1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan ərazisində qədim tayfalar və tayfa ittifaqları



Yüklə 344,46 Kb.
səhifə12/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   8   9   10   11   12   13   14   15   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

11.Azərbaycan ərazisində qədim tayfalar və tayfa ittifaqları.

E.ə. Ill-ll minilliklərdə Urmiya gölü hövzəsində lullubi, kuti, su, turukki tayfaları, Arazdan şimalda - Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər və başqa tayfalar yaşayırdı. Bu tayfalar haqqında ilk məlumatı Şumer dastanları və Şumer-Akkad mixiyazılı mənbələri verir. Böyük tayfa birliklərinin erkən dövlət qurumlarına çevrilməsi də həmin dövrə təsadüf edir. Mixiyazılı mənbələr Şərq ölkələrinin bir neçə minillik tarixini işıqlandırır. Bu yazını İkiçayarasının cənubunda yaşamış qədim şumerlər ixtira etmişlər.



Keçmişdə Azərbaycanın cənub-qərb torpaqları Mesopotamiyanın inkişaf etmiş quldar cəmiyyətləri ilə qonşuluqda idi. Bu amil ölkəmizin şimalı ilə müqayisədə cənubunda iqtisadi, siyasi və mədəni proseslərin daha sürətlə getməsinə zəmin yaratmışdı. Maldarlığın əkinçilikdən ayrılması, metal emalının inkişafı, izafi məhsul istehsalı, qonşu ölkələrlə əlaqələr insanlar arasında təbəqələşməni dərinləşdirirdi. Münbit torpaqlar və var-dövlət uğrunda şiddətli mübarizə gedirdi. Belə şəraitdə qohum tayfalar birləşib iri tayfa ittifaqları yaradırdılar. Bir-birinin qonşuluğunda yaşayan bu tayfalar ümumi mədəniyyətə malik idilər: onlar bir dildə, yaxud da bir dilin müxtəlif ləhcələrində danışır, eyni tanrılara sitayiş edirdilər.

Urmiya gölü ətrafında kuti, lullubi, hurri və b. böyük tayfa birlikləri formalaşmışdı. Su və turukki tayfaları Lullubi tayfa ittifaqında birləşmişdilər. Zaqros dağlarının qərb ətəklərində “Dağ xalqları” adlanan hurrilər güclü tayfa birliyi yaratmışdılar. Azərbaycan ərazisində yaranan iri tayfa ittifaqları tədricən erkən dövlət qurumlarına çevrilirdi. Onlar müəyyən əraziyə, orduya, xəzinəyə və hökmdara malik olub qonşu dövlətlərlə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdılar.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydanlandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.

Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.

Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.

Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin