46
Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər
lib, həbsxanalara salınıb, uzaq Sibir sürgünlərinə göndəriliblər.
Stalinin ölümündən sonra ölkədə baş verən nisbi yumşalma nəticəsində
60-cı illərin əvvəllərindən etibarən SSRİ-Türkiyə münasibətlərində so-
yuqluq aradan qalxmağa başlayıb. Türkiyə nümayəndə heyətləri SSRİ-
yə səfər çərçivəsində Azərbaycana da gəlirdilər. Bu əlaqələrdə Türkiyə
Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti xüsusi yer tuturdu.
SSRİ-yə səfər edən türk nümayəndə heyətləri Azərbaycanı SSRİ-Türkiyə
münasibətlərində etibarlı körpü olaraq qiymətləndirirdilər. SSRİ-nin sü-
qutu ərəfəsində Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu
kimi parlamentlərarası əlaqələrdə də müəyyən addımlar atılıb. Lakin bu,
birbaşa əlaqələr deyildi. 1991-ci ilin noyabrında hələ SSRİ dağılmamış
Türkiyə Cümhuriyyəti Azərbaycan Respublikasının dövlət müstəqilliyini
tanıyıb. Bu, Türkiyənin cəsarətli bir addımı idi. Nəhayət, dünyanı uzun
illər boyu qorxu altında saxlayan SSRİ-nin dağılması dünyada və regionda
yeni bir vəziyyət yaratdı. Türkiyə region siyasətində yeni imkanlar qazanıb.
Müstəqil əlaqələrin qurulması üçün ilk addımlar atılıb. Lakin bu əlaqələr
daha çox hissiyyatın, uzun illər boyu bir-birindən ayrı düşmüş qardaş xalq-
ların qovuşmasını özündə əks etdirən duyğuların təcəssümü idi.
1993-cü ildən etibarən Azərbaycan ilə Türkiyə arasında əlaqələr yeni
təməllər üzərində qurulmağa başlayıb. Parlamentlərin də müstəsna rol
oynadığı bu əlaqələrin memarı böyük dövlət adamı Heydər Əliyev olub.
Elə isə ötən illərdə iki ölkə arasında münasibətlərin vəziyyətini necə
qiymətləndirmək olar? Parlamentlərarası əlaqələr hansı inkişaf yolunu ke-
çib və qazanılan uğurlar hansılardır? Perspektivləri necə proqnozlaşdırmaq
mümkündür?
Dostları ilə paylaş: