1. Avtomobil haqqında ümumi məlumat


Mühərriklərin parametrləri ?



Yüklə 494,32 Kb.
səhifə6/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   2   3   4   5   6   7   8   9   ...   13
NVK cavablar

9. Mühərriklərin parametrləri ?
Mühərriklər iki qrupa bölünürlər. Birinci qrupa birbaşa təbii enerji ilə işləyən, onun mexaniki enerjiyə çevrilməsini həyata keçirən mühərriklər daxildirlər. Misal kimi küləklə işləyən dəyirmanları və axar çaylarda yerləşdirilmiş hidravlik mühərrikləri, kimyəvi enerjini mexaniki enerjiyə çevirən istilik mühərriklərini göstərmək olar. İkinci qrupa isə başqa yollarla əldə edilmiş enerjinin hesabına işləyən mühərriklər (elektrik mühərikləri, hidromühərriklər, pnevmomühərriklər) daxildirlər.
Yanacaqlarına görə mühərriklər, aşağıdakı növlərə ayrılırlar:

  1. Dizel

  2. Benzin

  3. Təbii qaz

  4. Elektrik

  5. Hidrogen



10. Çarxqolu, sürgüqolu mexanizminin vəzifəsi və iş pirinsipi ?

Çarxqolu – sürgüqolu mexanizminin vəzifəsi porşenin silindrdə irəli – geri hərəkətini dirsəkli valın fırlanma hərəkətinə çevirməkdir. Əvvəldə bir silindrli mühərrikin işinə baxılmışdı. Bu orada baş verən proseslərin qavranılması üçün lazım idi. Lakin əksər yüngül minik avtomobillərində dörd silindrli mühərriklər yerləşdirilir. Əlbəttə ki, başqa saylı da silindrləri olan variantlar da mövcuddur (ikidən on ikiyə qədər). Lakin bu kitabda biz sizinlə məhz dörd silindrli mühərriklə tanışlıqla kifayətlənəcəyik, belə ki məhz o ən geniş yayılmış mühərrikdir. Mühərrikdə silindrlərin yerləşmə sxemləri müxtəlif şəkildə ola bilər


Cərgəli mühərrik – bütün silindrlərin bir müstəvidə yerləşdiyi tərtibatdır. Silindrlərin sayı az olanda (2, 3, 4, 5 və 6) istifadə edilir. Altı silindrli mühərrik daha asan tarazlaşdırılır (titrəyişlərin azaldılması), lakin uzunluğu böyük olur.
V-şəkilli mühərrik – bu mühərrikdə silindrlər iki müstəvidə latın əlifbasının V hərfini yaradan şəkildə yerləşdirilir. Bu müstəvilər arasında bucaq razval bucağı adlanır. Belə yerləşmə daha çox altı və səkkiz silindrli mühərriklər üçün istifadə edilir və uyğun olaraq V6 və V8 kimi işarə edilir. Belə yerləşmə mühərrikin uzunluğunu azaldır, lakin enini artırır.
VR-mühərrik kiçik razvala malik olur (təqribən 15°), bu isə aqreqatın həm uzunluğunu və həm də enini azaltmağa imkan verir.
Oppozit mühərrik – razval bucağı 180° olur, buna görə də bütün tərtibatlar arasında belə mühərrikin hündürlüyü ən azdır.
W-mühərrikin iki tərtibat variantı olur – böyük razval bucaqlı üç cərgə silindr və ya bir növ iki VR-tərtibat .Silindrlərin sayı
20 hətta çox olduqda belə bu tərtibat yığcamlığı yaxşı təmin edir. Hazırda seriya ilə W8 и W12 mühərrikləri buraxılır.



Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin