[30]
Maddə 16. Məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim və
tərbiyəsi
Müvafiq icra hakimiyyəti orqanları məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud
uşaqların təlim-tərbiyəsinə və onlara reabilitasiya yardımı göstərilməsinə daha əlverişli
imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi
qrupların açılmasına şərait yaradırlar.
Əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə
müəssisələrində tərbiyə edilməsinə imkan olmayan sağlamlıq imkanları məhdud uşaqları üçün
xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.
Maddə 17. Məktəb yaşlı sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili
Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud
uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Müvafiq icra
hakimiyyəti orqanlarısağlamlıq imkanları məhdud uşaqların evdə təhsil almasına hərtərəfli
şərait yaradırlar.
Evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinə,
yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
qaydada və şərtlərlə maddi təminat və güzəştlər verilir. Belə uşağa qulluq vaxtı əmək stajına
daxil edilir.
[31]
Müvafiq təlim-tərbiyə müəssisəsi sağlamlıq imkanları məhdud uşaqlara evdə təlim
verilməsində valideynlərə kömək göstərir.
Maddə 18. Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsili
[32]
Sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda
ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək
məqsədilə təhsil orqanları, digər dövlət orqanları sağlamlıq imkanları məhdud
uşaqları məktəbdənkənar təhsili
üçün lazımi şəraiti təmin etməlidirlər.
Maddə 19. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali
təhsili
[33]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili
ümumi tipli təhsil müəssisələrində, zərurət olduqda isə xüsusi təhsil müəssisələrində həyata
keçirilir.
[34]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili üçün xüsusi şəraitin təmin
edilməsi məqsədilə
ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin
əlillər və
sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil
edilir.
[35]
Stasionar
müalicə-profilaktika
və
ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları
məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir.
[36]
İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində və ya
xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi
sənətlərə yiyələnmək hüququ vardır.
[37]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların qəbul imtahanları verməsi üçün lazımi
şərait yaradılır.
Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə
müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.
[38]
Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.
I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə,
şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.
[39]
1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş
və
ödənişli əsaslarla
ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi
hesabına ödənilir.
[40]
Dövlət əlil - gənc mütəxəssislərin öz ixtisasları üzrə işə düzəlməsini təmin edir.
Tədris müəssisəsini bitirdikdən sonra əlillərə iş yeri seçməkdə üstünlük verilir.
Tədris müəssisəsini bitirdikdən sonra bölgü üzrə göndərilmiş əlili işə qəbul etməkdən
imtina etdikdə, ona ixtisası üzrə iş vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə
əməl etmədikdə müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə gəlmək
və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda müşayiətçinin yol xərclərini
ödəyir.
[41]
Maddə 20. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqların təlim-
tərbiyəsi
Stasionar müəssisələr orada uzunmüddətli (21 gündən artıq) olan sağlamlıq imkanları
məhdud uşaqların sosial-məişət və əmək uyğunlaşması ilə üzvi əlaqə şəraitində onların
fasiləsiz təlim-tərbiyəsini təmin edir.
[42]
Maddə 21. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə
təhsili
[43]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə
təhsili
fərdi reabilitasiya proqramına və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası haqqında dövlət proqramına uyğun olaraq təhsil
müəssisələrində
, o cümlədən
dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində, müəssisələrdə və təşkilatlarda
(ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial
yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir.
[44]
Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə və sağlamlıq imkanları məhdud
uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən
etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir.
[45]
Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan
kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları
və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi təhsil müəssisələri və
səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.
[46]
Peşə hazırlığı və əlavə təhsil dövründə əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
qaydada və şərtlərlə həyata keçirilir.
[47]
Maddə 22. Şəxslərarası ünsiyyət vasitələri
Dövlət hərəkətlər dilini şəxslərarası ünsiyyət, təlim və tərcümə xidmətləri göstərmək
vasitəsi kimi təsdiq edir.
Görmə qüsurları olan şəxslər Brayl sistemi üzrə təlimlə, audiovasitələr və iri şriftlə təmin
edilirlər.
Əqli qüsurları olan şəxslərə dilin asan başa düşülməsinin öyrədilməsi sistemi təşkil edilir.
Nitq qüsurları olan şəxslərə müasir texniki ünsiyyət vasitələri verilir.
IV. ƏLİLLƏRİN İŞƏ DÜZƏLDİLMƏSİ
Maddə 23. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə
düzəldilməsi sahəsində xüsusi tədbirlər
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəldilməsi
sahəsində xüsusi tədbirlər əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə
düzəldilməsinin təmin olunmasına və əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslər üçün xüsusi iş yerləri yaradan, onların əməyini tətbiq edən müəssisələrə, idarələrə və
təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək və güzəştlər
vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə yönəldilən tədbirlər
kompleksindən ibarətdir.
Maddə 24. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əmək
hüququnun həyata keçirilməsi
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin yaradıcılıq və istehsal
qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi reabilitasiya proqramları nəzərə alınmaqla,
onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin və sağlamlıq
imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə,
sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən
başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.
Tibbi-sosial ekspert komissiyasının rəyinə görə əlilin, sağlamlıq imkanları məhdud
uşağın səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin
səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, sağlamlıq
imkanlarının məhdudluğu mülahizələrinə görə əlillə, sağlamlıq imkanları məhdud
uşaqla əmək müqaviləsini bağlamaqdan, yaxud əlili, sağlamlıq imkanları məhdud uşağı işdə
irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz
razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.
[48]
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və
sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq
işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol
verilmir.
[49]
Maddə
25. Əlillərin və
sağlamlıq
imkanları
məhdud
18
yaşınadək
şəxslərin məşğulluğunun təmin edilməsi
Müvafiq
icra
hakimiyyəti
orqanları,
müəssisələr
(birliklər),
idarələr
və
təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatları ilə
birlikdə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyi üçün
müəssisələr və təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməklə və
başqa tədbirlər görməklə əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslərə məşğulluq sahəsində təminat verirlər.
[50]
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa,
mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər və sağlamlıq
imkanları məhdud 18 yaşınadək şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada
kvota müəyyən edilir.
[51]
Müvafiq icra hakimiyyəti orqanları və əlillərin və sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərin problemləri ilə məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda
əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işlə təmin olunmasına nəzarət
edirlər.
[52]
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəlməsi üçün
nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran
müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinə
əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə
hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş respublika üzrə orta aylıq əmək haqqının 3
misli məbləğində vəsait köçürürlər.
[53]
Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin və sağlamlıq imkanları
məhdud 18 yaşınadək şəxslərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli
orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə və sağlamlıq imkanları məhdud
18 yaşınadək şəxslərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı
olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir.
[54]
Yerli hakimiyyət orqanlarının əlillər üçün müəssisələrdə və təşkilatlarda kvota təyin
etməsi üçün işçilərin sayı və kvotanın miqdarı, vergi və maliyyə güzəştləri, işədüzəltmə üzrə
tapşırıqların yerinə yetirilməsində müəssisə və təşkilatların məsuliyyəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
[55]
Maddə 26. İşverənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi
Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin
istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə
tutulmuş, bunun nəticəsində əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılmış
işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
[56]
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, göstərilən tələbi yerinə yetirmədikdə
onlar bu işçi ilə əmək müqaviləsini (kontraktı) ləğv edərkən dövlət büdcəsinə respublika üzrə
orta aylıq əmək haqqının 120 misli məbləğində vəsait köçürməlidirlər.
[57]
Maddə 27. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyindən
istifadə üçün ixtisaslaşdırılmış iş yerləri yaradılmasına tələblər
[58]
Müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı
olmayaraq müəssisələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin və sağlamlıq imkanları
məhdud 18 yaşınadək şəxslərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər
və sahələr yaradırlar.
Müvafiq icra hakimiyyəti orqanları əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin respublika standartlarını
hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər.
Müvafiq icra hakimiyyəti orqanları respublika əlillərin və sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərin reabilitasiya mərkəzləri ilə birlikdə bu cür iş yerlərini il ərzində
attestasiyadan keçirməlidirlər.
Attestasiyadan keçməyən ixtisaslaşdırılmış iş yerlərində əlillərin və sağlamlıq imkanları
məhdud 18 yaşınadək şəxslərin əməyinin tətbiqi qadağandır və bu tələbin pozulmasında
təsdiqi olan təsərrüfat subyektləri qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada
məsuliyyət daşıyırlar.
[59]
Maddə 28. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini
tətbiq edən müəssisələr üçün üstünlüklər və güzəştlər
[60]
İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən və sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə
və maddi-texniki təminat hüququna malikdirlər.
(çıxarılıb)
[61]
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq və təmin
edən müəssisələrdən, idarələrdən və təşkilatlardan vergi tutulmasının, onların
maliyyələşdirilməsinin və maddi-texniki təminatının qaydası və şərtləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
[62]
Müəyyən çeşiddə məhsulların əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslərin ictimai təşkilatlarının müəssisələrində istehsal olunmasına müstəsna üstünlük verilir.
Mülkiyyət növündən asılı olmayaraq başqa idarələrin, müəssisələrin, təşkilatların və
kooperativlərin həmin məhsulları istehsal etməsinə icazə verilmir, müvafiq icra hakimiyyəti
orqanı əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatlarının
rəyini nəzərə alaraq belə məhsulların siyahısını müəyyənləşdirib təsdiq edir.
[63]
Maddə 29. Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin əmək şəraiti
Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər, sağlamlıq imkanları məhdud 18
yaşınadək işçilər üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır.
Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək
haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən
əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin vəziyyətini pisləşdirə və ya
hüquqlarını məhdudlaşdıra bilməz.
Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin, sağlamlıq imkanları məhdud 18
yaşınadək işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini
artırılmış qiymətlərlə ödəsin.
[64]
Əlillərin iş vaxtından artıq işlərə, gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən
bayram günləri və ümumxalq hüzn günü işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və
bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin.
[65]
Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq), sağlamlıq imkanları
məhdud 18 yaşınadək işçilərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş
minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir.
Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olma-yaraq), sağlamlıq imkanları
məhdud 18 yaşınadək işçilərə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun
olaraq ödənişsiz məzuniyyət verilir.
[66]
I və II qrup əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər üçün həftədə 36
saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.
[67]
İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə,
idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil, 18 yaşınadək
sağlamlıq imkanları məhdud olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır.
[68]
Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək
qabiliyyətini itirmiş I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
[69]
Maddə 30. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin evdə əməyi
və sahibkarlıq fəaliyyəti
Müvafiq icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə
edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin və sağlamlıq imkanları
məhdud 18 yaşınadək şəxslərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi
şərait yaradırlar.
[70]
Maddə 30-1. Təsərrüfat subyektlərinin məsuliyyəti
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəldilməsi üzrə
tədbirlər görməyən mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərinin
vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada
məsuliyyət daşıyırlar.
[71]
V. SOSİAL İNFRASTRUKTURUN ƏLİLLƏRƏ VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD
UŞAQLARA MANEƏSİZ MÜYƏSSƏR OLMASI ÜÇÜN ŞƏRAİT YARADILMASI
Maddə 31. Sosial infrastruktur obyektləri barəsində dövlət siyasəti
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri
və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur
obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq
imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat
kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt
yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.
Dostları ilə paylaş: |