Orta əsr yazılı qaynaqları (IV-XVIII əsrlər). Erkən orta əsrlərdə (IV-X əsrlər) Azərbaycan tarixinin yazılı mənbələri daha da genişlənmişdir. Bu dövrdə Azərbaycan tarixinə aid müfəssəl məlumatlar Bizans, qədim Alban, erməni və ərəb mənbələrində verilir.
Yeni və ən yeni dövrün qaynaqları. XIX əsr Azərbaycan tarixinin öyrənilməsində “Qarabağnamələr”in böyük əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”si buna nümunə ola bilər. Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tarixinə dair əsərlər yaratmışlar. A.A.Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir. Azərbaycan tarixinin ən yeni dövrü 1918-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir. Bu dövrün öyrənilməsində ən qiymətli mənbələr arxiv sənədləridir.
Azərbaycan tarixinin öyrənilməsində bir sıra yardımçı elmlər böyük əhəmiyyət kəsb edir. Onlar aşağıdakılardır: •