1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   2   3   4   5   6   7   8   9   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

Aynur Qəzənfərqızı 
filologiya üzrə fəlsəfə doktoru, folklorşünas 
 



Nağıl termini, onun anlamı, müxtəlif xalqlarda bu 
janrın adlandırılması 
 
Nağıl nədir?
Nağıllar şifahi xalq ədəbiyyatının ən geniş yayılmış, qə-
dim və zəngin janrlarından biridir. Azərbaycan dilində işlə-
dilən nağıl ifadəsi “nəqletmə” sözündən əmələ gəlmişdir. 
Bu janr radio, televizor, mətbuat və internetin yayğın ol-
madığı zamanlarda – uzun qış gecələrində insanların bir 
araya toplaşıb nağıl söyləyəni dinləyərək gözəl və səmərəli 
vaxt keçirməsi üçün ən gözəl yol idi. Çünki nağılçı toplu-
mun diqqətini çəkəcək mətnləri danışarkən həm də kütləyə 
əxlaq, mənəvi zənginlik də aşılayır. Bunun səbəbi odur ki, 
nağılların məzmunu əsasən xeyirxahlıq, yaxşılıq, gözəllik və 
s. kimi əməllərin təbliğinə həsr olunmuşdur.
Nağıl Türkiyə türklərində “masal”, “hikaye”, Balkan 
türklərində “mesel”, “hekat”, Türkmənistan, Özbəkistan, 
Qazaxstan, Qırğızıstan, Uyğur Muxtar Cümhuriyyətində 
“ertek”, “ertegi”, almanlarda “marchen”, ingilislərdə “folk-
tales,” “tales”, fransızlarda “contes”, “favola”, ruslarda 
“skazka” və s. terminlərlər adlandırılır.
Nağıl qeyri-adi qəhrəmanların başına gələn qeyri-adi 
hadisələri nəql edən, sadə xalqın təxəyyülünün məhsulu 
olan, bəzən uzun qaravəllilər, bəzən də özünəməxsus for-
mullar ilə başlayan, tərbiyəvi əhəmiyyətli, sadə, axıcı dildə 
xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və 
xəyallarının əks olunduğu şifahi xalq ədəbiyyatı örnəyinə 
deyilir. Nağıllar bəzən qaravəlli adlandırılan girişlə başlayır. 


10 
Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, “Ha-
mam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köh-
nə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, 
orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmə-
rəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü 
sökərəm”. Nağılda hadisələr uydurma olur. Hadisələrin uy-
durma olması nağılın ən xarakterik xüsusiyyətidir. V.P. 
Anikin nağılın digər janrlardan fərqini uydurmanın xarak-
terində axtarmağı, ona həqiqətlə əlaqəsinin olmaması nöq-
teyi-nəzərindən, tarixi mənşəyi və ideya-bədii funskiyası cə-
hətdən baxmağı təklif edir (Аникин В., 1971:102). Novi-
kov da nağılın əfsanəvi uydurma olması fikrini müdafiə edir 
(Новиков Н., 1974:14). Bu fikrə həmçinin M.H.Təhmasib 
də tərəfdaşlıq edir (Təhmasib M., 1972;60).
Müasir tədqiqatçılardan Oruc Əliyev də nağılın xalq 
yaradıcılığının epik məhsulu olub, nəsildən-nəslə keçərək 
yaşayan, xalqın həyat, məişət tərzini, tarixi ənənələrini və 
cəmiyyətdəki ictimai ziddiyyətləri qabarıq halda, fantastik 
bədii uydurmalar vasitəsilə əks etdirən, sonu əsasən nikbin 
ovqatla qurtaran bir janr olduğunu vurğulayır (Əliyev O., 
2001:10). 
Nağılın əvvəlində “Biri vardı, biri yoxdu”, sonunda isə 
“Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl 
deyənin” sözləri işlənir. Başlanğıcda və sonluqda verilən hə-
min epik formullarla yanaşı, qəhrəmanlarla, hadisələrlə 
bağlı formullardan da istifadə olunur. Məsələn, “Qız nə qız, 
görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu 
sərv...”, “Dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər ki-


11 
mi”, “Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, 
diz qabırğada...” və s. 
Nağıllarda mövzu, hadisə, yer, zaman və s. anlayışları 
özünəməxsusluğu ilə seçilir və digər bütün janrlardan fərq-
lənir. Bunu aşağıda daha dəqiq göstərə bilərik: 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin