1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan Erkən tunc dövründə.Kür-Araz mədəniyyəti



Yüklə 344,46 Kb.
səhifə8/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   4   5   6   7   8   9   10   11   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

7. Azərbaycan Erkən tunc dövründə.Kür-Araz mədəniyyəti.

İlk Tunc dövründə, az qala, bütün Azərbaycanın və Cənubi Qafqaz ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilir. Bu dövrdə Mərkəzi və Şərqi Cənubi Qafqazın, Şimal-şərqi Qafqazın, həm də Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr tərəfindən məskunlaşır. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.



Eneolit dövründən ilk tunc Kür-Araz mədəniyyətinə keçidi bilavasitə əks etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir tərəfdən Kür-Araz mədəniyyətinə, digər tərəfdən eneolit mədəniyyətinə bağlayan materiallara rast gəlinir.

Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim İkiçayarasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğunu qeyd etmişlər. Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür.



Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə, Ovçulartəpəsi, Qazaxda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştəpə, Beyləqan rayonunda Çardaxlıtəpə, Cəlilabad rayonunda Mişarçay, Xaçmaz rayonunda Qəflə təpələri, Şabran rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. yaşayış yerlərini göstərmək olar.

Azərbaycanda bu dövrün bir sıra dəfn abidələri Xankəndi yaxınlığında və Göygöldə, Mingəçevirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda Osmanobuzda, Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq edilmişdir.

Cənubi Qafqazın Kür-Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1-2 ha sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.). Lakin bəzi Kür-Araz mədəniyyəti yaşayış yerlərinin sahəsi çox böyükdür. Belə ki, Cənubi Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tutur, bu isə İlk Tunc dövrünün bəzi yaşayış yerlərində hövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun müddətli həyat tərzi ilə bağlıdır. I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m, Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində Göytəpədə 9 m-dir.

Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi. Lakin bəzi yaşayış yerlərində düzbucaqlı formalı evlərə də rast gəlinir. Belə kərpic evlər Göytəpədə aşkar olunmuşdur. Yanıqtəpədə belə evlər dairəvi planlı tikililəri əvəz edir və burada uzun müddət inşaatda vahid forma olaraq qalır. Eyni vəziyyət Qaraköpəktəpə yaşayış yerində də qeydə alınmışdır. Dairəvi planlı evlərin diametri bəzən 13 m-ə çatır, adətən onların diametri 3 m-dən 5 m-ə qədər, divarların qalınlığı isə təqribən 0,5 m-dir.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin