Cəbrayıl rayon 18 nömrəli tam orta məktəbində Tarix və Coğrafiya



Yüklə 16,12 Kb.
tarix13.12.2023
ölçüsü16,12 Kb.
#175864
hesabat


Cəbrayıl rayon 18 nömrəli tam orta məktəbində Tarix və Coğrafiya
fənləri üzrə metodbirləşmənin katibi
Mustafayeva Kəmalənin 2021-2022-ci tədris ilinin
l yarımili üzrə hazırladığı
HESABAT
Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və məllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış , özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda , təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə , yeni pedaqoji texnologiyaları və təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını , nəzəri və metodik hazırlığını , onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir . Müəllimin dərsini müşahidə etmək , müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək , gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin “ açıq dərs”lərinin təşkili , əyani və didaktik materialların hazırlanması , biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir.
Cəbrayıl rayon 18 nömrəli tam orta məktəbində Tarix və Coğrafiya fənləri üzrə metodbirləşmənin iki üzvü var:
1. Abdullayev Vüsal ( metodbirləşmənin sədri)
2. Mustafayeva Kəmalə ( metodbirləşmənin katibi)
Metodbirləşmənin illik iş planı hər tədris ilinin əvvəlində müzakirə olunaraq məktəb rəhbərliyi tərəfindən təsdiq olunur. Metodbirləşmənin illik iş planı aşağıdakı bölmələri əhatə edir:
1) Fənn metodbirləşmələrinin qarşısında duran vəzifələr
Bu bölmədə məktəb rəhbərliyinin verdiyi təlimat və göstərişlərin həyata keçirilməsi nəzərə alınmalıdır. Eyni zamanda metodbirləşmənin keçən ildəki fəaliyyəti ümumiləşdirilmiş şəkildə xarakterizə olunur, uğurlar və nöqsanlar sadalanır , ayrı -ayrı müəllimlərin fəaliyyəti təhlil olunur, qarşıya qoyulan problemlərlə əlaqədar olaraq metodbirləşmənin yeni dərs ilində həyata keçirəcəyi vəzifələr müəyyənləşdirilir.
2) Tədrisin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər
Bu bölməyə daxil olan məsələlər əsasən məktəb rəhbərliyi ilə birlikdə həyata keçirilir. Müəllimlərin savad , təcrübə və bacarıqları nəzərə alınmaqla dərs yükünün və fakültətiv məşğələlərin onlar arasında bölünməsində, müxtəlif fənn dərnəklərinin yaradılmasında və s. metodbirləşmə sədrləri fəal iştirak edirlər.
3) Metodbirləşmə iclaslarında müzakirə edilən məsələlər
Bu bölmə fənn metodbirləşmələrinin fəaliyyət planının əsasını təşkil edir.
Tarix və Coğrafiya fənn metodbirləşməsinin 2021-2022-ci tədris ilində gördüyü işlər:
2021-2022-ci tədris ilinin əvvəlində metodbirləşmənin illik iş planı təsdiq olunmuşdur. İş planına əsasən tədris ili müddətində ümumilikdə 6 metodbirləşmə iclası keçirilmişdir. İclaslarda aşağıdakı məsələlər müzakirə olunmuşdur:

  • Fənn metodbirləşməsinin yeni dərs ilində qarşısında duran vəzifələr;

  • Metodbirləşmə sədrinin və katibinin seçilməsi;

  • Tədris prosesində təlim vasitələrindən səmərəli istifadə formaları;

  • Şagirdlərin summativ qiymətləndirmələrdə göstərdiyi nəticələrin müzakirə olunması;

  • Yaradıcı təfəkkürə malik şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsində fənlərin imkanları;

  • Dərnək və fakültətiv məşğələlərin tədrisi vəziyyəti haqqında;

  • Müəllimlərin şəxsi təhsilinə, dərs keyfiyyətinə nəzarət və metodik köməklik göstərmək;

  • Nümunəvi dərslərin müntəzəm olaraq keçirilməsi və həmin dərslərin müzakirə olunması;

  • Tədrisin keyfiyyərinin yüksəldilməsinə yönəldilmiş təşkilti-pedaqoji tədbirlər;

  • Nümunəvi dərslərin qrafiki;

  • Fənnin tədrisi, şagirdlərin bilik, bacarıq və vərdişləri üzərində nəzarətin təşkili;

  • Pedaqoji məruzələr;

  • Qarşılıqlı dərs dinləmələr;

  • Proqram materiallarının planlaşdırılması ilə bağlı müzakirələr;

  • Şagirdlərin təlim nəticələrinin yüksəldilməsi istiqamətində görlməsi zəruri olan işlər.


27.01.2022 İmza: / Mustafayeva K. /
Yüklə 16,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin