[1] azərbaycan respublikasinin qanunu



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix07.12.2016
ölçüsü0,58 Mb.
#988
  1   2   3   4   5   6   7   8

Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, 

əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi 

haqqında

[1]

 

  



AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

[2]

 

 

 

Bu  Qanun  Azərbaycan  Respublikasında  əlillər və  sağlamlıq  imkanları  məhdud 



uşaqlar barəsində  dövlət  siyasətini  müəyyən  edir, əlilliyi  və  uşaqların  sağlamlıq  imkanları 

məhdudluğunu  doğuran  səbəblərin  aradan  qaldırmasına,  əlillərin  və  sağlamlıq  imkanları 

məhdud  uşaqlar  reabilitasiyasına,  ictimai  həyatın  bütün sahələrində  iştirak  etmək  üçün 

əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqlarbütün  başqa  vətəndaşlarla  bərabər  imkanlar 

almasına,  öz  fərdi  qabiliyyətlərinə  və  maraqlarına  müvafiq  surətdə  dolğun  həyat  sürməsinə 

kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

 

[3]

 

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

 

 

Maddə  1. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların hüquqi  vəziyyətinin 



əsasları

 

 

 

Azərbaycan  Respublikasında  əlillər və  sağlamlıq  imkanları  məhdud  uşaqlar BMT  Baş 



Məclisinin  qəbul  etdiyi  əlillərin  hüquq  bəyannaməsində,  Azərbaycan  Respublikasının 

Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-

iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.

 

Əlillər və  sağlamlıq  imkanları  məhdud  uşaqlar barəsində  ayrı-seçkilik  qadağandır  və 



qanunla təqib edilir.

 

[4]

 

 

 

Maddə 2. Əsas anlayışlar



 

 

 

Əlil –  anadangəlmə,  xəstəlikdən  və  ya  xəsarətdən  doğan  əqli  və  ya  fiziki  qüsurlar 

nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

 

Sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  uşaq —  orqanizmin  ümumi  inkişafının 

pozulmasına  səbəb  olan  müxtəlif  əqli,  ruhi,  fiziki  qüsurlar  və  xəstəliklər  nəticəsində  həyat 

fəaliyyəti  məhdudlaşan,  sosial  yardıma  və  müdafiəyə ehtiyacı  olan  uşaqdır  (bundan  sonra — 

sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs).

 

Şəxsin  həyat  fəaliyyətinin  məhdudlaşması  əlilin  və  sağlamlıq  imkanları  məhdud  uşağın 



özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək 

fəaliyyəti  ilə  məşğul  olmaq  qabiliyyətini  və  ya  imkanlarını  tamamilə,  yaxud  qismən 

itirilməsində təzahür edir.

 

Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması – əlilliyin, 

uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  baş  verməsi  və  ağırlaşması  hallarına  qarşı 

yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemidir.

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  – orqanizmin 

funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının 

aradan  qaldırılmasına,  yaxud  kompensasiyasına  yönəldilmiş  tibbi,  psixoloji,  pedaqoji,  idman, 

sosial-iqtisadi  və  digər  tədbirlər  sistemidir.  Reabilitasiyanın  başlıca  məqsədi  əlillərin  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial  adaptasiyası  və  sosial  statusunun  reabilitasiya 

olunmasıdır.

 


Tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya 

zədələr  nəticəsində  pozulmuş  funksional  qabiliyyətlərin  tibbi  və  digər  metodlara 

reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.

 

Peşə-əmək  reabilitasiyası –  əlilin  əvvəlki,  yaxud  yeni  peşədə  əmək  qabiliyyətinin 

qaytarılması  məqsədi  ilə  zəifləmiş,  yaxud  itirilmiş  funksiyasının  reabilitasiyasına,  peşə 

seçilməsinə,  işə  düzəldilməsinə  və  ya  onun  yeni  peşəyə  uyğunlaşdırılmasına  yönəldilmiş 

tədbirlər sistemidir.

 

Sosial  reabilitasiya –  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  həyat 

səviyyəsinin  yaxşılaşdırılmasını,  onlara  cəmiyyətin  həyatında  iştirak  etmək  üçün  digər 

vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial  müdafiəsi  – əlillərin  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  həyat  fəaliyyətinin  məhdudlaşdırılmasının  aradan 

qaldırılmasını,  kompensasiya  edilməsini,  cəmiyyətin  həyatında  onlara  digər  vətəndaşlarla 

bərabər  imkanlar  yaradılmasını  nəzərdə  tutan  iqtisadi,  sosial  və  hüquqi  dövlət  təminatları 

sistemidir.

 [5]

 

 

 

Maddə 3. Tibbi-sosial ekspertiza 



[6]

 

 

 

Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat 



fəaliyyətinin  məhdudlaşdırılmasının  qiymətləndirilməsi  əsasında  vətəndaşın  sosial  müdafiə 

tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.

 

Tibbi-sosial  ekspertiza  müayinə  olunan  şəxsin  klinik,  funksional,  sosial,  məişət,  peşə, 



əmək,  psixoloji  imkanlarının  kompleks qiymətləndirilməsi  yolu  ilə  əlillik,  uşaqların  sağlamlıq 

imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.

 

Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.



 

Tibbi-sosial  ekspert  komissiyaları  haqqında  və  əlilliyin,  uşaqların  sağlamlıq  imkanları 

məhdudluğunun  müəyyən  olunması  meyarlarına  dair  əsasnamələr  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir.



 

[7]

 

 

 

Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya



 

 

 



Uşaqlarda  fiziki  çatışmazlıqların,  əqli  və  (və  ya)  psixi  ləngimələrin  diaqnostikasının 

aparılmasını,  bunun  əsasında  onların  xüsusi  təhsilə  cəlb  olunması  barədə  qərar  qəbul 

edilməsini,  valideynlərinə  və  ya  digər  qanuni  nümayəndələrinə  müvafiq  məsləhətlər 

verilməsini,  mübahisəli  məsələlərə  baxılmasını  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.

 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  valideynlərinin  və  ya  digər  qanuni 



nümayəndələrinin  psixoloji-tibbi-pedaqoji  komissiya  tərəfindən  aparılan  müayinədə  və 

müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.

 

[8]

 

 

 

Maddə  4. Əlilliklə və  uşaqların  sağlamlıq  imkanları  məhdudluğu  ilə bağlı  tələbatın 



müəyyənləşdirilməsi 

[9]

 

 

 

Əlilliklə və 



uşaqların 

sağlamlıq 

imkanları 

məhdudluğu 

ilə bağlı 

tələbatın 

müəyyənləşdirilməsi  qaydası  və  şərtləri tibbi-sosial  ekspert  komissiyasının rəyinə  əsasən  və 

əlilin,  sağlamlıq  imkanları  məhdud  uşağın peşə  və  məişət  fəaliyyəti,  təhsil  alma qabiliyyəti 

nəzərə  alınmaqla  təyin  edilir.  Əlilin,  sağlamlıq  imkanları  məhdud  uşağın zəruri  sosial 

müdafiəsinin  növləri  və  həcmləri  tibbi,  sosial-əməkreabilitasiyasına və  uyğunlaşmasına  dair 

fərdi proqram şəklində təqdim olunur.

 

[10]

 


 

 

Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması 



[11]

 

 



 

Şəxs  tibbi-sosial  ekspert  komissiyası  tərəfindən  ekspert  müayinəsindən  keçirildikdən 

sonra  müvafiq rəy  çıxarılması  yolu  ilə  əlil  və 18  yaşınadək  sağlamlıq imkanları  məhdud  olan 

sayılır.


 

Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik 

qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.

 

Əlilə  və  ya  sağlamlıq  imkanları  məhdud  uşağa  nümunəsi  Azərbaycan  Respublikasının 



müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir.

 

[12]

 

 

 

Maddə 5. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı 



tədbirlərin maliyyələşdirilməsi

 

 

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial  müdafiəsi  ilə  bağlı 



tədbirlər məcburi  dövlət  sosial  sığorta  haqları  və dövlət  büdcəsi  vəsaiti  hesabına müvafiq 

Dövlət  Proqramına  uyğun  olaraqmaliyyələşdirilir. Dövlət  Proqramı  hər  il  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

[13]

 

 

 

Maddə 6. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin 



edən dövlət orqanları

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  müdafiəsinin  təmin  olunması 



sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların respublika  ictimai  təşkilatlarının 



nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.

 

Müvafiq  icra  hakimiyyəti  orqanları,  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların ictimai  təşkilatları  ilə  birlikdə  əlillər və  sağlamlıq  imkanları  məhdud 

uşaqlar barəsində  dövlət  siyasətinin  həyata  keçirilməsinə  dair  uzunmüddətli  və  qısamüddətli 

proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.

 

Müvafiq  icra  hakimiyyəti  orqanı və  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların ictimai  təşkilatları  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  müdafiə 

və  digər  problemlərinə  dair  təkliflər  verirlər.  Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud 

uşaqların sosial  müdafiəsi  sahəsində  təşkilatların  xarici  ölkələrlə  əməkdaşlığının  inkişafına 

kömək göstərir.

 [14]

 

 

 

Maddə  7. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  müdafiəsinə  dair 



dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı

 

 

 

Müəssisələr,  idarələr  və  təşkilatlar  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  təminatını  yaxşılaşdırmaq 



məqsədilə  müəssisə,  idarə  və  təşkilatların  öz  vəsaiti  hesabına  onların  həyatının  sığortası  və 

bədbəxt hadisələrdən sığortası təmin edilir.

 

Müəssisələrin,  idarələrin  və  təşkilatların  əlillər  üçün  mallar  istehsal  etməyə  və  onlara 



xidmət  göstərməyə,  habelə  əlillər  üçün  sosial-mədəni  obyektlərə  və  idman  qurğularına 

avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün 

növlərindən azad edilir.

 


Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar 

və  kooperativlər  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyi,  habelə müvafiq  icra 

hakimiyyətiorqanlarının  qərarları  ilə  müəyyənləşdirilən  qaydada  və  şərtlərlə  güzəştlər  təyin 

edilir.


 [15]

 

 



 

 

 

Maddə 8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni 



mənafelərinin qorunması

 

 

 

Azərbaycan  Respublikasında  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların hüquq, 



azadlıq  və  qanuni  mənafelərinin  qorunması  məhkəmə  qaydasında  və  ya  qanunda 

müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.

 

Respublika  vətəndaşı  onun  əlil və  ya  18  yaşınadək  sağlamlıq  imkanları  məhdud sayılıb-



sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti 

orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər.

 

[16]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların bu  Qanunla  müəyyən  edilmiş 



hüquqlarının  pozulmasında  təqsiri  olan  vəzifəli  şəxslər  və  başqa  vətəndaşlar  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  və  hədlərdə  maddi,  intizam,  inzibati  və  cinayət  məsuliyyəti 

daşıyırlar.

 

[17]

 

 

 

II. ƏLİLLİYİN, UŞAQLARIN SAĞLAMLIQ İMKANLARI 

MƏHDUDLUĞUNUN QARŞISININ ALINMASI VƏ ƏLİLLƏRİN, SAĞLAMLIQ 

İMKANLARI MƏHDUD UŞAQLARINREABİLİTASİYASI

[18]

 

 



 

Maddə 9. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması 

və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti

 

 



 

Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması  və  əlillərin, 

sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  sahəsində  dövlət  siyasəti  sağlamlığın 

mühafizəsi,  əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiya  vasitələrinə  və 

xidmətlərinə  olan  ehtiyaclarının  ödənilməsi  üçün  hüquqi,  iqtisadi,  sosial  şəraitin 

yaradılmasında  ifadə  olunur  və  əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  baş 

verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi, uşaqların 

sağlamlıq imkanları məhdudluğunun reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin 

edən dövlət proqramları vasitəsilə həyata keçirilir.

 

Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması  və  əlillərin, 



sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  haqqında  dövlət  proqramlarına  uyğun 

olaraq  müvafiq  icra  hakimiyyəti  orqanları  öz  səlahiyyətləri  daxilində  əlillərin,  sağlamlıq 

imkanları  məhdud  uşaqların  ictimai  təşkilatları nümayəndələrinin  iştirakı  ilə  tədbirlər  sistemi 

hazırlayıb həyata keçirirlər.

 

 

 

Maddə  10. Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının 



alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət 

proqramlarının müəyyənləşdirilməsi

 

 



 

Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması  və  əlillərin, 

sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  haqqında  dövlət  proqramları,  həmçinin 

əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya  proqramı dövlət 

büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

[19]

 


 

 

Maddə 11. Sağlam həyat tərzinin təbliği



 

 

 



Dövlət  əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması 

məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir. Bu zaman 

xəstələrin sağalmasına çəkilən xərclərlə yanaşı, sağlam vətəndaşların öz səhhətlərini qorumağa 

yönəldilmiş səylərini həvəsləndirən tədbirlər görülür.

 

Əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  bədən  tərbiyəsi  və  idmanı  Azərbaycan 



Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 [20]

 

 

 

Maddə 12. İşçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması



 

 

 



Mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisə,  idarə  və  təşkilatlar  işçilərə 

müəyyən  olunmuş  standartlara  uyğun  təhlükəsiz  əmək  şəraiti  yaradır  və  onların  əmək 

qabiliyyətinin  aşağı  düşməsinə,  sağlamlığına  vurulmuş  ziyana  görə  qanunvericiliyə  uyğun 

məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.

 

 

 

Maddə 13. Uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası 



[21]

 

 



 

Uşaqlarda  əqli  inkişafın  gizli  qüsurlarını,  hiss  üzvlərinin,  hərəkət  sisteminin 

pozulmalarını  erkən  aşkar  etmək  məqsədilə  səhiyyə  müəssisələri  bir  yaşa  qədər  bütün 

uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə 

olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər.

 

[22]

 

Uşaqların  erkən,  habelə  sonrakı  yaş  hədlərində  psixoloji-tibbi-pedaqoji  müayinəsini 



aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək psixoloji-tibbi-

pedaqoji komissiyanın vəzifələrindən biridir.

 

Səhhətində,  fiziki,  yaxud  əqli  inkişafında  hər  hansı  pozulma  olan  uşaqlara  dövlət 



tərəfindən  lazımi  tibbi,  pedaqoji,  psixoloji,  defektoloji  və  digər  kömək  göstərilir.  Bu  cür 

köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı müəyyən edilir.

 

 

 

Maddə  14. Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya 



proqramı

 

 



 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  tibbi,  peşə  və  sosial  reabilitasiyası 

müvafiq  icra  hakimiyyəti  orqanları  və  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların 

ictimai  təşkilatlarının  nümayəndələrinin  iştirakı  ilə  tibbi-sosial  ekspert  komissiyasının  rəyi 

əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya  proqramı 



reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası 

müddətini müəyyən edir.

 

Fərdi  reabilitasiya  proqramının  müvafiq  dövlət  təşkilatları,  eyni  zamanda  müəssisələr, 



idarələr və təşkilatlar tərəfindən icrası məcburidir.

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya  proqramında 



nəzərdə  tutulan  reabilitasiya  tədbirlərinin  həcmi  əlillərin  və  sağlamlıq  imkanları  məhdud 

uşaqların reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola 

bilməz.

 

 



 

Maddə 14-1. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi xidmət

 

 

 



Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada  əlillərin  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  dövlət  tibb  müəssisələrində  büdcə  vəsaiti  hesabına 

pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin 

olunmaq hüququ vardır.

 

[23]

 

 

 

Maddə 14-2. Reabilitasiya müəssisələri (mərkəzləri) 



[24]

 

 



 

Reabilitasiya  tədbirləri  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi 

reabilitasiya  proqramına və  reabilitasiya  tədbirləri  üzrə  dövlət  proqramına uyğun  olaraq 

reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir. Bu müəssisələrin yönümü reabilitasiyanın 

əsas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir. Dövlət reabilitasiya müəssisələri ilə yanaşı 

qeyri-dövlət reabilitasiya müəssisələri də yaradıla bilər.



 [25]

 

Dövlət reabilitasiya müəssisələrinin fəaliyyəti müvafiq qaydada təsdiq olunan nümunəvi 



əsasnamələr və onların nizamnamələri ilə tənzimlənir.

 

Sağlamlıq  imkanları  məhdud  (mürəkkəb  və  ağır  çatışmazlıqları  olan)  şəxslərin  təlimi  və 



(və  ya)  tərbiyəsi  ilə  əlaqədar  müxtəlif  profilli  reabilitasiya  mərkəzləri  yaradılır.  Reabilitasiya 

mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini 

formalaşdırmaq,  çatışmazlıqların  korreksiyasını  və  fərdi  təhsil  proqramları  üzrə  məşğələləri 

təşkil etməkdir.

 

[26]

 

 

 

III. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏRBİYƏSİ, 

TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI

 

 



 

Maddə  15. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsil  alması  və  peşə 



hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi 

[27]

 

 



 

Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsil  alması  və  peşə  hazırlığı 

keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.

 

Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından 



yuxarı  əlillərin məktəbəqədər  təhsilini,  dərsdənkənar  vaxtlarda  tərbiyəsini, psixoloji-tibbi-

pedaqoji  və  ya  tibbi-sosial  ekspert  komissiyasının  qərarına  əsasən  tədris  proqramları  üzrə 

məktəbəqədər, ümumi,  ilk  peşə-ixtisas,  orta  ixtisas  və  ali  təhsil  almasını  Azərbaycan, 

Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.



[28]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsili  və  peşə  hazırlığı  müxtəlif 



formalarda, o cümlədən evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.

 [29]

 

Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təlim  və  peşə  hazırlığı  üçün 



xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.

 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsilinin  təşkili  qanunvericilik  aktları  ilə 



tənzimlənir.

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin