[1] azərbaycan respublikasinin qanunu



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.12.2016
ölçüsü0,58 Mb.
#988
1   2   3   4   5   6   7   8

[111]

 

 

 

Maddə  51. Dövlət  və  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai 



təşkilatları

 

 

 

Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan Respublikasının 

Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirməsi 

üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.

 

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin və sağlamlıq imkanları 



məhdud  uşaqların ictimai  təşkilatlarının  fəaliyyətinə  dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin 

qarışmasına yol verilmir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların,  ictimai  təşkilatlarının  mənafeyinə 



toxunan  məsələləri  qanunvericilikdə  nəzərdə  tutulan  hallarda  dövlət  orqanları  və  təsərrüfat 

təşkilatları  əlillərinvə  sağlamlıq  imkanları  məhdud  uşaqların müvafiq  ictimai  təşkilatlarının 

iştirakı və ya razılığı ilə həll edirlər.

 

Mətbuat, 



radio 

və 


televiziya 

əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların həyatından  bəhs  edən  xüsusi  rubrika  hazırlayır.  Dövlət  əlillər  cəmiyyətlərinin 



mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının  yerli  orqanları, 



habelə  onların  müəssisələrinin  (birliklərinin),  idarələrinin  və  təşkilatlarının  əmək  kollektivləri 

əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların sosial 



müdafiəsi 

məsələləri 

barəsində müvafiq icra hakimiyyəti orqanlarına təkliflər verə bilərlər.

 

[112]

 

 

 

Maddə 



52. Əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların ictimai 

təşkilatlarından haqq tutulması

 

 

 

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının məcburi dövlət 



sosial sığortasına cəlb olunması «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu 

ilə tənzimlənir. 



[113]

 

Əldə  edilən  gəlir  bu  cəmiyyətlərin  maddi-texniki  bazasının  inkişafına  və 



möhkəmləndirilməsinə, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial ehtiyaclarının 

ödənilməsinə yönəldilir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatları  mədəni-kütləvi, 



idman  klubları,  mədəniyyət  evləri,  kitabxanalar  və  s.  yerləşən  binalar  üçün  icarə  haqqını 

ödəməkdən azad edilirlər.

 

[114]


 

 

 

Maddə  53. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



iqtisadi fəaliyyəti üçün şərait yaradılması

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların müəssisələrinin  və  ictimai 



təşkilatlarının  maddi-texniki  təminatı  mərkəzləşdirilmiş  respublika  ehtiyatlarından  həyata 

keçirilir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların reabilitasiyasıüçün  nəzərdə  tutulan 



müəssisələrin  məhsulları  (texniki  vasitələr  və  qurğular)  dövlət  sifarişinə  daxildir  və  maddi-

texniki ehtiyatlarla birinci növbədə təmin edilir.

 


Əlillər və  sağlamlıq  imkanları  məhdud  uşaqlar üçün  obyektlər  tikintisi  maliyyələşdirmə 

mənbələrindən asılı olmayaraq dövlət sifarişi tikintilərinin siyahısına daxil edilir.

 

 

 

Maddə  54. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



vəsaiti hesabına tikilmiş yaşayış sahəsinin bölgüsü

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının  öz  vəsaiti 



hesabına,  o  cümlədən  payçılıq  yolu  ilə  tikdirdiyi  yaşayış  sahələri  onların  daimi  mülkiyyəti 

olaraq geri alına bilməz və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq 

əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının  təkliflərinə  əsasən 

bölüşdürülür.

 

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mənzil tikintisində 



payçılıq  qaydasında  iştirak  edərkən  tikinti  sənayesi  qurğularının  inkişafında  və  kommunal 

tikintidə  payçılıq  iştirakından,  habelə  yaşayış  sahələrinin  bir  qismini müvafiq  icra 

hakimiyyəti orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər.

 

[115]



 

 

 

Maddə  55. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



beynəlxalq əlaqələri

 

 

 

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları öz nizamnamələrinə 



müvafiq  surətdə  beynəlxalq  (qeyri-hökumət)  birliklərə  daxil  ola  bilər,  bir-başa  beynəlxalq 

əlaqələr saxlaya bilər, müvafiq sazişlər bağlaya bilərlər.

 

Dövlət orqanları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, mədəni 



əlaqələrin,  turizmin  və  idmanın,  o  cümlədən  əlillər və  sağlamlıq  imkanları  məhdud 

uşaqlar arasında  keçirilən  olimpiya, paralimpiya,  deflimpiya  və  xüsusi  olimpiya,  xoş  məramlı 

və başqa beynəlxalq yarışların genişləndirilməsi məsələlərində beynəlxalq təşkilatların və xarici 

ölkələrin  oxşar  ictimai  birləşmələri  ilə  əməkdaşlıq  yaratmaqda  və  onu  inkişaf  etdirməkdə 

əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına kömək edir, o cümlədən 

maliyyə yardımı göstərir.



[116]

 

Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar təşkilatlarının nümayəndə heyətinin xarici 



ölkələrə gedib-gəlmək üçün nəqliyyat vasitələrindən istifadəsi və xarici qonaqların respublika 

ərazisində  mehmanxanalarda  yerləşdirilməsi  respublikada  tədavüldə  olan  pul  vahidi  ilə 

ödənilir.

 

[117]

 

(çıxarılıb) 



[118]

 

Azərbaycan Respublikasının Prezidenti

 

Əbülfəz ELÇİBƏY

 

Bakı şəhəri, 25 avqust 1992-ci il



 

№ 284


 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


24  iyun  1994-cü  il  tarixli  831  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Ali Sovetinin Məlumatı, 1994-cü il, № 15, maddə 176)

 

2.

       

18  avqust  1995-ci  il  tarixli  1085  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 285)

 

3.

       

26  mart  1996-cı  il  tarixli  47-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 81)

 


4.

       


7  fevral  1997-ci  il  tarixli  243-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 305)

 

5.

       

11  aprel  1997-ci  il  tarixli  258-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356)

 

6.

       

25  aprel  1997-ci  il  tarixli  279-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378)

 

7.

       

13  iyun  1997-ci  il  tarixli  320-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452)

 

8.

       

10  oktyabr  1997-ci  il  tarixli  380-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16)

 

9.

       

26  mart  1999-cu  il  tarixli  634-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 217)

 

10.

   

20  fevral  2001-ci  il  tarixli  90-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 3, maddə 145)

 

11.

   

15  noyabr  2001-ci  il  tarixli  214-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731)

 

12.

   

23  noyabr  2001-ci  il  tarixli  219-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)

 

13.

   

30  aprel  2002-ci  il  tarixli  314-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244)

 

14.

   

30  aprel  2002-ci  il  tarixli  316-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246)

 

15.

   

22  noyabr  2002-ci  il  tarixli  382-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 706)

 

16.

   

9  mart  2004-cü  il  tarixli  603-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202)

 

17.

   

18  may  2004-cü  il  tarixli  652-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 507)

 

18.

   

1  iyun  2004-cü  il  tarixli  679-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 596)

 

19.

   

10  iyun  2005-ci  il  tarixli  925-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684)

 

20.

   

6  mart  2007-ci  il  tarixli  260-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

 

21.

   

13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

 

22.

   

1  fevral  2010-cu  il tarixli 951-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 



qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 

№ 03, maddə 171)

 

23.

   

5  mart  2010-cu  il tarixli 971-IIIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 



qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 

№ 04, maddə 275)

 

24.

   

22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu 

il, № 11, maddə 949)

 


25.

   


21  dekabr  2010-cu  il tarixli 37-IVQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 

№02, maddə 70)

 

26.

   

21  dekabr  2010-cu  il tarixli 38-IVQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu (“Respublika” 



qəzeti,  18  fevral  2011-ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011-ci  il,  №  40,  Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

 

27.

   

4 mart 2011-ci il tarixli 85-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 



22  aprel  2011-ci  il,  №  82,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2011-ci  il,  №  4, 

maddə 260)

 

28.

   

30 sentyabr 2011-ci il tarixli 207-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” 



qəzeti, 28 oktyabr 2011-ci il, № 233; “Azərbaycan” qəzeti, 29 oktyabr 2011-ci il, № 240; Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 882)

 

 



 

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



 

 

 



[1]

 

13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7,  maddə  602)  ilə  adı  yeni 

redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:



 

Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial

 

müdafiəsi haqqında

 

  

[2]



 

11  aprel  1997-ci  il  tarixli  258-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun adı dəyişdirilmişdir. 

Qanunun əvvəlki adı “Əlillərin sosial müdafiəsi haqqında” idi.

 

  

11  aprel  1997-ci  il  tarixli  258-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  qanunvericilik  toplusu,  1997-ci il, №  5,  maddə  356) ilə  Qanunun mətnində “pensiya 

fondu” və “sosial  sığorta  fondu” sözləri “dövlət  sosial  müdafiə  fondu” sözləri  ilə, “xalq  təhsili 

orqanları”, “sosial  təminat  orqanları”, “səhiyyə  orqanları” sözləri “müvafiq  icra  hakimiyyəti 

orqanları” sözləri ilə,  “bərpa” sözü“reabilitasiya”  sözü ilə əvəz edilmişdir. 

  

[3]



 

11  aprel  1997-ci  il  tarixli  258-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  qanunvericilik  toplusu,  1997-ci  il,  №  5,  maddə  356)  ilə Qanunun  preambulasında 

müəyyən  edir”  sözlərindən  sonra  “əlilliyi  doğuran  səbəblərin  aradan  qaldırmasına,  əlillərin 



reabilitasiyasına” sözləri əlavə edilmiş, “cəmiyyət həyatının iqtisadi, siyasi və sosial” sözləri “ictimai 

həyatın bütün” sözləri ilə əvəz edilmiş, “onların” sözü çıxarılmışdır. 

 

 



13 

iyun 


2008-ci 

il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7,  maddə  602)  ilə 



preambulasında “əlillər” və “əlillərin” (hər  iki  halda)  sözlərindən  sonra  ismin  müvafiq  hallarında “və 

sağlamlıq  imkanları  məhdud  uşaqlar” sözləri, “əlilliyi” sözündən  sonra “və  uşaqların  sağlamlıq 

imkanları məhdudluğunu” sözləri əlavə edilmişdir.

 

 

 

[4]

 13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7,  maddə  602)  ilə  1-ci  maddənin 

adında “Əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri, birinci və ikinci 



hissələrində  “əlillər”  sözündən  sonra  “və  sağlamlıq  imkanları  məhdud  uşaqlar”  sözləri  əlavə 

edilmişdir.

 

 

 

[5]



 

13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə yeni redaksiyada 

ikinci  hissə  əlavə  edilmişdir,  üçüncü  hissəsində “əlilin” sözündən  sonra “və  sağlamlıq  imkanları 



məhdud  uşağın” və “habelə”  sözündən  sonra “təhsil  almaq,” sözləri  əlavə  edilmişdir,  dördüncü 

hissəsində “əlilliyin” sözündən 

sonra 

(hər 


iki 

halda) “, 



uşaqların 

sağlamlıq 

imkanları 

məhdudluğunun” sözləri əlavə edilmişdir və  beşinci (hər iki halda), səkkizinci və doqquzuncu (hər iki 

halda)  hissələrində “əlillərin” sözündən  sonra “və  sağlamlıq  imkanları  məhdud  uşaqların” sözləri 

əlavə edilmişdir.

 

 

 

  

[6]



 

13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 3-cü maddənin 

ikinci  hissəsində “əlillik”sözündən  sonra “,  uşaqların  sağlamlıq  imkanlarının  məhdudluğu” sözləri, 

dördüncü 

hissəsində “əlilliyin” sözündən 

sonra “, 

uşaqların 

sağlamlıq 

imkanları 

məhdudluğunun” sözləri əlavə edilmişdir.

 

  



[7]

 

11  aprel  1997-ci  il  tarixli  258-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  qanunvericilik  toplusu,  1997-ci  il,  №  5,  maddə  356)  ilə 2-ci  və  3-cü  maddələr yeni 

redaksiyada verilmişdir. Maddələrin əvvəlki redaksiyasında deyilirdi: 

M a d d ə 2. “Əlil” anlayışı

 

Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma 



və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

 

Şəxsin  həyat  fəaliyyətinin  məhdudlaşması  onun  özünəxidmət,  hərəkət,  səmtlənmək,  ünsiyyət,  öz 



davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya 

qismən itirməsində təzahür edir.

 

M a d d ə 3. Şəxsin əlil sayılması



 

Şəxs  həkim-əmək  ekspert  komissiyası  tərəfindən  ekspert  müayinəsindən  keçirildikdən  sonra 

müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.

 

Həkim-əmək  ekspert  komissiyası  haqqında  əsasnaməni,  əlillik  qrupunun  və  səbəbinin 



müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

 

Həkim-əmək  ekspert  komissiyasının  rəyi  əlillik  qrupunu  və  səbəbini,  habelə  fərdi  bərpa 



proqramını təsdiq edən rəsmi sənəddir.

 

Əlilə  vəsiqə  verilir.  Vəsiqənin  formasını  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  əlillərin 



ictimai təşkilatları ilə razılaşdırmaqla təsdiq edir.

 

 

 

[8]

 

30  aprel  2002-ci  il  tarixli  314-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  qanunvericilik  toplusu,  2002-ci  il,  №  5,  maddə  244)  ilə  Qanuna  3-1-ci  maddə 

əlavə edilmişdir.

 

 

 



[9]

 

13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-cü maddənin 

adında və birinci hissəsində“əlilliklə” sözündən sonra “və uşaqların sağlamlıq imkanları məhdudluğu 



ilə” sözləri, “əlilin” sözündən  sonra  (hər  iki  halda) “,  sağlamlıq  imkanları  məhdud  uşağın” sözləri 

və “fəaliyyəti” sözündən sonra “, təhsil alma”sözləri əlavə edilmişdir.

 

  

[10]



 

11  aprel  1997-ci  il  tarixli  258-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  qanunvericilik  toplusu,  1997-ci  il,  №  5,  maddə  356)  ilə 4-cü  maddədə  “tibbi-sosial 

ekspertiza” sözləri “tibbi-sosial ekspert komissiyasının” sözləri ilə əvəz edilmişdir.

 

 

 


[11]

 

13 


iyun 

2008-ci 


il tarixli 648-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu 


(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-1-ci maddənin 

adında  və  birinci  hissəsində“əlil” sözündən  sonra “və  18  yaşınadək  sağlamlıq  imkanları  məhdud 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin