1. Azərbaycanın təbii-coğrafi şəraiti


Manna dövlətinin yaranması və inkişafı



Yüklə 344,46 Kb.
səhifə15/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   11   12   13   14   15   16   17   18   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

14.Manna dövlətinin yaranması və inkişafı.

E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb – qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət Güney Azərbaycanın bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.

E.ə. I minilliyin əvvəllərini R. Girşman İran yaylası tarixində qaranlıq dövr adlandırır. E.ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb – qarışması, keramika və metal məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.

Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların – İrandillilərin soxulması ilə əlaqədar idi. Lakin bu hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin – Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.

Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III – II minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi və kassilərin bilavasitə varisi idi.

E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindən[85] aşşurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələr[86] (e. ə. VII əsrin əvvəli) skiflərin asguzai/isguzai adını çəkir. Herodotun məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə "Qafqaz dağlarını sağda qoyub" Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər. Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər. Aşşur hökmdarları da Urartu və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir.[90] B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir.[91] Onlar Frikiya hökmdarlığını darmadağın edərək İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin