[72]
Maddə 32. Sosial infrastruktur obyektlərinin layihələşdirilməsi və tikintisi zamanı
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatının nəzərə alınması
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müyəssər olması və istifadə etməsi
üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə, tikilməsinə, yaşayış
rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu
vağzallarının, komplekslərinin və kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına
yol verilmir. Bu məsələlərin həllində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai
təşkilatlarının iştirakı və razılığı olmalıdır.
Maddə 33. İstifadədə olan sosial infrastruktur obyektlərinin əlillərin və sağlamlıq
imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması
Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan
nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və
obyektlərini öz vəsaitləri hesabına əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi
üçün uyğunlaşdırırlar.
[73]
Göstərilən obyektləri əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssər olmaq
üçün uyğunlaşdırmaq mümkün olmadıqda, müvafiq müəssisələr, idarələr və təşkilatlar
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatının ödənilməsini təmin edən lazımi
tədbirlər hazırlayıb həyata keçirməlidirlər.
Maddə
34. Yaşayış
binalarının
əlillərin,
sağlamlıq
imkanları
məhdud
uşaqların müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılması
[74]
Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və ya tərkibində əlil, sağlamlıq imkanları
məhdud uşağı olan ailələrin yaşadıqları binalar, əlillərin, sağlamlıq imkanları məhdud
uşaqların yaşadıqları evlərin kiriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına
uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir.
Yaşayış binalarının əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmasını
və avadanlıqla təchiz edilməsini mənzil fondu ixtiyarında olan müvafiq icra
hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar həyata keçirirlər.
Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları fərdi evlərin onlar üçün
uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin, 18 yaşınadək sağlamlıq imkanları
məhdudluğununbaşlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda
isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Əlilin, sağlamlıq imkanları məhdud uşağın mənzili müəyyən edilmiş tələblərə uyğun
gəlmədikdə və mənzili əlilin, sağlamlıq imkanları məhdud uşağın tələbatına uyğunlaşdırmaq
mümkün olmadıqda, yaşayış sahəsi onun, uşağın valideynlərinin və ya qəyyumlarının
(himayəçilərinin) pazılığı və tələbi ilə dəyişdirilir.
Müvafiq icra hakimiyyəti orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup
əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə öz yaşayış
yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.
[75]
Maddə 35. Mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə və sağlamlıq
imkanları məhdud uşaqlara müyəssər olmasının təmin edilməsi
Müvafiq icra hakimiyyəti orqanları mədəni-tamaşa müəssisələrinin və idman
qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssər olması üçün lazımi
şəraiti təmin etməyə, habelə onlara xüsusi idman inventarı verilməsini təmin etməyə
borcludurlar.
[76]
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar göstərilən xidmətlərdən Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə istifadə edirlər.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında sağlamlıq imkanları məhdud
uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
[77]
Maddə 36. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin rabitə vasitələri ilə
təmin edilməsi
[78]
Müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin, 20 Yanvar əlillərinin və digər
kateqoriyadan olan I və II qrup əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin
növbədənkənar telefon çəkdirmək hüququ vardır. Müharibə əlillərinə, onlara bərabər tutulan
şəxslərə, 20 Yanvar əlillərinə və digər kateqoriyadan olan I və II qrup əlillərə, sağlamlıq
imkanları məhdud uşağın ailələrinə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən
olunmuş qaydada və məbləğdə telefondan istifadə haqqını ödəmək üçün (şəhərlərarası və
beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir.
[79]
Maddə 37. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial infrastruktura
müyəssərliyinin təmin edilməməsinə görə məsuliyyət
İdarələr və təşkilatlar sosial obyektlərin əlillərə və sağlamlıq imkanları məhdud
uşaqlara müyəssərliyini təmin etmədikdə dövlət büdcəsinə obyektin əlillərə və sağlamlıq
imkanları məhdud uşaqlarauyğunlaşdırılmasına tələb edilən məbləğin 20 faizi məbləğində
çərimə köçürürlər.
[80]
Cəriməni ödəmiş müəssisələr və təşkilatlar sosial infrastruktur obyektlərinin əlillərə və
sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması vəzifəsindən azad edilmirlər.
[81]
VI. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN MADDİ,
SOSİAL-MƏİŞƏT VƏ TİBBİ TƏMİNATI
Maddə 38. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardımın növləri
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı
pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və
başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı,
xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi,
sosial, əmək və peşəreabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti
göstərilməsi yolu ilə həyata keçirilir.
Maddə 39. Sosial yardımın növünün müəyyən edilməsi
Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara lazımi maddi, sosial-məişət və tibbi
yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi reabilitasiya proqramında müəyyən
edirlər.
[82]
Maddə
40. Əlilə,
sağlamlıq
imkanları
məhdud
uşağa texniki
və
digər reabilitasiya vasitəsi verilməsi
[83]
Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara texniki və başqa bərpa vasitələri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada verilir.
[84]
Reabilitasiya proqramında nəzərdə tutulan texniki və ya başqa vasitələr əlilə, sağlamlıq
imkanları məhdud uşağa verilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada ona kompensasiya ödənilir.
Fərdi reabilitasiya Proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə nəqliyyat
vasitələri almış əlillərə bu vasitələrə texniki xidmət və onların təmiri üçün Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada kompensasiya ödənilir.
[85]
Maddə 41. Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara nəqliyyat xidməti
Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən
(taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.
[86]
(çıxarılıb)
[87]
(çıxarılıb)
[88]
Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara növbədənkənar xidmət göstərilir.
[89]
Maddə
41-1. Reabilitasiya
texnikasının
və
mexanizasiya
vasitələrinin
standartlaşdırılması, unifikasiyası, sınaqdan keçirilməsi və keyfiyyətinin təminatı
Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əmək və məişət şəraitini
yüngülləşdirmək
üçün
reabilitasiya
texnikasının
və
mexanizasiya
vasitələrinin
standartlaşdırılması, unifikasiyası, sınaqdan keçirilməsi və keyfiyyətinin təminatı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təşkil edilir.
[90]
Maddə 42. Tibbi xidmət, dərman preparatları və protezlər ilə təminat
[91]
Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman almaq üçün müavinət verilir.
20 Yanvar əlilləri, milli münaqişə zəminində əlil olanlar, əlil uşaqlar və digər
kateqoriyalardan olan I və II qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar müvafiq icra
hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada dərman preparatları ilə təmin
edilirlər.
Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi
ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə, həmçinin protez-ortopediya
məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo
və veloarabaları, bərpa vasitələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada təmin edilirlər.
[92]
Maddə 43. Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzil-məişət
xidməti
[93]
Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə, sağlamlıq imkanları
məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.
Fərdi reabilitasiyaproqramına uyğun olaraq əlillər, sağlamlıq imkanları məhdud uşağın
ailələrinə binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər
şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.
Mənzil bölgüsü zamanı müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və
təşkilatlar əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin iş yerlərinin, qohumlarının
yaşayış
yerlərinin,reabilitasiya müəssisələrinin (mərkəzlərin) yaxınlığında
mənzillər
ayrılmasına olan tələbatı nəzərə alırlar.
[94]
Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə, sağlamlıq imkanları məhdud uşağın
ailələrinə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).
Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə verilən mənzillər əlillərin,
sağlamlıq imkanları məhdud uşağın ailələrinin səhhəti nəzərə alınmaqla müəyyən edilən
sanitariya texniki tələblərə uyğun gəlməlidir.
Əlillərin,
sağlamlıq
imkanları
məhdud
uşağın
ailələrinin mənzil
şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin
növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1
qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə II və III qrup müharibə
əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda
mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda
güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada saxlanılır.
[95]
Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə mənzil, kommunal xidmətlərindən istifadə
haqqını ödəmək üçün müavinət verilir.
[96]
Maddə 44. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ərzaq və sənaye malları
ilə təmin edilməsi
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ərzaq və sənaye malları ilə güzəştli
qaydada təmin edilmək hüququna malikdirlər.
(çıxarılıb)
[97]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının vəsatətləri
üzrə müvafiq icra hakimiyyəti orqanları pərakəndə ticarət şəbəkəsi vasitəsilə təsərrüfat,
mədəni-məişət, turist və idman malları almaqda əlillərə və sağlamlıq imkanları məhdud
uşaqlara kömək göstərirlər.
Ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malik olan
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların xəstəliklərinin siyahısını müvafiq icra
hakimiyyətin orqanı təsdiq edir.
[98]
Maddə 45. Evdə xidmət
Kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud
uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri
göstərirlər. Ahıl əlillərə sosial xidmət orqanları (evdə, yarımstasionar, stasionar müəssisələrdə),
habelə fərdi qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər sosial
xidmət göstərirlər.
[99]
Dövlət kənardan qulluğa ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud
uşaqlara sosial yardım üzrə stasionar müəssisələr şəbəkəsinin inkişafına kömək göstərir.
Qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə (əlillik səbəbindən asılı
olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun
ümumi əmək stajına daxil edilir.
[100]
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan yetkinlik yaşına çatmayanların
valideynlərindən birinin və ya digər qanuni nümayəndəsinin həmin şəxsə
xidmət etmək
üçün müvəqqəti işləmədiyi dövr iş stajı saxlanılmaqla ümumi staja daxil edilir.
[101]
Maddə 46. İnternat evlərdə və digər stasionar sosial yardım müəssisələrində olan
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları
[102]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların internat evdə və ya digər stasionar
sosial yardım müəssisəsində olmasının şərtləri onların öz hüquqlarını və qanuni mənafelərini
həyata keçirməsi imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə
kömək göstərir.
Reabilitasiya tədbirləri nəticəsində əlilin, sağlamlıq imkanları məhdud uşağın internat
evdə və ya başqa stasionar sosial yardım müəssisəsində olması zərurətinin aradan qalxdığı
halda müvafiq icrahakimiyyəti orqanı bu Qanunun 34-cü və 43-cü maddələrinin tələblərinə
uyğun olaraq ona abad yaşayış sahəsi verir.
[103]
Valideynləri olmayan və ya valideynləri valideynlik hüquqlarından məhrum edilmiş,
dövlət və ya başqa sosial müəssisələrdə yaşayan sağlamlıq imkanları məhdud uşaqlar yetkinlik
yaşına çatdıqda tibbi-sosial ekspertiza rəyinə görə özlərinə xidmət edə bilərsə və müstəqil
yaşaya bilərsə, növbədənkənar mənzil almaq və onu abadlaşdırmaqdan ötrü maddi yardım
almaq hüququna malikdirlər.
[104]
Qocalar və əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində
(pansionatlarda) yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə
ödənilir.
[105]
Əlillər üçün internat evdə (pansionatda) yaşayan pensiyaçının öhdəsində əmək qabiliyyəti
olmayan ailə üzvləri olduqda pensiya aşağıdakı qaydada ödənilməlidir: pensiyanın 25 faizi,
lakin yaşa görə minimum pensiyanın 20 faizindən az olmayaraq pensiyaçının özünə, qalan
hissəsi isə təyin edilmiş məbləğin 50 faizindən çox olmayaraq göstərilən ailə üzvlərinə.
Stasionar sosial xidmət müəssisələrində yaşayan ahıl əlillərin pensiyalarının verilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[106]
Əmək və istirahət evində yaşayan gənc əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların pensiyası tam məbləğdə ödənilir.
[107]
Maddə
47. Əlillərin və
sağlamlıq
imkanları
məhdud
uşaqların həyatının
yaxşılaşdırılmasına
yönəldilən
qərarların
qəbul
olunmasında müvafiq
icra
hakimiyyəti orqanlarının səlahiyyəti
Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik tələbatının ödənilməsinə və yaşayış
səviyyəsinin yüksəldilməsinə yönəlmiş müvafiq tədbirlər həyata keçirə bilərlər.
[108]
Maddə 48. Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin yaşayış
şəraitinin yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul olunmasında əmək
kollektivlərinin səlahiyyəti
Pensiyaya çıxanadək müəssisədə, idarədə, təşkilatda işləmiş əlillər, sağlamlıq imkanları
məhdud 18 yaşınadək işçilər onun işçiləri ilə bərabər tibbi xidmət, mənzil təminatı, sağlamlıq
və profilaktika müəssisələrinə putyovkalar almaq sahəsində mövcud imkanlardan istifadə
etmək, habelə kollektivin ümumi yığıncağının (konfransının) qərarı ilə həm də başqa sosial
xidmətlərdən və güzəştlərdən istifadə etmək hüququnu saxlayırlar.
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrin, idarələrin və
təşkilatların ixtiyarı var ki, kənardan yardıma və qulluğa ehtiyacı olan əlillərin, sağlamlıq
imkanları məhdud 18 yaşınadək işçilərin, xüsusən tək əlillərin, sağlamlıq imkanları məhdud 18
yaşınadək işçilərin pensiyaları üzərinə öz vəsaitləri hesabına üstəlik və əlavə haqlar müəyyən
etsinlər, habelə bu Qanunda nəzərdə tutulan başqa güzəştləri versinlər.
[109]
Maddə 49. Sosial yardımın maliyyələşdirilməsi mənbələri
Sosial yardım dövlət büdcəsinin və bələdiyyələr tərəfindən yerli büdcələrin vəsaiti, eləcə
də dövlət büdcəsinə müəssisələrin, təşkilatların və vətəndaşların cərimələri və könüllü
verdikləri ianə hesabına göstərilir.
[110]
VII. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN İCTİMAİ
TƏŞKİLATLARI
Maddə 50. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının
yaradılması
Öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək
məqsədilə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar və onları təmsil edən şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada ictimai təşkilatlar, o
cümlədən müxtəlif fondlar yaratmaq hüququna malikdirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yaradılması,
fəaliyyəti və ləğv edilməsi qaydası müvafiq qanunvericilik, bu təşkilatların müəyyən edilmiş
qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir.
Dostları ilə paylaş: |