTİNDƏ ekranin idarə ediLMƏSİ VƏ proqramin hazirlanmasi prosesi



Yüklə 79,11 Kb.
səhifə1/3
tarix16.03.2022
ölçüsü79,11 Kb.
#53847
  1   2   3
LABORATORİYA İŞİ-1-C-nin interfeysi


LABORATORİYA İŞİ №1

C++ MÜHİTİNDƏ EKRANIN İDARƏ EDİLMƏSİ VƏ PROQRAMIN HAZIRLANMASI PROSESİ
Bəzən elə təəssürat yaranır ki, bütün məsələləri kompüterdə mövcud olan hazır proqramlar vasitəsi ilə həll etmək olar. Çox vaxt bu belədir, lakin təcrübə göstərir ki, elə məsələlər var ki, onlar standart üsullarla həll olunmur. Belə məsələlərin həlli üçün xüsusi proqram yazmaq lazımdır.

Sadə proqramların hazırlanması bir mərhələli ola bilər, lakin mürəkkəb proyektlər iki mərhələyə emal olunurlar:

• adətən mürəkkəb proqram bir neçə ayrı-ayrı modullara bölünür. Əvvəlcə modullar hazırlanır, axırda bütün hazır modullar bir proyektə yığılır;

• bir modulda düzəliş etdikdən sonra yalnız onu translyasiya (maşın dilinə çevirmək) etmək olar;

• yığılma zamanı digər dillərdə yazılmış (məsələn, Assembler-də) modulları proqrama qoşmaq olar.

Növbəti dərslərimizdə paylanmış yaddaşlı hesablama sistemləri üçün istifadə olunan paralel proqramlaşdırma metodlarından biri olan MPI (message passing interface) texnologiyası ilə tanış olacağıq. MPI alqoritmik C dillərində məlumat tipləri ilə baza məlumat tiplərinin böyük hissəsi uyğunluq təşkil edir. Ona görə də C proqramlaşdırma dili tanış olacağıq.

Əksəriyyət müasir proqramlaşdırma dillərindəki kimi C++ dilində yazılmış proqram iki mərhələ ilə yaradılır:

1. Translyasiya - proqram mətninin maşın dilinə çevrilməsi;

2. Yığılma - proqram komponentlərin və standart funksiyaların bir yerə yığılması.

C dilinin translyatoru kompilyator adlanır. Kompilyatorlar bir dəfəyə bütün proqramı maşın koduna çevirirlər. Kompilyatordan fərqli olaraq interpretator proqramı sətirbə-sətir maşın koduna çevirir. Kompilyator daha sürətlə işləyir.

C++ dilində yazılmış ilkin fayl *.c və ya *.cpp genişlənməsinə malikdir (*.cpp genişlənməsi onu göstərir ki, proqramda C++ dilinin imkanlarından istifadə olunur). Bu adi mətn faylıdır, və proqramı bu fayla yazmaq üçün istənilən sadə mətn redaktorundan (məsələn, Notepad) istifadə etmək olar.

Translyator ilkin faylı maşın koduna çevirir və nəticədə eyni adlı və *.o genişlənməsi olan obyekt faylı yaradır. Buna baxmayaraq, obyekt faylı maşın dilindədir, onu icra etmək olmaz, çünki onun tərkibində standart funksiyalar (məsələn, daxiletmə-xaricetmə) yoxdur.

Yığıcı kitabxanalarda saxlanılan standart funksiyaları qoşur (onların genişlənməsi *.a-dır). Nəticədə *.exe genişlənməsi olan bir fayl yaranır. Bu fayl hazır icra oluna bilən proqramdır.




Yüklə 79,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin