Cənubi Qafqaz Sovet respublikalarının fəaliyyət göstərdikləri dövr. 1920-ci il
aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və
Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi.
Erməni hərbi hissələri
1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdi. Əhalinin tələbi ilə
Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı
ilə köməyə gələn türk
qoşun hissələri Naxçıvan bölgəsini nəzarət altına aldılar. 1920-ci ilin iyul ayının
28-də XI Qızıl Ordu hissələri də Naxçıvana daxil oldu. Naxçıvan Sovet Sosialist
Respublikası elan olundu və respublikanın ali hakimiyyət orqanı - Naxçıvan
İnqilab Komitəsi (M.Bəktaşov, A.Kazımov, F.Mahmudbəyov, Q.Babayev və b.)
yaradıldı. 1920-ci ilin avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında
bağlanmış müvəqqəti sazişə görə, ŞərurDərələyəz qeyd-şərtsiz
Ermənistana
verildi, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli
ərazilər elan olundu. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda
Fövqəladə Komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan
idarəçiliyinə vermək məqsədi güdürdü.
Dostları ilə paylaş: