1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   2   3   4   5   6   7   8   9   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

ə-Məqsəd: Nağılın əsas məqsədi tərbiyədir. Nağılın 
süjet xətti elə qurulur ki, burada dinləyici öz üzərinə düşən 
payı götürür, ibrət alır. Nağıllarda edilən pisliklər tənqid 
atəşinə tutulur, yaxşı və yaxşılıqlar isə təbliğ olunur. Buna 
görə də nağıllar ən yaxşı tərbiyəvi mətnlərdir.
Nağıllarda həyati problemlər, xalqın arzu və istəkləri 
möcüzəli biçimdə ifadə olunur. Bu mətnlərdə dost və düş-
mən, ümumiyyətlə, bütün xarakteristikası ilə tanıdılır, ha-
disələr ümumiləşdirilir, universallıq özünü göstərir. Yəni 
haqqında bəhs edilən hadisə Misirdəmi, Çindəmi və ya İran 
şəhərlərinin birindəmi baş verir-versin, eşidən üçün maraq-
lıdır. Nağıllarda bir hadisədən bəhs edərkən qəhrəmanın 
“doqquz ölkə arxasından” gəldiyi söylənilir, nağılçı onu dağ-
lardan yel kimi, dərələrdən sel kimi, badeyi-sərsər kimi atın 
üstündə gəzdirir, tipik olaraq, söyləyici “biri vardı, biri yox-
du, Allahdan başqa heç kəs yoxdu, bir paçcah vardı, bunun üç oğ-


13 
lu vardı”, “Günlərin birində bir yoxsul kətti getmişdi tikan qır-
mağa” və s. şəklində təqdim edir.
Tərkibində bu kimi qəlibləşmiş ifadələr olan nağıllar 
hekayə və rəvayətlərin əksinə olaraq dinləyicini inandırma-
ğa çalışmır.
Nağılları rəvayət, qaravəllilər, lətifə, bəzən bir sıra mə-
həbbət dastanları ilə eyniləşdirməyə çalışan tədqiqatçılar 
var, ancaq bu janrlar arasında oxşar cəhətlər çox olsa da
onları eyniləşdirmək doğru deyildir.
Belə ki, nağılın dominant estetik funksiyalı şifahi xalq 
nəsri olması onu əsas funksiyası informativlik olan digər şi-
fahi hekayələrdən (rəvayət, qaravəllər, lətifə, bəzi məhəbbət 
dastanları) fərqləndirir. Bununla yanaşı, təhkiyənin qeyri-
dəqiqliyi, yəni uydurma xarakteri, şifahi hekayələrin əylən-
dirmə və öyrətmə məqsədilə söylənməsi onun folklor mətn-
ləri arasında nağıl sırasına daxil olmasına imkan verir 
(Əfəndiyev P., 1992:172). 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin