1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

Ev tapşırığı: Tələbələr seminar üçün lətifə, rəvayət, 
məhəbbət dastanı, qaravəlli öyrənərək nağıllar ilə müqayi-
səsini göstərəcək slayd şou hazırlamalıdırlar.
 
 


21 
Nağılların toplanması, nəşri və tədqiqi tarixi 
 
Tarix boyu şeirə və şeir yazana sayğı çox olmuşdur. Bu-
nun bir sıra səbəbləri var. Ən başlıca səbəb odur ki, şeir 
yazmaq üçün ilham, istedad sahibi olmaq lazım gəldiyi 
üçün şeirə də, onu yazana da xüsusi hörmət olunmuşdur. 
Buna görədir ki, bir sıra lirik janrlardan fərqli olaraq epik 
janrlar yazıya alınıb saxlanmamışdır. Ehtimal ki, bu səbəb-
dən də Azərbaycan nağıllarının toplanması XIX əsrin son-
larından başlanmış, XX əsrin əvvəllərindən etibarən yerli 
ziyalıların bu işdə yaxından iştirak etməsi ilə daha da sürət-
lənmişdir. XX əsrin əvvəllərində “Məktəb”, “Dəbistan” jur-
nallarında çox sayda nağıllarımız yayımlanmışdır. Bu nağıl-
larda, əsasən, uşaqların yaş xüsusiyyəti, bir sıra tərbiyəvi 
məsələlər nəzərə alınmışdır (Hüseynli S., 1995).
XIX əsrdə toplanan materiallar ilk dövrlərdə rus dilinə 
tərcümə olunaraq o dövrün mətbu orqanlarında, xüsusən 
də SMOMPK məcmuəsində nəşr olunurdu. 1930-cu ildə 
L.Lopatinskinin topladığı materiallar əsasında A.Baqrinin 
tərtib etdiyi “Azərbaycanın və qonşu ölkələrin folkloru” 
(Багрий А., 1930), 1935-ci ildə A.Baqri və H.Zeynallının 
tərtib etdiyi “Azərbaycan türk nağılları” (Bax: Əfəndiyev P. 
1992:176) toplusu işıq üzü görür.
Bundan başqa, A.Sübhanverdixanovun, Y.Çəmənzə-
minlinin, H.Əlizadənin, Ə.Babayevin də bu sahədə xidmət-
ləri çox olmuşdur.
Nağılların toplanması ilə 30-cu illərdə M.Təhmasib, 
Ə.Axundov, 40-cı illərdə isə S.Seyidov məşğul olmuşdur. 
Bu toplamaların nəticəsi olaraq 1941-47-ci illərdə Elmlər 


22 
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun 3 cild-
lik (Bax: Əfəndiyev P. 1992:176), daha sonra yenə eyni qu-
rumun 1960-64-cü illərdə 5 cildlik nağıl kitabları nəşr edi-
lir (Bax: Əfəndiyev P. 1992:176).
1970-ci ildə isə Ə.Axundovun iki cildlik “Azərbaycan 
nağılları” toplusu çap olunur (Bax: Əfəndiyev P. 1992: 
176). Azərbaycan müstəqillik qazandıqdan sonra şifahi irsin 
toplanmasına maraq daha da artır. 1993-cü ildə Daşkəsən-
dən toplanmış folklor örnəkləri əsasında “Şah Abbasın arva-
dı”, Qərbi Azərbaycandan toplanmış nümunələr əsasında 
“Vətən qürbətdə qaldı”, 1994-cü ildə Şamaxı, Dərbənd, 
Gəncə və Qazaxdan toplanmış nağıllar əsasında “Allah yı-
xan evi qızlar tikər”, 1995-ci ildə Laçın və Qubadlıdan top-
lanmış nümunələr əsasında “Bu yurd bayquşa qalmaz” top-
luları çap olunur. Xüsusən də son illərdə AMEA-nın nəz-
dində Folklor İnstitutu təşkil olunduqdan sonra şifahi irsin 
toplanması və nəşri sahəsində böyük bir canlanma yaranır. 
Təkcə onu demək kifayətdir ki, bu İnstitutun xidmətləri sa-
yəsində Azərbaycanın müxtəlif bölgələrindən toplanan folk-
lor örnəkləri əsasında Azərbaycan folkloru antologiyasının 
on altı cildi, Aəzrbaycan folklor külliyyatının isə otuz cildi 
işıq üzü görmüşdür.
Sovet dönəmində S.Seyidovun “Azərbaycan nağılların-
da ictimai haqsızlıq əleyhinə müharibə” və L.Həsənovanın 
“Azərbaycan satirik məişət nağılları” adlı tədqiqat işi aparı-
lıb. Son illərdə isə “Azərbaycan nağıllarının poetikası” 
(2001) kitabı ilə Oruc Əliyev və “Azərbaycan nağıllarının 
süjet göstəricisi” (2013) adlı kitabı ilə İlkin Rüstəmzadə, 
“Ənənəvi nağıl formulları” (2014) adlı kitabı ilə Vəfa İs-


23 
gəndərzadə və “Azərbaycan nağıllarında sehrli qəhrəman” 
adlı kitabı ilə Əfzələdin Əsgərin adını nağıl tədqiqatçıları 
sırasında çəkə bilərik.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin